Microsoft Word monitoring focal points az doc



Yüklə 362,13 Kb.
Pdf görüntüsü
səhifə4/17
tarix20.10.2017
ölçüsü362,13 Kb.
#5702
1   2   3   4   5   6   7   8   9   ...   17

 

birini təşkil edən qadın və kişilər arasındakı ayrı-seçkilik probleminin dərk edilməsində müəyyən 



irəliləyiş əldə edilmişdir.  

Bu gün biz dördüncü mərhələni müşahidə edirik.  Azərbaycanda baş verən siyasi proseslər, 

ailənin möhkəmlənməsi və sosial müdafiəsi də daxil olmaqla, qadınların müstəqilliyinin dərk 

edilməsinə  əsaslanan yeni mexanizmin axtarışına imkan yaradır. 2006-cı ildə Respublika 

Prezidentinin Fərmanı ilə  ləğv edilmiş Qadın Problemləri üzrə Dövlət Komitəsinin bazasında 

daha çox səlahiyyətlərə malik olan yeni dövlət strukturu - Ailə, Qadın və Uşaq Problemləri üzrə 

Dövlət Komitəsi yaradıldı. Milli mexanizmin bu cür gözlənilmədən transformasiya edilməsi 

dərhal ictimai diskussiyalara səbəb oldu: bu dəyişikliyi alqışlayanlarla bərabər

7

, ona qarşı 



çıxanlar da az deyildi

8

.     



Ailə, Qadın və  Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan Respublikasının 

Nazirlər Kabinetinə hesabat verir və cinslər arasındakı bərabərliyin təmin edilməsinin əsas milli 

mexanizmi  kimi fəaliyyət göstərir.  

Dövlət Komitəsinin nizamnaməsində  nəzərdə tutulan gender meynstriminqi icra 

hakimiyyətinin iki səviyyəsində həyata keçirilir: 

 



   Nazirlər Kabinetinin strukturuna daxil olan nazirliklər və idarələr səviyyəsində (Dövlət 

Komitəsi Koordinasiyası Yanında İdarələrarası Şura); 

 

   Azərbaycan Respublikası Prezident Aparatı  tərəfindən koordinasiya edilən rayon icra 



hakimiyyəti orqanları səviyyəsində. 

Nazirliklər və idarələrdə  həyata keçirilən gender siyasətinə  məsul koordinatorlar (fokal 

mərkəzlər) komitə və beynəlxalq təşkilatlar tərəfindən keçirilən layihələrin ünvan qruplarına və 

İdarələrarası  Şuraya daxildirlər. Dövlət Komitəsinin  əsas koordinasiya vəzifəsi dövlət gender 

siyasətinin həyata keçirilməsi, prinsiplərin təmin edilməsidir.  

Qadınların cəmiyyətdə tutduğu yer - dövlətin beynəlxalq siyasi avtoritetinin əsas 

indikatorlarından biridir və Azərbaycan dövləti bu məsələ ilə bağlı beynəlxalq ictimaiyyətin öz 

ünvanına olan fikrinə çox həssas yanaşır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 

xarici mütəxəssisləri və ekspertləri cəlb etməklə aktiv şəkildə seminarlar, konfranslar keçirir. Bu 

tədbirlərdə gender bərabərliyi, Azərbaycan cəmiyyətində qadınlara qarşı ayrı-seçkilik məsələləri 

müzakirə olunur, qadınların yeni bazar iqtisadiyyatı münasibətlərinə adaptasiya olunması 

                                                 

7

 “Azərbaycanda vəziyyət sovet dövründəki Azərbaycanlı üçün ailə, prinsipinin daha da möhkəmlənmiş ailə dəyəri 



ətrafında, sanki o sonuncu qaladır ki, onu bütün vasitələrlə qorumağa çalışan mühit ilə səciyyələnir”. Abbasov A. 

Cənubi Qafqaz Respublikalarında qadın siması və patriarxal hakimiyyət.http://www.gender-az.org/news| /12 Fevral. 

 

8

 “Qadınlar yenidən ictimai həytdakı yerlərini, dövlət təzyiqi altında ailəyə qayıtmaqla nümayiş etdirdilər”  



http://www.gender-az.org/news 8 Fevral  

 

 




10 

 

istiqamətində proqramlar hazırlanır, lakin siyasət və real həyat, obyektiv və subyektiv səbəblərə 



görə, paralel istiqamətdə hərəkət edir.  

Gender bərabərliyinin  əldə edilməsi metodlarının, vəsaitlərin və  təcrübənin tamamilə 

yeniləşdirilməsi labüddür, çünki qanunverici aktlarla qadınlara verilən az saylı imtiyazlar əksər 

hallarda istifadəsiz olaraq qalır.  

 

Azərbaycanda gender bərabərliyinin mexanizminə ictimai fikir prizmasından baxış 

 

Monitorinqin  metodoloji əsasları: 

 

   Pekin  Fəaliyyət Platforması praktiki fəaliyyət planlarını  təqdim edərək  əsas cavabdeh 



şəxsləri müəyyən edir

 



   Qadınlara Qarşı Ayrı-Seçkiliyin Bütün Növ Formalarının Ləğv Edilməsi Haqqında 

BMT Konvensiyası  qərarların qəbuledilmə prosesinə  və insan hüquqlarının 

reallaşmasına, eləcə  də hökumətin hesabat verməsinə  təsir edən praktiki vasitələri 

təqdim edir;   

 

   Minilliyin  İnkişaf Məqsədləri - beynəlxalq inkişaf məqsədləridir və gender 



bərabərliyinin vacibliyinin siyasi təsdiqi məqsədilə istifadə olunmalıdır;  

 



    Milli  Məşğulluq Strategiyası (2006-2015)  milli məsələlər və prioritetlərin milli 

siyasətə və vəsaitlərin bölünməsinə çevirən bir əməliyyat çərçivəsi kimi; 

 

    Gender  bərabərliyi haqqında qanunun qəbul edilməsi ilə (2006) qanunvericilikdə



Azərbaycan Respublikasının qanunları  və Konstitusiyası  tərəfindən qadın və kişilərə 

verilən hüquqların onlar arasında bərabər paylaşdırılmasına gətirib çıxaran və onlar 

arasındakı fərqi heçə endirən, dövlət siyasətinin müstəqil istiqaməti müəyyənləşmişdir. 

Qanun sosial, siyasi, mədəni, eləcə  də başqa sahələrdə kişi və qadınların bərabər 

hüquqlu olmasının konstitusional zəmanətlərinin təminatını nizamlayır, cinsi 

mənsubiyyətə görə ayrı-seçkiliyin ləğvinə yönəlmiş  şəkildə, fərqli cinsdən olan 

şəxslərin bərabər imkanlara malik olmalarına dövlət zəmanətini müəyyən edir. 

 

Monitorinqin metodikası 



 

Monitorinqin birinci mərhələsi sosial fəaliyyətin şaquli və üfüqi istiqamətlərdəki ikifokuslu 

kəsiyi - yəni milli mexanizmin strukturları  səviyyəsində  və bölgələrdə yaşayan qadınların 

gündəlik yaşayışları səviyyəsində olan kəsik, metodoloji prinsip əsasında gender bərabərliyi üzrə 

milli mexanizmin öyrənilməsi və effektivliyinin analizini nəzərdə tutur

9

. Bu cür ikifokuslu 



                                                 

9

 Sosial Elmin Əsası Small.A. 2001,P.76   




Yüklə 362,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə