Microsoft Word N. Z. Ismay?lov Atmosferdenkenar astronomiya derslik doc



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə36/38
tarix14.10.2017
ölçüsü1,02 Mb.
#4943
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   38

 

153


Bu münasibət klassik mexanikada olan məlum virial teoremini ifadə 

edir. Bu ifadə sistemin ümumi qərarlaşmış  vəziyyətində  hərəkət 

tənliyinin nəticəsi kimi alınır. Məsələn, kütləsi m olan zərrəcik kütləsi 

M»m  olan böyük kütlə ətrafında dairəvi orbitdə fırlanırsa, V hərəkət 

sürəti mərkəzəqaçma və qravitasiya qüvvələrinin tarazlığı  şərtindən 

təyin olunur (şəkil 2.1). 

 

 



2

2

r



GMm

F

r

mV

F

grav

m

=

=



=

   (2.2) 

 

Burada r- orbitin radiusudur. Bu bərabərlikdən 



 

 

Şəkil 2.1. M kütləli  



mərkəz ətrafında fırlanan  

m kütləli cismin  

hərəkətini izah edən sxem. 

 

 

 



 

 

 



alınır ki,             

 

r



GMm

mV

E

k

2

2



2

=

=



            (2.3) 

 

 



154 

Əgər topanın ölçüləri R və qalaktikaların sürət dispersiyası V olarsa, 

onda (2.2)-yə görə  

 

M



VT

 



 V



2

RG                   (2.4) 

 

olar. Bu üsulla təyin olunan kütlə virial kütlə adlanır.  



    Kütlə  təyininin digər üsulu ondan ibarətdir ki, topanın tam 

müşahidə olunan işıqlığını bilərək, ayrı-ayrı qalaktikalar üçün alınmış 

kütlə-işıqlıq münasibətini standart kimi götürüb topa üçün kütlə 

hesablanır. Kütlə-işıqlıq münasibəti müxtəlif qalaktikalar üçün 

müxtəlifdir, lakin əgər topada əksər qalaktikaların hansı eyni tipə 

məxsus olması məlumdursa, onda topanın ümumi kütləsini bu üsulla 

qiymətləndirmək olar. Beləliklə  də, məlum olmuşdur ki, bu üsulla 

tapılan ümumi kütləsi virial kütlədən həmişə kiçik alınır:  

 

M

VT

 

M



L

     (2.5) 

 

Bu münasibət (buna virial paradoks deyilir) hələ keçən  əsrin 30-cu 



illərində Tvikki tərəfindən müəyyən olunmuşdur. Son illərdə aparılan 

daha dəqiq ölçmələr bu paradoksu təsdiq etmişdir.  

    Virial paradoksu o zaman aradan qalxır ki, sistem qərarlaşmış 

hesab edilməsin, onda sistemə virial teoremini də tətbiq etmək olmaz. 

Bununla belə,  əgər topalar qərarlaşmışdırsa, onda kütlələrin 

uyğunsuzluğu yalnız bir səbəbdən ola bilər: topalarda işıq 

şüalandırmayan gizli kütlə mövcuddur. Hesablamalara görə gizli 

kütlə 3-10 dəfə qalaktikalardakı ümumi kütlədən böyük olmalıdır. Bu 

fikrin doğruluğunu təsdiq edən bir çox faktlar mövcuddur. 

   Kosmik  strukturun  ierarxiyası qalaktika topa və ifrattopalarında 

bitir. Metaqalaktikanın çoxlu qalaktikadan ibarət 100-300 Mpk 



 

155


ölçülərdə müxtəlif oblastlarında maddənin orta sıxlığı  təxminən 

bərabərdir. Bu sıxlığın qiyməti 

ρ ≈ 3·10

-31


 q/sm

3

 –ə bərabərdir. Gizli 



kütləni nəzərə alsaq bu kəmiyyət üç dəfə artar. Sıxlığın hər tərəfə 

bərabər paylanması onu göstərir ki, Metaqalaktika bütövlükdə 

bircinsdir. Bu da bizi əhatə edən Kainatın fundamental xasələrindən 

biridir. 

    Kainatın başqa bir fundamental xasəsi, onun qeyri-stasionar 

olmasıdır. Şüa sürətlərinin ölçülməsi nəticəsində məlum olmuşdur ki, 

bir-birindən qeyri-bircinslik sərhəddi ilə ayrılan qalaktikalar və 

qalaktika topaları bir-birindən uzaqlaşmaqdadır. 

    İlk dəfə 1912-ci ildə Lovell rəsədxanasında Slayfer tərəfindən 

spektral xətlərdə Dopler sürüşməsi  əsasında qalaktikanın  şüa sürəti 

ölçülmüşdür. Onun ölçmələrinə görə Andromeda bürcündəki 

qalaktikalardan biri Yerə 200 km/san sürətlə yaxınlaşır. Nəzərə alsaq 

ki, ulduzların  şüa sürəti  əksər hallarda 50 km/san-də çox olmur, bu 

fakt çox təəccüblü görünürdü. Başqa qalaktikaların dopler 

sürüşməsini də ölçdükdən sonra Slayfer müəyyən etdi ki, onların 

əksəriyyətində spektral xətlər qırmızı sürüşməyə malikdir. Bu 

sürüşmə çox böyük qiymətlər verirdi. 1914-cü ildə Slayfer 13 

qalaktikanın spektrində  xətlərin sürüşməsini ölçdü, onlardan ikisi 

istisna olmaqla qalan hamısı 300 km/san tərtibində uzaqlaşma 

göstərirdi. 

    Alınan sürətlər astronomiyada ona qədər ölçülən bütün sürətlərdən 

böyük idi. Lakin sonrakı ölçmələr bunun son hədd olmadığını 

göstərdi. Bu sürətlərin mənası Habblın kəşfindən sonra anlaşıldı. 

1929-cu ildə Habbl göstərdi ki, 6 mln işıq ili məsafəsinə  qədər 

qalaktikaların sürəti onlara qədər olan məsafə ilə mütənasibdir:  

 

V= HR                   (2.6) 

 

156 


 

H-mütənasiblik  əmsalı olub Habbl sabiti adlanır, onun qiyməti o 

qədər də yüksək olmayan dəqiqiliklə H=50-100 (km/san)/Mpk qədər 

təyin olunmuşdur. Son zamanlar H = 75 (km/san)/Mpk qiyməti  ən 

ehtimallı hesab edilir. 

     Habbl  sabitinin  tərs qiyməti ilə bizim Metaqalaktikanın yaşı 

ölçülür: 

 

T = 1/H  = 2·10

10  


 il        (2.7) 

 

H  kəmiyyətinin istiqamətdən asılı olmaması o deməkdir ki, 

Metaqalaktika nəinki bircins, həm də izotropdur.  

     1965-ci  ildə  hər istiqamətdən eyni intensivliklə yayılan və 

Metaqalaktikanı bircins formada dolduran elektromaqnit fon 

şüalanması kəşf olundu. Bu şüalanmanın 0.3 – 20 sm diapazonunda 

ölçülməsi göstərdi ki, fon şüalanması temperaturu 2.7 °K olan 

qərarlaşmış istilik şüalanmalı Plank spektrinə uyğun gəlir. Bu dalğa 

uzunluğu oblastında  şüalanmanın izotropluğu faizin onda biri 

dəqiqliklə  təyin olunmuşdur. Bu Habbl sabitinin izotropluğundan 

(20%) daha yüksək dəqiqliklə təyin olunmuşdur. 

    Qalaktikaların bir-birindən uzaqlaşması göstərir ki, bizim 

Metaqalaktika genişlənməkdədir.  Bu genişlənmənin əbədi olması və 

yaxud bir müddətdən sonra sıxılma ilə əvəz oluna biləcəyi sualı açıq 

qalır. Bu hər  şeydən  əvvəl hazırda Metaqalaktikada toplanan 

maddənin sıxlığından asılıdır. Sıxlıq kiçik olarsa Metaqalaktika daim 

genişlənəcəkdir, böyük olarsa qravitasiya qüvvəsinin təsirilə 

genişlənmə dayanaraq, sıxılma ilə  əvəz olunacaqdır. Sıxlığın elə 

kritik bir həddi vardır ki, bu iki hadisənin sərhəddini müəyyən edir. 



Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə