Microsoft Word N. Z. Ismay?lov Atmosferdenkenar astronomiya derslik doc



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə34/38
tarix14.10.2017
ölçüsü1,02 Mb.
#4943
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   38

 

141


Günəş fəallığının dəyişməsini öyrənir. Bu şəkildə daşıyıcının Spartalı 

201 peykini buraxan avtomatik qolu görünür. Sağda daşıyıcının nazik 

quyruğu görünür. Təsvir Yerin fonunda verilir. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Şəkil 1.4. Şəkildə təsvir olunan orbital Skayleb laborotoriyası 1973-

cü ilin mayında Saturn-5 raketi vasitəsilə orbitə çıxarılmışdır. ABŞ-ın 

MAKA astronavtları orada üç dəfə olmuş, ümumilikdə 2.5 ay vaxt 

ərzində orbitdə çalışmışlar. Skaylabda bir çox elmi təcrübələr və 

ultrabənövşəyi və rentgen oblastlarda müşahidələr aparılmışdır. 

 

142 


Skayleb stansiyası Koqouteka kometi, Günəş haqqında, eləcə  də 

kosmik fon şüalanması haqqında qiymətli məlumatlar toplamışdır. 

Skayleb 1979-cu il iyulun 11-də Yerə düşmüşdür. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

143


Şəkil 1.5. 17 il əvvəl aşağı Yer orbiti ilə  hərəkət edən Kompton 

Qamma rəsədxanası orbitə çıxarıldı.  Bu şəkildə illüminatordan Yerin 

kənarı  və daşıyıcıdan ayrılmış parıldayan rəsədxana görünür. 

Rəsədxanada qurulmuş alətlər atmosferdən kənarda olduğundan 

yüksək ener$ili qamma şüaları müşahidə edə bilir. Əsas qamma-

rəsədxana 2-5 il ərzndə qoyulmuş planı artığı ilə yerinə yetirmişdir. 

Lakin bu yaxınlarda yönəldici qurğunun işində pozulma baş 

verdiyindən ABŞ MAKA (NASA) mütəxəssisləri peyki atmosferə 

qaytarmağı qərara almışlar. Kompton rəsədxanası indiyədək 400-dən 

çox mənbənin qamma-şüalanmasını ölçmüş, 2500 - qamma parıltını 

qeyd etmişdir. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Şəkil 1.6. Orbital «Rentgen» rəsədxanası və orbital «Kvant» modulu. 



XX  əsrin 80-ci illərində keçmiş SSRİ-də Moskvadakı Kosmik 

 

144 



Tədqiqatlar  İnstitutunda sovet kosmik orbital stansiyası «Salyut-7» 

hazırlanması təşəbbüsü irəli sürüldü. Kvant Modulu 31 mart 1987-ci 

ildə orbitə  çıxarıldı. Modul iki hissədən ibarətdir: laboratoriya 

bölməsi və havasız qapalı bölmədə olan cihazlar. Bu 11 tonluq modul 

astrofiziki cihazlar, kosmonavtların həyat şəraitini təmin edən alət və 

vasitələrlə  təmin olunmuşdur. Kvant modulu həm də antiviruslar 

sahəsində biotexnolo$i təcrübələr aparmağa imkan verirdi. 

 

 



 

 

 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Şəkil 1.7. «Çandra» kosmik rəsədxanası. Peyk 0.1-10 KeV standart 

rentgen diapazonunda müşahidələr aparmaqdadır.    Bu  rəsədxananın 




 

145


əsas üstünlüyü 1"-dən kiçik bucaq ayırdetməsinə malik olmasıdır. 

Müqayisə üçün deyək ki, bu ayırdetmə «XMM» peykindəkindən 6 

dəfə yüksəkdir. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

146 


 

 

 



Şəkil 1.8. ABŞ Milli Aerokosmik agentliyinin və Avropa kosmik 

agentliyinin atmosferdənkənar rəsədxanası. 25 aprel 1990-cı ildə 

Diskoveri kosmik gəmisi ilə hündürlüyü 600 km, periodu 100 dəqiqə 

olan yer orbitinə çıxarılmışdır.  Teleskopun uzunluğu 13.3 m, çəkisi 

11000 kq-dır. Onun 2.4 m diametrli teleskopu 0.

"

1 ayırdetməsinə 



malikdir. Teleskopun işi yerdən idarə olunur. Onun aldığı müşahidə 

materialı bütün dünya mütəxəssisləri tərəfindən tədqiq olunur. 

Rəsədxanada cihaz və avadanlıqlıqları dəyişmək üçün bir neçə ildən 

bir onun heyətinə astronavtlar gəlir.  İlk 3 heyətin gəlişi uğurlu 

nəticələnmişdi. Lakin «Kolumbiya» daşıyıcısının qəzasından sonra 

MAKA oraya heyət göndərməməyə qərar vermişdir.   

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

147


 

 

 



 

 

 



 

 

 



 

Şəkil 1.9. Linzaşəkilli NGc 1553 qalaktikası. Qalaktikanın optik 

diapazondakı fotoqrafiyası üzərinə «Çandra» rəsədxanasının 

müşahidə etdiyi rentgen şüalanma mənbələrinin yeri də qeyd 

edilmişdir. Təsvir Blanton və b. Astrophysi$al c. 2001, v.552, p.106- 

da nəşr olunan işindən götürülmüşdür. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



148 

 

 



 

 

 



 

 

Şəkil 1.10. Elliptik NGc 4697 qalaktikası. Təsvirdə diffuz şüalanma 



mənbəyi ilə yanaşı Çandra rəsədxanası vasitəsi ilə müşahidə olunan 

rentgen mənbələrinin yeri də aydın görünür. 

 

 

 



 

 

 



 

 

 

2. ASTRONOMİYADA YENİ TƏDQİQAT 

İSTİQAMƏTLƏRİ VƏ PROBLEMLƏR 

 

1. Müasir astronomiya 

 

    Astronomiya ifadəsi, əsasən, göy cisimləri haqqında elm kimi başa 

düşülməkdədir. Bununla bərabər, çox zaman astrofizika termini də 

istifadə olunur. Bu sözün hərfi mənası yunancadan ulduz fizikası 

mənasına gəlir. Bununla bərabər, son dövrlərdə bu söz daha geniş 

mənada işlədilməkdədir. Astrofizika – Kainatda olan fiziki hadisələr 




Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə