Microsoft Word monitoring focal points az doc



Yüklə 362,13 Kb.
Pdf görüntüsü
səhifə5/17
tarix20.10.2017
ölçüsü362,13 Kb.
#5702
1   2   3   4   5   6   7   8   9   ...   17

11 

 

analiz, bir tərəfdən nazirliklər və bölgələr səviyyəsində milli mexanizmin struktur elementlərinin 



fəaliyyətinin effektivliyini dəqiq analiz etməyə imkan verir.  

Başqa bir tərəfdən, bizim apardığımız analiz gender bərabərliyi üzrə hüquqi sənədlər və 

səlahiyyətli orqanların fəaliyyəti haqqında qadınların real olaraq nə  dərəcədə tanış olduqlarını 

görməyə imkan verir. Gender bərabərliyi siyasətinin bərqərar olması  həmin səlahiyyətli 

orqanların birbaşa vəzifəsidir, çünki dövlət təkcə gender siyasətinin əsas hissəsi olan,  bərabərliyi 

və qadınların vəziyyətinin yalnız hakimiyyət institutları  səviyyəsində yaxşılaşdırmaqdan deyil, 

həmçinin onların gündəlik həyatlarında hüquqlarının müdafiəsini təmin edən mexanizmlərin 

gücləndirilməsini həyata keçirməlidir.  

 

Monitorinqin əhatə etdiyi ərazi  

 

Monitorinqin əhatə etdiyi yerlər aşağıdakı səbəblər əsasında müəyyən edilmişdir:  

 

Kürdəmir və Salyan - ölkənin mərkəzi hissəsində yerləşən və iqtisadi cəhətdən orta 



səviyyədə inkişaf etmiş bölgələr; 

 

Lənkəran - ölkənin cənubunda  İranla sərhəddə yerləşən, inkişaf etmiş bölgə. Bu 



mürəkkəb qonşuluğun təsiri altında gender stereotipləri formalaşmışdır; 

 

Xudat - ölkənin şimalında, Rusiya ilə sərhəddə yerləşən kiçik kurort şəhəri. Bu şəhərin 



sakinləri öz qonşuları ilə aktiv iş  əlaqələri qurmuşlar. Onlar tez-tez Rusiyaya qazanc 

məqsədilə gedirlər, bu isə öz növbəsində gender stereotiplərində özünü biruzə verir. 

Bu cür nəzərə almaq forması nisbətən problemsiz bölgələrdə gender siyasətinin həyata 

keçirilməsi, ümumilikdə onun təsir qüvvəsinin hansı səviyyədə olmasından xəbər verir. 

 

Respondentlərin identifikasiyası 

 

Sorğuda 120 nəfər qadın iştirak etmişdir.  İştirakçıların yaş  həddi 18-dən 60-a qədər 

olmuşdur, yəni respondentlərin böyük hissəsi iqtisadi cəhətdən aktiv hesab edilən kateqoriyaya 

aid olan qadınlar olmuşdur. Sorğu iştirakçılarının 10 %-i 18 -22 yaş arasında olan qadınlar, 38% 

isə 55-60 yaşında olan qadınlar təşkil etmişdir. Biz daha çox gənc qadınları sorğu-sual etmək 

istəyirdik, lakin onlar nə sorğuya, nə  də ki, şifahi müsahibəyə heç bir maraq göstərmirdilər, 

səbəb kimi isə ya həddən artıq məşğul olduqları və ya ailələrində ola biləcək narazıçılıqlardan 

qorxduqları göstərilirdi. Yaşlı qadınlar isə, sözün əsl mənasında fikirlərinin dinlənilməsi üçün 

üçün təkid edirdilər.   

Sorğuda iştirak edən qadınların böyük əksəriyyəti 44%, məhz gender bərabərliyi haqqında 

qanunun şamil olunacağı kateqoriyaya aid olan qadınlar idi. Gender siyasətinin logikasına görə 



12 

 

bu yaş kateqoriyasına aid olan qadınlar hakimiyyət strukturlarının bütün səviyyələrində 



qərarların qəbul edilməsində, əmək qabiliyyətlərinin reallaşması imkanlarında və sosial müdafiə 

prinsiplərinin möhkəmlənməsində gender bərabərliyi üzrə milli mexanizmin fəaliyyətinin 

nəticələrini daha çox hiss etməlidirlər. Təəssüf ki, monitorinqin göstərdiyi kimi bu baş vermir, 

gender bərabərliyinin bərqərar olmasının bölgə prosesi isə ləngiyir.  

Respondentlərin seçimi respublikada qadınlar üçün daha münasib sayılan sahələrdə 

birləşmişdi: təhsil və  səhiyyə. Sorğu iştirakçılarının 86%-i uşaq bağçalarının tərbiyyəçiləri və 

direktorları, metodistlər, müəllimələr və  məktəb direktorları, həkim-pediatrlar və  həkim-

ginekoloqlar idi. 7% bölgə icra hakimiyyətlərinin və bölgə bələdiyyə orqanlarının əməkdaşları, 

7% fermerlər və şəxsi biznesləri ilə məşğul olan qadınlar idi. 

77,3% iştirakçının övladları var. Uşaqların sayına görə belə nəticə çıxartmaq olar ki, bizim 

cəmiyyətdə çoxuşaqlı ailələr yoxa çıxmaq üzrədir:  58,8% iştirakçının iki uşağı var, 22,3% üç, 

7,7%  bir, 2,2% ümumiyyətlə uşaqları yoxdur. 

 

Regional gender siyasətinin durğunluğu 

 

Qadınlar sosial həyata laqeyd münasibət göstərirlər, hətta bu tendensiya məhz gənc 

qadınlar üçün xarakterikdir. 

Cədvəl 1. Siz ictimai həyatda iştirak edirsinizmi? (əgər iştirak edirsinizsə, onda nə cür?) 

Siz ictimai həyatda iştirak 

edirsinizmi? (əgər iştirak 

edirsinizsə, onda nə cür?) 



 

 



Bəli 19,2% 

Xeyr 67,3% 

Cavab verməyənlər 13,5% 

Cəmi 100,0% 

 

Cəmi 19,2% ictimai həyatla maraqlanırlar, onlar əsasən yaşlı  və subay qadınlardır. 



Sorğuların fəaliyyət növləri göstərilən bəndlərində  ağbirçək qadınlar komitəsi birinci yerdədir

sorğu iştirakçılarının 36% - dən çoxu orada işləyir. Belə bir fikir yaranır ki, bölgələrdə fəaliyyət 

göstərən yeganə qadın təşkilatı  məhz budur. Özü də bu strukturlar donor köməyi olmadan, öz 

planları üzrə işləyir və həyat təcrübələrini başqalarıyla bölüşməyə çalışırlar. 

 Azərbaycanın gənc parlamentində  cəmi bir nəfər qız iştirak edir. Qadın - bələdiyyə 

üzvlərinin də böyük əksəriyyəti yaşlı qadınlardır. Beləliklə, nəticə  çıxarmaq olar ki, gender 




13 

 

bərabərliyinə cavabdeh olan bölgə strukturları gənc qadınlarla çox az işləyirlər. Bölgələrdə əsas 



fəallıq pensiya yaşına çatmış qadınlara məxsusdur, bu kateqoriyaya aid olan qadınlar isə əsasən 

sovet dövründə formalaşmışlar.  

Əgər gənc qadınlar sosial həyatda iştirak edirlərsə, bu vaxt onların seçdikləri sahə  

ailələrindəki vəzifələrinə yaxın olur. Məsələn, gənc qadınların sosial fəallığının daha çox 

yayılmış forması - valideyn komitələrində, və ya pedaqoq-valideyn təşkilatlarındakı işdir.  

Gənclərin sosial həyata maraqlarının az olması, onların asudə vaxtlarının azlığı, dərsdən 

sonrakı hazırlıq qruplarının və  məktəbəqədər uşaq müəssisələrinin yoxluğu ilə başa düşülür. 

Bütün bunları  nəzərə alaraq belə  nəticə  çıxarmaq olar ki, gender bərabərliyinə cavabdeh olan 

bölgə strukturlarının işinin prioritet siyahısına qadınların sosial həyatına yardım məsələləri daxil 

deyildir.  



Cədvəl 2. Siz ictimai həyatda necə iştirak edirsiniz?  

Siz ictimai həyatda necə iştirak 

edirsiniz 

Valideyn, Uşaq və Müəllim 



İctimai Birliyinin üzvləri 

3,1% 


 “VUM” İctimai Birliyinin üzvləri 4,1% 

Bələdiyyə orqanlarının üzvləri 16,0% 

Mərkəzi kitabxanada “Gənclər” 

Birliyinin üzvləri  

11,1% 

Ağbirçək Qadınlar Komitəsi 36,1% 



Mərkəzi kitabxanada gender 

məsələləri ilə əlaqə 

11,1% 

Azərbaycan Gənclər 



Parlamentinin üzvü 

2,1% 


Hüquq mərkəzlərinin işində 

iştirak etmək  

6,4 % 

Cəmi 100,0% 



 

Təsadüfi deyildir ki, “Azərbaycan konstitusiyasında kişi və qadınların eyni hüquqa malik 

olduqlarını bilirsinizmi?” sualına cəmi 70,2% respondent müsbət cavab vermişdir, sualа  mənfi 

cavab vermiş  və ya cavab verməkdə  çətinlik çəkmiş 29,8% iştirakçı arasında isə bir nəfər də 

olsun yaşlı qadın yoxdur.  

Qadınların 76,2% əmindir ki, milli adət-ənənələrə görə kişilərin hüquqları daha çoxdur. 




Yüklə 362,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə