Microsoft Word monitoring focal points az doc



Yüklə 362,13 Kb.
Pdf görüntüsü
səhifə14/17
tarix20.10.2017
ölçüsü362,13 Kb.
#5702
1   ...   9   10   11   12   13   14   15   16   17

34 

 

Beynəlxalq miqyasda gender bərabərliyi üzrə milli mexanizmlərin fəaliyyətinin aktual 



təcrübəsi 

Milli mexanizmlərin möhkəmləndirilməsi  

Qadınlar və kişilər arasında bərabərliyə nail olmaq son dərəcə yerli səviyyədən tutmuş 

hökumət səviyyəsinə  qədər cəmiyyətin hər bir təbəqəsinin münasibət və davranışındakı  əsaslı 

dəyişikliklərdən asılıdır. Milli mexanizmlər cəmiyyətin hər bir təbəqəsində bu cür dəyişikliklərin 

həyata keçirilməsini stimullaşdıraraq, bu işdə yardımçı ola bilər. Son illər  ərzində bir çox 

ölkələrin hökumətləri tərəfindən milli mexanizmlərin möhkəmləndirilməsi üçün müxtəlif 

addımlar atılmışdır. 

 

İrlandiyada müəyyən qeyri-bərabərlik tiplərinin ləğv edilməsi yolu ilə kişilər və 



qadınlar arasında bərabər imkanların yaradılması üçün xüsusi müvəqqəti addımlar 

atılır.  İrlandiyanın Gender Bərabərliyi Haqqında Qanunu yol verir ki, cinsi 

mənsubiyyətə görə üstünlük verilməsinə ümumi qadağa qoyulmasına baxmayaraq, hər 

hansı bir nazirlik cinsi mənsubiyyətə görə üstünlük verilməsinin və ayrı-seçkiliyin 

qarşısının alınması üçün rejim yaradılmasına təşəbbüs göstərsin.  2004-cü ildə 

adıçəkilən ölkənin gender siyasəti üzrə naziri müvəqqəti xarakter daşıyan, xüsusi ölçü 

götürülməsinin, qüvvəyə minməsinin hüquqi maneələrinin ləğv edilməsi haqqında 

fərman imzalamışdır. Bu fərmanın nəticəsində kişilər və qadınların  əmək haqqlarının 

ödənilməsində olan fərq 16%-ə  qədər enmişdir, bu isə Avropa İttifaqının orta 

göstəricisinə yaxınlaşır. Minimal əmək haqqının miqdarı artmışdır,  əmək 

qanunvericiliyinə yeni dəyişikliklər edilmişdir.  Ədliyyə  məsələləri, hüquq bərabərliyi 

və qanunvericiliyin reformaları üzrə nazirliyin rəhbərlik etdiyi və həmkarlar ittifaqının 

və idarə nümayəndələrinin, mərkəzi statistika idarəsi və qadın işləri üzrə milli şuranın 

nümayəndələrinin daxil olduğu qrup, əmək haqqlarının ödənilməsindəki fərqin 

azaldılması haqqında məruzə hazırlamışdır.  İrlandiyada kişilər və qadınların  əmək 

haqqlarının ödənilməsində olan fərq 16%-ə  qədər enmişdir, bu isə Avropa İttifaqının 

orta göstəricisinə yaxınlaşır. Minimal əmək haqqının miqdarı artmışdır,  əmək 

qanunvericiliyinə yeni dəyişikliklər edilmişdir. 

 

Böyük Britaniyanın Gender Bərabərliyi Haqqında Qanununa əsasən nazirlər, dövlət 



idarə  təmsilçiləri və dövlət müəssisələrinin direktorları iki ildə bir dəfə gender 

bərabərliyi üzrə nazirə hesabat verməlidirlər. Hesabatda nazirlərin, dövlət idarə  və 

müəssisələrinin rəhbərlərinin gender bərabərliyinə nail olmaq istiqamətində strateji 

kurslarını düzgün ifadə etmələri barəsində  məlumatlar göstərilməlidir. Gender 




35 

 

bərabərliyi üzrə milli mexanizmin həyata keçirilməsində nazirliklərin, dövlət 



idarələrinin, müəssisələrinin və kompaniyaların işinin dəyərləndirilməsinə təsir göstərə 

biləcək aspektlər, eləcə  də  əmək bazarında peşəkar fəaliyyət sahəsində gender 

konfiqurasiyası da daxil olmaqla, hər bir məsələ üzrə detallar təqdim edilməlidir. 

Dövlət idarə  və  təşkilatlarının təmsilçilərinin hesabatı göstərir ki, onların həyata 

keçirdikləri iş, birmənalı olaraq, qəbul edilmiş strateji fəaliyyət planları ilə 

razılaşdırılmışdır və gender bərabərliyi siyasətinin aktual məqsədlərinə çatmaq üçün 

yönəlmişdir. Bu fəaliyyət, iş yerlərində xidməti və ailə vəzifələrini uzlaşdırmaq üçün 

məqbul sayılan mühitin yaradılması, rəhbər vəzifələrə daha çox qadınların cəlb 

edilməsi, əsasən “kişilərə” aid  peşəkar fəaliyyətlə məşğul olan  qadınların əməkdaşlıq 

strukturlarının yaradılması və inkişaf etdirilməsi, əsasən qadınların çalışdığı sahələrdə 

neytral gender kadr siyasətinin təmin edilməsi üzrə addımlar atılmasını nəzərdə tutur. 

 

İspaniyada Gender Bərabərliyi Haqqında Qanun nəzərdə tutur ki, yerli və regional 



hakimiyyət orqanların təmsilçiləri iki ildə bir dəfə gender bərabərliyi üzrə nazirliyə 

hesabat təqdim etməli, yerli və regional hakimiyyət orqanlarında vəzifə paylaşdırılması 

zamanı gender bərabərliyi prinsiplərinə  əməl olunması haqqında məlumatlar 

verməlidirlər. Hesabatda yerli və regional hakimiyyət orqanlarının təmsilçilərinin 

gender bərabərliyinin həyata keçirilməsi üzrə strateji kursları düzgün ifadə etmələri 

haqqında məlumat göstərilməlidir. Gender bərabərliyi üzrə milli mexanizmin həyata 

keçirilməsində yerli və regional hakimiyyət orqanlarının işinin dəyərləndirilməsinə 

təsir göstərə biləcək aspektlər, eləcə  də  əmək bazarında peşəkar fəaliyyət sahəsində 

gender konfiqurasiyası da daxil olmaqla, hər bir məsələ üzrə detallar təqdim 

edilməlidir. Bu cür prosedur təminat verir ki, bu və ya digər vilayətlərdə yaşayan əhali 

siyasi qərarların qəbul edilmə prosesinə cəlb edilsin.  

 

 2003-cü ilin dekabr ayından bu vaxta qədər Almaniya Federativ Respublikasının 



dövlət idarəçiliyinin bütün təbəqələrində gender bərabərliyi siyasətinin həyata 

keçirilməsi, eləcə 

də bu sahəyə cavabdeh nazirin hesabatı ilə 

www.ligestillingidanmark.dk 

internet saytında  ətraflı tanış olmaq mümkündür. 

Vətəndaşları  işlə  təmin edən orqanlar, siyasətçilər və  məmurlar sərbəst  şəkildə 

məruzələri öyrənə bilər, statistik məlumatlarla yerli və regional hakimiyyət 

orqanlarının fəaliyyətinin müqayisə xarakterli analizi ilə tanış ola bilər, cəmiyyətdə 

gender bərabərliyinin həyata keçirilməsi üçün strateji kurslar və konkret planlarla 

maraqlana bilər, gender siyasəti sahəsində  şəxsi uzunmüddətli planların 

təkmilləşdirilməsi üçün lazımi informasiya əldə edə bilərlər.  Adıçəkilən internet 

vasitəsi gender bərabərliyi prinsiplərinin təmin olunması üçün konkret tədbirlərin 




Yüklə 362,13 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə