Microsoft Word mitiloji 1-2 dL



Yüklə 372,39 Kb.
Pdf görüntüsü
səhifə7/14
tarix31.10.2018
ölçüsü372,39 Kb.
#77174
1   2   3   4   5   6   7   8   9   10   ...   14

Bunlar qara qaz şəklinə girib su üzərində uçurdular. Tanrı heç bir şey düşünmürdü. Kişi rüzgər çıxarıb suyu 

dalğalandırdı və tanrının üzünə su səpdi. Bu kişi özünün tanrıdan böyük olduğunu sandı və suyun içinə baş 

vurdu. Su içində boğulacaq oldu; (Tanrı, mənə yardım et) deyə bağırmağa başladı. Tanrı (yuxarı çıx) dedi. O 

da suyun üzərinə qalxdı. Tanrı belə buyurdu: Sağlam bir daş olsun! Suyun dibindən bir daş çıxdı. Tanrı ilə 

kişi daşın üzərində oturdular. Tanrı, suya dal, oradan birtorpaq çıxart, kişiyə dedi. Kişi suya daldı. Özüm 

üçün də bir torpaq çıxarım deyə düşündü, iki əlinə torpaq aldı. Bir əlindəki torpağı ağzına soxdu, özü də 

torpaq yaratmaq istəyirdi. Tanrıya torpağı verdi. Tanrı torpağı səpdi. Yer qatı əmələ gəldi. Kişinin ağzındakı 

torpaq da böyüməyə başladı. Kişi boğuldu və öləcək oldu. Tanrıdan kömək istədi. Tanrı, ağzındakı torpağı 

at, dedi. Kişi ağzındakı torpağı atdı, kiçik-kiçik təpələr əmələ gəldi. Tanrı ona dedi ki, sən mənə fənalıq 

etdin. Sənə itaət edənlər fəna olacaqlar. Mənə itaət edənlər isə təmiz olacaqlar. Onlar Günəşi görəcəklər, 

aydınlıq görəcəklər. Mən gerçək Kurbustan adını almışam; sənin adın isə Erlik olsun. Günahlarını məndən 

gizləyənlər sənin xalqın olsun [139, s.11]. Göründüyü kimi, əsatirdə dünyanın Allah tərəfindən yaradılması 

ideyası tərənnüm edilir. Təbii ki, belə əsatiri obrazlar İslam dininin təbliğ etdiyi Böyük Yaradan haqqındakı 

fikirlərə uyğun gəlir, təfəkkürdə vahid Allah obrazının formalaşmasına yardım edirdi. Təqdim etdiyimiz bu 

və ya digər antropoqonik miflərin əsas xüsusiyyəti orada ilk insanın Allah tərəfindən torpaqdan və ya gildən 

yaradılması idi. Antropoqonik miflər də kosmoqonik miflərin ayrılmaz tərkib hissəsi olub, ilk insanın 

yaranmasının mənşəyini kosmosla bağlayırdı. Belə miflərdə yaradıcı - Allah animistləşdirilir, canlı təsəvvür 

olunurdu. Qeyd edək ki, miflərdəki Allah obrazı müasir dinlərin təbliğ etdiyi Böyük Yaradandan öz 

ibtidailiyi və bəsitliyi ilə fərqlənirdi. Hətta onlar ya birbaşa, ya da ruh (bəzən də div, günəş və s. kultlar 

vasitəsilə) şəklində əlaqəyə girib insanyaradıcı kimi çıxış edirlər. Bu daha çox əkiz miflərinə aiddir. 

L.Y.Şternberq Sibir xalqları arasında yayılan bu cür miflərə diqqət yetirmişdir. Belə miflərdə uşağın biri 

atadan, digəri isə ilahidən əmələ gəlir (Ceyran, Cəlayi- Vətən, Şahzadə Mütalib, Tapdıq kimi nağıl 

qəhrəmanları da ruhdan, divdən, günəşdən və s. fövqəlqüvvələrdən mayalanmış və doğulmuş uşaqlardır) 

[217, s.145- 146; 234]. 

Allahın ilk insanı gildən, yaxud palçıqdan yaratması haqqında olan miflər öz ideyasına uyğun gəldiyi üçün 

həmişə bütün dinlər tərəfindən əxz edilmişdir. Dünya xalqlarının din tarixinə nəzər yetirsək görərik ki, 

fetişist təsəvvürlər (bütpərəstlik, çoxallahlılıq və s.) o dinlərin ayrılmaz hissəsini təşkil etmişdir. Mifoloji 

görüşləri o tayfanın dini görüşləri hesab edənlər yanılmırlar. Dünyanın bütün xalqlarının din tarixinə nəzər 

yetirsək, görərik ki, fetişist təsəvvürlər (bütpərəstlik) o dinlərin ayrılmaz hissəsini təşkil edir. Mifoloji-dini 

inamların, adətlərin sonrakı inkişaf mərhələlərində animizm və fetişizm öz ictimai funksiyasını cadugərliyə 

tərk edir və bunlar dinin tarixində əsas mərhələləri təşkil edirlər [158, s.17 - 18]. Müasir dində mövcud olan 

strukturlar primitiv şəkildə qəbilə və tayfa dinlərində də mövcud idi. S.A.To- karev yazır ki, din ictimai 

hadisədir. Dini təsəvvürlər heç vaxt fərdi təəssürat sferası ilə məhdudlaşmayıb, bu və ya başqa ictimai 

quruluşun faktı kimi təzahür edir. Din gələcək ideoloji forma kimi insan beynində mifoloji təfəkkür 

prosesinin tam başa çatması ilə əlaqədar yaranır [218, s.32 - 33]. 

Qurana görə, Tanrı insanı özünə bənzər yaratmışdır [92, Bəqərə surəsi]. Türk mifologiyasında da ilk insanın 

yaradılışı haqqında maraqlı fikirlər çoxdur. Adəm əski türklərin dediyi kimi Ulug Tinlig və ya Üstünki 

Yalnguklardan idi [133, s.475 - 476]. Yaradılış miflərində Adəm iradəli, Həvva isə zəif iradəli, ilanın sözünə 

baxıb özünü və Adəmi əzab-əziyyətlərə düçar edən qadın rəmzi kimi təsvir edilir. Adəm və Həvva əxlaq 

simvolu idilər. Tanrı onları cənnətdən çıxardıqdan sonra yer üzünə göndərmiş, ruzilərini və yaşamaq 

imkanlarını da vermişdi. Ona görə də dünyaya uşaq gələndə ruzisi özündən əvvəl gəlir deyirlər. Həvva 

cənnətdə əbədi yaşamaq qanununu pozmuşdu. Onun bu qəbahəti tək özünü yox, Adəmi də cəzadan qurtara 

bilməmişdi. Çünki qadın ilə kişi əbədi həyat qanunları çərçivəsində bir-birindən ayrılmaz vücud idilər. 

Qadın ayrıca olaraq kişidən sonra, həm də kişinin qabırğasından yaradılmışdı. 

Bizim əcdadlarımız bu qadına Ay-Anam deyirdilər. Kişiyə isə elə beləcə Yalngık, ondan törəyənlərə isə 

Yalngık-oğlı adını vermişdilər [133, s.476]. Türk mifoloji dünyagörüşünə görə insan palçıqdan 




yaradılmamışdan əvvəl onun ruhu göylərdə tanrı ilə birlikdə imiş. Əcdadlarımız ilk insana Yalıncıq adını 

qoyanda onun çılpaq, paltarsız olduğunu, sonradan əncir yarpağına büründüyünü nəzərə alırdılar. 

«Dəli Domrul» boyunda da Allah obrazı yaradılıb. O, boyda can alan yox, can verən, can bağışlayan kimi 

tərənnüm olunur. Prof. T.Hacıyev yazır ki, Dəli Domruldakı Dəli sözü valideynlərindən gələn bir əlamət 

kimi dəliqanlılıq məx- rəcinə uyuşur [71, s.48]. Lakin onun valideynlərinin adında dəli epiteti yoxdur. Biz 

boyda Dəli Domrulun inisiasiyadan keçməsinin bir neçə mərhələsini görürük. O, əvvəlcə ata-anasından can 

istəyir, onlar canlarını vermədikdə halalı ilə vidalaşmağa gəlir. Bu mətndə təsirli boyalarla verilir. Halalı öz 

canını Domrula qurban etmək istəyir. Domrul isə halalının onun yerinə canını verməsini istəmir. Bu, qədim 

türk əxlaqıdır. Dəli Domrul Allaha yalvarır: «Alırsan, ikimizin canun billə alğıl! Qorsan, ikimizin canun 

billə qoğul!». Bu yalvarışı Allah eşidir. Onların hərəsinə 140 il ömür verir. Burada inisiasiya prosesi 

qapanır. Prof. T.Hacıyev Allah obrazının türk təktanrıçılığındakı Tanrı olduğunu, can verənin, öldürənin də 

o olduğunu, Əzrayılın İslamın təsiri ilə sonradan boya daxil olduğunu yazır [71, s.131 - 132]. Dəli Domrul 

bilmirdi ki, can verən, can alan Allah-təaladır. Onun şüurunda bu vəzifəni icra edən türk Tanrısı olub. Bunu 

mətndə onun Allah-təalaya «görklü Tanrı» deyə müraciət etməsi də göstərir [71, s.132]. Bu, həm də orta əsr 

şüurunda Tanrı ilə Allahın eyni olduğunu göstərən tarixi zamandır. 

Mifoloji şüurun struktur mərhələlərindən bəhs edərkən onların hansının daha əvvəl funksional olduğunu 

söyləmək çətindir. E.Taylor animizmi ən qədim mərhələ hesab edir [214, s.33]. Onun fikrincə, mifik 

düşüncədə Tanrı ideyası da, onun qavranması da animizmin sonunda meydana gəlmişdir. Alman mifoloqu 

V.Manqardt isə E.Taylorun animistik nəzəriyyəsini ayin və inamlara, kultlara əsasən inkişaf etdirdi. Onun 

fikrinə görə, adət-ənənələr bir-biri ilə əlaqədə, sonra isə onları əhatə edən mühitə görə öyrənilməlidir [214, 

s.35]. «İlk dövrxalq ədəbiyyatının müəyyən mərhələsində əski insanlar hər bir təbiət hadisəsinin və əşyanın 

arxasında bir ruh görmüş, ata ruhları ayrı bir kateqoriya kimi yaratmış və ruhların şərəfinə qurbanlar 

kəsmişdir» [214, s.211]. 

O, ağac ruhuna olan inamı animistik təsəvvürün əsası hesab edir, fikrini ümumiləşdirərək yazırdı: «İlk 

inanca görə ağac yalnız meşə ruhlarının yaşadığı yer deyil, eyni zamanda ağacın həyatı ilə bağlı olan başqa 

ruhların mövcud olduğu yerdir» [214, s.35]. 

İbtidai mifoloji görüşlərə animizm, fetişizm, totemizm, politeizm, antropomorfizm xasdır. Oğuzlarda 

antropomorfizmdən sonra mifoloji şüurda göy adamı obrazı - Tanrı anlayışı formalaşmışdır. F.e.d. 

H.İsmayılov yazır ki, qərb oğuzlarının tanrıçılıq anlayışı oğuzlarda ən azı ad səviyyəsində (Tenq-er - göy 

adamı, tanrı) şumerlərə (Tenqir) qədər gedib çıxır. Bu adın türklərdə yaşaması faktı bu inamın 

mövcudluğunun fasiləsizliyi faktıdır. Beləliklə, türk insanı aşağıdakı dünyagörüşlərin daşıyıcısı olmuşdur: I. 

Mifoloji görüşlər (totemizm, animizm, politeizm); II. Animist görüşlər (şamanizm, xalq təsəvvüfü); III. Dini 

görüşlər; IV. Sufi görüşlər; V. Sufi təriqətləri [84, s.56]. 

S.A.Tokarev animizm, fetişizm və totemizmə dinin qədim formaları kimi baxır. Lakin onlardan hansının 

əvvəl, hansının sonra, yaxud animizmin fetişizmdən, totemizmin animizmdən yarandığı haqda qəti fikir 

söyləməyin çətin olduğunu deyir [218, s.387]. Bu görüşlər müəyyən ərazini əhatə edir. Fetişizmin yüksək 

dərəcədə inkişafı magiya ilə bağlıdır. Fetişizmin inkişafının sonunda magiya haqqında təsəvvürlər əmələ 

gəlir. Magiya ikili xarakterdə olur: zərərli və xeyirli. Zərər yetirən magiyada bədxah ruhlardan istifadə 

olunur. Magiyada animistik və fetişist təsəvvürlər başlıca rol oynayır. Zərərli magiyaya nağıllarda daha çox 

rast gəlinir. «Bənidaş şəhərinin sirri» nağılında cadugər qadın şər qüvvənin köməyi ilə, ya da əlindəki 

çubuqla adamları daşa döndərir. Qəhrəmanları isə xeyirli magiya fəlakətdən qurtarır. Xeyirli magiyanın 

ikinci bir qolu da müalicə magiyasıdır. Burada xeyirxah ruhların köməyi ilə xəstələr sağaldılır. 

C.Freyzer magiyanı ibtidai cəmiyyətin quruluşuna təsir göstərən, insanların fəaliyyətini sahmanlayan ilk dini 

görüş və təlim kimi qiymətləndirir. O yazır ki, qədim insanların vəhşilikdən, barbarlıqdan uzaqlaşdığı 




Yüklə 372,39 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə