Microsoft Word monitoring focal points az doc



Yüklə 362,13 Kb.
Pdf görüntüsü
səhifə8/17
tarix20.10.2017
ölçüsü362,13 Kb.
#5702
1   ...   4   5   6   7   8   9   10   11   ...   17

20 

 

Yaxşı olardı ki, ailənin ictimai dəyərini dərk edərək, Ailə, Qadın və Uşaq Problemləri üzrə 



Dövlət Komitəsi siyasət, əmək, təhsil sahələrində gender bərabərliyinin bərqərar edilməsi, daha 

yaxşı yaşamaq üçün qadın hüquqlarının təsdiq edilməsi istiqamətlərində daha çox regional 

proqramlar  hazırlasın.  

 

Gender bərabərliyi üzrə milli mexanizm: təcrübə, problemlər və  vətəndaş  cəmiyyəti ilə 

əməkdaşlıq perspektivləri 

 

Gender yanaşması dövlət siyasətinin bütün struktur elementlərinin inteqral hissəsi 

olmalıdır. Bununla yanaşı  vətəndaş  cəmiyyətinin nümayəndələrinə  hər iki cinsə  mənsub olan 

insanların mənafelərini müdafiə edərək gələcək inkişafı üçün şərait yaratmaları vacibdir. Bu 

zaman, bir çox səbəblərə görə ayrı-seçkiliyə məruz qalan və Azərbaycan əhalisinin 52%-ni təşkil 

edən qadınların gender maraqlarına xüsusi yer ayrılmalıdır.  

Bizim fikrimizcə, gender bərabərliyi problemləri  üzrə dövlət və  vətəndaş strukturlarının 

dialoqunun təşkil ediməsi üçün monitorinq və institusional mexanizmin effektivliyinin düzgün 

qiymətləndirilməsi sistemi əsas ola bilər. Monitorinqin keçirilməsi üçün bizə gender 

bərabərliyinin təminatına dair müəyyən sahələr üzrə fəaliyyət göstərən nazirliklərin işi haqqında 

məlumatı öyrənmək vacib idi. Biz iki metoddan istifadə etmişdik: elektron məktubların-

tələbnamələrin göndərilməsi və telefon sorğusu. Bunlar sadə insanların dövlət məmurları ilə 

əlaqə yarada bilmələrinin səviyyəsinin və məmurların vətəndaş cəmiyyətinin tələblərinə reaksiya 

verməsinin qiymətləndirilməsi üçün kifayət qədər məhsuldar metodlardır. Sorğulara aşağıdakı 

suallar daxil idi: 

1.

 



Sizin struktur gender bərabərliyi üzrə hansı proqramı yerinə yetirir?  

2.

 



Gender bərəbərliyi haqqında qanunun qəbul edilməsi ilə  əlaqəli sizin struktur 

tərəfindən hansı normativ aktlar qəbul edilmiş, və ya təklif edilmişdir? 

3.

 



Gender bərabərliyinin təminatı  məqsədilə sizin struktur vətəndaş sektoru ilə necə 

əməkdaşlıq edir? 

4.

 



Sizin strukturun cavabdeh olduğu sahədə qadınların hüquqlarının pozulması ilə bağlı 

müraciətlər tez-tez olurmu? 

5.

 



Qadınların müraciətləri üzrə sizin struktur hansı addımlar atır? 

 Ailə, Qadın və  Uşaq Problemləri üzrə Dövlət Komitəsi böyük təvazökarlıqla gender 

siyasətinin həyata keçirilməsinə cavabdeh olan, müəyyən sahələr üzrə nazirliklərin 

əməkdaşlarının bütün koordinatlarını “fokal mərkəzləri” bizə  təqdim etdi. Bu təşkilati dəstək 

sayəsində, məlumat almaq üçün konstitusional hüquqa malik və  vətəndaş  cəmiyyətinin 

strukturuna daxil olan GBQT İB 20 nazirliyə və 9 dövlət komitəsinə müraciət etmişdir. Dörd ay 




21 

 

ərzində biz, aşağıda göstərilən strukturların ünvana müraciət etmiş  və telefon vasitəsilə  əlaqə 



yaratmışıq:  

1.

 



Xarici İşlər Nazirliyi 

2.

 



Daxili İşlər Nazirliyi 

3.

 



Milli Təhlükəsizlik Nazirliyi 

4.

 



Мüdafiə Nazirliyi 

5.

 



Fövqəladə Hallar Nazirliyi 

6.

 



Müdafiə Sənayesi Nazirliyi 

7.

 



Ədliyyə Nazirliyi 

8.

 



Мaliyyə Nazirliyi 

9.

 



Vergilər Nazirliyi 

10.


 

İqtisadi İnkişaf Nazirliyi 

11.

 

Sənaye və Energetika Nazirliyi 



12.

 

Nəqliyyat Nazirliyi 



13.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 



14.

 

Kənd Təsərrüfatı Nazirliyi 



15.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 



16.

 

Mədəniyyət və Turizm Nazirliyi 



17.

 

Təhsil Nazirliyi 



18.

 

Səhiyyə Nazirliyi 



19.

 

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi 



20.

 

Gənclər və İdman Nazirliyi 



1.

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 



2.

 

Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi 



3.

 

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 



4.

 

Dövlət Gömrük Komitəsi 



5.

 

Dövlət Əmlakının İdarə Olunması üzrə Dövlət Komitəsi 



6.

 

Torpaq və Xəritəçəkmə üzrə Dövlət Komitəsi 



7.

 

Dövlət Statistika Komitəsi 



8.

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 



9.

 

Xaricdə Yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsi  



Lakin keçirilən tədqiqatlar göstərdi ki, gender bərabərliyi üzrə milli strukturlardan yalnız 

aşağıda göstərilən nazirliklərə virtual şəkildə müraciət etmək mümkündür: Xarici İşlər Nazirliyi, 

Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ekologiya və Təbii Sərvətlər 

Nazirliyi və Dövlət Statistika Komitəsi, Xaricdə Yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət 




22 

 

Komitəsi. Daxili İşlər Nazirliyinin fokal mərkəzi ilə  əlaqə saxlamaq üçün elektron ünvanı 



axtarmağa cəhd göstərən zaman Daxili İşlər Nazirliyinin nəzdində  fəaliyyət göstərən zorakılıq 

qurbanlarına kömək üçün yaradılmış, “Qaynar xətt”lə  əlaqə yaratdıq, amma orada da bizi 

maraqlandıran elektron ünvanı tapmaq mümkün olmadı.   

Paradoks da olsa, faktdır: hökumətin elektron rabitəsi ilə təminatına birbaşa cavabdeh olan 

Rabitə  və  İnformasiya Texnologiyaları Nazirliyinin fokal mərkəzi elektron rabitə ilə  təmin 

olunmayıb. Bütün bunlardan ancaq birmənalı  nəticə  çıxarmaq mümkündür: gender siyasətinin 

həyata keçirilməsinə cavabdeh olan dövlət strukturları virtual cəhətdən əlçatmazdırlar, bu isə öz 

növbəsində kompüter informasiya texnologiyalarının inkişafı üzrə milli strategiyaya ziddir. 

Amma bütün nazirliklərin internetə  çıxışı mövcuddur və  hər bir nazirliyin öz saytının olması 

vacibdir, belə bir təəssürat yaranır ki,  onlar vətəndaş cəmiyyətinin subyektləri ilə virtual əlaqə 

yaratmaqda maraqlı deyillər. Hətta Ailə, Qadın və  Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 

saytında da adi insanların müraciət edə biləcəkləri elektron ünvan və əlaqə koordinatları yoxdur.  

Bizi həmçinin idarələrdə  və ya nazirliklərdə gender bərabərliyinin həyata keçirilməsinə 

cavabdeh olan məmurların statusu və vəzifə səlahiyyətləri maraqlandırırdı. Yalnız iki nazirlikdə 

gender siyasətinə nazir müavinləri nəzarət edir: Mədəniyyət və Turizm Nazirliyində Sevda 

Məmmədəliyeva və  Təhsil Nazirliyində  İradə Hüseynova. 16 nazirlik və dövlət komitələrində 

fokal mərkəz kadrlar şöbəsinin müdiri və ya əməkdaşları, bəzi hallarda ümumi şöbələrin 

əməkdaşları təmsil edirlər. Bu cür vəziyyət aşağıda göstərilən nazirliklərdə nəzərə çarpır: Daxili 

İşlər və Milli Təhlükəsizlik, Fövqəladə Hallar, Sənaye Müdafiəsi, Vergilər,  İqtisadi  İnkişaf, 

Sənaye və Energetika, Nəqliyyat, Kənd Təsərrüfatı, Ekologiya və  Təbii Sərvətlər, Rabitə  və 

Texnologiyalar nazirlikləri.  Analoji vəziyyət aşağıdakı dövlət komitələrində də müşahidə edilir: 

Qaçqın və  Məcburi köçkünlər, Qiymətli Kağızlar, Gömrük Nəzarəti, Dövlət  Əmlakının  İdarə 

Olunması , Xaricdə yaşayan Azərbaycanlılarla iş Üzrə Dövlət Komitələrində.   

 Problem  yalnız gender bərabərliyinə cavabdeh olan məmurların statusları haqqındakı 

məlumatın əlçatan olması deyil, halbuki bu kifayət qədər prinsipial bir məsələdir. Əsas problem 

həmin məmurların gender sahəsindəki bilik və  səlahiyyətlərinin səviyyələrinin hansı durumda 

olmasıdır. Əlbətdə bu əməkdaşların gender sahəsindəki fəaliyyətlərinin motivasiyası üçün dövlət 

büdcəsindən heç bir vəsait ayrılması  nəzərdə tutulmayıb. Gender problemlərinə deklorativ, 

formal yanaşma hər şeydən çox bu səbəbə görə başa düşülür. Bundan əlavə, dövlət məmurlarının 

keçdiyi hazırlıq  mərhələsinin gender ölçülməsi həyata keçirilmir və telefon müsahibələrindən 

göründüyü kimi, bir çox fokal mərkəz nümayəndələrinin baza - gender bilikləri yoxdur, onların 

hazırlıqları üçün lazım olan vəsaitlərinin yoxluğu isə keyfiyyətli iş prinsiplərinə maneədir.   




Yüklə 362,13 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə