Microsoft Word monitoring focal points az doc



Yüklə 362,13 Kb.
Pdf görüntüsü
səhifə7/17
tarix20.10.2017
ölçüsü362,13 Kb.
#5702
1   2   3   4   5   6   7   8   9   10   ...   17

17 

 

Cədvəl 8.  Ailə, Qadın və  Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən sizin yaşadığınız 

bölgədə tədbirlər keçiribmi? 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 

sizin yaşadığınız bölgədə tədbirlər keçiribmi? 

 



Bəli 36,5% 

Xeyr 20,2% 

Nə isə bir şey eşitmişəm 31,7% 

Bilmirəm 1,0% 

Cavab verməyənlər 10,6% 

Cəmi 100,0% 

 

Bu göstəricilər elə də təəccüb doğurmur, çünki bölgələrdə gender bərabərliyi üzrə keçirilən 



tədbirlər, bir qayda olaraq aktiv qadınlar üçün nəzərdə tutulur. Ailə, Qadın və Uşaq Problemləri 

üzrə Dövlət Komitəsinin bölgələrdə keçirdiyi tədbirlər haqqında olan suala müsbət cavab verən 

respondentlərin 36,5%, bələdiyyə orqanlarının 56,7% isə ağbirçək qadınlar klublarının üzvüdür.  

Ağbirçək qadınlar klubunun üzvü olan qadınların demək olar  hamısı qeyd edir ki, onlar əvvəllər 

“Sevil” cəmiyyətində  fəaliyyət göstəriblər, indi isə  həmin cəmiyyətin bazasında belə klub 

yaradılıb.  

Gender bərabərliyi üzrə  mərkəzi orqanların nümayəndələri ilə keçirilən bu tipli görüşlər, 

göründüyü kimi, bölgə orqanlarının təcrübəsində  və qadınların gündəlik həyatında gözəçarpan 

bir dəyişikliyə  səbəb olmayıb. Görüşlərin mövzusunun nəyə aid olduğu 81,7% iştirakçının 

yadına düşmür. 5,6% qeyd edir ki, Dövlət Komitəsi tərəfindən keçirilən diskussiyaların mövzusu  

qadınların şəxsi bizneslə məşğul olmaq imkanlarına aid imiş, 5,8% zorakılıqla mübarizəyə, 2,3% 

bildirir ki, bu Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova ilə görüş olmuşdur, 2,5% 

gender problemlərinin ümumilikdə müzakirə olunduğunu qeyd edir, 2,1% onların bayram 

münasibətilə təbrik olunduqlarını xatırlayır.  

Belə  nəticə  çıxarmaq olar ki, gender bərabərliyi üzrə  mərkəzi orqanın nümayəndələrinin 

iştirakı ilə keçirilən regional tədbirlər elə də geniş vüsət almır, qadınlar əvvəlki kimi Ailə, Qadın 

və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyəti barədə xəbərdar olmadıqlarını bildirilər. 

Sorğuda iştirak edən qadınların 62,5% bu orqanın ümumiyyətlə nə ilə məşğul olduğunu bilmir.  

Onlar adıçəkilən orqanın yaradılması barədə müxtəlif mülahizələr söyləyirlər. 

 

 




18 

 

Cədvəl 9. Sizin fikrinizcə, Ailə, Qadın və  Uşaq Problemləri üzrə Dövlət Komitəsi hansı 

məsələləri həll edir?  

Sizin fikrinizcə, Ailə, Qadın və Uşaq Problemləri üzrə 

Dövlət Komitəsi hansı məsələləri həll edir? 

 



Qadın hüquqlarının müdafiəsi 15,6% 

Zorakılığın ləğvi 3,9% 

Qadın və uşaqların problemləri 3,8% 

Qadın və uşaq hüquqlarının müdafiəsi 1,0% 

Şəxsi biznes 

2,9% 


İndiki zamanda qadınların real həyata uyğunlaşmanı 2,9% 

Qadın hüquqlarının bərpası, zorakılığa qarşı mübarizə, 

gender bərabərliyi 

1,9% 


Uğur qazanmış qadınların reklam edilməsi ilə 

məşğuldurlar 

3,0% 

Gender bərabərliyi 1,0% 



Bilmirəm 3,8% 

Cavab verməyənlər 60,2% 

Cəmi 100,0% 

 

Sorğu iştirakçılarının cəmi 1%-nin gender bərabərliyi haqqında məlumatı var. Dövlət 



Komitəsi əsasən qadın hüquqlarının müdafiəsi ilə məşğul olan orqandır - 15,6%  zorakılığa qarşı 

mübarizə - 3,9% və qadınların  şəxsi biznesi - 2,9% . Bəzi cavablardakı istehzanı da gözdən 

qaçırmaq mümkün deyil - uğur qazanmış qadınların reklam edilməsi ilə məşğuldur - 3 %. 

Dövlət Komitəsinə şəxsən müraciət edən qadınların miqdarı 3% - dir, amma iştirakçıların 

böyük əksəriyyəti əmindir ki, qadınların müraciəti zamanı Dövlət Komitəsi yardım edə bilər.  

Cədvəl 10. Qadın hüquqlarının pozulduğu zaman Dövlət Komitəsinin ona yardım edəcəyinə  

arxayın ola bilərmi? 

Qadın, hüquqlarının pozulduğu zaman Dövlət Komitəsinin ona 

yardım edəcəyinə  arxayın ola bilərmi? 

 



Bəli 65,4% 



Xeyr 15,4% 

Hər bir vəziyyətdə yox 

1,0% 



19 

 

Cavab verməyənlər 18,2% 



Cəmi  

100,0% 


 

Milli mexanizmin fəaliyyətinin effektivliyi bir qayda olaraq həm dövlətin, həm də milli 

mexanizmin özünün yüksək pozitiv epitetlərilə  zəngin olur. Bununla bağlı sadə bir kəndli 

qadınların bizə bildirdikləri  şəxsi arzu və istəkləri maraqlıdır, bu arzuların arxasında isə 

işədüzəlmə, məşğulluq, bürokratizm, yaşayış yerinin pis olması, ailə problemləri kimi həllini 

tapmamış problemlər durur, amma xoşbəxtlikdən qadınlarda sosial optimizm hisslərinin 

yüksəlməsini də müşahidə etmək mümkündür. Qadınların Ailə, Qadın və Uşaq Problemləri üzrə 

Dövlət Komitəsinə  işlərində  uğur, gender təbliğatının aparılması, televiziya verilişlərinin 

açılması kimi arzuları bunu təsdiq edir. Bu artıq vətəndaş  təşəbbüsləridir, deməli gender 

bərabərliyi mədəniyyətini yüksəltmək üçün əsaslı fundament mövcuddur.  



Cədvəl 11. Şəxsən siz Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə nə arzulamaq 

istərdiniz?  

Şəxsən siz Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət 

Komitəsinə nə arzulamaq istərdiniz? 

 



Yalnız kağız üzərində yox, həqiqətən qadın problemləri ilə 



maraqlansınlar 

2,0% 


Arzularım çoxdur, əgər onları eşitmək istəyirlərsə, onda 

qoy yaşadığım ünvana gəlsinlər 

11,0% 

Buna inamım az olsa da, istərdim ki, bizim 



problemlərimizlə maraqlansınlar 

11,0% 


Qadın və uşaqlara daha çox maraq göstərmələrini istərdim 3,0% 

Uğur və müvəffəqiyyətlər arzulayıram 5,4% 

Təbliğatın gücləndirilməsini 4,0% 

Qadınların yaşayış problemlərinin həllini tapsınlar 27,6% 

Vədlərini yerinə yetirsinlər 1,0% 

Daha çox ailələrə kömək göstərsinlər 19% 

Regionlarda yeni iş yerlərinin açılmasını 15,0% 

Çox miqdarda televiziya verilişləri və açıq söhbət 1,0% 

Cəmi 100,0% 

 



Yüklə 362,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə