Microsoft Word Nevai Yeddi seyyare doc



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə18/20
tarix20.10.2017
ölçüsü0,56 Mb.
#5933
1   ...   12   13   14   15   16   17   18   19   20

 

106 


Gecəyarıyadək söhbət edərək 

Qoymurdum darıxa nazənin mələk. 

Gecələr yuxusu qaçanda bə'zən 

Deyirdi: «Nağıl de, qulaq asım mən.» 

Ayrılıq haqqında danışılanda 

Dolurdu gözləri onun bir anda. 

Onun axıtdığı o inçə yaşlar 

Mənə bir sirr açıb, etdi xəbərdar. 

Bildim ki, kiminsə vurğunudur o, 

Bir gizli sevginin məhzunudur o. 

Didirdi qəlbini hiçran xəncəri, 

Odur ki qəmliydi təranələri. 

Nəğməyə hopmasa gizli məlalı, 

Artar iztirabı, gəzər havalı. 

Onun əhvalından hali olunca, 

Sirrini açmağı elədim rica. 

O oz nəğməsini kəsirdi hərdən, 

Mən söhbət açırdım xeyir ya şərdən, 

Sirri dedirtməkçün ona mən, düzü, 

Uzaqdan başlardım söhbəti, sözü. 

Gördüm, gətirmişəm onu mən yola, 

Təşəəbbür atını çapmır dördnala. 

Dedim: «Ey sərvqədd, ey məhi-taban

Tanrı şad eləsin könlünü hər an. 

Qəlbin qayğılardan çox iraq olsun, 

Əhvalın hər zaman yaxşıraq olsun! 

Haqqım çatsa səndən edərdim sual... 

O «Soruş» deyinçə, başladım dərhal: 

«Nə vaxtdan qapının olmuşam qulu, 

Gün kimi öpürəm keçdiyin yolu. 

Çoxdan izləyirəm sənin halını, 

 

107



Həm xoş anlarını, həm məlalını. 

Mənim ürəyimə damıb ki, düzü, 

Səni açmadığın bir kədər üzür. 

Səbəbsə birinin məhəbbətidir, 

Bəlkə bu ah-fəğan yar həsrətidir? 

Belə zənn edirəm, sən əbəs yerə 

Dərdini tökmürsən bu nəğmələrə. 

Qataraq başını təranə ilə, 

Fəryad qoparırsan bəhanə ilə. 

Hər nəğmə sənin öz dərdi-sərindir, 

Nəğməylə boşalan kədərlərindir. 

O gizli dərdini sən mənə, gəl, aç, 

Bəlkə də ona mən tapdım bir əlac. 

Lap xatircəm ol ki, ömrüm uzunu, 

Gizli sirrim kimi saxlaram onu.» 

Eşidib sözümü o hüsnü ə'la, 

Verdi cavabımı mənim bu yolla: 

«Dediyin doğrudur, yalan yox onda

Doğruluqdan yaxşı nə var cahanda? 

Dərdli olmağımı düz tapmısan sən, 

Ancaq səbəbini soruşma məndən. 

Ariflər bilməyir bunu məsləhət, 

Bu sirri sormağa etmə sən də cəhd. 

Sənə bilməyinin faydası yoxdur, 

Ancaq mənim üçün ziyanı çoxdur. 

Bir dərd ki, dərmanı çox qəhət ola, 

Çətin ki, danışsam mənfəət ola. 

Bir də bu sualı təkrar etmə sən!.. 

Birini intixab et iki şeydən: 

Ya mənə verdiyin sorğunu tərk et, 

Ya öyrən sirrimi, sonra da çıx get! 



 

108 


Elə get, bu yerdə tozun qalmasın, 

Nə dağda, nə düzdə izin qalmasın! 

Qızın təklifindən mən qorxdum yaman, 

Elə bil canıma qəsd etdi şeytan. 

Neçə gün dolandım şəhəri qəmkin, 

Heç yerdə tapmadım təsəlli, təskin. 

Canıma vəlvələ saldı bu fikir, 

Əqlimi başımdan aldı bu fikir. 

Tükəndi büsbütün səbrü qərarım, 

Özümdə olmadı öz ixtiyarım. 

Xəlvət bir guşəyə çəkilib yenə, 

Dualar oxudum allaha, dinə. 

Başımdan çıxmadı bu fikir mənim, 

İstədim o sirri mütləq öyrənim. 

Usandım bu iki yol ayrıçından, 

Axırı təvəqqe elədim ondan: 

«Məndə hər istəyə son verib bu sirr

Dəli-divanəyə döndərib bu sirr. 

Başına gələni de, eşidim mən, 

Sonra hara desən, çıxıb gedim mən.» 

Dedi: «Qəribədir sənin bu sözün, 

Bəlayə salırsan özünü özün. 

And iç ki, bu sirri öyrəninçə sən 

Dərhal bu şəhəri tərk edəçəksən.» 

Neçə buyurmuşdu o gözəl afət, 

Mən o cür and içib, etdim o cür əhd. 

Elə ki, qalmadı bir şübhə yeri, 

Başına gələni danışdı pəri: 

«Sən məni qəmzədə xəyal elədin, 

Sirrimi bilməkçün sual elədin. 

Başdan başlamasam hekayətimi, 

 

109



Yaxşı qavramazsan vəziyyətimi. 

Bil ki, çin mülküdür doğma diyarım, 

O yerlə bağlıdır görpə çağlarım. 

Kədərdən, qüssədən, qayğıdan azad, 

Orda bəxtiyarça sürürkən həyat

İki xan vuruşdu biri-birilə, 

Mən də əsir düşüb oldum bir kölə. 

Uşaqkən alındım hərəmxanayə, 

Satıldım sonra da mən bu xacəyə. 

O məni gün kimi tutdu çox əziz, 

Hər halda kənizdim, adi bir kəniz. 

Oğuldan və qızdan məhrumdu xacə, 

«Övladımsan» dedi, məni görünçə, 

Mə'lum oldu-ləhçəm məlahətlidir, 

Səsimin ahəngi təravətlidir. 

Həm aydın deyirəm şe'ri, həm qəşənk, 

Ruhları oxşayır mən çaldığım çənk. 

Musiqi işində mahir olanlar

Tə'lim sahəsində ad-san alanlar 

Bizim barigaha də'vət olundu, 

İkram göstərildi, hörmət olundu. 

Neçə ay ötmüşdü bundan, neçə il, 

Kamala çatdırdı məni bu təhsil. 

Səsimin tə'rifi cahanı tutdu, 

Çəngimin sədası səmanı tutdu. 

O qədər təkamül etdi sənətim, 

Elə bir mövqeyə yetdi sənətim, 

Eşidib adımı aləm töküldü, 

Nəğməmlə aqladı, nəğməmlə güldü. 

İstədiyim zaman yatan ayıldı, 

İstədiyim zaman yuxuya daldı. 



 

110 


Mən hələ demirəm gözəlliyimi, 

Tə'rifim tutmuşdu bütün aləmi. 

Bütün el-obaya yetişdi xəbər, 

Cavana, qocaya yetişdi xəbər: 

Xacənin evində şux bir nəğməkar 

Hamını eşqinə eləyib düçar. 

Sərf edib malını, pulunu bol-bol, 

Hər kəs istədi ki, ona olsun qul. 

Simü-zər çay kimi, sel kimi axdı, 

Qəsrimizə daş-qaş yağışı yağdı. 

Satın almaq üçün xacədən məni, 

Hər tacir gen açdı pul kisəsini, 

Günlər ötüşdükcə, gördü xacə də 

Artır müştərinin sayı get-gedə, 

Gördü müştəridir bütün Çin mənə, 

Qaldırdı qiyməti o gündən-günə. 

Qüdrətli bir rəssam vardır ki, Çində, 

Adı əzbər olub ellər içində. 

Tapılmaz beləsi, gəzsən aləmi, 

O gizlincə çəkib mənim şəklimi, 

Uzaq bir ölkəyə salıb yolunu, 

Bir şahlar şahına göstərib onu. 

Nə qədər ki, şah var bu yer üzündə 

Bəndəymiş o şahın önündə, bəndə. 

O mənim şəklimi görüncə birdən 

Qeyb etmiş əqlini-huşunu sərdən. 

Demiş: «İtirmədən bir saat, bir an 

Elçilər qoy Çinə olsunlar rəvan. 

Nəyin bahasına olursa-olsun, 

Gedənlər kənizi mənimçün alsın!» 

Mənə müştəriydi Çinin xaqanı, 

 

111



Ancaq bəyənmədi şahənşah onu. 

Xacənin istəyi-məzaçı ilə, 

Çinin neçə illik xəracı ilə 

Məni satın alıb yola düşdülər, 

Yolları sür'ətlə ötüb-keçdilər. 

Şaha yetirdilər nəhayət məni, 

Dürr doğma dəryada tapdı yerini. 

Bütün elçilərə şah ən'am verdi, 

Axı, məni şaha onlar yetirdi. 

Şah öz otağında yer verdi mənə, 

Qərq oldum çiçəyin, gülün ətrinə. 

Məndən ayrılanda bir saat, bir an 

Qaranlıq görürdü çahanı sultan. 

Ömürdən istəyi camalım idi, 

Həmişə umduğu vüsalım idi. 

Keçirdi günümüz ovda-şikarda, 

İşrət məclisində, ya laləzarda. 

Səyirdib atını düzdə, çəməndə, 

Salırdı ahunu, guru kəməndə. 

Şahənşah atını nə vaxt çapardı, 

Şikar etmək üçün bir gur tapardı. 

Edərdi o guru qanına qəltan, 

Yer lalə açardı gurun qanından. 

Çəkilərdi gurun ətindən kabab, 

Gələrdi ortaya lalərəng şərab. 

İstər barigahda, istər çəməndə, 

İstər dincələndə, istər gəzəndə, 

Qəlbinin aramı yox idi mənsiz, 

Səhəri, axşamı yox idi mənsiz. 

Mənsiz yetişməzdi kama, mərama, 

Mənsiz uzatmazdı əlini çama. 



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə