Microsoft Word natiq mirzeyev dissertasiya doc



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə19/22
tarix05.04.2018
ölçüsü0,53 Mb.
#35915
1   ...   14   15   16   17   18   19   20   21   22

 

56 


-

  icarənin  təcili  dayandırılması  hallarında  müqavilə  maddələrinə  əsasən 

çatışmamazlıqların nəqd ödənişi; 

-

  əmlak  sahiblərinin  riskinin  qismən  azaldılması  və  kompensasiya  edilməsi 



haqqında sairə şərtlər. 

          Maliyyə  (kapital)  lizinqi-icarədar  tərəfindən  ödənilən  icarə  haqqqına  

ə

sasən icarə olunan avadanlığın tam amortizasiyasını nəzərdə tutan uzunmüddətli 



razılaşmadır.  Göstərilən  razılaşmada  icarənin  təcili  dayandırılması  nəzərdə 

tutulmadığı  üçün  periodik  ödənişləırin  həmçinin  düzgün  təyini  sahibkara 

avadanlığın  alınması  və  saxlanmasına  çəkilən  məsrəflərin  əvəzini  ödəməyə, 

həmçinin  tələb  olunan  gəlir  normasının  əldə  edilməsinə  imkan  verir.  Biz  qayda 

olaraq lizinqin bu formasında əmlakın quraşdırılması və cari texniki xidməti üzrə 

bütün  məsrəflər  icarədar  tərəfindən  həyata  keçirilir.  Əksər  hallarda  göstərilən 

razılaşmada müqavilə müddəti bitdikdən sonra icarədarın əmlakı güzəştli və qalıq 

dəyəri ilə almaq hüququ da nəzərdə tutulur. 

Ə

məliyyat  lizinqdən  fərqli  olaraq  maliyyə  lizinqi  əmlak  sahibinin  riskini 



ə

həmiyyətli  dərəcədə  azaldır.  Onun  şərtlərinin  mahiyyətinə  görə  uzunmüddətli 

bank  kreditlərinin  alınması  zamanı  bağlanan  bir  çox  oxşar  müqavilələrdə  

avadanlığın  tam  dəyərinin  ödənilməsi,  tərkibində  avadanlığın  dəyəri  və  sahibkar 

gəlirini  birləşdirən  periodik  ödənişlərin  müəyyən  olunması,  icarədarın  bağlanmış 

razılaşmanı  yerinə  yetirmək  qabiliyyəti  olmadığı  halda  onu  iflasa  uğramış  elan 

etmək hüququ və s. nəzərdə tutulur. Göstərildiyi kimi uzunmüddətli kreditləşmənin 

və  maliyyə  lizinqinin  oxşarlığı  lizinq  əməliyyatlarının  effektivliyinin  təhlili 

prosedurunun  əsasında  durur.  Maliyyə  lizinqinin  obyektlərinə  mülklər  (torpaq, 

bina və qurğu) həmçinin uzunmüddətli istehsal vasitələri aid edilir. 



Maliyyə  lizinqi  uzunmüddətli  icarənin  digər  iki  formasının  (qayıdış  və 

işgüzar) yaradılması üçün baza hesab olunur. 



Qayıdış  lizinqi  iki  razılaşmadan  ibarət  sistemdir  ki,  burada  sahibkar 

avadanlığı  başqa bir mülkiyyətçiyə satmaqla eyni zamanda alıcı ilə bu avadanlığın 

uzunmüddətli  icarəyə  götürmək  barədə  saziş  bağlayır.  Burada  adətən  alıcı 

qismində  kommersiya  bankları,  investisiya,  sığorta  və  ya  lizinq  kompaniyaları 




 

57 


çıxış edə bilər. Bu cür əməliyyatın aparılması nəticəsində yalnız avadanlığın sahibi 

dəyişir.  Onun  istifadəçisi  isə  sərəncamına  əlavə  maliyyə  vasitəsi  almaqla  əvvəlki 

olur.  nvestor isə öz növbəsində keçmiş sahibkarın əmlakına mülkiyyət hüququnu 

təmin  etməklə  ona  yenidən  kredit  verir.  Bu  cür  əməliyyatlar  işgüzar  fəaliyyətin 

aşağı  düşməsi  zamanı  müəssisədə  maliyyə  vəziyyətinin  möhkəmləndirilməsi 

məqsədi ilə həyata keçirilir. 

ş

güzar  lizinq  –  maliyyə  lizinqinin  bir  forması  olub,  sazişdə  üçüncü  tərəfin 

iştirakını  nəzərdə  tutur  ki,  bu  qisimdə  adətən  bank,  sığorta  yaxud  inveüstisiya 

kompaniyası  çıxış  edir.  Bu  halda  lizinq  forması  əvvəlcədən  bir  neçə  avadanlığın 

dəyərinin  müəyyən  hissəsini  borc  vasitələri  hesabına  ödəməklə  onu  öz 

mülkiyyətiunə  keçirir.  Alınmış  borc  vəsaitlərinin  təminatçısı  kimi  əldə  olunmuş 

ə

mlakın  və  gələcək  icarə  haqları  istifadə  oluna  bilər.  Bunun  üçün  lizinq  firması 



avadanlığın  amotizasiyası  və  uzunmüddətli  öhdəliklərin  ödənilməsi  prosesində 

yaranan  vergi  azadolmalarının  üstünlüklərindən  istifadə  edir.  Lizinqin  bu 

formasının  əsas  obyektlərinə  yüksək  qiymətli  aktivlər-faydalı  qazıntı  yataqları 

hasilat sənayesi üçün avadanlıqları aiddir.  



Birbaşa  lizinq  -    zamanı  icarədar  tələb  olunan  avadanlığın  alınamsına  və 

sonradan  onu  icarəyə  olan  razılaşma  əldə  edir.  Əksər  hallarda  icarə  haqqında 

razılaşma istehsalçı firmanın iştirakı olmadan həyata keçirilə bilər.  BM, XEROX, 

GATX  kimi  məşhur  firmalar,  həmçinin  bir  çox  aviasiya,  gəmiqayırma  və 

avtomobil 

kompaniyaları 

öz 

məhsullarının 



reallaşdırılmasında 

lizinq 


xidmətlərindən  geniş  istifadə  edilir.  Məs.,  dünya  avtomobil  bazarının  liderləri 

hesab  olunan  “Mersedes”  və  “BMV”  konsernləri  bir  sıra  aparıcı  lizinq 

kompaniayalarının  təsisediciləridir  ki,  bunlar  vasitəsi  ilə  onlar  dünyanın  bir  çox 

ölkələrində öz məhsullarının satışını həyata keçirir. 

  

 

    



 

 



 

58 


3.2. nvestisiya fəaliyyətinin səmərəliliyinin təhlili 

 

nvestisiyanın  bir  növü  kimi  kapital  qoyuluşlarının  effektivliyinin 



qiymətləndirilməsi zamanı vacibdir ki, onlar müəyyən müddət ərzində müəssisəyə 

iqtisadi  fayda  gətirən  cari  xərclərdən  fərqlənir.  Kapital  qoyuluşları  iri  həcmdə 

ödənişləri  nəzərdə  tutur  ki,  bu  halda  qısa  müddət  ərzində  mənfəət  əldə  etmək 

mümkün deyildir; kapital bir neçə ilə dondurulur; dövrün sonuna əsaslı obyekt ya 

müəyyən  likvidlik  dəyərinə  malik  olur,  yaxud  da  olmur.  Biznesdə  uzunmüddətli 

investisiyalara  dair  qərarlar  qəbul  edərkən  kapital  qoyuluşunun  effektivliyinin 

proqnozlaşdırılmasına ehtiyac yaranır.  

Kaputal  qoyuluşları  proqramının  qiymətləndirilməsi  investisiya  ödəmə 

müddətinin,  kapital  qoyuluşu  veriminin,  diskiont  pul  daxil  olmalarının  (DPD), 

xalis cari dəyərin (XCD) təyin olunması əsasında həyata keçirilir. 

Kapital qoyuluşlarının qiymətləndirilməsinin I metodu investisiyanın əvəzinin 

ödənilməsi üçün zəruri olan müddətə təyin olunmasından ibarətdir. 

 

Aşağıdakı misalı nəzərdə keçirək:                                                    Cədvə 1.  



 

 

     Dəyəri, mln. man 



       Maşın-A 

          100 

        Maşın – B 

       100 

Mənfəət, mln.man 

              1-ci il 

              2-ci il 

              3-cü il 

              4-cü il 

              5-ci il 

              6-cı il 

 

50 



50 

10 




 

25 


25 

25 


25 

25 


25 

     Cəmi 

 120 

150 


 


Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə