Microsoft Word Nevai Yeddi seyyare doc



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə11/20
tarix20.10.2017
ölçüsü0,56 Mb.
#5933
1   ...   7   8   9   10   11   12   13   14   ...   20

 

64 


Dedi: «Qurtararaq onu qəfəsdən

Ağlayıb-sızlasam qarşısında mən, 

Gizli dərdlərimdən olub xəbərdar, 

Yəqin ki, Süheylə gedib çatdırar. 

O isə halımı anlayar mənim, 

Xilasım yolunda can qoyar mənim.» 

İki kəniz qızla Mehr həmin gecə 

Yaslı otağından çıxdı gizlicə. 

Quyunun başına çatıb o afət 

Dedi: «Ey zindanda çəkən əziyyət, 

Mən də sənin kimi fəqirəm, fəqir, 

Məi də sənin kimi düşmüşəm əsir. 

İndi xilasına sə'y edib candan, 

Səii qurtararsam bu dar zindandan, 

Mən nə desəm qəbul edərsənmi, de? 

Hayana göndərsəm gedərsənmi, de?» 

Süheyl quyuda edirdi fəryad, 

Zəiflik qılmışdı halını bərbad. 

Bir yandan çəkirdi zindan zilləti, 

Bir yandan da gözəl canan həsrəti. 

Bu məhrəm sədanı eşidən kimi 

Titrətdi cismini ayrılıq qəmi. 

Toxtaqlıq verərək sonra özünə, 

Belə cavab verdi onun sözünə, 

Dedi: «Ey xoşkəlam, bir məni dinlə

Çansıza can verdin bu sözlərinlə. 

Sən əgər rəhm edib dadıma yetsən, 

Çıxmaram dünyada heç bir sözündən 

Əkər səndən yetsə mənim nicatım, 

Yolunda peşkəşdir bütün həyatım!» 

Mehr onun sözündən çox razı qaldı, 

 

65



Zulfü-kəməndini quyuya saldı. 

Süheyl hörüklərdən yapışdı möhkəm, 

Mehr ilə iki qız çəkdi həmən dəm. 

Qaranlıq otağa saldılar onu, 

Buxovdan açdılar tez əl-qolunu. 

Dustağı zəncirdən edincə azad, 

Yeri öpüb dedi həmin pərizad 

Öz doğma yurdunu, kim olduğunu, 

Şahzadə Suheylə vurulduğunu. 

Dəniz tufanını eylədi təsvir, 

Başına gələn i danışdı bir-bir. 

Dedi: «Çox çəkdisə baqaım fəlakət. 

Cabirin əlində qaldım səlamət,» 

Dedikçə dərdini o nazikbədən, 

Dustaq dönə-dönə getdi özündən. 

Bitirib sözünü o nazlı dilbər, 

Dedi: «Öldürəcək məni bu qəmlər. 

Süheylimdən başqa bilirəm heç kəs 

Məni əsarətdən qurtara bilməz. 

Sən, ey yad ellərdə bəlalər çəkən, 

Gəl, bu dərdlərimz dəva yetir sən. 

İstəyim budur ki, mavi suları 

Keçib yollanasan Yəmənə sarı. 

Sonra da çöl keçib, dağlar aşasan, 

Dərdimi Sühsylə tez danışasan. 

Lakin bir sirri sən görməkçin vzün, 

Burda qalmalısan, iki gün, üç gün. 

Gözünlə görərək biləsən yəqin, 

Mənim bu sözümə olasan əmin: 

O gündən ki, məni tapdı min bəla, 

Çabirin zülmünə oldum mübtəla



 

66 


Sataşınca mənə gözü uzaqdan, 

Tir kimi deşəndi yerə nakəhan. 

Hüsnümü görməyi çox arzu etdi, 

Hər mənə baxanda ürəyi getdi. 

Sakit baxa bilmir hüsnümə bir dəm, 

Ancaq usandırıb məni qüssə-qəm. 

Süheyl eşidinçə sözünü Mehrin, 

Oldu dərdli könlü bir azca təskin. 

Tamam doğru sanıb onun sözünü, 

Gizlədə bilmədi artıq özünü. 

Ahı dirək oldu göyün tağına, 

Düşdü dilbərinin tez ayağına. 

Ucadan qışqırıb, ürəyi getdi, 

Mehr isə bu hala təəccüb etdi.. 

Əyilib əsirə baxanda dildar, 

Süheyl olduğunu eylədi aşkar. 

Ah çəkib ölütək yıxıldı o da, 

Çəkdiyi bu ahlar döndü buluda. 

O qoşa kənizlər fəğan edərək 

Gizlətdi onları ayla günəştək. 

Gələndə özünə o şux pərizad 

Dedi: «Fitnə-fəsad açıbdır qanad.» 

Süheyli bir evə göndərdi pünhan

Günəş köç eyləyib qaraldı çahan. 

Yastığa baş qoyub yatanda ellər, 

Süheyl də ayılıb durdu birtəhər. 

Sarıldı iki yar çismü can kimi, 

Sərv ilə sarmaşıq sarmaşan kimi. 

O nazəndə gülə sərv oldu mehman, 

Neçə gün sarayda dolandı pünhan. 

Tutaraq özünü bala, şərbətə, 

 

67



Natəvan vüçudu gəldi qüvvətə. 

Anladı, bildi ki, hərami  Cabir 

Olmamış Mehrinin vəslinə qadir. 

Bir gün etmək üçün könlünü xəndan

Çabir bağ içində gəzdiyi zaman 

Çıxdı qarşısına Süheyl nagahan, 

O qoç meydanına girdi bu aslan. 

Dedi: «İkidlikdən deyildir ki, sən 

Fitnəylə elləri talan edəsən. 

Xalqın gəmisini deşib məkrlə, 

Suya qərq edəsən yaman fikirlə. 

Birinin başından ağlı gedəndə, 

Tutaraq salasan çismini bəndə. 

Sən sübut etdinsə öz itliyini, 

Mən sənə göstərrəm ikidliyimi!» 

Deyib hüçum çəkdi düşmənə sarı, 

heyrət lal etmişdi həmin qəddarı. 

Cabir güləşməyə göstərincə meyl, 

Yıxdı rəqibini pəhləvan Süheyl. 

Elə ki, Cabiri o sərdi yerə

Tezcə əl-qolunu saldı zənçirə, 

Saldı yubanmadan dərin zindana... 

Bu mə'lum deyilmi hər bir insana: 

«Kim ki quyu qazar özkələr üçün 

Özü o quyuya düşəçək bir gün.» 

Süheylin bəxtinin doğdu ulduzu, 

Mehrlə toy edib aldı o qızı. 

Cabirin dövləti keçdi əlinə, 

Nəsib oldu ona çoxlu xəzinə. 

O yerdə yaşayan bütün rəiyyət 

Çavan padŞaha etdi itaət. 



 

68 


O toy məçlisində çoşdu fərəhlər, 

Səsləndi əllərdə zümrüd qədəhlər. 

Fikirləşib dedi cavan hökmdar: 

«Cabir həbs etdiyi bütün dustaqlar 

Gərəkdir bu saat edilsin azad

Gəlib mey içsinlər, dolansınlar şad.» 

Axtarıb gəzdilər bağçanı, bağı, 

Kətirdilər ora iki dustağı. 

Biri Nodər idi, o biri Ne'man, 

Kim bu təsadüfü edərdi küman. 

Burdakı şadlığı necə yazım mən, 

Belə bir ustalıq gəlməz əlimdən. 

O iki atanı, iki övladı 

Vüsalın kəməndi birdən bağladı. 

Şadlıqdan ağlaşıb, qucaqlaşdılar, 

Oturub hər yandan söhbət açdılar. 

Aydın oldu o gün bütün əhvalat, 

Şükürlər edərək hamı qaldı mat. 

Verib taçlarını bu çavan şaha, 

Çəkildi qocalar ibadətgaha. 

Eşidinçə bunu məmləkət tamam, 

Başlandı hər yanda bir yeni bayram. 

Fələyin kərdişi yoluna düşdü, 

Süheyl Mehri ilə belə görüşdü. 

Mehrin gözəlliyi aləmdə təkdi

Nilufər çəmənə o bir bəzəkdi. 

həmin rəngdə idi donu, göynəyi, 

Bütün saray əhli bildi bu rə'yi: 

Mavi rəng təb'inə xoş gəldiyiçün 

Günəş o paltarda dolanır hər gün. 

Pəri sifətlilər, ay bənizlilər 

 

69



Göy paltar geyəndə qəlbə xoş gələr. 

Qızıldan olsa da günün yanağı, 

O da çox xoşlayır mavi olmağı. 

Mehman bitirincə bu əfsanəni 

Açdı pərdətutan mavi pərdəni. 

Daş-qaşlar saçıldı yaz yağışıtək, 

Qonağın diləyi açdı gül-çiçək. 

Dastan söyləyənə verib mükafat, 

Bəhram göy sarayda uyudu rahat. 

 



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə