Microsoft Word monitoring focal points az doc



Yüklə 362,13 Kb.
Pdf görüntüsü
səhifə15/17
tarix20.10.2017
ölçüsü362,13 Kb.
#5702
1   ...   9   10   11   12   13   14   15   16   17

36 

 

həyata keçirilməsini  əyani  şəkildə sübuta yetirir. Ümumilikdə hesabatların nəticəsinə 



görə demək olar ki, getdikcə daha çox mərkəzi, regional və yerli hakimiyyət orqan və 

idarələri gender bərabərliyi istiqamətində strateji kurs və konkret fəaliyyət planlarını 

hazırlayırlar.  

 

Çex Respublikasında hər bir ayrı nazirlik öz səlahiyyəti çərçivəsində gender bərabərliyi 



siyasətinin həyata keçirilməsinə cavabdehdir, bu zaman həm xüsusi, həm də ümumi 

əhəmiyyətli tədbirlər nəzərə alınmalıdır. Beləliklə gender bərabərliyi üzrə nazir ilk 

növbədə  mərkəzi hakimiyyət orqanların işini tənzimləyir və tarazlaşdırılmış gender 

siyasətinin həyata keçirilməsi üçün baza imkanlarını təmin edir.  

 

Sloveniyada gender bərabərliyi üzrə  Şura kişilərə  və qadınlara bərabər münasibət 



prinsipinin pozulması barədə şikayətləri qəbul edərək qərar çıxarır. Bu Şuraya hər bir 

ölkə  vətəndaşı müraciət edə bilər, müraciətin proseduru çox sadədir, heç bir ödənişə 

ehtiyac yoxdur. Əgər işçi həmkarlar ittifaqının üzvüdürsə  və kollektiv işəgötürülmə 

müqaviləsində müvafiq anlaşılmamazlıqların həll yolu göstərilirsə, bu vaxt onun 

ərizəsinə ilk növbədə  həmkarlar ittifaqında baxılır.  Əgər həmkərlar ittifaqının 

rəhbərliyi şikayəti idarə arbitrajına verə bilmir, və ya vermək istəmirsə, onda həmin iş 

Şuranın nəzarətinə götürülür. Hər bir ölkə vətəndaşı əmək bazarında, dövlət idarəçilik 

orqanlarında, kommersiya təşkilatlarında, təhsil sahəsində, səhiyyə sahəsində, sosial 

təminat sahəsində,  şəxsi biznes sahəsində  və maliyyə sektorunda baş verən ayrı-

seçkilik halları barəsində məlumat vermək hüququna malikdir. 

 

Polşada Gender Bərabərliyi Haqqında Qanun o qədər hərtərəflidir ki, gender vəzifələri 



təcrübəsinin həyata keçirilməsi yalnız dövlət orqanlarına yox, həmçinin ictimai nizam-

intizam funksiyalarını yerinə yetirən fərdi  şəxslərə  və xüsusi təşkilatlara, məsələn, 

əhaliyə sosial xidmət göstərən təşkilatlara da şamil olunur. Əgər onlar dövlət tərəfindən 

maliyyələşirlərsə və ya hər hansı bir dövlət hakimiyyət orqanları ilə sıx əlaqədədirlərsə, 

onda bu orqanlar gender öhdəliklərinin subyekti hesab olunurlar. Sadalanan hər bir 

dövlət orqanları  və ya onlarla sıx təmasda fəaliyyət göstərən xüsusi təşkilatlar üçün 

spesifik tələblər hazırlanmışdır

20

. Məsələn, yerli hakimiyyət orqanlarına müxtəlif 



sahələrdə gender bərabərliyinin məqsədlərinin identifikasiya edilməsi üçün layihələr 

hazırlanması tapşırılır və onların həyata keçirilməsi yolları göstərilir. Xüsusilə kişilər 

və qadınlar üçün ödənilən  əmək haqqları arasındakı  fərqin aradan götürülməsi üçün 

tədbirlər planının hazırlanmasına böyük diqqət ayrılır. Karyera üzrə  ədalətli 

irəliləmənin təmin edilməsi və peşəkar seqreqasiyanın dəf edilməsi üçün imkanların 

                                                 

20

Gender Bərabərliyi Vəzifəsi. Təcrübə Layihəsi.  İngiltərə  və Uels, Mançester; Bərabər  İmkanlar Komissiyası, 



2006.P.58,59. 


37 

 

yaradılması da bura daxil edilir. Ailədə və başqa sahələrdə qadınlara qarşı zorakılığın 



ləğv edilməsi də həmin səviyyədə prioritet məsələrdən sayılır. 

 

Hana höküməti milli mexanizmin statusunu artıraraq, onu ən yüksək hökumət 



səviyyəsinə-nazirliklərə, idarə  və agentliklərə birbaşa çıxışa malik olan Prezident 

Aparatına qədər çatdırıb. 

 

İtaliya, Namibiya, Panama, Sent-Vinsente və Qrenlandiyada, başqa tədbirlərlə yanaşı, 



milli mexanizmin həyata keçirilməsi üçün yeni nazirliklər yaradılmışdır, onun statusu 

dəyişdirilərək komissiya edilmişdir, milli mexanizmə başçılıq edən nazir təyin 

edilmişdir.  

 

Albaniyada milli mexanizm Nazirlər Kabineti səviyyəsinə qədər qaldırılmışdır. Onun 



sədri birbaşa olaraq baş nazirə hesabat verir. 

 

Efiopiya, İndoneziya, İran, Keniya, Meksika, Nigeriya, Seneqal və Zambiya o ölkələrin 



sırasında yerləşir ki, həmin ölkələrdə qadın problemləri üzrə  şöbələr və agentliklər 

yaradılaraq hökumətlərin müxtəlif səviyyələrinə qaldırılmışdır. 

 

Monqolustanda milli mexanizm tərəfindən, qadınların vəziyyətinin yaxşılaşdırılması 



üçün, milli fəaliyyət planı hazırlanmışdır, bundan sonra isə hər bir əyalətdə geniş qadın 

kütləsinin ictimai həyatda aktiv iştirak etməsi üçün ayrıca planlar tərtib edilmişdir. 



 

Büdcənin hazırlanması və planlaşdırılmasında gender problemləri  

 

Beynəlxalq təcrübədə kompleks gender yanaşmasının mümkün tətbiqedilmə  həddləri 



aşağıdakı qaydada cəmləşir: 

 



    illik  büdcənin hazırlanması layihəsi, vergilər üzrə  qərarlar, daxili və xarici borcların 

idarə olunması, ödəmə balansı da daxil olmaqla, hal-hazırkı makroiqtisadi nizamlama 

səviyyəsində; 

 



    yoxsulluğun ləğv edilməsi və maliyyə vəsaitlərindən istifadə üsullarının effektivliyinin 

artırılmasına yönəldilmiş struktur islahatları səviyyəsində; 

 

    makrokreditləşmənin və kredit siyasətinin liberallaşdırılmasının spesifik sahəsində. 



İqtisadi stabilləşməyə gender yanaşması sosial siyasət maliyyələşməsinin analizinə  və 

qadınları  dəstəkləyən proqramlara çatmır. Gender makroiqtisadi nizamlamanın  əsas 

addımlarından biri büdcə  kəsrinin azaldılmasının alternativ ssenari analizi və insan kapitalının 

yetişdirilməsi ilə bağlı ehtiyacların ödənilməsinə yönəldilmiş dövlət tədbirlərinin 

stimullaşdırılmasıdır.  Bu ehtiyaclara ən geniş kontekstdə baxmaq lazımdır, adi yanaşma isə bir 

qayda olaraq yalnız təhsil və səhiyyə sahələrini əhatə edir. 




Yüklə 362,13 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə