Microsoft Word Nevai Yeddi seyyare doc



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə10/20
tarix20.10.2017
ölçüsü0,56 Mb.
#5933
1   ...   6   7   8   9   10   11   12   13   ...   20

 

58 


Ne'man fikrə getdi, çox çəkdi əzab, 

Yazdı Nodər şaha belə bir cavab: 

«Mən sənin naməni oxudum, ey şah, 

Oldum gəlinimin halından agah. 

Kenül aynamızı aldı qəm-qubar, 

Dedik qəm çəkməyin nə faydası var? 

Yazmısan yürüşə sən edinçə meyl, 

Çəksin ordusunu burdan da Süheyl. 

Bu güçlü qoşunu, yarağıyla o, 

Yürüsün dənizin qırağıyla o. 

Süheylin adını gəl çəkmə, Nodər, 

Kədərim üstünə artırma kədər. 

Bir soruş ki, Süheyl hardadır, harda, 

Hansı məkandadır, hansı diyarda? 

İndi az qalır ki, altı ay ola, 

O, sizii məkana düşübdür yola. 

Bizi kec gəlməyi etmişdi qəmnak, 

Yolda yox olması eyləyər həlak. 

Sən öz qoşununu çək quru yoldan, 

Uça bayrağını öpsün asiman. 

Gəmilər çəm edib bu yandan da mən, 

Açaram dalğalar üstündə yelkən. 

Bəlkə göy sularla yol gedən zaman

Tapam kökhərimdən bir iz, bir nişan. 

Süheyli tapsam da, tapmasam da mən, 

Könül əsirkəməz gücünü səndən. 

Tanrı ətəyindən tutub ikimiz, 

Gərək cəhd eyləyək var qüvvəylə biz, 

Sarılıb qəzəblə qılıncımıza, 

Verək o quldura ən ağır cəza. 

Çərşənbə günündə qoşun çəkib mən 

 

59



Hərəkət eylərəm öz vətənimdən. 

Sən də bu və'dəyə eyləyib əməl, 

Quruyla ordunu tez götürüb gəl.» 

Məktubun üstünə yazaraq ünvan 

Nodər elçisiylə göndərdi Ne'man. 

Qasid qət edərək dəniz, dağ, dərə, 

Yetirdi məktubu tezcə Nodərə. 

Nodər dönə-dönə oxuyub onu, 

Öyrəndi yazılan fikri, məzmunu. 

Və'd olunan gündən xəbərdar oldu

Yığdı o vaxtadək böyük bir ordu. 

Tə'yin etdikləri saatda, anda 

Nodər də hərəkət etdi, Ne'man da. 

İki şah orduyla oldular rəvan, 

Birisi qurudan, birisi sudan. 

Neçə gün yol gedib, mənzil kəsdilər, 

Dəryatək coşdular, yeltək əsdilər. 

Göründü sahildə düşmən meşəsi, 

Aldı qorxu-təlaş yolda hər kəsi. 

Bir mənzil qalmışdı yolu Nodərin, 

Meşədən hərəkət oldu çox çətin. 

«Duşmən indi çıxar pusqudan» deyə, 

O da qərq olmuşdu qara şübhəyə. 

Qırdırıb meşəni böyuk inadla, 

Gedirdi irəli çox ehtiyatla. 

Bu keçilməz meşə, bu qalın orman 

Hər cür heyvanatla doluydu, inan. 

Nodər ovçuluqda olsa da mahir, 

Könlündən geçəni etmirdi zahir. 

Ceyranla, cüyürlə doluydu sağ-sol, 

O isə orduyla olaraq məşğul, 



 

60 


Səyyadlıq arzusu coşmasın deyz, 

Özünü vururdu görməməzliyə. 

Qəfildən gül rəngli bir xallı ceyran 

Atıla-atıla keçdi yanından. 

Şah görüncə onu qərarı itdi, 

Tez sürüb atını dalınca getdi. 

Düşdü sıx meşəyə ceyranın yolu, 

Yol həm keçilməzdi, həm də qorxulu. 

Başqası bu yerdə nə at çapardı, 

Nə də ox atmağa macal tapardı. 

Nodər öz atını saxlayaraq, cəld 

Bir ox atdı, oxu yan keçdi fəqət. 

Elə qəzəbləndi şah öz-özünə, 

Dünya görünmədi bir an gözünə, 

Opu izləməyə elə can atdı, 

Düşməni büsbütün yaddan çıxartdı. 

Ceyranın dalınca o xeyli getdi, 

Axırda düşmənin yurduna yetdi. 

Çabir ehtiyatı edərək adət, 

Gözətçi qoymuşdu hər yana xəlvət. 

Dsmişdi kim olsa, tutub gətirsin, 

Ona xəbər versin, ona yetirsin. 

Gördü gözətçilər qaçır bir ceyran, 

Düşmüş bir atlı da onun dalından. 

Onlar qamçılayıb tezcə atları, 

Atdan düşürtdülər o şahsüvarı. 

Ov etmək qəsdinə düşən o səyyad 

Özü səyyadlara ov oldu heyhat. 

Şah qalmaq istərsə öz şahlıqında, 

Gərək ordusundan düşməsin çüda. 

Şaha ordusuyla hörmət edərlər, 

 

61



Şahlıq əldən gedər, olmasa ləşkər. 

Ordu bais olur düşmən fəthinə, 

Bir şəxs Rüstəm olsa, açizdir yenə. 

Şahlığı öyrənmək gərək arıdan, 

Qoşunsuz yaşamaz şahı heç zaman. 

Qoşunla seyr edib çəmənlikləri, 

Qoşunla birlikdə qayıdır keri. 

Şahmatda vardırsa şahın ordusu, 

Onun düşmənindən yoxdur qorxusu. 

Nodər düşən kimi düşmənə əsir

Alıb libasını, qoydular yesir. 

Onun geyiminə yetirib nəzər

Padşah olduğunu yəqin etdilər. 

Tələsik onlardan atlanıb biri 

Xəbərdar etməyə getdi Cabiri. 

Dedi: «Libasından görünür aşkar, 

Sənə bir padŞah etmişik şikar!» 

Bu şad xəbəri ki, Cabir eşitdi, 

Əyilib tanrıya ibadət etdi. 

Dedi: «Yeməyini eyləməyin kəm, 

Bağlayın hər iki gözünü möhkəm, 

Qoy görə bilməsin, tutub qolunu 

Aparın, sarayda həbs edin onu. 

Gizlin-oğrun tutun bu işləri siz

Desinlər şah itib xəbər-ətərsiz. 

Bir gözətçi qoyun dərhal üstünə, 

Sonra xəbərini yetirin mənə.» 

Tez əməl etdilər əmrə nökərlər, 

Bir dar zirzəmiyə salındı Nodər. 

Nə getdiyi yolu görə bildi şah, 

Nə ordusu oldu bu işdən agah. 



 

62 


Nodərin səfəri bitincə belə, 

Hələ yol gəlirdi Ne'man gəmiylə. 

Sahilə çatmağa bir az qalmışdı, 

Yepa yel güçlənib, hava qarışdı. 

Dalğalar baş vurdu asimanlara, 

Buludlar ardına girdi aypara. 

Ne'manın koləfi yaman dolaşdı, 

Kədəri, qüssəsi başından aşdı. 

İərən-pərən düşdü gəmilər tamam, 

Boğuldu ordudan bir xeyli adam. 

Doğrudur, Ne'manı incitdi dalğa, 

Lakin sağ-salamat çıxdı qırağa. 

Süheylin gəmisi batan sularda 

Yenə yelkən açdı o bədbəxt ata. 

Yenə gözətçilər yetirib nəzər, 

Əlüstü Cabirə xəbər verdilər. 

Cabir qayığını o səmtə sürdü, 

Sularda çoxunu boğulmuş gördü. 

Diri qalanları tutdu suala, 

Sevindirdi onu baş verən bəla. 

Tez özü sükanın dalına keçdi, 

Ədən sahilinə gəlib yetişdi. 

Çıxartdı əvvəlçə o hökmdarı, 

Sonra daşıtdırdı bütün malları. 

Huşumu itirib qəşş etmişdi şah, 

Bu son fəlakətdən deyildi agah. 

Sarıyıb cismini ağ bir kətana, 

Atdılar onu da başqa zindana. 

Ayılınca onu aldı vahimə, 

Bilmədi dərdini söyləsin kimə, 

Cabirsə üz tutub gəmi əhlinə, 

 

63



Onları ölümlə qorxutdu yenə. 

Dedi: «Şirindirsə əgər can sizə, 

Rədd olun buradan öz ölkənizə. 

Bir də bu yerlərdə görərsəm sizi, 

Bilin, sağ qoymaram heç birinizi.» 

Gezləri qan-yaşlı, özləri xəstə, 

Birtəhər qayıdıb getdi o dəstə. 

Nodərin qurudan çəkdiyi ordu 

Bütün bu işlərdən xəbərdar oldu. 

Çox götür-qoy edib fikirləşdilər: 

«Başsız bir ordudan görünməz zəfər.» 

Deyərək onlar da tapmadı çarə, 

Baş kötürüb getdi hərə bir yerə. 

Cabirin daha da kefi saz oldu

Məclisi hər zaman boşaldı, doldu. 

Ancaq yad edəndə əsir dilbəri, 

Başından aşırdı qəmi, kədəri. 

Yetə bilmədikcə yar vüsalına, 

İçdiyi gülkgn mey dönürdü qana. 

Mehrsə dərdini unutsun deyə, 

Hər gün baş vururdu nilufərliyə. 

Göy libas geyirdi nilufər kimi, 

Gözdən yaş tökürdü dənizlər kimi. 

Ağlarkən özünü çox döydüyündən 

Nilufər açmışdı o nazikbədən. 

Bu yaman bəladan gələrək cana, 

Son qoymaq istədi dərdə, hicrana. 

Bir çarə gəzirdi, tapılmayırdı, 

Geçələr ulduzu, ayı sayırdı. 

Quyuda dustaq var-duymuşdu ağlı, 

Əzab çəkmədədir, qolları bağlı. 



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə