Microsoft Word monitoring focal points az doc



Yüklə 362,13 Kb.
Pdf görüntüsü
səhifə10/17
tarix20.10.2017
ölçüsü362,13 Kb.
#5702
1   ...   6   7   8   9   10   11   12   13   ...   17

25 

 



 

qadınlar üçün Azərbaycan Respublikasının  Əmək Məcəlləsi ilə müəyyən edilmiş 

güzəştlər, imtiyazlar və əlavə təminatlar; 

 



kişilər üçün həqiqi hərbi xidmətə çağırış; 

 



kişi və qadınlar üçün qanunla müəyyənləşdirilmiş fərqli pensiya və nikah yaşı; 

 



Azərbaycan Respublikasının Ailə  Məcəlləsinin 15-ci maddəsinə uyğun olaraq, ərin 

nikahın pozulmasını tələb etmək hüququnun məhdudlaşdırılması; 

 

kişi və qadınlar üçün cəzaçəkmə müəssisələrində fərqli şəraitin yaradılması; 



 

gender bərabərliyinin təmin edilməsi məqsədi ilə xüsusi tədbirlərin həyata keçirilməsi. 



 

 

2008-2012–ci illər üçün Ailə və Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı 



 

2000-2005-ci illər üçün Qadın Problemləri üzrə Milli Fəaliyyət Planından sonra 2008-

2012-ci illər üçün Ailə  və Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı gender bərabərliyi 

əsasında ailə və ailədaxili münasibətlərin gücləndirilməsi və inkişaf etdirilməsi, sağlam cəmiyyət 

yaradılması və bununla da ölkənin tərəqqisinə töhfə verilməsi məqsədilə hazırlanmışdır. Hazırda 

Plan aidiyyəti orqanlarla müzakirə prosesindədir. Həmin Fəaliyyət Planı iki sahədə, demoqrafik 

problemlər, ailə planlaşdırılması, reproduktiv sağlamlıq və qadınların qərar qəbuletmə 

proseslərində, siyasi, iqtisadi və ictimai həyat və s. sahələrdə  iştirakını artırmaq zərurəti kimi 

mühüm istiqamətləri nəzərdə tutur. 

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  



 

BƏT-nın dəstəyi ilə  Əmək və  Əhalinin Sosial Müdafiəsi Nazirliyi gender ayrı-seçkiliyi 

problemləri ilə çox aktiv şəkildə məşğul olur. 

 Nazirliyin  nəzdində  fəaliyyət göstərən  əmək müfəttişliyinin baş  məsləhətçisi Gülnarə 

Həşimovanın dediklərinə görə 2009-cu ilin fevral ayında Əmək Məcəlləsinə bir sıra dəyişikliklər 

edilmişdir, onların arasında iş yerində və ya işədüzəlmə zamanı seksual qısnamaya qarşı izahat 

işlərinin aparılmasına yardımın, kollektiv müqavilənin məzmununa daxil edilməsi məsələsi də 

olmuşdur. Bu maddə  işçilərin seksual qısnamadan müdafiə olunması üçün bütün lazımi 

tədbirlərin görülməsini tələb edir. “Boş qalmış vəzifələrə müsabiqə yolu ilə təyinedilmə zamanı 

əmək münasibətlərinin nizamlanması” adlanan 50-ci maddəyə “qanunvericilkdə nəzərdə tutulan 

hallar istisna olmaqla, yalnız bir cinsin nümayəndələri üçün müsabiqə elan edilməsinə yol 

verilməməsi” əlavə olunmuşdur

10

.   


                                                 

10

 Əmək Məcəlləsi Maddə 50 



 


26 

 

 Nazirlikdə belə hesab edirlər ki, bizim ölkəmizin  Əmək Məcəlləsində gender məsələləri 



həm kişilər, həm də qadınlar üçün mühüm təsirə malikdir. Gender siyasəti çərçivəsində 

Azərbaycan Respublikasının  Əmək Məcəlləsinin analizi həyata keçirilmişdir. Nəticədə,  əmək 

fəaliyyəti sahəsində ayrı-seçkiliyin qadağan olunmasına yönəldilmiş normaların artdığı  aşkar 

edilmişdir. Azərbaycan Respublikasının  Əmək Məcəlləsində ayrı-seçkiliyə  ümumi qadağa 

qoyulması özünə yer tapmışdır, burada ayrı-seçkiliyə yol verilə biləcək hallara qadağa qoyulması 

əlavə olaraq göstərilmişdir. 2009-cu ilin mart ayında Gender bərabərliyi haqqında qanun qəbul 

edildikdən sonra Əmək Məcəlləsinin 12-ci maddəsinə iş verən orqanın və ya şəxsin əsas vəzifə 

borclarına bərabər imkanların təmin olunması prinsipi əlavə edilmişdir.   Beləliklə, Azərbaycan 

Respublikasının  Əmək Məcəlləsi qadağanedici maddələrin hesabına qadınların  əmək və 

məşğulluq sahələrində ayrı-seçkiliyə  məruz qalamalarına yol vermir. Bundan əlavə, bir sıra 

maddələr pozitiv ayrı-seçkilik xarakteri daşıyır. Buna baxmayaraq, biz əminik ki, Əmək 

Məcəlləsində ayrı-seçkilik konsepsiyasının yoxluğu  əsaslı boşluqdur. Qadın nəinki  əmək 

hüquqlarının pozulduğu zaman, hətta ayrı-seçkiliyə məruz qalmasını sübut edərkən çətinliklərlə 

üzləşə bilər. Yuxarıda göstərilən nazirliyin prespektiv planlarına Gender Bərabərliyi Haqqında 

Qanuna uyğun olaraq, əmək qanunvericiliyinə gender məsələləri üzrə  dəyişikliklər etmək 

daxildir.  

 Bu  nazirlikdə  fəaliyyət göstərən fokal mərkəz vurğulayır ki, əmək bazarında müşahidə 

olunan gender ayrı-seçkiliyi faktı rəsmi səviyyədə tanınır və “Dövlət məşğulluq strategiyasında” 

xüsusi olaraq gözə çarpır

11

. Telefon müsahibələrinin göstərdiyi kimi, Əmək və Əhalinin Sosial 



Müdafiəsi Nazirliyi əmək bazarında mövcud olan gender ayrı-seçkiliyinin aradan qaldırılması 

istiqamətində müəyyən tədbirlər görülməsini nəzərdə tutur.  Bu mənada qeyd etmək istərdik ki, 

Əmək Məcəlləsində ayrı-seçkilik konsepsiyasının yoxluğu gender aspektindən ayrı-seçkiliyə 

yanaşmanın müxtəlif olmasına gətirib çıxarır. Azərbaycan Respublikasının  Əmək Məcəlləsinin 

16-cı maddəsinin 1-ci bəndində qeyd edilir ki, heç kimin  əmək hüququ məhdudlaşdıra bilməz, 

və ya “...işçinin iş keyfiyyətləri ilə əlaqəli olmayan” vəziyyətlərdə ona üstünlük verilə bilməz. İlk 

baxışdan elə  də  əhəmiyyətli görünməyən bu fərq, təcrübədə  məhz gender rollarının 

bölüşdürülməsində konkret vəziyyətlərin fərqli anlamına gətirib çıxara bilər. Çünki iş qabiliyyəti 

keyfiyyətləri işçinin gender mentaliteti və  iş verənin gender stereotipləri ilə müəyyən olunur. 

Məsələn, əgər söhbət dəniz neftçisinin işə götürülməsindən gedirsə, kişi cinsi iş bacarığı hesab 

edilə bilərmi? Və ya uşağın ana südü ilə qidalanması zamanı, qadın cinsi? Bundan əlavə, 

bütövlükdə  cəmiyyətdə, qadınların özü də daxil olmaqla, qadınların iş bacarıqları lazımi 

                                                 

11

 Azərbaycan Respublikasının Əmək Strategiyası (2006-2015): Azərbaycan Respublikası Prezidentinin 1068 saylı   



26 Oktyabr 2005-ci il tarixli Sərəncamı. p.59 

 



Yüklə 362,13 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə