Microsoft Word natiq mirzeyev dissertasiya doc



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə17/22
tarix05.04.2018
ölçüsü0,53 Mb.
#35915
1   ...   14   15   16   17   18   19   20   21   22

 

50 


müəssisə  onları  icarəyə  verə  bilər.  Başqa  bir  tərəfdən  yeni  yaradılan  və  fəaliyyət 

göstərən  müəssisələrə  təsərrüfat  fəaliyyətini  həyata  keçirmək  məqsədi  ilə  əsas 

vəsaitlər lazım olduqda onlar həmin vəsaitləri icarəyə götürə bilər. 

carə  münasibətləri  zamanı  tərəf  kimi  icarəçi  və  icarədar  qəbul  olunur. 

carəçi  xüsusi  mülkiyyət  hüquqi  ilə  əmlaka  sahib  olan  və  ya  qanunvericiliklə 

ə

mlakın  sərəncam  vericisi  kimi  çıxış  edən,  icarəçi  isə  həmin  əmlakı  müqavilə 



ə

sasında əvəzi ödənilməklə müddətli istifadəyə götürən hüquqi və fiziki şəxslər ola 

bilərlər.  

carəçi və icarədar arasında münasibətlər bildiyimiz kimi müqavilə əsasında 

tənzimlənir.  Bu  müqavilə  icarə  müqaviləsi  adlanır  və  tərəflərin  hüquq,  vəzifə, 

məsuliyyətini müəyyən edir. 

Bu müqavilə əsasında aşağıdakılar nəzərdə tutulur.  

1.  carəyə  verilən  əmlakın  tərkibi  və  qiyməti.  carə  əmlakı  əhatə  etmə 

dərəcəsinə görə aşağıdakı kimi təsnifləşdirilir: 

a) Bütövlükdə müəssisənin icarəsi və ya icarə müəssisəsi; 

b) Ayrılıqda götürülmüş sahə, istehsalat və digər quruluş bölmələrin icarəsi 

və ya təsərrüfat daxili icarə podratı; 

c) Ayrı-ayrı obyekt və komplekslərin fərdi və ya qrup qaydasında icarəsi. 

lk  iki  halda  icarədə  hüquqi  şəxs  kimi  çıxış  edir  və  bu  zaman  mühasibat 

uçotu ümumi qəbul edilmiş qaydada aparılır. Üçüncü halda isə icarə qəbul-təhvil 

aktları vasitəsi ilə həyata keçirilir.  

2.  carənin müddəti.  

carə  həyata  keçirilmə  müddətinə  görə  iqtisadi  ədəbiyyatlarda  fərqli 

təsnifləşdirilir. Bəzən icarə qısa müddətli, yəni 5 ildən artıq təsnifləşdirildiyi halda, 

bəzəndə aşağıdakı kimi qrupalşdırılır: 

a)

  qısamüddətli icarə- 1 ilədək 



b)

  ortamüddətli icarə - 1 ildən 3 ilədək 

c)

  uzunmüddətli icarə - 3 ildən çox. 



 

 



 

51 


3.  carə haqqı məbləği. 

carə haqqına bir qayda olaraq aşağıdakılar daxil edilir: 

a)

  icarəyə  götürülmüş  əmlakın  dəyərində  hesablanmış  amortizasiya 



ayırmaları; 

b)

  icarə  müddəti  başa  çatdıqdan  sonra  obyektlərin  təmiri  üçün  icarədar 



tərəfindən icarəçi təşkilata ödənilə bilən vəsaitlər; 

c)

  Müqavilə ilə müəyyən edilən həcmlə icarə faizi – mənfəət. 



4. Əmlakın ikinci əldən icarəyə verilməsi imkanlarına münasibət. 

Müqavilə  müddəti  ərzində  əmlak  üzərində  yalnız  sahiblik  və  istifadə 

hüququna  malik  icarədar,  müqavilədə  başqa  hal  nəzərdə  tutulmayıbsa,  əmlak 

üzərində  olan  hüquqların  icarəçi  müəssisənin  razılığı  ilə  üçüncü  şəxsə  verə  bilər. 

Bu  hal  subicarə  adlanır  və  beynəlxalq  təcrübədə  geniş  istifadə  olunur.  carəçi 

müəssisə  müflisləşdikdə  əmlak  müqaviləsi  qalır,  müddət  qurtardıqdan  sonra  isə 

ə

mlakla bağlı münasibətlər qanunvericiliyə uyğun olaraq müəyyənlıəşdirilir. 



5.  carəyə götürülmüş əmlakı tam bərpa və təmin etmiş sahəsində tərəflərin 

vəzifə bölgüsü. 

Qanunda  və  ya  müqavilədə  başqa  hal  nəzərdə  tutulmayıbsa  əmlak  icarəçi 

müəssisənin razılığı ilə icarədar tərəfindən yaxşılaşdırıldıqda müqavilə müddətinin 

qurtarması  və  ya  müqavilənin  pozulması  nəticəsində  əmlak  icarəçi  müəssisəyə 

qaytarılarsa, icarədarın çəkdiyi bütün məsrəflərin ödənilməsini tələb etmək hüququ 

var.  Əgər  icarədar  təkmilləşdirməni  icarəçi  müəssisənin  razılığı  olmadan  həyata 

keçirərsə,  icarəçi  müəssisə  isə  sonda  məsrəflərin  dəyərini  ödəməkdən  imtina 

edərsə, icarədar əmlaka ziyan vurmadan onu geri ala bilər.  

6.  carəçinin əmlakı icarədara müqavilə şərtlərinə uyğun vəziyyətdə vermək 

vəzifəsi.  

carədar  əmlakı qəbul edən zaman hər hansı çatışmamazlıq aşkar olunarsa, 

qəəbul  protokolunda  bu  barədə  qeyd  etməli  və  icarəçi  müəssisəyə  məlumat 

verilməlidir.  

 

 



 

52 


7.  carədarın əmlakdan müqavilə şərtlərinə uyğun surətdə istifadə etməsi. 

carədar  əmlakı  qorumalı  və  təyinatına  görə  istifadə  etməlidir.  Müqavilə 

başqa  hallar nəzərdə tutulmayıbsa, icarədar  əmlakın  istifadəsi  ilə bağlı  məsrəfləri 

öz hesabına ödəyir. 

8.  carə haqqını ödəmək. 

carədar icarə haqqını ödəmədikdə və ya gecikdirdikdə icarəçi peniya tələb 

edə və ya müqaviləni poza bilər.  carə haqqı natura, pul və ya qarışıq formada ola 

bilər. 


9.  Müqavilə  ləğv  olunduqdan  sonra  əmlakı  müqavilədə  şərtləndirilmiş 

vəziyyətdə icarəçiyə qaytarmaq vəzifəsi.  

carəçi əmlakı geri alan zaman onda hər hansı qüsur müəyyən edilərsə iddia 

qaldırmaq hüququ vardır. 

Ölkəmizdə  lizinq  münasibətləri  1995-ci  il  tarixli  “Lizinq  haqqında” 

Azərbaycan  Respublikasının  qanunu  ilə  tənzimlənir.  Lizinq  münasibətləri 

iqtisadiyyatın bütün sahələrini əhatə edə və mülkiyyət formasından asılı olmayaraq 

bütün  əmlak  növləri  üçün  tətbiq  oluna  bilər.  Lizinq  münasibətlərinə  aid  edilə 

bilməyən əmlakın dairəsi və növləri qanunvericilik ilə müəyyən edilir. 

Beləliklə, təsnifləşdirməni davam etdirib icarəni mülkiyyət formasından asılı 

olaraq aşağıdakı hissələrə bölək: 

Ə

sas fəaliyyəti əmlakı icarəyə verilməsi olan icarə müəssisələri və ya lizinq 



müəssisəsi.  carə və lizinq arasında oxşar və fərqli cəhətlər vardır: 

Oxşar cəhətlər:  

1. Lizinq sözü ingilis mənşəli söz olub icarə münasibətlərini bildirir.  Amma 

lizinq icarə münasibətlərinin bir forması olub onu tamamilə əhatə etmir. 

2.

  carəçi və icarədarın hüquq və vəzifələri eynidir.  



3.

  Lizinq uzunmüddətli icarənin şərtlərinə uyğundur. 



Fərqli cəhətlər:   

1.  carəçi  müəssisə  istənilən  hüquqi  şəxs  olduğu  halda,  lizinq  müəssisəsi 

lizinq müqaviləsinin obyekti olan əmlakı satın almaqla istehlakçıya icarəyə verən 

müəssisədir.  Bu  lisenziya  almış  maliyyə  -  kredit  təşkilatı  və  ixtisaslaşdırılmış 




Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə