Microsoft Word mitiloji 1-2 dL



Yüklə 372,39 Kb.
Pdf görüntüsü
səhifə14/14
tarix31.10.2018
ölçüsü372,39 Kb.
#77174
1   ...   6   7   8   9   10   11   12   13   14

İt də cavab verir ki, yox, yox, hav, hav. Qurd dağa qayıdır. Yenə bir həftədən sonra gəlir soruşur ki, balaların 

sağalduuu... İt isə cavabında «yox, yox, hav, hav» deyə hürür və heç vaxt insanları tərk etmir (əfsanə Şəki 

rayonunun Bideyiz kəndində və ona yaxın kəndlərdə yayılmışdır. Söyləyəni Tamara Mustafa qızı 

Məmmədova, 1926-cı il təvəllüdlü). 

İtlə qurdun arasındakı mübarizəni göstərən mifoloji fakta Oğuz xaqanın Qıl Barak tayfası ilə mübarizəsini 

də əlavə etmək olar. Rəşidəddinin «Erkəklərin... köpəklərə bənzədiyi, fəqət qadınların gözəl olduğu bir 

qaranlıqlar ölkəsindən» bəhs etməsini J.P.Roux amazonkaların həyatı ilə müqayisə edir, bu ölkəni «qadınlar 

krallığı» adlandırır [142, s.158]. J.P.Rouxun amazonkalarla bağlı bu fikri səhvdir. Tarixdən də məlum 

olduğu kimi, amazonkaların vətəni Qafqaz dağlarının ətəkləridir. 

Türk mifologiyasında İt-Barakla Barak arasında qədim əcdadımızın inancı baxımından müəyyən fərqlər 

vardır. «Oğuznamə»də İt-Barak demiurq kimi, qəbilənin soykökünün başlanğıcında duran bir heyvan kimi 

təsvir olunur. «Oğuznamə»də deyilir ki, bu qəbilənin kişiləri qara rəngli, çirkin üzlü və itə oxşayırlar. 

Dilimizdə olan idbar sözünün də mənası çirkin, pis olub itxasiyyətli adamlara deyilir. 

Tarixin nisbətən yaxın dövrlərində Barak sözü ilkin müəyyənliyindən qoparaq qurd və it haqqındakı 

inamlara qarışmış və uyğun mif və əfsanələrin strukturuna daxil olmuşdur. Belə mətnlərin ən gərəklisi yenə 

«Oğuznamə»də təsvir olunmuşdur. Qeyd edək ki, bu mətndə təsvir olunan hadisələr konkret mühitdə 

götürülür, iştirak edən mifologemlər bir-biri ilə əlaqədə verilir. Göstərilir ki, Duman xanın atası ov zamanı 

heyvanların dilini sandığa yığmış, «əgər oğlum olarsa, doğulan zaman bütün heyvanların dilini bilməsi üçün 

ona verərsiniz» adlı vəsiyyətinə əməl edib sandığın içindəkiləri suda yaxalayıb ona içirmişlər, bu səbəbdən 

də Duman xan bütün heyvanların dillərini bilirmiş. Mətnin bütün məzmununu vermək fikrimiz yoxdur, 

təkcə qurdların öz aralarındakı danışıqlarını olduğu kimi veririk: «Yeməklər gətirilib süfrə salındığı zaman 

qoca bir qurdun ulaması eşidildi. Duman xan bütün heyvanların dilini bildiyindən bu qurdun nə söylədiyini 

də anladı. Qurd deyirdi: «Çox heyf ki, artıq mən qocalmışam, ovlarımın arxasınca qaçıb ona yetişə 

bilmirəm. Əgər yetişsəm belə onu tuta bilmirəm; hətta tutsam da parçalaya bilmirəm». Qoca qurdun sözü 

bitən kimi üç gənc qurd belə cavab verdi: «Əgər sən yaşlı və gücsüzsənsə, bizim qüdrətimiz vardır, əgər hər 

gənc yaşlıya yardım etməzsə, onun nə dəyəri var. Bu gecə duman, qaranlıq və şiddətli bir fırtına olacaq. 

Bundan istifadə edib toy üçün gətirilmiş heyvanların hamısının quyruqlarını və qarınlarını parçalayıb sənə 

verəcəyik». Qurdların bu danışığını eşidən Duman xanın iti Qara Barak deyir ki, əgər padşah mənə isti bir 

yağlı quyruq versə, sizlərdən heç biriniz bir quzuya belə əl uzadıb ona sahib ola bilməzsiniz. Duman xan 

bunu eşidib itə hazır olan yeməyin içindən yağlı bir quyruq atır. 

Gecə Duman xan oyanıb yanındakılardan soruşur ki, baxın, çöldə külək əsir, ya yox? Cavab verirlər ki, hava 

küləkli və son dərəcə qorxunc yağış yağır. Duman xan qurdların doğru dediklərini anladı. Səhər külək kəsib 

yağış dayandıqdan sonra iti və qoyunları axtardılar. Duman xan Qara Barakın sözünün üstündə durub-

durmadığını bilmək üçün hər tərəfi axtarmağı əmr etdi. Gördülər ki, gecə ikən qoyunlar qurdlardan hürküb 

Qara Barakla bərabər arxalarında qurdlar olduğu halda təkcə bir yolu olan Ağlı adlı bir keçidə getmişlər. 

Qara Barak qurdlarla vuruşmuş, keçidin ağzını tutaraq qurdların qoyunlara hücumuna əngəl olmuşdur. 

Duman xan bunu öyrəndikdə, özü dərhal atını minib oraya getdi; durumu gördü və qurdların hamısını 

öldürdü. Bu itin də sözünün üstündə durduğuna tamamilə inandı [111, s.65 - 67]. 

Göründüyü kimi, mətndə alleqoriyadan geniş istifadə edilmişdir. Burada qurdların və itin insan kimi 

danışması təsvir edilir. Bu motiv sonradan nağılları- mızda iştirak edən personajların insan dilində 

danışmasına bir növ şərait yaratmışdır. «Kiçik bacı», «Tumar pəhləvan», «Tacir oğlu», «Hüseyn tacirin 

nağılı», «Mərd və Namərd» nağıllarında alleqoriyadan istifadə edilməklə süjet xətti arxaikləşdirilmişdir. 

«Taciroğlu» nağılında «Qurd dedi: 

- Əgər sənin sahibinin ağlı olsaydı, sənin gözlərivi çıxarıb atasının gözlərinə sürtərdi, gözləri işıqlanardı. 




İt də qurda dedi: 

- Mənim sahibim yuxuda olmasaydı səni öldürüb, başıvı kəsəydi, yağuvı əridib İsfahan padşahının qızının 

bədəninə sarmaşan ilanın üzünə çırpaydı. İlan ondan rədd olub, qız şəfa tapaydı» [6; 58, s.33]. 

Əfsanədə və nağıllarda alleqoriklik it, qurd və qəhrəman arasındakı münasibətləri əks etdirir. Bu 

münasibətlərin əsasında qədim ibtidai görüşlər dayanır. Alleqoriklik süjetdəki hadisələrin başa düşülməsində 

bədii priyom rolunu oynayır [162]. 

Qara Barak haqqındakı əfsanə olduqca qədimdir və itə olan inamı özündə yaşadır. Buradakı süjetə «Bənəyin 

nağılı»nda da rast gəlirik. Süjet oxşarlığı nağılda Bənəyin öz ilkin tipinə yaxınlaşmasını və bəlkə də onun 

özü olduğunu deməyə əsas verir. Əfsanədə və nağılda iki it adının bir-birindən cüzi fərqlənməsini görürük. 

Barakla Bənək arasında hansı yaxınlıq və deyim fərqi vardır? Birinci fərq r - n səs əvəzlənməsindədir. Bu 

səs dəyişməsi türk dillərinə xas olan cəhətdir. İt-Barak və Barak haqqındakı görüşlər qıpçaq qəbiləsinin 

görüşü kimi «Oğuznamə»də təsvir edilir. Bənək haqqındakı əfsanələr isə yerli koloritə uyğun olaraq qədim 

oğuzların dünyagörüşünü əks etdirir. Göründüyü kimi, burada əsaslı fərq yoxdur. Hətta «Qara itlə Bənək» 

adlı əfsanədə bu, yaxından hiss olunur. Əfsanədə deyilir ki, keçmişdə bir çoban varmış, onun bir qara iti, 

qara itin də Bənək adlı balası. Çoban sürüləri qara itlə Bənəyə tapşırıb yatarmış. Qoyunlar sarıdan arxeyin 

olan çobanın gecə yarısı sürüsünə canavar (qarabalıq) dəstəsi daraşır. Qış vaxtı, soyux, tüpürsən yerə buz 

parçası düşərdi. Qoyun-quzu hürküp hərəsi bir tərəfə dağılıtdı diyənə onnarı ipə yavux gətirməh olmurdu. 

Qara it canavarın bir- ikisini yaraladı, sora canavarrar da hücum çəkip qara iti ölümcül yaraladı. İt 

zingildəyəndə çobanın helə bilərsən kin ürəyi oyulurdu. Çoban bilmirdi köməyə kimi çağırsın. Bənək 

arxacda yatmışdı, xəvərdən xəvəri yoxuydu. Əlacsız çoban vəfalı dostu Bənəyi həblə çağırdı: 

Qara it qana düşdü! 

Quyruğu yana düşdü! 

Aman, Bənək, gəl yetiş! 

İşim yamana düşdü! 

Bənək yuxudan ayılıp eşidir kin anası qana düşüp. Bir gücüynən canavarrara basılır. Öldürdüyünü öldürür, 

qalanı qaçır canını qutarır. Bənək anasının yarasını yalayır uluyur. Qara it başını qaldırıp Bənəyə baxıp 

canını tapşırır. Sürüləri yığıp çobannan Bənək arxaca təpir. Bənək öz qoçaqlığını göstərməyə çobanın yanına 

gəlir. Çəmbər quyruğunu buluyur. Çobanın ayağı altında yatıp üzünü honun ayağına sürtür. Çoban da 

Bənəyin başını tumarrıyıp deyir: «Aslanımsan, halal olsun» (söyləyən: Oğuz rayonu, Baş Daşağıl kəndi 

sakini Əhməd Saat oğlu, 1929-cu il təvəllüdlü). 

Bu əfsanədə qıpçaq və oğuz dünyagörüşlərinin çulğalaşdığını görürük. Qara it Qara Barakı xatırladır. 

Bənəyin timsalında oxşar mifoloji görüşün oğuz düşüncə tərzinə uyğun olaraq izləri bərpa olunur. 

V.A.Qordlevski yazır ki, rus knyazı David Volınskinin müttəfiqi kimi vuruşan qıpçaq knyazı Bonyak döyüş- 

dən əvvəl gecə düşərgədən aralanaraq qurd kimi ulayırdı. Əgər qurdlar onun səsinə səs versəydilər, döyüşdə 

qalib gələcəyinə inanırdı [167, s.498]. Bonyak adının etimologiyasını Bənək adında axtarmaq, bu haqda fikir 

yürütmək çətindir. Ancaq o da məlumdur ki, mif və əfsanələrdə Çingiz xanın və Attilanın əcdadının qurdla 

(itlə də bağlı olduğunu söyləyirlər) bağlı olduğu göstərilməkdədir. 

Azərbaycan folklorunda Bənək obrazı geniş yayılmışdır. T.Fərzəliyevin və İ.Abbaslının tərtibçisi olduqları 

«El çələngi» toplusunda «Salam əlik say bəylər» xalq oyununda Çoban və Bənək iştirakçıların arasında 

xüsusi yer tutur. T.Fərzəliyev qeyd edir ki, bu xalq oyununda bütün iştirakçılar «Bənəkçi» adlanırmış. Qeyd 

edək ki, adı çəkilən xalq oyununda Çobanın dili ilə verilən çağırmalar Əhliman Axundovun tərtib etdiyi 



«Azərbaycan folkloru antologiyası»nda «Çoban və Bənək» şeiri ilə eyniyyət təşkil edir [20; 68]. 

Azərbaycan folklorunun qədim dövrlərinə aid bir sıra mətnlərdə, xüsusilə qeyd etdiyimiz əfsanələrdə Bənək 

adına ikinci məna qazanmadan rast gəlinir. Lakin sonrakı əfsanə və rəvayətlərdə Bənək adı deformasiyaya 

uğrayaraq, Xallı kimi iştirak etməkdədir. Məzmun qismən qalmaq şərtilə bu əfsanə və rəvayətlərdə də Xallı 

çobanın sadiq dostu kimi qalmaqdadır. «Xallı» adlı nisbətən müasir rəvayətin məzmunu belədir: Bir varlı 

kişinin Tabəsdi adlı bir övladı vardı. O da ağanın çobanına könül vermişdi. Tabəsdi gözəl-göyçək, çoban 

boylu-buxunlu idi. Cavannar bir-birinə yaraşırdılar. Çobanın Xallı adlı qurdbasar bir iti də vardı. O, 

qurdların iyini lap uzaqdan alırdı. Xallının səsi çıxanda qurdların qorxudan ürəkləri qopurdu. Onun 

qorxusundan sürüyə qurd-quş, oğru-quldur yaxın düşə bilmirdi. Bir gün yenə yalax vaxtı ağanın qızı 

alaçıxda tək idi. Çobanın verdiyi tütəyi əlləşdirirdi. Birdən yad bir iy duyuf tüfəngi qucağına götürdü. Sonra 

tütəyi çalmağa başladı. Qız səhv etməmişdi, doğrudan da 5 - 6 adam Tabəsdini qaçırmağa gəlmişdi. 5-6 

qoyun da aparmaq istəyirdilər. Tütəyin səsinə Xallı özünü alaçığın yanına yetirdi. Çoban özünü alaçığa 

çatdırana qədər Xallı oğruları pərən-pərən elədi. Onlar da zorla qaçıf cannarını qutardılar. Çoban Xallının 

boynunu qucaxladı, amma it dartındı. Çoban onu buraxan kimi o, ildırım kimi sürünün yanına cumdu 

(söyləyəni İbad baba, 100 yaş, Sisyan (Qarakilsə) bölgəsi, Urud kəndi, Toplayanı T.Səmimi). 

Bənəyin Xallı adlanması heç də təsadüfi olmamışdır. Bizə tanış olan Bənək adlı itlərin dərisi qırmızı və ya 

başqa rənglərdə xallarla örtülüdür. Bənək adını daşıyan bu itlər də arıq, caydaq, uzun dırnaqlı, tükləri uzun 

olmuşdur ki, bu da Barak adını daşıyan mifoloji it tiplərinin bədən quruluşuna uyğun gəlir. 

Beləliklə, apardığımız tədqiqat və gəldiyimiz nəticələr onu göstərir ki, istər Barak, istərsə də Bənək xüsusi 

qurdbasar cinsdən olub özündə qurdla bağlı mifoloji arxaizmi saxlamış, inanc tipi kimi müəyyən dövrlərdə 

yaşamışdır. 

Beləliklə, fəsil boyu aparılmış tədqiqat bizə mifoloji şüurvə onun strukturu məsələsini Azərbaycan epik 

folklor mətnləri əsasında nəzərdən keçirməyə imkan verdi. Araşdırma göstərdi ki, türk mifoloji düşüncəsi 

parçalanaraq həm də folklora transformasiyalar etmişdir. Bu yolla mifoloji düşüncənin müxtəlif 

səviyyələrinin struktur vahidləri, onun inkişafının ayrı-ayrı mərhələləri folklorun struktur vahidlərinə 

çevrilmişdir. Bu da öz növbəsində tədqiqatın növbəti hissələrində həmin problemin - türk mifologiyasının 

epik transformasiyaları məsələsinin öyrənilməsinin nəzəri-metodoloji, praktik-elmi əsaslarını təşkil edir. 

 

 

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT 

 

6. Allah yıxan evi qızlar tikər (ilk dəfə nəşr olunan nağıllarımız). Bakı: Yazıçı, 1994, 304 s. 

13. Azərbaycan mifoloji mətnləri. Bakı: Elm, 1988, 196 s. 

20. Azərbaycan folkloru antologiyası. I kitab. Bakı: Azərbaycan SSR EA Nəşriyyatı, 1968, 289 s. 

21.Azərbaycan folkloru antologiyası. Naxçıvan folkloru. I cild / Tərtib edənlər T.Fərzəliyev, M.Qasımlı. Elmi redaktoru İ.Abbasov. Bakı: Sabah, 

1994, 388 s. 

23.Azərbaycan folkloru antologiyası. Şəki folkloru. IV kitab. 1-ci cild. Bakı: Səda, 2000, 498 s. 

24.Azərbaycan folkloru antologiyası. Ağbaba folkloru. VIII kitab. Bakı: Səda, 2003, 476 s. 

28. Azərbaycan folkloru antologiyası. Zəngəzur folkloru. XII kitab. Bakı: Səda, 2005, 464 s. 

35. Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya. Bakı: Maarif, 1989, 540 s. 

37. Bəydili C. Türk mifoloji sözlüyü. Bakı: Elm, 2003, 418 s. 

43. Bəhlul Abdulla Azərbaycan mərasim folkloru. Bakı: Qismət, 2005, 208 s. 

46. Biri var idi, biri yox idi... (Azərbaycan nağılları). Bakı: Gənclik, 1976, 267 s. 

52. Çobanoğlu Şahvələd. Sokrat, Bakı: Asiya, 2002, 120 s. 

58. Əliyev R.M. Azərbaycan nağıllarında mifik görüşlər. Bakı: Elm, 1992, 118 s. 

59. Əliyev R.M. Mifoloji şüurun bədii spesifikası. Bakı: Qartal, 2001, 100 s. 

62. Əsgərov Ə. Azərbaycan sehrli nağıllarında qəhrəman (səciyyəsi və mənşəyi). Fil. elm. nam. ... dis. Bakı, 1992, 144 s. 

67. Faruq Sümər. Oğuzlar. Bakı: Yazıçı, 1992, 432 s. 

71. Hacıyev T. Azərbaycanın qədim onomastikasına dair / Azərbaycan filologiyası məsələləri. Bakı: Elm, 1984, s.125- 136. 

84. İsmayılov H. Aşıq yaradıcılığı: mənşəyi və inkişaf mərhələləri. Bakı: Elm, 2002, 311 s. 

92. Qurani-Kərim. Bakı, 1992, 714 s. 

95. Mərasimlər, adətlər, alqışlar... / Toplama, müqəddimə və qeydlər A.Nəbiyevindir. Bakı: Gənclik, 1993, 352 

101. Nəbiyev A. Azərbaycan xalq ədəbiyyatı. I hissə / Ali məktəblər üçün dərslik. Bakı: Turan, 2002, 680 s. 

111. Rəşidəddin. Oğuznamə. Bakı: Milli Elmlər Ensiklopediyası, 2003, 108 s. 




113. Seyidov M. Azərbaycan xalqının soykökünü düşünərkən. Bakı: Yazıçı, 1989,496 s. 

117. Şükürov A. Mifologiya. 6-cı kitab. Qədim türk mifologiyası. Bakı: Elm, 1997, 232 s. 

123. Vəliyev İ. Azərbaycan mifik təfəkküründə sehrli quşlar // «Dədə Qorqud» jurnalı, 2005, N 1, s.42 - 53. 

124.Vəliyev K. Elin yaddaşı dilin yaddaşı. Bakı: Gənclik, 1987, 280 s. 

125. Vətən qürbətdə qaldı (Göyçə mahalından toplanmış folklor örnəkləri). I kitab. Bakı: Yazıçı, 1993, 544 s. 

127. Zeynalov İ. Mifoloji təfəkkürün formaları // Azərbaycan təbiəti, 1994, N 1, s.31 -34. 

 

Türk dilində 

132.Bayat F. Mitolojiye giriş. Çorum: KaraM, 2005, 150 s. 

133.Bahaeddin Ögel. Türk mitolojisi (Kaynakları ve açıqlamaları ilə destanlar). I cild, Ankara: Türktarih qurumu, 1989, 644 s. 

134.Bahaeddin Ögel. Türk mitolojisi, II cild, Ankara: Türk tarih qurumu, 1995, 610 s. 

137. Kalafat Y. Doğu Anadolu’da eski türk inanclarının izleri. 4-cü baskı. Ankara: Babil Yayınçılık, 2005, 284 s. 

138.Kafesoğlu İ. Türk Milli Kültürü. İstanbul, 1989, 537 s. 

139. Murat Uraz. Türk mitolojisi. İstanbul, 1967, 267 s. 

141.Roux J.P. Türklerin ve moğolların eski dini. İstanbul, 1998. Birinci baskı. İstanbul, 1994, 303 s. 

142.Roux J.P. Orta Asya’da kutsal bitkiler ve hayvanlar. İstanbul: Kabalcı yayınevi, 2005, 440 s. 

 

Rus dilində 

145.Azadovskiy M.K. İstoriə russkoyfolğkloristiki. M.: Uçpedqiz, 1958, 479 s. 

148.Arxaiçeskiy ritual v folğklornıx i ranneliteraturnıx pamətnikax. M.: Nauka, 1988, 335 s. 

152.Bayburin A.K. Kosmiçeskaə modelğ / Svod gtnoqrafiçeskix ponətiy i terminov, vıp.4. M.: Nauka, 1991, s.61 - 63. 

153.Bayburin A.K. Mif / Svod gtnoqrafiçeskix ponətiy i terminov, vıp.4. M.: Nauka, 1991, s.75-78. 

154.Bayburin A.K. Mifoloqiçeskoe soznanie / Svod gtnoqrafiçeskix ponətiy i terminov, vıp.4. M.: Nauka, 1991, s.78 - 80. 

155.Bayburin A.K. Mifoloqiə / Svod gtnoqrafiçeskix ponətiy i terminov, vıp.4. M.: Nauka, 1991, s.80-83. 

156.Baxlul Abdulla. Azerbaydjanskiy obrədovıy folğklor i eqo pogtika. Baku: Glm, 1990, 218 s. 

157.Beylis V.A. Tradiüiə v sovremennıx kulğturaxAfriki. M.: Nauka, 1986, 246 s. 

158.Birlayn Dj.F. Parallelğnaə mifoloqiə. M.: Kron-press, 1997, 336 s. 

160.Veleükaə N.N. Əzıçeskaə simvolika slavənskix arxaiçeskix ritualov. M.: Nauka, 1978, 240 s. 

161.Veyman R. İstoriə literaturı i mifoloqiə. M.: Proqress, 1975, 344 s. 

162.Qadjiev A. Pogtika sovremennoy prozı. Voprosı mifoloqiçeskoqo i folğk- lornoqo qenezisa. Baku: Mutardjim, 1997, 204 s. 

163.Qaüak V.M. Skazoçnik i eqo tekst (krazvitiö gksperimentalğnoqo naprav- leniə v folğkloristike) / Problemı folğklora. M.: Nauka, 1975, s.47 

- 59. 


165.Qerxardt M. İskusstvo povestvovanie. M.: Nauka, 1984, 455 s. 

166.Qolosovker Ə.G. Loqika mifa. M.: Nauka, 1987, 217 s. 

167.QordlevskiyV.A. İzb. soç. II tom. M.: Vostoçnoy literaturı, 1961, 558 s. 

168.QureviçA.Ə. Kateqorii srednevekovoy kulğturı. M.: Nauka, 1984, 350 s. 

169.Djuzeppe Kokkğəra. İstoriə folğkloristiki v Evrope. M.: İnostrannoy literaturı, 1960, 689 s. 

170.Drevnetörkskiyslovarğ, Leninqrad: Nauka, 1969, 676 s. 

171.DömezilğJ. Skifı i nartı. M.: Nauka, 1990, 229 s. 

179.Kləştornıy S.Q. Mifoloqiçeskie söjetı v drevnetörkskix pamətnikax / Törkoloqiçeskiysbornik 1977. M.: 

182.Kramer S.N. İstoriə naçinaetsə v Şumere. M.: Nauka, 1965, 256 s. 

184.Kgmpbell D. Maski boqa: sozidatelğnaə mifoloqiə. T. 1. Pervaə kniqa. M.: Zolotoy Vek, 1997, 332 s. 

189.Losev A.F. Problema simvola i realistiçeskoe iskusstvo. M.: İskusstvo, 1976, 367 s. 

190.Lösğen Levi-Brölğ. Sverxestestvennoe v pervobıtnom mışlenii. M.: Pedaqoqika-Press, 1994, 604 s. 

193.Meletinskiy E.M. Mif i istoriçeskaə pogtika folğklora / Folğklor pogtiçeskaə sistema. M.: Nauka, 1977, s.25 -42. 

194.Meletinskiy E.M. Pogtika mifa. M.: Vostoçnaə literatura, 2000, 407 s. 

196.Mifoloqiçeskiy slovarğ. M.: Sovetskaə gnüiklopediə, 1991, 736 s. 

197.Mifı, kulğtı, obrədı narodovzarubejnoy Azii. M.: Nauka, 1986, 256 s. 

198.Mix. Lifşiü. Mifoloqiə drevnəə i sovremennaə. M.: İskusstva, 1980, 583 s. 

199.MixaylovT.M. Burətskiy şamanizm. Novosibirsk: Nauka, 1987, 288 s. 

202.Novik E.S. Obrəd i folğklor v sibirskom şamanizme (opıt sopostavleniə struktur). M.: Nauka, 1984, 304 s. 

208.Propp V.Ə. İstoriçeskie korni volşebnoy skazki. L., izd. Leninqradskoqo universiteta, 1986, 365 s. 

214.Taylor G.B. Pervobıtnaə kulğtura. M.: Politizdat, 1989, 574 s. 

215.TgrnerV. Simvol i ritual. M.: Nauka, 1983, 277 s. 

216.Tokarev S.A. Rannie formı reliqii i ix razvitie. M.: Nauka, 1964, 399 s. 

217.Tokarev S.A. Rannie formı reliqii. M.: Politizdat, 1990, 622 s. 

218.Tokarev S.A. Reliqiə v istorii narodov mira. M.: Politizdat, 1976, 575 s. 

219.Tronskiy İ.M. İstoriə antiçnoy literaturı. Leninqrad: Uçpedqiz, 1947, 496 s. 

225.Filosofskaə gnüiklopediə. 2-oy tom. M.: Sovetskaə gnüiklopediə, 1962, 575 s. 

228.Frgzer Dj.Dj. Zolotoy vetvi. M.: izd. «Politiçeskoy literaturı», 1986, 703 s. 

231.Xaytun D.E. Totemizm, eqo suhnostğ i proisxojdenie. Stalinabad, 1958, 152 s. 

 

 



 

Yüklə 372,39 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə