Microsoft Word Nevai Yeddi seyyare doc



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə15/20
tarix20.10.2017
ölçüsü0,56 Mb.
#5933
1   ...   12   13   14   15   16   17   18   19   20

 

88 


Həkimlər nə qədər cəhd etsələr də

Dərman tapılmırmış bu ağır dərdə. 

Səndəl ağaçından düzələn bina 

Dərmandır deyiblər baş ağrısına. 

Elə bunun üçün övladçanlı şah 

Deyib: «Səndəli qəsr eləyin inşa. 

Tavanı göylərə çatan saraya 

Yar-yaraşıq versin səndəli əşya. 

Qızım o sarayda tutarsa qərar, 

Gedər başındakı bütün ağrılar!» 

Eşidib dillərdə gəzən bu sözü, 

Taçir tayfasının gülübdür gözü, 

Səndəl almaq üçün gəmilər əl'an 

Hindistan tərəfə olublar rəvan. 

Yaman qızışdırıb onlar alveri... 

Gedən gəmilərdən, deyirlər, biri 

Səndəllə yüklənib dönərkən dala 

Böyük bir qəzaya olub mübtəla. 

Gəmi gedib düşüb bir burulğana, 

Çıxa bilməyibdir ordan bir yana. 

Tükənib ondakı azuqə bir gün, 

Ölüblər gəmidə olanlar bütün. 

Axırda bir külək əsib nagahan 

Çıxarıb gəmini o burulğandan. 

Girincə gəmiyə o iki səyyah, 

Müqbil fəğan edib çəkdi dərin ah. 

Tutmuşdu gəmini onun fəğanı, 

Hicran atəşində yanırdı canı. 

Ölən adamları kötürüb bir-bir 

Atırdı dalğalar qoynuna Müdbir. 

Dedi: «Ölənlərin mallarıyla bir 

 

89



Gəmi də mənimdir, yük də mənimdir. 

Nə qədər Müqbilin gəlir ah-zarı, 

Mən də hesablaram dövləti, varı.» 

Bu zaman qarşıda gördü sahili

Gəmini yönəltdi ora tə'çili. 

Sahil yararlıydı gəmilər üçün, 

Ora yan alırdı səyyahlar hər gün. 

Gəzməyə çıxmışdı bu gün yerli şah, 

Edirdi dənizə-suya tamaşa. 

Görünçə gəmini şah əmr elədi: 

«Ordan tez bir adam çağırın!-dedi.- 

Gəlib bəyan etsin qoy hökmdara 

Gəmi hardan gəlib, yollanır hara?» 

Gördülər gəmidə var iki nəfər, 

Biri şad görünür, biri mükəddər, 

Elə ki, fərmanı Müdbir eşitdi, 

Dərhal hökmdarın yanına getdi. 

Yer öpub padşaha tə'zim eylədi, 

Fikrini öyrənib, belə söylədi: 

«Bir taçir babayam, işim ticarət, 

Çəkdim bu səfərdə xeyli xəsarət. 

Düşdü burulğana gəmim qəfildən, 

İtirdim gəmimdə olanları mən. 

Oldu son mənzilim sizin bu sahil

Sağ qalan bir mənəm, bir qulum Müqbil.» 

Müdbir ki, caladı yalana yalan, 

Göründü canında şişlər nagahan, 

Ağladı, zarıdı yaş tökdü gözü, 

Ürəyi partlayıb, getdi nəfəsi. 

Şahı bu əhvalat heyrətə saldı, 

Bu hal görmədiyi qəribə haldı. 



 

90 


Müqbili gətirtdi sonra yanına, 

Ürəyi açıldı baxınca ona. 

Nökərlər itirmək üçün izini 

Gizlətdi Müdbirin çənazəsini. 

Müdbirə verdiyi sualı təkrar 

Müqbildən soruşdu böyük hökmdar. 

Səfərdə başına gələni bir-bir 

Başdan ayağacan söylədi Müqbil. 

Şah dedi: «Gəmi də, yükü də onun, 

Hər nə var Müqbilə təslim olunsun!» 

Müqbilin dilindən çıxan hər gəlam, 

Padşah inandı ki, doğrudur tamam. 

Dedi: «Ey dilinə yalan gəlməyən, 

Layiqsən ən böyük mükafata sən! 

Doğru danışmağın xoş gəldi biza

Fərəh bəxş eylədi ürəyimizə. 

Susma, dilə məndən nə diləyin var!» 

Müqbil təşəkkürlər eləyib izhar,, 

Dedi: «Ey qüdrətli, əzəmətli şah, 

Qədrini göylərə ucaltsın allah! 

Haqqa ibadətdir mənim diləyim, 

Xalqa səadətdir mənim diləyim!» 

Bu nəcib xisləti, bu təbiəti 

Şah Müqbildən görüb, artdı heyrəti. 

Zahiri görkəmi, incə rəftarı 

Elə cəzb etdi ki, o hökmdarı, 

Qulluq təklif etdi sarayda ona

Müqbil də razılıq verdi sultana. 

İşində olmadı onun kəm-kəsir, 

Axırda yüksəlib oldu bir vəzir. 

Xidmətdə ucaldı, ucaldı başı, 

 

91



Qonmuşdu çiyninə səadət quşu. 

O şah istədi ki, qızını versin, 

Onu oğulluğa qəbul eyləsin. 

Üzrxahlıq edib Müqbil şahına, 

Bildirdi fikrini xeyirxahına: 

«Məni yandırıbdır başqa bir atəş, 

Ona bütmü deyim, yoxsa ay, günəş. 

O mənim əqlimi alıb əlimdən, 

Ömürlük o ayın əsiriyəm mən!» 

Çox dedi, şah məhəl qoymadı ona, 

Vurdu bu sözləri qulaq ardına. 

Baxmayıb qəlbini saran kədərə, 

Verdi öz qızını Müqbilə ərə. 

Açıb xəzinənin ağzını gen-gen, 

Bir toy düzəltdi ki, mat qaldı görən. 

Geydirdi Müqbilə səndəli paltar

Çünki bu paltardan xoşlanırdı yar. 

Canını hər şeydən uça tutan qız 

Səndəli əşyanı sevirdi yalnız. 

Qovuşdurmaq üçün yar ilə vəslə 

Apardılar onu səndəli qəsrə. 

Müqbil qəsrə baxıb sarsıldı dərhal, 

Saray o saraydı, calal o calal. 

Qapı o qapıydı, tavan o tavan, 

Taxt həmin taxt idi, canan o canan! 

Bu sənəm almışdı bu canı ondan, 

Rahatlığı ondan, cahanı ondan. 

Heyrətdən canını bürüdü odlar, 

Bu od varlığını etdi tarimar. 

Bir haray qoparıb yıxıldı yerə, 

Az qaldı biryolluq burda can verə. 



 

92 


O gah bihuş olur, gah ayılırdı, 

Ayılınca yenə haray salırdı. 

Səndəlin xoş ətri ayıldıb onu, 

Qaytarırdı geri itən huşunu. 

Ayılıb görünçə yarın gözünü, 

Alışan görürdü sönən gözünü, 

Başından aşırdı yenə naləsi, 

Cismində qalmırdı can nişanəsi. 

Görüb Müqbilini dərdli, məlallı, 

Ürəkdən açıdı o ay camallı. 

Mehrini artırıb ona anbaan

Vüsala çatdırıb etdi kamiran. 

Müqbilin çisminə gəldi yeni can 

Sevgili cananın yaxınlığından. 

Lakin heyrət onu eləmişdi lal, 

Bir gün sordu ondan o yar, gülcamal: 

«Sənin bu susmağın, bu davranışın 

Deyir ki, çox bəla çəkibdir başın. 

Mən bilə bilmirəm niyə böyləsən, 

Nolar səbəbini açıb söyləsən?»   , 

Doğru danışmağa alışmış oğlan 

Başına gələni danışdı başdan. 

Danışdı artırıb-əksiltmədən o, 

Adadan, səndəldən gur çeşmədən o, 

Vəsf etdi çeşmədə gördüklərini, 

Səndəli sarayı, gözəl pərini... 

Baxıb gülə-gülə sevdiyi afət 

Danışdı Müqbilə xoş bir hekayət. 

Dedi: «Xoş yaradıb məni yaradan, 

Etmişdir hüsnümə dünyanı heyran. 

Hüsnümün tərifi düşüb dillərə, 

 

93



Yayılıb şöhrəti uzaq ellərə. 

Cin şahı bir kərə baxmaqla mənə 

İtirib əqlini oldu divanə. 

Çinlər bu sarayı elədi məskən, 

Sarsıldım onların səs-küylərindən, 

Axırda əqlimi itirdim tamam, 

Mahir həkimləri topladı atam. 

Onlar şəfam üçün çox çalışdılar, 

Axır əcinnələr dağılışdılar. 

Yenə hərdən qanad sədası gəlir, 

Qulağıma çinin nidası gəlir. 

Görürəm mən onun qorxunç gözünü, 

Eşidirəm onun «Pəri!» sözünü, 

Belə deyirlər ki, məni görəni 

O çin hökmdarı olmuşdur dəli. 

Çinlər toxtaq verib öz şahlarına, 

Dənizdə bir ada etmişlər bina. 

Saray uçaldıblar, qabağında bağ, 

Bir səndəl ağaçı, bir büllur bulaq. 

Rəssam bir taxt çəkib orda şahanə, 

Üstdə qız yaradıb-bənzəyir mənə. 

Rəssam fırçasının yaratdıqları 

Olub çin şahının bir xilaskarı. 

Sənin gördüyün də, əzizim, gözüm, 

Mənim surətimdir, deyiləm özüm. 

Önçə heykəlimə baxıb vuruldun, 

İndi də özümü görüb, yar oldun!» 

Eşidib bu sözü, sevindi Müqbil, 

Bu söz tilsimləri elədi zail. 

Səndəli sarayda oldu kamiran, 

Məhəbbət oxudu yar baxışından. 



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə