Microsoft Word monitoring focal points az doc



Yüklə 362,13 Kb.
Pdf görüntüsü
səhifə12/17
tarix20.10.2017
ölçüsü362,13 Kb.
#5702
1   ...   9   10   11   12   13   14   15   16   17

29 

 

alınmamışdır



14

. Adıçəkilən sorğu keçirilən zaman Ədliyyə Nazirliyinin nümayəndəsi qeyd etdi 

ki, bir müddət bundan əvvəl İnzibati Xətalar Məcəlləsinin 60.1-ci maddəsinə seksual qısnamaya 

məruz qalmış  və öz idarə  rəhbərindən  şikayət etmiş  işçiyə  təzyiq göstərilməsini qadağan edən 

düzəlişlər edilmişdir

15

.  Ədliyyə Nazirliyi Qadınlara Qarşı Ayrı-Seçkiliyin Bütün Növ 



Formalarının Ləğv Edilməsi Haqqında BMT Konvensiyası  və seksual qısnama halları ilə 

mübarizə aprmağın mütləq olması haqqında məlumatlandırılmanı artırmaq məqsədilə hakimlər, 

hüquq mühafizə orqanlarının  əməkdaşları  və  təcrübə keçən vəkillərlə hazırlıq kursları keçirir. 

Seksual qısnamaya məruz qalmış qadınların əksəriyyəti iş yerlərini itirmək qorxusu, işlədikləri 

kollektivin neqativ münasibəti və gələcək karyeralarını sual altına qoymaq məsələlərinə görə baş 

vermiş bu hadisə haqqında şikayət etmək istəmirlər. Demək olar ki, iş yerində seksual qısnamaya 

məruz qalma hallarına görə real məsuliyyətə cəlb edilmə faktları yoxdur. Şüurlarda formalaşmış 

ictimai fikirlərin və ən-ənəvi xurafatların təzyiqi nəticəsində, seksual qısnamalara məruz qalmış 

qadınların böyük əksəriyyəti bu haqda susmağı özlərinə borc bilirlər. “Seksual qısnamalara 

məruz qalmış qadınlar onlara edilən  əxlaqsız təkliflər haqqında danışmaq istəmirlər, çünki 

cəmiyyətin və yaxınlarının, qohum-əqrəbalarının neqativ münasibətlərindən ehtiyat edirlər

16

”. 



Azərbaycan GİM-nin məlumatlarına görə, qadın QHT-ları əmək və məşğulluq sahələrində 

baş verən seksual qısnamaların ayrı-seçkiliyin bir forması kimi yayıldığını qeyd edirlər. Əmək 

bazarında hökm sürən qeyri-sabit vəziyyət (işsizliyin yüksək səviyyədə olması, məhdud 

işəgötürmə imkanları) onu göstərir ki, işdən qovulmaq çox qadınlar üçün real bir təhlükədir. 

“Azərbaycan qadınları  iş yoldaşları  və  rəhbərləri tərəfindən seksual qısnama halılarına məruz 

qalmaları faktları barədə susmağı  məqbul sayırlar. Qadınlar bu mövzunu müzakirə etməkdən 

çəkinirlər.  İşləyən qadınlar  hesab edirlər ki, seksual qısnamalar onlara mənəvi zərbə vurur və 

peşəkar karyaraları üçün mənfi təsir göstərir”. Qadınlar seksual qısnamalara məruz qaldıqları 

hallarda, özləri üçün başqa iş yeri tapmaq məcburiyyətində qalırlar, belə vəziyyətlə barışmayaraq 

sosial mübarizə aparan qadınlarsa sıxışdırılır və sonda müxtəlif bəhanələrlə işdən azad edilir. İş 

yerində seksual qısnama faktlarına məruz qalmaları  səbəbilə qadınların məhkəmələrə müraciət 

etməmələri bu cür  halların baş vermə faizini durmadan artırır

17

. Bizim fikrimizcə, müxtəlif 



                                                 

14

Qadınlara Qarşı Ayrı-Seçkiliyin Bütün Növ Formalarının Ləğv Edilməsi Haqqında BMT Konvensiyası 



/C/SR.892(B): 14 Avqust 2009-cu il: Diskriminasiyanın Qarşısının Alınması üzrə Komitə. Qadınlara Qarşı Ayrı-

Seçkiliyin Bütün Növ Formalarının Ləğv Edilməsi Haqqında Azərbaycan Respublikasının dördüncü Hesabatı  

www2.ohchr.org/english/bodies/cedaw/docs/SR/CEDAW-C-SR-892.pdf 

 

15



Qadınlara Qarşı Ayrı-Seçkiliyin Bütün Növ Formalarının Ləğv Edilməsi Haqqında BMT Konvensiyası 

/C/SR.892(B): 14 Avqust 2009-cu il: Diskriminasiyanın Qarşısının Alınması üzrə Komitə. Qadınlara Qarşı Ayrı-

Seçkiliyin Bütün Növ Formalarının Ləğv Edilməsi Haqqında Azərbaycan Respublikasının dördüncü Hesabatı   

 

16



 Ədliyyə Nazirliyində müsahibə 02.12.2009  

 

17



 Ədliyyə Nazirliyində müsahibə 02.12.2009 

 



30 

 

dövlət qurumlarının bu istiqamətdə səylərinin koordinasiya edilməsi və əmək müfəttişliklərinin, 



hüquq mühafizə orqanlarının, məhkəmələrin, hüquq müdafiəsi ilə  məşğul olan ictimai 

təşkilatların, qadın QHT-nın, təhsil müəssisələrinin iş yerlərində  qısnama hallarının aradan 

qaldırılması məsələsində qüvvələrinin birləşdirilməsinə ehtiyac vardır.   

 Ədliyyə Nazirliyinin fokal mərkəzinin verdiyi məlumatlara görə ölkədə fəaliyyət göstərən 

məhkəmə hakimlərinin 12% qadındır. Onlardan beş nəfəri məhkəmə və kollegiyalara rəhbərlik 

edir. Vəkillər Kollegiyasının 700 üzvündən 105 nəfəri də  həmçinin qadındır.  Ədliyyə 

orqanlarında 876 nəfər qadın çalışır. Onlardan vəzifəli  şəxslər sırasında qeydiyyat şöbələrinin 

rəisləri, notariuslar və digər  şöbə  rəisləri vəzifələrində çalışanları mövcuddur. Prokurorluq 

orqanlarında çalışan qadınların sayını müəyyən etmək mümkün olmadı. Bizim fikrimizcə, 

göstərilən məlumatlar bir daha sübut edir ki, qadınlar  ədliyyə orqanlarına işə  qəbul edilərkən 

yenə də ayrı-seçkiliyə məruz qalırlar. 

 

Daxili İşlər Nazirliyi 



 

Hüquq mühafizə orqanlarında ciddi gender ayrı-seçkiliyi müşahidə edilir. Daxili İşlər 

Nazirliyindən alınan məlumatlara görə, bu dövlət qurumunun strukturlarında 615 nəfər qadın 

fəaliyyət göstərir, onlardan 219 nəfəri zabit rütbəsindədir. Zabit rütbəsində xidmət edən 19 nəfər 

qadın rəhbər vəzifələrin sahibidir. İdarə  rəisinin müavini, idarə  rəisinin köməkçisi, kafedra 

rəisləri, poliklinikaların baş  həkimləri və başqa  şöbə  rəisləri. Daxili İşlər Nazirliyində, son 

vaxtlar işə qəbul edilən qadın-əməkdaşların sayının artdığını qeyd edirlər, amma onu da etiraf 

edirlər ki, rayonlarda fəaliyyət göstərən daxili işlər orqanlarında xidmət edən qadınların sayı 

olduqca azdır.  

 

Təhsil Nazirliyi 



 

Təhsil Nazirliyinin nümayəndəsi bizə  məlumat verdi ki, ictimai elmlər üzrə olan milli 

dərsliklərin gender ekspertizası keçirilmişdir, lakin bu ekspertizanın nəticələrinə aid olan 

məlumatların açıqlanması  hələ ki, mümkün deyil. Nazirlik, beynəlxalq strukturların erkən 

nigahların qarşısının alınması üzrə layihələrində iştirak edir. Telefon müsahibəsində bizə verilən 

məlumatda bildirildi ki, gender bərabərliyi üzrə  fəaliyyətində, adıçəkilən nazirlik Gender 

Bərabərliyi Haqqında Qanunun 14-cü maddəsini özünə əsas götürür. Dövlət təhsil müəssisələrinə 

qəbul zamanı, dərs planlarının tərtib edilməsi və bilik səviyyəsinin yoxlanılması zamanı  kişilər 

və qadınlara qarşı müxtəlif tələblərin irəli sürülməsini qadağan edir (14.0.1). Bundan əlavə təhsil 

sahəsinin seçimi zamanı kişilər və qadınlar üçün fərqli imkanların yaradılması da qadağan 




Yüklə 362,13 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə