Microsoft Word mitiloji 1-2 dL



Yüklə 372,39 Kb.
Pdf görüntüsü
səhifə10/14
tarix31.10.2018
ölçüsü372,39 Kb.
#77174
1   ...   6   7   8   9   10   11   12   13   14

Bu faktı da deməyi özümüzə borc bilirik ki, adamcıllarla bağlı olan miflərdə ancaq qadınlar başlarına qurd 

dərisi keçirərək qurd cildinə düşürlər. Bizə məlumdur ki, insan məhz dəri vasitəsilə öz toteminə çevrilə bilir. 

Belə bir fərziyyə irəli sürmək olar ki, məhz adamcıllar qurdu totem olmaqdan çıxarıb, çünki totem özündən 

hesab olunana belə münasibət göstərmir. «Qurdoğlu» nağılında qurd- dan doğulan qəhrəmanla adamcıl 

arasında mübarizə gedir. Qəhrəman öz qüv- vətini demiurqundan - qurddan aldığı üçün adamcıla qalib gəlir 

[24]. Bizə belə gəlir ki, qurdun totem olması arxaik miflərdə də unudulmuşdur, bu mətnlərdə qurdun 

demiurqluğu qorunur. Ancaq adamcıllarla bağlı miflərdən onun totem olmasını görmək, strukturda yerini 

bərpa etmək mümkündür. «Qurd Zalxa» mifində Zalxa başı açıq çölə çıxanda qurd dərisini onun üstünə atır. 

Zalxa doqquz ay qurdlarla gəzir, adam parçalayıb yeyir. İtlər onun dərisini yırtandan sonra adama çevrilir 

[21, s.44]. «Qurd arvad» mifində də bu prosesin şahidi oluruq. Evinə qonaq gələn kişini qadın qurd cildinə 

düşərək parçalamaq istəyir. Qonağın bu hadisəni kişiyə danışmasından sonra qadının qurd donu yandırılır, 

qadın adamcıllıqdan çıxır [20, s.40]. Bu miflərdə insanla totem arasında əlaqəni dəri yaradır. Miflərdə 

totemdən insana çevrilmək üçün qadınlar inkarnasiyadan keçməli olurlar. 

İnkarnasiya birinci mərhələyə uyğun gəlir. Qədim insan öz totemik əcdadını insana çevrilmiş, yaxud özünə 

oxşar şəkildə görür. Birinci mərhələdə inkarnasiyanın struktur modeli totemdə təcəssüm olunmuş ruhdan 

ibarətdir. Bu müstəvidə insan struktur modeli tamamlayır (totemik əcdad - ruh - insan qarşılıqlı əlaqəsi). 

Burada düşünüldüyü kimi, ruh insanın özündə deyil, başqa substansiyadadır. Məsələn, divin canı özündə 

deyil, göyərçindədir, balıqdadır və s. Ruhun bir bədəndən başqa bədənə keçməsi, ruhun yenidən yerə 

qayıtması dünya ağacı (kosmos) ilə bağlıdır. Dünya ağacı ilə bağlı təsəvvürlərdə onun kökləri yeraltı 

dünyaya uzanır, gövdəsi yerlə göyü birləşdirir, budaqları kosmosa yayılır. «Avesta»da həyatın yenidən dövr 

etməsi, yəni ölənin ruhunun axan su ilə bitkiyə keçməsi (inkarnasiya) təsvir olunur. Qeyd olunur ki, öləni 

hökmən yağış suyu yumalıdır. Yağış suyu da dövr edərək həyat ağacının toxumlarının yerə tökülüb 

bitməsinə, yenidən göyərməsinə təkan vermişdir. Bu təsəvvürlər qədim insanların həyat və ölüm haqqında 

şifahi təsəvvürlərinin ağaca əcdadlar dünyası ilə əlaqəni möhkəmləndirməyə xidmət edir. Burada həyat və 

ölüm bir-birinə qarşı olanda ölümdən həyat doğur, həyat ölümü doğurur [160, s.38]. 

Geniş mənada inkarnasiya qəhrəmanın doğulmasında əsas olan ruhun ana bətnində uşağa çevrilə bilməsi, 

uşağın 14 yaşından ərgənlik dövrünə keçməsi, padşah kimi başına tac qoyması mərasiminə daxil olması və 

s. proseslərini əhatə edir. İnkarnasiyanı sırf mənada və nisbi mənada götürmək olar. Nağıllarda quş uçurma, 

cavan şahzadənin padşah seçilməsi inkarnasiyanın nisbi olaraq qəbul edilməsinə yönlənmişdir. İnkarnasiya 

prosesinin əvvəli, yəni uşağaqalmanın əvvəli alqış-dualar, kəsilən qurbanlar ilə müşahidə edilir. Bu isə 

xüsusi olaraq qəhrəmanın doğuluşu ilə bağlıdır. Türk xalqlarının keçirdiyi «döllənmə törəni» lazım olan 

yeməklərin yeyilməsi ilə ilişgilidir. Sırf mənada, yəni xüsusi hal kimi inkarnasiya prosesi nağıllarda alma 

yeməklə baş verir. Almanı yeyən padşah və arvadı qısır halından törədici roluna keçir. İnkarnasiyanın 

mənbəyi mağara, ağac koğuşu və s. yerlərdir. Ona görə də mağarada uşaq doğulur, ağac uşaq doğur və s. 

Əlimizdə olan əfsanə, mif, nağıl və epos süjetlərinə əsaslanaraq inkarnasiyanın üç mərhələdən ibarət bir 

proses olduğunu düşünürük: 

1. Sırfvə nisbi inkarnasiya; 

2. Anadan yarıtotem - yarı insan kimi doğulma, sonradan insana çevrilmə; 

3. Totemin birbaşa insana çevrilməsi (göyərçinlərin (ilanın, ağacın) qıza, oğlana çevrilməsi və s.). 

Folklor mətnlərində inkarnasiyanın iki tipinə rast gəlinir: 

1. Anadan yarıtotem - yarıinsan doğulma, sonradan insana çevrilmə; 



2. Totemin birbaşa insana çevrilməsi (göyərçinlərin qıza, oğlana çevrilməsi və s.). 

İnkarnasiyanın ikinci tipində heyvan (totem) insana çevrilə bilir. İnkarnasiyanın birinci növündə bu, baş 

vermir. Çünki yarıheyvan, yarıinsan totem özü yaradıcı statusundadır, özü özünü təkrarlaya bilmir, özünü 

yaratmaq üçün o, şəkli xüsusiyyətlərindən birini itirməlidir. Deformasiyaya uğramış şəkildə totem kimi 

birüzlü formalaşmalıdır. Məhz inkarnasiya da bundan sonra başlayır. 

Totemin qohum kimi təsəvvür olunduğu ikinci mərhələ inkarnasiyanın sona yetdiyi, reinkarnasiyanın 

başladığı dövrdür. Bu mərhələdə ruhun kənar substansiyada deyil, insanın daxilində mövcud olması 

düşünülür. Birinci mərhələ üçün abstraksiya mühüm əlamət idisə, ikinci mərhələdə konkretlik üstünlük 

təşkil edir. Birinci mərhələdə (inkarnasiya) totemi təsəvvürə gətirmək üçün qədim insana onun formasını 

düşünmək lazım gəlirdi. Bu da mücərrəd prosesdir. Ancaq reinkarnasiyada (ikinci mərhələdə) totem başa 

düşüləndir və olduğu kimi qəbul olunur, ayaqları, başı, gövdəsi və s. 

Buna görə də totemə qayıdış (reinkarnasiya prosesi), totemə dönmə strukturca sadədir, modeldə insan - su - 

totem iştirak edir (su, bulaq vasitədir). Reinkarnasiyada proses çevrilmədən ibarətdir, buna müvəqqəti ölüm 

də demək mümkündür. Nağıllarda ən çox keçəllər bulaq vasitəsilə reinkarnasiya həddini keçirlər. 

Maraqlıdır, birinci mərhələdə müvəqqəti ölüm yoxdur, birinci mərhələ ilə ikinci mərhələ arasında əlaqəni 

totem yaradır, ikinci mərhələ ilə üçüncü mərhələ arasındakı əlaqəni isə müvəqqəti və ya daimi ölüm həyata 

keçirir. Reinkarnasiyanın müvəqqəti ölümlə əlaqədar olması üçüncü mərhələnin şərtlərini müəyyənləşdirir. 

V.V.Propp reinkarnasiya zamanı çevrilməni ruhun çevrilməsi kimi, S.Y.Neklyudov isə reinkarnasiya ilə 

bağlı hər hansı çevrilməni ruhun müxtəlif varlıqlarda əks olunması kimi şərh edir [208]. Hər iki alimin 

şərhindən bu nəticə çıxır ki, «Ceyranın nağılı»nda qəhrəman ceyranda əks olunan ruhun mənimsənilməsi 

yolu ilə doğulur [62, s.101]. 

İnisiasiya reinkarnasiyadan fərqli olaraq daha geniş anlayışdır. İnisiasiya- nın əsas motivi cismani olmayan 

ölüb-dirilmədir. Reinkarnasiyada ölüb-dirilmə şərti xarakter daşıyır, inisiasiyada isə bu proses şüurda 

qavranılır və ölüb- dirilməyə yaxınlaşır. 

İnisiasiya ölüb-dirilmə aktını strukturlaşdıran ritual hadisəsidir. İnisiasiyada qəhrəman bir tipdən başqa tipə 

keçir. «Kitabi-Dədə Qorqud» dastanlarında Beyrəyin qəhrəmanlıq göstərməsi (14 yaşında) ona ad 

qoyulmasına səbəb olur. Eləcə də Buğac yetkinlik yaşında buğanı basdığına görə inisiasiyadan keçir. 

Dastanda bu qəhrəmanların inisiasiya prosesi zamanı ölməsi haqqında, yəni sırf ölüb-dirilməsi haqqında heç 

nə deyilmir. Buradan belə nəticə çıxarmaq olar ki, inisiasiya və ölüb-dirilmə qəhrəmanlara, inkarnasiya və 

reinkarnasiya totemə - heyvan və quşlara aid prosesdir. 

Bəzən inisiasiya prosesi ölüb-dirilməyə yaxınlaşır, hətta onların sərhədlərini müəyyən etmək çətin olur. 

Məsələn, «Məlik Məmməd» nağılında qəhrəman o dünyaya gedib qayıtmalı olur. Burada sırf ölüb-dirilmə 

yoxdur, ancaq Məlik Məmməd o dünyaya getməklə inisiasiya prosesindən keçir. Oradan qayıdandan sonra 

onu qəhrəman tipində görürük. Onun inisiasiyadan keçməsində əsas şərt mifoloji tanrılarla bağlılığıdır. 

«Məlik Məmməd» nağılında yuxu qadağan olunur. Əgər o da qardaşları kimi yatsaydı, o dünyaya gedə 

bilməzdi. Azərbaycan folklorunda inisiasiya ilə bağlı motivlər çoxdur. 

Beləliklə, hər üç mərhələnin sərhədləri məlumdur. Hər üçü inkişafa meyl- lidir, biri o biri üçün zəmin 

hazırlayır. İnkarnasiyanın qurtardığı yerdə reinkarnasiya mərhələsi başlayır, reinkarnasiyanın sonundan 

başlayaraq inisiasiya mərhələsi davam edir. Bu mərhələlərin məntiqi sonluğu isə qurban və qurbankəsmə ilə 

başa çatır. İnkarnasiya və reinkarnasiya birbaşa tote- mizmlə bağlı olduğundan hər bir totemin qədim insanın 

həyatında oynadığı rol ona kəsilən (totem ruhuna qurban vermək lap erkən dövrlərdə də olmuşdur [214, 

s.211]) qurbanla tənzimlənir. 




Yüklə 372,39 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə