Microsoft Word monitoring focal points az doc



Yüklə 362,13 Kb.
Pdf görüntüsü
səhifə11/17
tarix20.10.2017
ölçüsü362,13 Kb.
#5702
1   ...   7   8   9   10   11   12   13   14   ...   17

27 

 

səviyyədə qiymətləndirilmir. İşçinin şəxsi keyfiyyətlərini işin spesifik tələbləri ilə eyniləşdirmək 



olmaz. Hər şeydən əlavə, “Azərbaycan Respublikasının Əmək qanunvericiliyində istifadə olunan 

əsas terminlərin” anlamı “iş bacarığı”, “iş  qabiliyyəti” anlayışlarına dəqiq tərif verilmir.  

Təəssüflər olsun ki, ayrı-seçkiliyə yol verilməməsi prinsipi dövlət qulluğu haqqında 

qanunun 4.1.9-cu bəndində özünə yer almışdır

12

. Qadınlara Qarşı Ayrı-Seçkiliyin Bütün Növ 



Formalarının Ləğv Edilməsi Haqqında BMT Konvensiyasının tələblərinə uyğun olaraq işçinin iş 

qabiliyyəti, iş bacarığı  tərifinin müəyyən işlə bağlı  tələblər  tərifi ilə  əvəz olunması 

məqsədəuyğun olardı. Bu isə öz növbəsində həm qadınlar, həm də kişilərin əmək hüquqlarının 

reallaşması üçün bərabər imkanların hüquq bazasının yaranması üçün şərait yaradardı.

 

İş 



tələbləri obyektiv kateqoriyalardan, iş bacarığı, iş qabiliyyəti isə kifayət qədər subyektiv 

kateqoriyalardandır. Azərbaycanın  Əmək Qanunvericiliyində dolayı ayrı-seçkilik anlayışı 

yoxdur, bu isə cinsi motivlər əsasında ayrı-seçkiliyin olmamasının sübutlarını çətinləşdirir.   

 Həmçinin qeyd etmək istəyirik ki, BƏT xüsusi olaraq vurğulayır ki, əmək bazarındakı 

ayrı-seçkiliyə iqtisadiyyatın real və ya qeyri-formal sektorlarda mövcudluğundan asılı olmayaraq 

müxtəlif işlərdə, peşələr üzrə və fərqli formalarda, bütün iqtisadi sektorlarda rast gəlinə bilər

13



Təəssüflər olsun ki, bizim ölkəmizdəki hüquqi baza mexanizmi yalnız muzdlu işçiləri ayrı-



seçkilikdən müdafiə edir. Amma qadınlar kişilərə nisbətən daha çox başqa işçi qüvvəsi 

seqmentlərinə aid olurlar, məsələn, evdarlıq işləri, müəssisə  işçiləri və ailəvi idarə  və 

müəssisələrin məvacib ödənilməyən işçiləri. 

 

  Kişilərlə qadınların bərabər hüquqlu olmalarının konstitusiya tərəfindən təminatı üzrə 



münasibətlərini nizamlayan Gender Bərabərliyi Haqqında Qanunda, gender bərabərliyinin 

təminatı üzrə hüquq münasibətlərinin subyektləri kimi dövlət, hüquqi və fiziki şəxslər hesab 

edilir. Qanun cinsi mənsubiyyətə görə  hər cür ayrı-seçkiliyi qadağan edir (maddə 3.1) və 

Azərbaycan Respublikasının hüquqi təcrübəsində ilk dəfə olaraq ayrı-seçkilik anlayışı  tətbiq 

edilir. “Cinsi mənsubiyyətə görə ayrı-seçkilik, seksual qısnamalar, cinsi mənsubiyyətə görə fərq 

qoyma, hansısa istisnalar və ya üstünlük verilməsi, cinsi mənsubiyyətə görə haqların 

sıxışdırılması və inkar edilməsidir”. (Maddə 2.0.4) Tərifdən göründüyü kimi ayrı-seçkilik üçün 

əsas qadağan edici rolda cins  çıxış edir. Amma bölgələrdə keçirilən monitorinq göstərdi ki, 

Azərbaycan üçün birbaşa yox gizli, qapalı gender ayrı-seçkiliyinin problemləri daha yüksək 

səviyyədə aktualdır. Buna görə də gender bərabərliyi haqqında Qanunda və Əmək Məcəlləsində 

                                                 

12

 Dövlət Qulluğu Haqqında Qanun 21 iyul 2000-ci il  



 

13

 İşdə  bərabərlik: Fundamental Prinsiplər Deklorasiyasının Ümumi Qlobal Hesabatının və Cenevrədə yerləşən 



Beynəlxalq  Əmək Təşkilatının  İşdə Hüquqlar adlı Beynəlxalq  Əmək Konfransının (

96-cı Ssesiya 2007-ci il) 

çağırışlarını istiqamətləndirmək.  

 

 




28 

 

birbaşa və dolayı ayrı-seçkilik anlayışlarının olmaması cinsi motivlər üzrə ayrı-seçkilik 



meyllərinin sübut olunması imkanını aşağı salır.   

  Bərabərlik haqqında Qanunun 6-cı maddəsində göstərilir ki, dövlət, cinsi mənsubiyyət 

üzrə ayrı-seçkiliyin bütün formalarının ləğvi üçün tədbirlər həyata keçirir. Amma bu maddənin 

sonrakı hissəsində göstərilir ki, dövlətin ayrı-seçkiliyin qadağan olunması istiqamətindəki 

öhdəlikləri yalnız qərarların qəbul edilməsi sahəsi ilə  məhdudlaşır. Beləliklə, qadınların ayrı-

seçkiliyə məruz qalmamalarına əmək və məşğulluq sahələrində imkanların bərabərliyi sahəsində 

yox, yalnız qərarların qəbul edilməsi sahəsində  təminat verilir. Gender Bərabərliyi Haqqında 

Qanun bərabər imkanlar anlayışına aydınlıq gətirir. “Bərabər imkanlar - bu insan hüquqlarının 

həyata keçirilməsində qadınlar və kişilər üçün bərabər  şərait və  təminatın yaradılmasıdır.” 

(2.0.3.) Lakin bu maddə subyekt tərəfindən, yəni bərabər hüquqluluğun  şərait və  təminatları 

haqqında göstərişlər verən  şəxs və ya orqan tərəfindən mütləq tamamlanmanı  tələb edir. 

Azərbaycanın qoşulduğu Beynəlxalq Konvensiyalar, o cümlədən Qadınlara Qarşı Ayrı-

Seçkiliyin Bütün Növ Formalarının Ləğv Edilməsi Haqqında BMT Konvensiyasının tələblərinə 

görə bərabər imkanlar və münasibətləri məhz dövlət təmin etməlidir. 

Əmək bazarında dövlət siyasəti gender baxımından iki istiqamət üzrə aparılır: 

 



əmək bazarında ayrı-seçkiliyin profilaktikası;  

 



qadınların əmək və məşğulluğuna  yardım; 

Hökumətin məşğulluq sahəsində və əmək bazarında qadınların vəziyyəti barəsində hələ ki, 

xüsusu bir siyasəti yoxdur. Bərabər hüquq və  bərabər imkanlar siyasəti haqqında olan 

diskussiyalar məhdud bir sahədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və 

Uşaq Problemləri üzrə Dövlət Komitəsində toplanmışdır. Kifayət qədər dəqiqliklə haşiyələnmiş 

bu siyasi əhatənin sərhədləri kənarında qadınların  əmək bazarında üzləşdikləri problemlər 

prioritet sayılmır.  

 

Ədliyyə Nazirliyi 



 

Ədliyyə Nazirliyinin Baş Qanunvericilik İdarəsinin Rəisi, Sosial Normativ Akt Şöbəsinin 

Baş  Məsləhətçisi Dilbər Ağayeva bizə bildirdi ki, adıçəkilən nazirlik tərəfindən Respublika 

Konstitusiyasına bəzi dəyişikliklər hazırlanmışdır. Bu dəyişikliklər,  əsasən ayrı-seçkiliyə görə 

məsuliyyət daşınması ilə bağlıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci 

maddəsinə müəyyən  əlamətlərə, o cümlədən cinsi əlamətlərə görə kimlərəsə imtiyazlar və 

güzəştlərin verilməsini qadağan edən müddəalar əlavə edilmişdir. 

Telefon sorğusu təsdiq etdi ki, rəsmi statistikaya görə 2006-cı ildən indiyə  qədər olan 

müddət  ərzində “iş yerində seksual qısnamalarla”  əlaqəli heç bir məhkəməyə müraciət qeydə 



Yüklə 362,13 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə