Microsoft Word monitoring focal points az doc



Yüklə 362,13 Kb.
Pdf görüntüsü
səhifə6/17
tarix20.10.2017
ölçüsü362,13 Kb.
#5702
1   2   3   4   5   6   7   8   9   ...   17

14 

 

Cədvəl 3. Azərbaycan konstitusiyasında  kişi və qadınlar eyni hüquqa malikdirlər:  

Azərbaycan konstitusiyasında  kişi və qadınlar eyni hüquqa malikdirlər % 

Bəli 70,2% 

Xeyr 9,6% 

Cavab verməkdə çətinlik çəkirəm 14,4% 

Cavab verməyənlər 5,8% 

Cəmi 100,0% 

 

Bölgələrdə gender bərabərliyinin bərqərar olması məsələsində çox narahatedici tendensiya 



ondan ibarətdir ki, hər ikinci qadın  şəxsi hüquqlarının lazımi səviyyədə müdafiə olunmasına 

əmin deyil. 



Cədvəl 4. Şəxsən siz öz hüquqlarınızın müdafiə olunmasına ehtiyac duyursunuzmu?  

Şəxsən siz öz hüquqlarınızın 

müdafiə olunmasına ehtiyac 

duyursunuzmu? 

 



Bəli 51,0% 



Xeyr 42,3% 

Cavab verməkdə çətinlik çəkirəm 1,9% 

Cavab verməyənlər 4,8% 

Cəmi  


100,0% 

 

Öz hüquqlarından məhrum olunmuş  və ya hansısa sahədə ayrı-seçkiliyə  məruz qalmış 



qadınların faiz göstəricisi daha yüksəkdir. Qadınların 64,9% hesab edir ki, onların  əhatəsində 

qadın hüquqları az müdafiə olunmuşdur, lakin bununla yanaşı 13,5% tam bərabərhüquqlu 

olduqlarını iddia edirlər. 

Cədvəl 5. Sizin əhatənizdə elə bir qadın varmı ki, onun hüquqlarının müdafiə olunmasına ehtiyac 

var? 


Sizin əhatənizdə elə bir qadın 

varmı ki, onun hüquqlarının 

müdafiə olunmasına ehtiyac 

var? 


  

 



Bəli 67 

64,4% 


Xeyr 14 

13,5% 


Dəqiq bilmirəm 20 

19,2% 



15 

 

Cavab verməyənlər 3 



2,9% 

Cəmi 104 

100,0% 

 

Bölgədə gender siyasətinin həyata keçirilməsinə kim cavabdehdir? - sualına 71,2%, cavab verə 



bilməmişdir, “bilmirəm” deyənlərin miqdarı - 18,2%. 

Cədvəl 6.  Bölgədə gender siyasətinin həyata keçirilməsinə kim cavabdehdir? 

Bölgədə gender siyasətinin həyata 

keçirilməsinə kim cavabdehdir? 

 



Qadın hüquqlarını kim müdafiə 

edirsə, elə o cavabdehdir. 

1,0% 

Məlumatım yoxdur 



1,0% 

Rayon İcra Hakimiyyəti Başçısının 

Humanitar Məsələlər üzrə Müavini 

2,9% 


İcra hakimiyyəti 4,8% 

Qadın şurası 1,0% 

Bilmirəm 18,2% 

Cavab verməyənlər 71,1% 

Cəmi  

100,0% 


 

Yaşadıqları bölgədə gender siyasətinin həyata keçirilməsinə kimin cavabdeh olmasından 

qadınların tam məlumatsız olması çox narahatedici faktdır və milli mexanizmin bölgələrdəki 

qollarının zəif olmasından xəbər verir.  

Bölgələrdə maarifləndirmə işlərinin yox dərəcədə olmasından irəli gələn, qadınların sosial 

həyata laqeyd münasibətlərini aşağıdakı məlumatlar təsdiq edir: sorğuda iştirak edən qadınların 

21,1%  əmindir ki, onların yaşdıqları bölgədə öz hüquqlarını müdafiə edə biləcək bir struktur 

yoxdur. Hətta bu faiz göstəricisi  ən çox, uşaqları olan gənc qadınlara aiddir. Bu isə öz 

növbəsində bölgə hakimiyyət orqanları üçün gender bərabərliyi məsələlərinin elə  də vacib 

olmaması barədə nəticələrimizi təsdiq edir. 

Nə  qədər ki, bölgələrdə gender bərabərliyinin təmin olunması üzrə  vəzifə borcları  və 

gender faktlarının hesabatı  vəzifə sahibləri üçün formal xarakter daşıyır, gender bərabərliyinin 

mexanizmləri lazımi səviyyədə  fəaliyyət göstərə bilməyəcəkdir. Gender bərabərliyi üzrə 

koordinatorlar yalnız vəzifə sahibləri arasından yox, iş  təcrübəsinə malik olan, gender 

problematikası sahəsində peşəkar bilik və savad qazanmış insanlar arasından seçilməlidir. Əsas 

faktorlardan biri gender bərabərliyi prinsiplərinin mütləq və insan üçün dəyərli olduğuna əminlik 




16 

 

hisslərinin varlığı  və bu prinsiplərin milli maraqlarla üst-üstə düşməsini anlamaqdır. Bizim 



fikrimizcə, göstərilən struktur və köklü dəyişiklikləri mümkün qədər tez həyata keçirmək 

lazımdır, çünki qadınların “ümid ehtiyatları” tükənməkdədir. 

 

Ailə, Qadın və  Uşaq Problemləri üzrə Dövlət Komitəsinin regionlarda gender siyasətinin 

möhkəmlənməsində təsiri 

 

Qeyd etmək lazımdır ki, qadınlar öz hüquqlarının müdafiəsinin yalnız Ailə, Qadın və Uşaq 

Problemləri üzrə Dövlət Komitəsinin mərkəzi mexanizmi ilə bağlı olduğunu bildirirlər. Sorğuda 

iştirak edənlərin 46,3% öz hüquqlarının pozulduğu təqdirdə məhz bu dövlət orqanına müraciət 

edəcəklərini bildirmişlər. Sadə kəndli qadınların nəzərində bölgələrdəki hakimiyyət orqanları və 

vətəndaş cəmiyyəti sektoru az effektlidir, buna görə də bu orqanlara müraciət edəcək qadınların 

say göstəricisi təxminən eynidir: bələdiyyə orqanlarına 11,6 %, QHT-larına 10,4%.  

 Sorğu iştirakçılarının dörddə üç hissəsindən çoxu ölkədə ailə və qadınların problemləri ilə 

məşğul olan komitənin mövcudluğundan xəbərdardır, lakin qadınların dövlətin idarə 

olunmasında iştirak etməsi məsələsinin, dövlət siyasəti səviyyəsində olduğunu bilən qadınların 

sayı  iştirakçıların yarısından azdır. Hərçənd, partiya üzvlüyünün korrelyasiyası göstərir ki, 

qadınların 64,6% hakimiyyətdə olan “Yeni Azərbaycan” partiyasının üzvüdür. 



Cədvəl 7. Siz Respublika Prezidentinin 6 mart 2000-ci il tarixli “Dövlət Qadın Siyasətinin 

Həyata Keçirilməsi Haqqında”  Fərmanı olduğundan xəbərdarsınızmı? 

Siz Respublika Prezidentinin 6 mart 2000-ci il tarixli “Dövlət Qadın 

Siyasətinin Həyata Keçirilməsi Haqqında”  Fərmanı olduğundan 

xəbərdarsınızmı? 

 



Bəli 48,1% 

Xeyr 23,1% 

Nə isə bir şey eşitmişəm 17,3% 

Cavab verməyənlər 11,5% 

Cəmi 100,0%

 

İcra hakimiyyəti strukturları tərəfindən gender bərabərliyinin gizli- xoşagəlməz bir faktor 



kimi qəbul edilməsi, gender bərabərliyinin mərkəzi mexanizminin təsirinin lazımi səviyyədə 

olmaması qadınların bərabər hüquq və imkanlar əldə etməsi prosesini çətinləşdirir.  

 

 



Yüklə 362,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə