Microsoft Word Nevai Yeddi seyyare doc



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə13/20
tarix20.10.2017
ölçüsü0,56 Mb.
#5933
1   ...   9   10   11   12   13   14   15   16   ...   20

 

76 


Gördü ki, gövdəsi nur yayır onun, 

Yarpağı güzgütək parlayır onun. 

Hər kəs bu güzgüyə salarsa nəzər

Onda öz gələçək bəxtini görər. 

Bu səndəl ağaçı öpür göyləri, 

Kiçik bir adadır məskəni, yeri. 

Gövdəsi dayaqdır sanki səmaya, 

Səndəl rayihəsi çökübdür suya. 

Kölgəsi düşübdür göy ləpələrə, 

Ətri döndəribdir suyu ənbərə. 

Bir parça torpağı dövrələyib su, 

O torpaqda bitib, boy atmışdı bu. 

Vardı gövdəsində bir ovuc yeri, 

Suyu elə bil ki, nur çətirləri. 

Kölgədə qoyardı dürrü, almazı, 

Civə kimi idi hər bir damlası. 

Tökülür dənizə şırıltı ilə, 

Ərimiş gümüşü parıltı ilə. 

Bu kiçik torpaqda iki sitəmkar 

Bir qədər dinçəlib rahat oldular. 

Dincini alınca Müqbil xoşiqbal, 

Ağac olan yerə yollandı dərhal. 

Yoxlayıb ağacın kökünü sonra

Qayığın ipini bağladı ora. 

Ağac ovuğuna nəzər salanda, 

Bir hovuz, bir də ki, daş gördü onda. 

O daşın üstündə əzab çəgərək, 

Kim isə yazılar eləmişdi həkk. 

Müdbir də yanaşdı o fəvvarəyə, 

Onun lap gözündən su içsin deyə. 

Gördü daş üstündə yazılanları, 

 

77



Gözəl bir xətt ilə qazılanları. 

Yazılan sözləri oxuyub bir-bir, 

Bildi bu məzmunu Müqbillə Müdbir: 

«Kimin bu adaya dəysə ayağı, 

Görsə burda olan bu dəm-dəsgahı, 

Bilsin ki, bu səndəl deyildir adi, 

Bunda bir sehr var-bir gizli cadu. 

Buraya gələn lər içsə bu sudan, 

Fərqlənib seçilər əyri doğrudan. 

Bu bulaq suyundan içən bir insan 

Tezcə xilas olar susuzluğundan. 

Düzkün adamdırsa sudan içən kəs 

Bir ay yemək-içmək yadına düşməz. 

Yalançı içərsə-üçcə gün ötər, 

O yenə su istər, açlıq hiss edər. 

Bu çeşmə suyundan içən bir insan 

Gətirsə dilinə əgər bir yalan, 

Qəlbi qubar bağlar, ürəyi partlar, 

Köçünü dünyadan çəkər o murdar! 

İçəndə-aclığı dəf edir bu su, 

Çiməndə başqa hal alır, doğrusu. 

Bu suya girincə yalan danışan, 

Yanıb-pöşələnir, qalmır onda can. 

Düzkün və xeyirxah çimərsə onda

Ölməzlik qazanar, bil ki, cahanda. 

Burun-qulağını tutaraq bərk-bərk, 

Gözünü yumaraq suya girəntək, 

Bu suyun altında açsa gözünü, 

Başqa bir aləmdə görər özünü... 

Elə bir aləm ki, sözlə deyilməz, 

İnanmaz gözünə ona baxan kəs. 



 

78 


Yadında saxlasın bunu hər insan: 

Bir də cuma bilməz suya bir cuman. 

Bura iki kərə girsə bir nəfər, 

Cadudan bu suda qalmaz bir əsər.» 

Müdbir oxuyunca bunu, odlandı, 

Yeni bir eşq ilə alışdı, yandı. 

İstədi doyunça içsin o sudan, 

Yalan danışmasın bir də heç zaman. 

Əl çəkə bilməzdi amma o bundan

İşləmişdi onun qanına yalan. 

Ancaq yaman acdı, susuzdu Müdbir, 

And içdi: yalanı daha tərkidir, 

Dedi: «Yalan desəm əgər bu gündən, 

Ay allah, izimi sil yer üzündən!» 

And içib çeşmənin suyundan içdi, 

Həyatından keçdi, canından keçdi. 

Müqbilsə əvvəlcə alıb dəstəmaz, 

İçdi o bulağın suyundan bir az. 

Sehrli bulaqdan o içincə su, 

Nə aclığı qaldı, nə susuzluğu. 

Yazılan sözləri almayıb saya, 

Müdbir istədi ki, girsin o suya. 

Soyunub bir anda bulağa girdi

Su yandırıb, ona işkəncə verdi. 

Müqbilsə belinə bağlayıb fitə, 

Girdi həmin suya şükr edə-edə. 

Bulaq bir dənizdi, Müqbil bir gəmi, 

Diqqətlə baxırdı yaxın həmdəmi. 

Gördü nə alışdı, nə bişdi Müqbil, 

Sudakı əksinə qovuşdu Müqbil. 

Suya baş vurunça Müqbil nə gördü, 

 

79



Özünü başqa bir aləmdə gördü, 

Gördü hovuzdakı su deyil, baldır, 

Dirilik suyudur, ya ki, zülaldır. 

Ləbələb doldurub hovuzu zülal, 

Hovuz daşlarına verilib sığal. 

Elə bil, hər daşa mahir bir usta 

Səndəli rəng verib qoyub üst-üstə. 

Bir bağ o hovuzu alıb qoynuna, 

Bağın ortasında bir hərəmxana... 

Hovuzdan kənara qoymamış ayaq, 

Onu qarşıladı neçə gülyanaq. 

Gümüş topuqlular, qələm qaşlılar 

Onun qulluğunda dayanmışdılar. 

Qurulanmaq üçün ipək parçadan 

Qətfə gətirmişdi bir nazlı çeyran. 

Əlində atlazdan tikili paltar 

Hazır dayanmışdı başqa bir nigar. 

Sualtı dünyanın pərizadları 

Oldu yer oğlunun şux xidmətkarı. 

Onun bədəninə fitə tutdular, 

Sürtüb bədənini tez qurutdular. 

Xələt Geydirdilər sonra mehmana, 

Səndəlin xoş ətri çökmüşdü ona. 

Başıka əmmamə qoydu bir pəri, 

Yayıldı ətrafa şamama ətri. 

Sonra da yapışıb onun qolundan 

Səndəli saraya oldular rəvan. 

Baxıb yol uzunu vara-dövlətə, 

Müqbil birdən-birə düşdü heyrətə. 

Yerlə əlaqəsi tamam kəsildi, 

Özünü başqa bir aləmdə bildi. 



 

80 


Səndəli saraya olunça daxil, 

Heyrətdən özünü itirdi Müqbil. 

Gördü göy tağıdır uca tağları, 

Sanki tanrı idi onun me'marı. 

Bu qəsrə yad idi dünyanın dərdi, 

Könül şadlığından xəbər verirdi. 

Döşəməsi səndəl, tavanı səndəl, 

Qapıları səndəl, eyvanı səndəl. 

Bir ətir duyulur hər tərəfdə-xoş

Az qalır insanı eləyə bihuş. 

Qəsrin ortasında qurulub bir taxt, 

Çavahirdir onun zinəti hər vaxt. 

Onda qərar tutub bir cürə məxluq, 

Çanlılar içində bərabəri yox. 

Bilinmir o məxluq cismdir, ruhdur, 

Onun zərrə qədər nöqsanı yoxdur. 

Aləmə nur yağır gözəlliyindən, 

Günəşdir, deyərdin, görsən əgər sən. 

Fidana bənzəyən çisim - işıqdan, 

Allah yaratmayıb onu palçıqdan. 

Nur saçır günəşin şüası təki, 

Əndamı-cənnətin tubası təki. 

Cismi başdan-başa hüsn-lətafət, 

Dünya əhli üçün yaranıb afət. 

Dövrəyə alıbdır onu yüz pəri, 

Qızların ulduza vardır bənzəri. 

Bu türfə qızlara baxınca insan, 

Heyranlıq ağlını aldı başından. 

İtirib özünü, rəngi saraldı, 

Yıxılıb döşəmə üstündə qaldı. 

Gəlib o gül üzlü, o sərv boylu, 

 

81



Əlini Müqbilin başına qoydu. 

Qız ona can, nəfəs gətirdi yenə, 

O durub huşunu itirdi yenə. 

Əhvalı gah fəna, gah da xoş oldu, 

Gah özünə gəldi, gah bihuş oldu. 

Vaxt ötüb getdikcə həmin pərizad 

Müqbili heyrətdən elədi azad. 

Lütfüylə toxtaqlıq verərək ona, 

Su səpdi qəlbinin alovlarına. 

Mehribanlıq edib o gözəl, bilin, 

Ən yaxın munisi oldu Müqbilin. 

Yüz çür nəvazişlə ona yanaşdı, 

Eşq odu Müqbilin başından aşdı. 

İtirdi bir anda səbri, qərarı, 

Eşq aldı əlindən hər ixtiyarı. 

Az qaldı bölünə yüz yerə qəlbi, 

Onu o dünyaya göndərə qəlbi. 

« Ay üzlü qız yerdən qopardı onu, 

Öz taxtına tərəf apardı onu. 

Pəri qarşısında yer öpdü mehman, 

Dil açdı, titrəyib həyəçanından: 

«Mənim nə haqqım var, ey gözəl nigar, 

Tutum bu şahanə taxt üstdə qərar!» 

Elə uca tutdu onu gülbəniz, 

Sanki o ağadır, özü bir kəniz. 

Elə məhrəm oldu ona gülbədən, 

Bir əsər qalmadı qorxu-ürküdən. 

Əyləşdi taxtında ay üzlü dildar, 

Müqbil də yanında oldu bərqərar. 

Süfrə min naz ilə, ne'mətlə doldu, 

O buna, bu ona baxıb kam aldı. 



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə