Microsoft Word monitoring focal points az doc



Yüklə 362,13 Kb.
Pdf görüntüsü
səhifə3/17
tarix20.10.2017
ölçüsü362,13 Kb.
#5702
1   2   3   4   5   6   7   8   9   ...   17

 

Birinci mərhələ  BMT-nin qadınların vəziyyəti ilə əlaqədar IV Beynəlxalq Konferensiyası 

ilə bağlıdır (Pekin, 1995). 1994-cü ildə ölkə prezidentinin fərmanı ilə dövlət strukturlarının 

rəhbər vəzifələrində çalışan qadınların və qadın qeyri-hökumət təşkilatlarının liderlərinin daxil 

olduğu Milli Hazırlıq Komitəsi yaradılmışdır. Hazırlıq Komitəsinin vəzifələri aşağıdakılardan 

ibarət idi: SSRİ zamanında qadınların rolunun və durumunun qiymətləndirilməsi; keçid 

dövründə qadınların rolunun və ictimai durumlarının araşdırılması, eləcə  də  əsas maraq və 

fəaliyyət sahələrinin müəyyən edilməsi; qadın problemləri üzrə mövcud məsələlərin, statistik 

göstəricilərin, digər məlumatların araşdırılması və məlumat toplama sisteminin yaxşılaşdırılması 

və inkişaf etdirilməsi üzrə tövsiyələrin hazırlanması, qadın təşkilatlarının yaranmasına dəstək 

yolu ilə qadınların ictimai həyata cəlb edilməsinin aktivləşdirilməsi, cinslər arasındakı 

bərabərliyə nail olmaq və  cəmiyyətdə qadınların statusunun artırılmasına yönəldilmiş 

proqramların işlənərək hazırlanması. 1995-ci ildə Azərbaycan BMT-nin “Qadınlara Qarşı Ayrı-

Seçkiliyin Bütün Növ Formalarının Ləğv Edilməsi Haqqında” Konvensiyasını (CEDAW), 2001-

ci ildə isə ona aid olan Fakültətiv Protokolu ratifikasiya etmişdir. 1998-ci ildə Komitənin 

“Qadınlara Qarşı Ayrı-Seçkiliyin Bütün Növ Formalarının Ləğv Edilməsi Haqqında” 

sessiyasında Azərbaycanı təmsil edən nümayəndənin məruzəsi dinlənilmişdir.   

İkinci mərhələ gender bərabərliyinin  əldə olunmasına və qadın inkişafına məsuliyyət 

daşıyan dövlət mexanizminin yaradılması ilə başlamışdır. 1998-ci ildə Prezident Heydər 

Əliyevin fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması və “Azərbaycanda 

Qadınların Rolunun Artırılmasına Dair Tədbirlər Haqqında” sərəncamının verilməsini fövqəladə 

əhəmiyyətli hadisə kimi hesab etmək olar. Bu gender siyasətinin dövlətin vacib 

strategiyalarından biri olduğunu göstərirdi. 1997-2000-ci illərdə Azərbaycan hökumətinin və 

BMT-nin “Gender və inkişaf” layihəsi üzrə İnkişaf Proqramının  birgə fəaliyyəti başlanmışdır. 

Ölkənin 16 rayonunun icra hakimiyyətləri orqanlarının tərkibində gender problemləri üzrə 

şöbələr yaradılmış

3

, qadın problemləri üzrə Dövlət Komitəsinə  və qadın QHT-nə isə böyük 



miqdarda təşkilati-texniki dəstək göstərilmiş, gender bərabərliyinə aid olan tədqiqatlar və vacib 

beynəlxalq sənədlər Azərbaycan dilinə  tərcümə edilmiş  və gender bərabərliyi mövzusunda bir 

sıra kaskad treninqlər keçirilmişdir. Məhz bu müddətdə Milli Məclis BƏT-nın Konvensiyasını 

ratifikasiya etmişdir, onlardan 4-ü birbaşa olaraq qadın əməyinə aiddir

4

.  


Üçüncü mərhələ,  hansı ki, gender bərabərliyi və siyasi qərarların qəbul edilməsində 

qadınların imkanlarının genişləndirilməsi sahələrində dövlət strategiyasının  əsasının təməlini 

                                                 

3

 Abbasov A. Azərbaycan Respublikasının sosil-siyasi fəaliyyət sahəsində gender analizi. Açıq Cəmiyyət İnstitutu-



Yardım Fondunun Qadın Şəbəkəsi Proqramı üçün Texniki-İqtisadi Əsaslanma Fondu, 2004. С. 25 

 

4



 www.millimadjlis.-gov-az  

 

 




 

qoymuşdur,  Respublika Prezidentinin 6 mart 2000-ci il tarixli “Dövlət Qadın Siyasətinin Həyata 



Keçirilməsi Haqqında” fərmanı ilə başlanmışdır. Bu fərman qanunvericiliyin gender 

ekspertizasının keçirilməsini və ölkənin bütün dövlət strukturlarında qadınların təmsil olunma 

faizinin kişilərlə eyni səviyyədə olmasının təmin edilməsini nəzərdə tutur. Ölkənin bir çox 

nazirlik, idarə  və müəssisələri öz fəaliyyətlərini aktivləşdirmək üçün qadın və iqtisadiyyat 

(yoxsulluq, mülkiyyət və s. problemləri), qaçqınlar və ölkə daxilində yerlərini dəyişmiş ailələr, 

qadınlar və səhiyyə sahəsi, qadınlar və idarəetmə, qadın əməyi, qadın hüquqları kimi ölkə üçün 

prioritet sayılan məsələlər üzrə (formal da olsa) təkliflərini irəli sürmək məcburiyyətində 

qaldılar. Fərmanın həyata keçirilməsini nəzarətdə saxlamaq funksiyası Qadın Problemləri üzrə 

Dövlət Komitəsinə tapşırılmışdı, o isə öz növbəsində  hər il prezidentin fərmanının həyata 

keçirilməsi haqqında müvafiq nazirliklər, idarə və müəssisələrdən toplanmış  məlumat  əsasında 

hesabat hazırlayaraq Nazirlər Kabinetinə təqdim edirdi.  

2000-ci ildə Nazirlər Kabineti 2000-2005-ci illər üçün qadın problemləri üzrə Milli 

Fəaliyyət Proqramını  təsdiq etdi. Bu plan, ölkənin prioritetləri və hal-hazırkı durumu nəzərə 

alınmaqla, Pekin Fəaliyyət Platforması  əsasında hazırlanmışdı. Bu sənəd nazirliklər, dövlət 

strukturları və qeyri-hökumət təşkilatlarının iştirakı ilə hazırlanmış və qadın problemləri ilə bağlı 

təxirəsalınmaz tədbirlərin keçirilməsini, dövlət proqramlarının hazırlanmasını  nəzərdə tuturdu

5

.  


Dövlət səviyyəsində  və Milli Fəaliyyət Platforması  çərçivəsində gender seqreqasiya 

statistikasının toplanması prosesi başlandı  və 2003-cü ildə Dövlət Statistika Komitəsi ilk dəfə 

olaraq “Azərbaycanda ailə” statistik toplusunu nəşr etdi. Bu topluya “ailənin demoqrafik 

xarakteristikası, sağlamlığın qorunması, məşğulluq, həyat səviyyəsi, ev təsərrüfatının büdcəsi, 

cinayətkarlıq” kimi sahələr üzrə seqreqasiya statistikası daxildir

6

.  



2000-2005-ci illər üçün nəzərdə tutulmuş Milli Fəaliyyət Planının həyata keçirilməsi və 

gender meynstriminqinin gerçəkləşdirilməsi məqsədilə Dövlət Komitəsi tərəfindən İdarələrarası 

Şura yaradılmışdı. Bu şuraya dövlət idarələrinin nümayəndələri, fokal mərkəzləri və qadın QHT-

ları daxil olmuşdur. Koordinasiya funksiyasını isə Qadın Problemləri üzrə Dövlət Komitəsi 

yerinə yetirirdi. İnkar etmək olmaz ki, ciddi sosial problemləri (eləcə  də yoxsulluğun aradan 

qaldırılması)  əhatə edən qərarların planlaşdırılması  və  qəbul edilməsi prosesində qadınların 

iştirakının bütün reallıqlarını özündə  əks etdirən hesablamaların təmin edilməsi üçün Qadın 

Problemləri üzrə Dövlət Komitəsi bir sıra addımlar atmışdır. Yoxsulluğun  əsas səbəblərindən 

                                                 

5

 Dövlətin öhdəliyi olan Pekin Platformasının (1995-ci il) həyata keçirilməsi ilə bağlı qaldırılan suala və BMT-nin 



Baş Assambleyasının (2000-ci il) 23-cü ssesiyasının qərarı ilə bağlı Qadın Problemləri üzrə Dövlət Komitəsinin 

məruzəsi, B: PD Əbilov və oğlu, 2005.С.3-4.  

 

6

 Аzərbaycanda ailə. Azərbaycanın statistik göstəriciləri 2003, B.: “Səda” nəşriyyatı, 2003.   



 


Yüklə 362,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə