Microsoft Word monitoring focal points az doc



Yüklə 362,13 Kb.
Pdf görüntüsü
səhifə16/17
tarix20.10.2017
ölçüsü362,13 Kb.
#5702
1   ...   9   10   11   12   13   14   15   16   17

38 

 

Bir çox ölkələrdə milli mexanizm, milli inkişaf siyasətinin hazırlanmasında böyük rol 



oynamışdır. Büdcə hazırlanmasında, hesbat və audit məsələlərinə gender problematikasının daxil 

edilməsi məqsədi ilə  həyata keçirilən tədbirlər daha çox diqqət ayırılmasını  tələb edir. Gender 

problemlərinin büdcə  və audit məsələləri ilə  əlaqəsi hökumət tərəfindən hesabatlığın təmin 

edilməsi və müxtəlif təsirlər haqqında məlumatlandırmanın effektivliyinin artırılması üçün yaxşı 

vasitə ola bilər. Bunun nəticəsində büdcə ilə bağlı neytral qərarlar kişilər və qadınların həyatına 

öz təsirini göstərə bilər.  

 

80-ci illərin ortalarında, Avstraliyada başlamış gender yanaşmasının büdcə prosesinə 



inteqrasiyası, gender bərabərliyi üzrə miılli mexanizmə  əsaslı  təsir göstərmişdir. 

Hökumətin təklifi ilə bütün nazirliklərə kişilər və qadınların müvafiq durumlarına 

assiqnasiya vasitələrinin (bəzi hallarda isə büdcənin gəlirli maddələrinin) təsiri 

haqqında hesabatların hazırlanması bir vəzifə olaraq tapşırılmışdı. Bu tədbir yalnız 

ümumxalq büdcənin yox, həmçinin regionların da büdcəsinə aid edilmişdir. Təəssüflər 

olsun ki, vətəndaş  cəmiyyəti bu prosesə lazımi səviyyədə qoşulmamışdı; bu isə öz 

növbəsində  həmin prosesə marağın azalmasına səbəb olmuşdu. Hal-hazırki dövrdə 

Avstraliyanın yalnız bir əyalətində büdcənin gender ekspertizasının keçirilməsinə tələb 

var. 

 

1993-cü ildə Britaniya millətlər birliyinin başqa bir üzv dövləti olan Kanadanın qadın 



təşkilatları assosiasiyası  tərəfindən “qadın büdcəsi” konsepsiyasının tətbiq edilməsi 

təklif kimi irəli sürülmüşdür. “Qadın büdcəsi” konsepsiyası qadınların və ailənin 

normal yaşayışı üçün ayrılan vəsaitin miqdarını, ölkənin güc strukturlarının saxlanması 

üçün təyin olunan assiqnasiyaların həcmi ilə müqayisə edilirdi. Kanadada rəsmi 

səviyyədə büdcənin gender ekspertizasının həyata keçirilməsi qəbul edilmədi, lakin 

vergi siyasətinə öz təsirini göstərə bildi. Buna oxşar vəziyyət Böyük Britaniyada da 

özünə yer tapmışdı. 

 

90-cı illərin ortalarında Cənubi Afrika Respublikasında Gender yanaşmasının büdcəyə 



inteqrasiyası vüsət alaraq sözün əsl mənasında inkişaf etmişdir. “Qadın büdcəsi” 4 il 

üçün tərtib edilir və hər il dövlət strukturları tərəfindən nəzərdən keçirilir. Hər beşinci 

ildə büdcə siyasətinin gender münasibətləri və gender bərabərliyinə  təsiri haqqında 

hərtərəfli məruzə hazırlanır. 

 

2001-ci ildə Brüsseldə keçirilmiş konferensiyada Britaniya Millətlər Birliyinin katibliyi 



büdcə prosesinin gender ekspertizası  təcrübəsinin yayılmasını  təklif etmişdir. Gender 

yanaşmasının büdcə siyasətinə inteqrasiya etməsi üçün büdcənin formalaşması 

prosesinə hökumət strukturlarından başqa bir sıra iştirakçıların, qeyri-hökumət 

təşkilatlarının, vətəndaş cəmiyyətinin üzvlərinin, alimlərin və parlament üzvlərinin və 




39 

 

s. cəlb edilməsi vacibdir.  Burada əsas rol maliyyə nazirliyinə və büdcənin hazırlanması 



və qəbul edilməsi ilə birbaşa əlaqələri olan müəssisələrə, qanunverici orqanların profil 

komitələrinə məxsusdur.  

 

Kenyada, Maldiv adalarında və Tunisdə milli mexanizmlər hər  şeydən  əlavə, milli 



inkişafın bütün mərhələ  və planlarına gender problematikasının daxil edilməsi üzrə 

hökmətin öhdəliklərinin yerinə yetirilməsinin təmin edilməsində yardım göstərdilər.  

 

Svazilenddə milli inkişaf strategiyasının hazırlanması üçün, müxtəlif sahələr üzrə olan 



8 komitə sırasında gender problemləri üzrə komitə yaradılmışdır.  

 

Filippin və  Cənubi Afrika Respublikası Avstraliyada yaranmış “gender büdcəsi” 



modelindən istifadə edən ölkələr sırasındadırlar. Bu modelə görə, büdcə  sənədlərinin 

hazırlanması zamanı bütün hökumət, idarə  və agentliklərinə kişilər və qadınlara təsir 

edən faktorları nəzərə almaqla, xərcləri müəyyən etmək tapşırılır.  

 

İranda milli mexanizmin rəhbəri nazirlər kabinetinin üzvüdür, bu isə öz növbəsində 



qadın problemlərinin büdcəyə salınmasını asanlaşdırır. Bundan əlavə, milli 

mexanizmdən ölkənin büdcə maddələrinin analiz edilməsində istifadə olunur. 

 

Qanunvericilikdə, siyasətdə  və başqa proqramlarda gender problematikasının nəzərə 

alınması    

  

Milli mexanizmlər və bununla əlaqəli prosedurlar, qanunvericiliyə yenidən baxılması  və 



dövlət proqramlarında və dövlət siyasətində gender problematikası, cinsi mənsubiyyət üzrə 

bərabərliyin təmin edilməsi məsələlərinin həll edilməsinə dair bir sıra tədbirlərdə müzakirə 

edilmişdir.  

 



   Hindistanda  milli  siyasətin qadınların hüquqlarının reallaşmasına çağıran layihə  tərtib 

edilmişdir. Burada cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin ləğvinə yönəldilmiş hüquqi, 

institusional və proqram tədbirlər göstərilmişdir. Layihədə  həmçinin qadınların 

şikayətlərinə baxmaq üçün səlahiyyətlindirilmiş milli komissiyanın yaradılması 

nəzərdə tutulmuşdur; 

 



   Rusiya  Federasiyasında Dövlət Duması  və Federasiya Şurası gender mənsubiyyətinə 

görə ayrı-seçkiliyə qarşı qanunvericiliyin hazırlanması üzrə  əsas prinsiplər və 

strategiyanı qəbul etmişlər.  

 



   Portuqaliyada  qanunvericiliyin gender baxımından nəzərdən keçirilməsi üçün 

parlament komissiyası yaradılmışdır. 




40 

 



 

   Belizdə bərbərliyin və ədalətliliyin əldə olunması üzrə strateji plan hazırlanmışdır. Bu 

planın məqsədi hər iki cinsin maraqlarının və  tələblərinin nəzərə alınması  şərti ilə 

dövlət siyasətinə və dövlət proqramlarına gender yanaşmasının daxil edilməsi idi.  

 

    Kolumbiyanın Milli Planlaşdırma Departamentində cinslərin bərabərliyi sahəsində 



fəaliyyət göstərən daimi məsləhət qrupu yaradılmışdır. Bu orqan milli siyasətin  əsas 

istiqamətlərində gender problematikasının nəzərə alınması  məqsədilə geniş 

səlahiyyətlərlə təmin edilmişdir. 

 

Monitorinq və hesabat mexanizmləri  



 

Milli mexanizm və prosedurlar Pekin Fəaliyyət Platformasının maddələrinin 

reallaşmasının monitorinqində  və hesabatlılıq mexanizminin yaradılmasında  əsas rol oynayır. 

Onlar dövlət tədbirlərinin analizi və bu tədbirlərin nəticələrinin həyata keçirilməsi kimi çox çətin 

bir işi həll edirlər 

 



Belarusiya Respublikasında kişilər və qadınların bərabərliyinin təmin edilməsi 

haqqında Milli plan üzrə hesabatlar hazırlanaraq Sosial Müdafiə Nazirliyinə  və 

Nazirlər Sovetinə göndərilir. Hər iki ildən bir adıçəkilən iş barəsində hesabat ölkə 

Prezidentinə göndərilir.  

 

Finlandiyadakı milli mexanizmlər və prosedurlar planlı hesabat və hər bir nazirlikdə 



fəaliyyət göstərən iş üzrə sistemin koordinasiya edilməsini təmin etmişlər. 

 



Amerika Birləşmiş  Ştatlarında milli mexanizm və prosedurlar hökumət agentlikləri 

tərəfindən Pekin Fəaliyyət Platformasının həyata keçirilməsi haqqında illik 

hesabatların tərtib edilməsi üçün istifadə olunur.  

 



Ruandada milli mexanizmlərin təmsilçilərinin, Birləşmiş Millətlər Təşkilatının, 

ikitərəfli agentliklərin və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin daxil 

olduğu komitə, fəaliyyət platformasının maddələrinin monitorinqini həyata keçirir. 

 



İordaniyada milli mexanizmin tərkibinə yüksək rütbəli dövlət məmurları və vətəndaş 

cəmiyyətinin təmsilçiləri daxildir  və onun işində iştirak edən hər bir orqan mütamadi 

olaraq görülən işlər barəsində hesabat verir. 

 

Qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq  

Qeyri-hökumət təşkilatları ilə müttəfiq münasibətlər milli mexanizmlərin və 

prosedurların legitim və möhkəm olmalarının təmin edilməsində əsas rollardan birini oynayır və 

qadınların sosial həyatlarının dəyişilməsinə gətirib çıxara bilər. Pekin konferensiyası yeni qeyri-



Yüklə 362,13 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə