Microsoft Word Nevai Yeddi seyyare doc



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə17/20
tarix20.10.2017
ölçüsü0,56 Mb.
#5933
1   ...   12   13   14   15   16   17   18   19   20

 

100 


Şahı şəhvət hissi etdi biqərar

Kinini, zülmünü eylədi aşkar: 

«Gedin hüzuruma gətirin, dedi, 

Qəlbləri tovlayan həmin afəti!» 

Əməl eylədilər əmrə o saat, 

Qəsrə gətirildi həmin pərizad. 

Düşürüldü yerə orda aycamal, 

Şahı aldadırdı amma xam xəyal. 

Yollandı qız olan otağa sarı, 

Duyub məramını, Çiqil dildarı 

Qolları üstünə aldı çəngini, 

Uçaltdı nəğmənin xoş ahəngini. 

Nəğmə də, simlər də bir kökdə dindi, 

Hər vurğu, elə bil, ürəkdə dindi. 

Hökmdar eşitçək nəğməni gendən, 

Huşunu itirib getdi özündən. 

Kimin qulağına gedib çatdı bu, 

Apardı o şəxsi bir şirin yuxu. 

Hamını nəğmənin salıb sehrinə, 

Yollandı nəğməkar öz evlərinə. 

Oyanınca saray, ayılınça şah, 

Qızın getdiyindən oldular agah. 

Yenə əmr etdi ki, həmin dilbəri 

Gedib saray əhli qaytarsın geri. 

Gedib gətirdilər qızı dübarə, 

Qız yenə toxundu cadu simlərə, 

Məhəbbət əsiri şah dönə-dönə 

İstədi qovuşa öz sevdiyinə, 

Ancaq yetişmədi bu məramına, 

Hər dəfə qələbə çaldı qız ona. 

Axırda peşiman olub bu haldan

 

101



Büsbütün əlini üzdü vüsaldan, 

Xacənin yanına yollandı bir gün, 

Yollandı xacədən üzr istəməkçün. 

Onun şərəfinə məçlis düzəltdi, 

Ata adlandırıb ehtiram etdi. 

Pərdə qarşısında dayanaraq şah, 

Dedi: «Əfv et məni, işlədim günah!» 

Adı şah olsa da o yer üzündə, 

Bir heçdi nəğməkar qızın gözündə. 

Dedi: «Sənsən mənim başımda taçım, 

Bu gündən olursan qızım, ya bacım!» 

Qız onun sözündə sezmədi hiylə, 

Baxdı hökmdara övlad gözüylə. 

Hədələr, qorxular ötüşən təkin 

Oldu gül-çiçəkli diyarda sakin. 

Xacə bağ almışdı-cənnətə bənzər, 

İçində var idi tağlı qəsrlər. 

Namaz qılmaq üçün, ibadət üçün 

Gizli bir hüçrəsi vardı o mülkün. 

Dümağ paltar geyən o mahi-taban 

Orda ibadətə məşğuldu hər an. 

Əynində varsa da ağ səhər donu, 

Qanlı göz yaşları boğurdu onu. 

Bilinmir o kimdən ümid gözləyir, 

Dua edə-edə kimi səsləyir. 

Gözləyir o nəyin, kimin yolunu, 

Bir insan öyrənə bilməyir bunu. 

Sübh olunça yenə nəğmə deyir o, 

Nəğməylə bəxtindən dad eləyir o. 

Hiçrandan dad edən dili qəmlidir, 

Çənkinin mizrabı, teli qəmlidir. 



 

102 


Axır dinləyənin inçi yaşları, 

Ağladır o hətta qəlbidaşları. 

Geçəli-gündüzlü o nazikbədən 

Bir an qalan deyil ibadətindən. 

Geçəli-gündüzlü yaş tökənlərin 

İçindən çıxmayır şahı o yerin. 

Elə ki, çəngini çalır o gözəl, 

Padşah bihuş olur hamıdan əvvəl. 

Belə bir qonağı tutaraq uca, 

Onun hörmətini saxlayır qoca. 

Durur qulluğunda lətafət ilə

Ötürür saraya şərafət ilə. 

Qəsri önündəki bunca izdiham 

Xacəni alverdən ayırıb tamam. 

Məndim ürəklərin orda həmdəmi, 

Məşhurdum oxuyan, həm çalan kimi. 

Məclislərdə sazla keçirdi günüm, 

Bir şirin avazla keçirdi günüm. 

Batdı adım-sanım gələn  o qızla, 

Ondakı o çənklə, şirin avazla. 

Gəlib çatdı mənə onun sorağı, 

Çəkdi ürəyimə dağ üstdən dağı. 

El-oba get-gedə məni unutdu, 

Füsunkar nəğməli o qızı tutdu. 

İltifat görmədim mən camaatdan, 

Ürəyim sıxıldı, bezdim həyatdan. 

Xilas olmaq üçün üzüntülərdən 

Tapdım öz dərdimin çarəsini mən. 

Götürüb bir yığın kafuru uddum, 

Odlu ürəyimi tamam soyutdum. 

Ömürlük itirdim kişiliyimi

 

103



Getdim qıza deyim öz gileyimi. 

Xacə də, pəri də görünürdü şad, 

Məni yarı yolda götürdü fəryad. 

Sarsıtdı xacəni məndəki əhval, 

Sarsıldı onuntək o hurimisal, 

Məndən soruşdular: «Nədir bu fəryad? 

Kimdir həyatını eləyən bərbad?» 

Dedim: «Sizdən gördüm bu zülmü, sizdən, 

Gördüm bu atadan, bir də bu qızdan!» 

Dedilər: «Əl atma belə böhtana, 

Zülm edən deyilik biz bir insana. 

Bəlkə yanılırsan, bəlkə çaşırsan, 

Bizi başqasıyla qarışdırırsan?» 

Dedim: «Yanılmıram, qulaq verin bir, 

Mən edim başıma gələni təsvir. 

Ya insafla baxın doğru sözümə, 

Ya da iftiraçı deyin üzümə.» 

Dedilər: «Dərdini aç, danış bizə.» 

Mən dua eləyib başladım sözə. 

Danışdım onlara ərzi-halımı, 

Öz böyük dərdimi, öz məlalımı. 

Güldü həm o qoca, həm də ayüzlü, 

Bildilər dediyim doğrudu, düzdü. 

Elə ki, sözlərim çatdı axıra. 

Könül istəyimi dedim onlara, 

Dedim ki: «İstərəm həyatım boyu 

Doğma evim bilim mən bu sarayı. 

Çalıb-oxumaqdır çün mənim peşəm, 

Başqa heç bir sənət öyrənməmişəm. 

Xoşavaz pərilə istərəm hər an, 

Hər zaman yanaşı sürüm güzəran. 



 

104 


Mən o çaldığı çənk həvəsindəyəm, 

Dastanlar dinləmək həvəsindəyəm. 

Ondan dərs almağa çoxdur həvəsim

Mində bir olsa da, bəsimdir, bəsim. 

Nuh kimi çox uzun yaşasam da mən, 

Doymaram o qızın nəğmələrindən. 

Əgər yeməyimi verərsə xacə, 

Pəriyə, həm ona qulam ölüncə. 

Gözünüzə açiz görünsəm də mən, 

Yoxdur bu sən'əti mənimtək bilən. 

Bütün xanəndələr, sazəndələr də 

Böyük ustad bilir məni hər yerdə. 

Musiqi sən'əti əflatunları 

Məndən aşağıdır, deyil yuxarv! 

Çalıb-oxumaqda olsa da usta, 

Cadugər sehri var lakin bu qızda; 

Kim görüb nəğməkar oxuyan zaman 

Gah ölə, gah da ki, dirilə insan? 

O qız göstərinçə bu möcüzəni 

Sənət meydanında xar etdi məni.» 

Sözlərim onlara əsər eylədi, 

Mənə üz tutaraq xacə söylədi: 

«Sən bizə ömürlük əgər yar olsan, 

Saz çalıb, söz deyən bir həmkar olsan, 

Geçər güzəranın həyatın gözəl, 

Ancaq bir məsələ törədir əngəl, 

O sərvü gülrüxə naməhrəm ikən, 

Neçə xidmətində dura bilərsən?» 

Dedim: «Bilib bunu, özümü qəsdən 

Məhrum eləmişəm mən kişilikdən. 

Elə ki, qələbə çaldı qız mənə, 

 

105



Mən özüm özümü saldım bu günə. 

Məğlub olduğumu qət edən kimi 

Ömürlük məhv etdim kişiliyimi. 

Kafurdan o qədər atdım ki, o gün, 

Kişilik hissimi itirdim bütün. 

Artıq çəlb eləmir gözəllər məni, 

Mənə çox görməyin bu ağ pərdəni. 

Qoy Kafur adlanan qulunuz heç vaxt 

Kafuri pərdədən düşməsin iraq!» 

Onlar yoxlayaraq mən binəvanı, 

Gördülər sözümün yoxdur yalanı. 

Bilib öyrənincə bu həqiqəti, 

Mənə göstərdilər dostluq hörməti. 

Xidmətim xoş gəldi hər ikisinə, 

Oldu ikisi də lütfkar mənə. 

Pərdə arxasında qızıyla həmdərd, 

O yanda xacəylə oldum həmsöhbət. 

Bizim qəlbimizi musiqi, sənət 

Möhkəm eləmişdi bir-birinə bənd. 

O qız nəğmə deyib şurə gələn də 

Heyranlıq hissləri çoşurdu məndə. 

Nəğməylə dediyi hər söz, hər şe'r, 

Görürdüm, ayrılıq, hiçran səsidir. 

Görürdüm xəlvətə çəkilib o qız 

Gözünün yaşını tökür aramsız, 

Elə ki, başından aşırdı qəmi, 

Onun mən olurdum yaxın həmdəmi. 

Olsaydı qəlbində gizli bir məlal, 

Suallar verirdi mənə aycamal. 

Mən də bildiyimdən verirdim cavab, 

Cəhd eləyirdim ki, çəkməsin əzab. 



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə