Microsoft Word monitoring focal points az doc



Yüklə 362,13 Kb.
Pdf görüntüsü
səhifə9/17
tarix20.10.2017
ölçüsü362,13 Kb.
#5702
1   ...   5   6   7   8   9   10   11   12   ...   17

23 

 

Gender dezaqreqasiya informasiyasının toplanmasının dəqiq nizama salınmış sisteminin, 



onun interpretasiyası  və  tətbiqi təcrübəsinin yoxluğu gender analizinin həm müəyyən sahələr

həm də ümumrespublika səviyyələrində  həyata keçirilməsini çətinləşdirir.  

Milli mexanizmin nazirliklər üzrə nümayəndələrinin telefon sorğusu sahələr üzrə 

strukturların fəaliyyət göstərməsinin birmənalı olmayan panoramasını açıq  şəkildə göstərir. 

Məsələn, aşağıda göstərilən dövlət strukturları müəyyən informasiya və  məlumatları  təqdim 

etmişlər. 



 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi  

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən bizim təqdim etdiyimiz 

elektron sorğuya, gender siyasətinin həyata keçirilməsi nəticəsində hakimiyyət və  qərar qəbul 

edən orqanlarda qadınların təmsilolunma faizi artmaqdadır cavabı verildi. 31 icra hakimiyyəti 

orqanlarında,  icra hakimiyyəti başçılarının müavinləri qadınlardır. 14 nəfər qadın Milli Məclisin 

üzvüdür, bu isə deputatların ümumi sayının 11%-ni təşkil edir. Vitse-spikerlərdən biri və 

parlamentin daimi komitələrinin sədrlərindən biri qadındır. Azərbaycan Konstitusiya 

məhkəməsinin sədr müavini, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin sədr 

müavini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr və onun iki müavinləri, 

tələbə qəbulu üzrə Dövlət Komitəsinin sədri, dörd nazir müavinləri, səfir və xarici ölkədə daimi 

nümayəndə, Azərbaycan Respublikası  və Naxçıvan MR-nın insan hüquqları üzrə  səlahiyyətli 

nümayəndəsi (Ombudsman) kimi mühüm  vəzifələri də qadınlar tutur. 

Mərkəzi seçki komissiyasının 16 üzvündən dördü və dairə seçki komissiyalarının 125 

sədrindən 3 nəfəri də həmçinin qadındır.  

Qadınlar qeyri-kommersiya təşkilatlarında aktivlik nümayiş etdirirlər. Azərbaycanda 90-a 

yaxın qadın QHT fəaliyyət göstərir. Amma biz xatırlatmaq istərdik ki, Respublika Prezidentinin 

2000-ci il tarixli “Qadınların Dövlət Qulluğuna Cəlb Edilməsi Haqqında” Fərmanınına 

baxmayaraq, ölkədə nazir vəzifəsində çalışan qadın yoxdur, rayon və  şəhərlərin 80 nəfər icra 

hakimiyyəti başçılarının arasında bir nəfər də qadın mövcud deyil.  

Dövlət Komitəsində qeyd edildiyi kimi, Gender Bərabərliyi Haqqında Qanun çərçivəsində 

dövlət büdcəsinə “Gender büdcələşmə” bəndini əlavə etmək mümkün olmuşdur. 

Təəssüflər olsun ki, ölkəmizin Qadınlara Qarşı Ayrı-Seçkiliyin Bütün Növ Formalarının 

Ləğv Edilməsi Haqqında BMT Komitəsində, son hesabat zamanı qaldırılmış suala cavab 

tapmağa nail ola bilmədik: nəyə görə gender bərabərliyi haqqında Qanunda göstərildiyi kimi, 

milli qanunvericilik, əməyin bərabər dəyərləndirilməsi prinsipindən istifadə etmir, yalnız  əmək 

haqqının bərabər ödənilməsi prisipindən istifadə etməklə kifayətlənir? Məsələn, “Əmək 



24 

 

haqqlarının ödənilməsində bərabərlik ” adlanan 9-cu maddə bərabər dəyərləndirilən əməyə görə 



bərabər mükafatlandırılma  konsepsiyasını  tam mənada  əks etdirmir. Qadınlara Qarşı Ayrı-

Seşkiliyin Bütün Növ Formalarının Ləğv Edilməsi Haqqında BMT Komitəsi bizim ölkəmizi 



əməyin bərabər dəyərləndirilməsi anlayışını daha geniş tətbiq etməyə çağırır.  

 Gender  Bərabərliyi Haqqında Qanunda eyni dəyərə malik əməyə görə kişi və qadınların 

bərabər mükafatlandırılması anlayışının olmaması müəyyən dərəcədə, dolayısı ilə gender ayrı-

seçkiliyinin mövcudluğuna şərait yaradır. Gender məsələsi baxımından neytral olan maddələr o 

yerə  gətirib çıxarır ki, bir cinsə  mənsub olan insanlar (qadınlar)  əlverişsiz vəziyyətə düçar 

olurlar. Dolayı ayrı-seçkilik qadın və kişilərin bir-birlərilə qrup kimi müqayisə edilməsini 

nəzərdə tutur. Bu iki gender qrupunun müqayisə edilməsi göstərir ki, qadınlar  əlverişsiz 

mövqedə qalırlar, yəni biz dolayı gender ayrı-seçkiliyindən danışmağa haqlıyıq. 



Qanunvericiliyə təklif olunan dəyişikliklər 

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Ailə 

Məcəlləsinə  dəyişikliklər edilməsi məqsədilə Azərbaycan Respublikasının Milli Məclisinə 

təkliflər paketi təqdim etmişdir. Bu təkliflər nikah yaşının bərabərləşdirilməsi, nikah yaşının 

azaldılması halları, nikaha daxil olan şəxslərin məcburi tibbi müayinəsinin həyata keçirilməsi və 

nikah müqaviləsinin bağlanmasının məcburi xarakter alması ilə bağlıdır.  



Müsbət ayrı-seçkiliyik 

2006-cı ilin 10 oktyabr tarixində “cinsi mənsubiyyətə görə ayrı-seçkilik” tərifini verən 

“Gender (kişi və qadınların) Bərabərliyinin Təminatları Haqqında” Azərbaycan Respublikasının 

Qanunu qəbul edildi və  tərif cinsi qısnama, cinsi zəmində hüquqların bərabər həyata 

keçirilməsini məhdudlaşdıran və ya ona mane olan istənilən fərqləndirmə  və üstünlük kimi 

halları da özündə cəmləşdirməklə daha da genişləndirildi (Maddə 2.0.4). 

“Gender Bərabərliyinin (kişi və qadınların) Təminatları Haqqında” Azərbaycan 

Respublikası Qanununun mühüm cəhəti onun həm keçmişdə, həm də indi qadınların insan 

hüquqlarından və fundamental azadlıqlardan istifadə etmələrinə mane olan, onlara qarşı 

müəyyən kök salmış ayrı-seçkiliyin təzahürlərinin tanıdılıb ortaya qoyulmasıdır və 3-cü maddə 

də, müvafiq olaraq, de-fakto bərabərliyi sürətləndirmək və qadınlar üçün əsaslı bərabərliyi təmin 

etmək üçün zəruri olan xüsusi tədbirlərin görülməsini nəzərdə tutur. 

Adı çəkilən Qanunun 3-cü maddəsi həm də birmənalı olaraq, müəyyən sahələrdə qadınların 

xeyrinə bəzi müsbət ayrı-seçkiliyik tədbirlərinin görülməsini nəzərdə tutur.  

Bununla da həmin maddə  aşağıdakıların ayrı-seçkilik xarakterli olmadığını  şərtləndirmiş 

olur: 



Yüklə 362,13 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə