Microsoft Word monitoring focal points az doc



Yüklə 362,13 Kb.
Pdf görüntüsü
səhifə2/17
tarix20.10.2017
ölçüsü362,13 Kb.
#5702
1   2   3   4   5   6   7   8   9   ...   17

 

Qısaltmalar 



 

GBQT İB – Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İctimai Birliyi  

BMT – Birləşmiş Millətlər Təşkilatı   

QHT – Qeyri-Hökumət Təşkilatları 

BƏT – Beynəlxalq Əmək Təşkilatı  

MİM – Minilliyin İnkişaf Məqsədləri  

KİV – Kütləvi İnformasiya Vasitələri  

KİT – Kommunikasiya İnformasiya Texnologiyaları  

MİİH – Milli İnsan İnkişafı Hesabatları   

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 

Giriş 

Azərbaycan ictimaiyyətində müasir qadının mövqeyi - milli ən-ənələrin uzun tarixi dövr 

ərzində formalaşması  və bir-birinə  sıx birləşərək  şüurda möhkəmlənmiş sosial məişət 

normalarının nəticəsidir. Qadınların mövqeyinə iqtisadi, siyasi, mədəni, sosial, etnik faktorlar, 

dini ehkamlar, elmi teoriyalar və  məişət normaları  təsir edir. Vəsait mənbələrindən istifadə  və 

onlara nəzarət, iqtisadi imkanlar, hakimiyyət səlahiyyətləri və siyasətdə  iştiraketmə 

məsələlərində qadınlar və kişilər arasında böyük bir məsafə vardır. Bir çox başqa ölkələrdə 

olduğu kimi, Azərbaycanda da de-jure və de-fakto bərabərliyi arasındakı böyük fərq açıq-aşkar 

görünməkdədir. Ölkə konstitusiyasına görə cinci mənsubiyyət baxımından ayrı-seçkiliyə qadağa 

qoyulmasına baxmayaraq, qadınlar mütamadi olaraq ciddi hüquq pozuntuları ilə qarşılaşırlar. 

2008-ci ildə keçirilmiş Beynəlxalq  İqtisadi Forumun nəticələrinə  əsasən Azərbaycan qadın və 

kişilərin hüquq bərabərliyinin səviyyəsinə görə dünya ölkələri sırasında 61-ci yeri tutur

1

.  Ötən 



illərdəki göstəricilərə görə ölkəmiz iki pillə yuxarıda qərar tutmuşdu. Əslində təhsil və səhiyyə 

sahələrində qadın və kişilər arasında olan qeyri-bərabərlik tamamilə aradan götürülmüşdür, lakin 

bərabər siyasi və iqtisadi hüquq normalarının əldə edilməsi məsələlərində olan dəyişikliklər çox 

ləng sürətlə inkişaf edir.    

Azərbaycanda gender bərabərliyinin bərqərar edilməsi üzrə olan milli mexanizmin inkişafı 

minillikdə qarşıya qoyulan məqsədlərə çatmaq kimi qlobal çərçivədə həyata keçirilir. Donor və 

partnyor ölkələrin insan inkişafının yaxşılaşdırılması, yoxsulluğun aradan qaldırılması və qlobal 

inkişafa nail olmaq məqsədilə qadınların hüquq və imkanlarının genişləndirilməsi kimi 

öhdəliklər və prinsiplərini özündə cəmləşdirən “Minilliyin Deklorasiyası”nın qəbul edilməsindən 

sonra gender bərabərliyi üçün yeni arxitektura-sxem işlənərək hazırlanmışdır.  İntensiv 

lobbiləşmə, məlumatlandırılmanın artırılması, kütləvi informasiya vasitələrində işıqlandırılma və 

vətəndaş  cəmiyyəti təşkilatlarının sözsüz aktivləşməsi nəticəsində bütün dünyada gender 

bərabərliyinə böyük diqqət göstərilir. Azərbaycan hökuməti müvafiq gender siyasəti və  gender 

bərabərliyi sahəsində beynəlxalq normalara uyğun olaraq inkişaf proqramlarının işlənərək 

hazırlanmasının və gerçəkləşdirlməsinin təmin olunmasını öhdəlik kimi qəbul etmişdir.  

Beynəlxalq ictimaiyyət tərəfindən donor ölkələrin hökumət nümayəndələri, vətəndaş 

cəmiyyətlərinin üzvləri ilə gender bərabərliyinin bərqərar edilməsini izləmək üçün üç indikator 

müəyyən edilmişdir:  

1.

 

Gender inkişafının və onun gerçəkləşdirilməsinin milli planlaşdırılmasında vətəndaş 



cəmiyyətinin və qadın qruplarının sistematik iştirakını  təmin edən institusional 

strukturların monitorinqi.  

                                                 

1

 



www.gender-az.org/

 forum/xəbərlər/2010 




 

2.



 

Qadınların spesifik ehtiyaclarını (qadınlara qarşı zorakılıq, QİÇS və s.) ödəmək 

üçün yönəldilmiş tədbirlərin dövlət\donor təşkilatları tərəfindən maliyyələşmə faizi.  

3.

 



Proqramlı yanaşmada gender bərabərliyinin tətbiq edilməsi sahəsində hökumət və 

donorların potensialının artırılmasının inkişafı sistemi üçün ayrılmış  və ölkə 

xaricindən cəlb edilmiş vəsaitlərin faizi

2

.  



Bu indikatorlar Gender Bərabərliyi və Qadın Təşəbbüsləri  İctimai Birliyi (GBQT İB) 

tərəfindən hazırlanmış  və gender bərabərliyinin bərqərar olunmasında vətəndaş  cəmiyyətinə 

kömək strategiyasının  əsasını  təşkil edir. İlkin mərhələdə gender bərabərliyi üzrə milli 

mexanizmin təsirinin monitorinqi həyata keçirilir. İctimai Birlik ikinci mərhələdə gender 

bərabərliyinin bərqərar olunması üçün xarici və daxili kömək prosedurlarının effektivliyinin 

artırılmasının monitorinqini planlaşdırır.   

Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İctimai Birliyi (GBQT İB) gender bərabərliyinin 

vətəndaş monitorinqinin strategiyasını işləyərək hazırlamışdır. 



 Gender bərabərliyinin vətəndaş monitorinqinin strategiyası  

 

Qadınlara qarşı zorakılığın aradan qaldırılmasına yönəldilmiş siyasətə ictimaiyyətin 



təsirinin effektiv üsullarının təyin edilməsi;   

 

Gender bərabərliyi üzrə milli mexanizmin bölgə  və sahə strukturları ilə  vətəndaş 



cəmiyyətinin qadın sektoru arasındakı  əməkdaşlığın inkişaf etdirilməsinə  səy 

göstərmək;  

 

Qadın problemləri ilə  məşğul olan QHT və bölgələrdəki hakimiyyət strukturu 



arasındakı qarşılıqlı fəaliyyət prinsiplərini yaxşılaşdırmaq;   

 

Bölgələrdə yaşayan gəncləri də  cəlb etməklə qadın hüquqları, cinsi ayrı-seçkiliklə 



mübarizə  və gender bərabərliyinin  əldə olunması üzrə ekspertlər  şəbəkəsinin 

yaradılmasına yardım etmək; 

 

İnsan hüquqlarının, demokratiyanın və gender ədalətliliyinin dəyərlərini müdafiə 



edərək onların ictimai şüura yol tapmasına çalışmaq; 

 

Respublikadakı siyasi və sosial sahələrdə gender bərabərliyinin prinsiplərinin 



möhkəmləndirilməsi; 

Azərbaycanda gender bərabərliyi üzrə Milli mexanizm: inkişaf mərhələləri 

 

Gender bərabərliyinin təmin olunmasının milli mexanizminin yaradılması bir neçə 



mərhələdən ibarət olmuşdur.   

                                                 

2

 www.un.org.kg/index2.php?option=com_resource&task...no... 




Yüklə 362,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə