Microsoft Word Nevai Yeddi seyyare doc



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə19/20
tarix20.10.2017
ölçüsü0,56 Mb.
#5933
1   ...   12   13   14   15   16   17   18   19   20

 

112 


Qüvvədən düşürdü qolları mənsiz, 

Bir addım getmirdi yolları mənsiz. 

Elə ki, nəğməmi dinləyirdi o, 

Ürəkdən ah çəkib inləyirdi o

Getsə bağça-bağa, yanında məndim, 

Gəlinçə otağa, yanında məndim. 

Gözdən qoymayırdı camalımı o, 

Arzulardı hər an vüsalımı o. 

Bir sözlə, ağzının ləzzəti məndim, 

Ömrünün mə'nası, məqsədi məndim. 

İş gəlib o yerə çatdı bir zaman 

Kəsdi ümidini əhali şahdan. 

Şah eli-obanı tamam unutdu, 

Gecəli-gündüzlü tək məni tutdu. 

Görüb bu istəyi, duyub bu hissi, 

Oldum mən də onun bir divanəsi. 

Vəslini istəyib dururdum hər an, 

Darıxırdım əgər ayrılsam ondan. 

Mən də eşq oduna yanırdım, o da, 

Bu od yandırırdı asimanı da. 

Şahın böyük eşqi, böyük qayğısı 

Tamam azdırmışdı məni, doğrusu. 

Olsam da taleyi dönük bir kəniz, 

Çox vaxt danışığım olurdu yersiz. 

Şahı hüzurumda bir qul görəndə

Azaldı nəvaziş duyğusu məndə. 

Danışdım ağzıma gələn  sözləri, 

Cəfəng söhbətləri, çərən sözləri. 

Bir gün şah ovlaqda şikar edərkən 

Yenə də yanında hazır idim mən. 

Şərab tə'sirindən sərxoşdu sultan, 

 

113



Məni məst etmişdi lovğalıq yaman. 

Şah birdən qarşıda bir ahu gördü, 

Dərhal öz yayını ona çevirdi. 

Dedi: «Ona tərəf qoy at sürüm mən, 

Harasından desən, ordan vurum mən». 

Dedim: «Elə nişan al ki, sən onu, 

Bir oxla birləşdir iki qolunu. 

Sonra da sən ona yaxınlaşmadan, 

Üzsün xirtdəyini aldığın peykan.» 

O mahir kamandar eşidib bunu 

Birləşdirdi ovun iki qolunu. 

Bitişdirən kimi iki qolunu, 

«Ya allah!» söyləyib üzdü boynunu. 

Şah o gün göstərdi elə bir hünər, 

Mislini heç zaman görməyib bəşər. 

Mənim borcum idi ona can demək, 

Sərrast nişanını tə'rif eləmək. 

Halbuki əqlimi itirərək mən, 

Yenə əl çəkmədim çərənləməkdən. 

Ədalətlə hökm versəydi sultan, 

Gərək asılaydım dar ağacından; 

Doğratsaydı belə, bu cəza yenə 

Cəfəng sözüm üçün az idi mənə. 

Ancaq e'damımı buyurmadı şah, 

Qəzəb qılıncını siyirmədi şah. 

Əlimi-qolumu sarıtdırıb o, 

Bir düzə atdırdı bəndli-buxovlu. 

Dedi: «Qoy bu düzdə yaşasın yalqız, 

Ac, susuz qalaraq, ölsün adamsız!» 

Sonra da şəhərə tərəf tutdu üz. 

Ötdü iki gecə, iki də gündüz, 



 

114 


'Mənə «qızım» deyən mehribai xacə, 

Demə, xatırlayır məni bir gecə. 

«Gedim, görüm» deyə düzəlir yola, 

Axır gəlib çatır bizim mahala. 

Qürurum başıma açanda xata, 

Demə, iki mənzil kəsibmiş atam. 

Şahın qəzəbinə gəldiyim günlər 

Xacə Çin mülkündən edirmiş səfər. 

Atıldığım yerdən bir az o yana, 

Sürürkən atını O saymazyana, 

Nədənsə ürgərək at birdən çaşır, 

Əvvəlki yoluidan aralı düşür. 

Yoldan azmış görür atını xacə, 

Biyabana sürür atını xacə. 

Sən demə, o zaman, o gecə vaxtı 

Onu mənə tərəf çəkirmiş baxtı. 

Elə ki, at mənə lap yaxın gəlir, 

Xacənin gözünü yuxu lap dəlir. 

Bir az yatmaq üçün düşür, o atdan, 

Göz açanda görür işıqdır çahan. 

Görür ki, özündən yüz addım kənar 

Adama oxşayan bir qaraltı var. 

Salınıb kişitək buxova-bəndə, 

Elə bil ki, düşüb cismi kəməndə. 

«İnsandırmı görən? O sarğı nədir? 

Ağlı başındadır, ya divanədir?» 

Bilməkçün bu işin əsrarını o, 

O tərəfə salır güzarını o. 

Çatanda görür bir sərvi-çəməndi, 

Öz saçı olubdur onun kəməndi. 

Bağlanıb zülfünün kəməmdi ilə, 

 

115



Uzanıb səhrada bu bəndi ilə. 

Əlini uzadır-bilsin bu sirri: 

Sarınan ölüdür, yoxsa ki, diri? 

Tələsik sarğını açdığı zaman 

Görür qalmayıbdır sifətində qan. 

Görür müşkin saçı oxşayır mənə, 

Alnı, gözü-qaşı oxşayır mənə. 

Görür mənimkidir o solğun camal, 

Üzündəki çökək, üzündəki xal. 

Xacə anlamayır məstdir, ayıqdır, 

Bilmir yuxudadır, yoxsa oyaqdır. 

Heyrətdən tutulub dili, olur lal

Başında dolanır cürbəcür xəyal. 

Heyrət içindəydi xacə bayaqdan, 

Görür ki, bir karvan gəlir uzaqdan. 

Demə o, karvanla ora gələnlər 

Mənim dostlarımmış, bir də nökərlər. 

Onlar görüb məni əl-qolu bağlı, 

Çoxunun başından çıxıbdır ağlı. 

Çıraraq üzünü dad eləyən kim, 

Göz yaşı axıdıb növhə deyən kim... 

Xacə gözlərini zilləyib mənə, 

Heyrətdən olubmuş dəli-divanə. 

Ağıyla, növhəylə çəkib qəmimi, 

Saxlayıb yasımı və matəmimi. 

Düşünür: «Kim məni bu hala salıb? 

Ömrümün günəşi niyə qaralıb?» 

Çavab tapmayaraq heç bir suala, 

Yuyundurub məni göz yaşlarıyla, 

Atlazdan, ipəkdən biçdirir kəfən, 

Kafur da səpdirir kəfənə üstdən. 



 

116 


Boynuma biçilən o kəfən boyu

Həm ənbər səpirlər, həm də gül suyu. 

Cismim ölü kimi düşübmüş tabdan, 

Dirçəlir ənbərlə həmin gülabdan. 

Qızlar dərhal düşüb ayaqlarıma, 

Tez gülab sürtürlər yanaqlarıma., 

Mən elə bu zaman açıb gözümü, 

Söylədim onlara olan sözümü: 

«Bəla qaynağıdır bu səhra, bu düz, 

Gəlin bu yerlərdən uzaqlaşaq tez!» 

Xacə sözlərimi anlaya bildi, 

Əmrilə qafilə yola düzəldi. 

Dindi zınqrovlar o boş sahədə, 

Mənə yer verdilər bir kəçavədə. 

Ağzıma gah şərbət damızdırdılar, 

Gah ənbər iylədib, gülab vurdular. 

Yol getdik iki gün-gecə və gündüz, 

Çanım dirçəlməyə başladı sözsüz. 

Karvan bir çəmənə gəlib yetişdi, 

Xacə bir bulağın yanında düşdü. 

Əmr etdi otluqda çadır quruldu, 

Elə bəzədilər-Şahanə oldu. 

Mənimçün ucaldı yaraşıqlı taxt, 

Uzandım üstündə mən rahat-rahat. 

Yanıma gələrək xacə oturdu

Başıma gələni birbəbir sordu. 

Nə ki, yada düşdü-danışdım ona, 

Nə ki, baş vermişdi-danışdım ona. 

Dediyim sözlərdən qurudu qaldı, 

Bir anlıq başını aşağı saldı. 

Elə ki, danışdım ona halımı, 

 

117



Mən də ona verdim öz sualımı. 

O da öz halını elədi bəyan, 

Bir söz əskiltmədən ya artırmadan. 

Ürək-dirək verib xacə hey mənə, 

Min şükür elədi haq kərəminə. 

O günü dincəlib rahatlanınca, 

Ertəsi üz tutub soruşdu qoça: 

«Dedin, mə'lum oldu mənə əhvalın, 

De görüm, bəs indi nədir xəyalın?» 

Dedim: «Kənizinə qəzəblənib şah, 

Xəbərsiz deyildir bu işdən allah. 

Şikayətim yoxdur çəkdiklərimdən, 

Daha pis cəzaya layiq idim mən. 

Qəzəbli könlünü şah sakit etdi, 

O məni öldürdü, tanrı diriltdi. 

Mərd-ölü yaiına qılıncla girməz, 

Bir kərə ölmüşü bir də diriltməz. 

Geydirdiniz mənə siz bir ağ kəf'ən, 

İstəyim budur ki, bu kəfənlə mən 

Gedəm şah qəsrinə, öpəm əlindən, 

E'tiraf eləyim günahımı mən, 

Deyəm: «O günah ki, edib bu kəniz, 

Layiqdir ölümə, şəksiz-şübhəsiz. 

Əql ilə hərəkət elədi sultan, 

Mənim ölümümə vermədi fərman. 

Mənə yeni həyat bəxş edib xuda, 

Vermək istəyirəm şaha onu da! 

Ölüm hökmü versə, çox xoşdur mənə, 

Əgər bağışlasa, quluyam yenə. 

Günahkar olsam da, odur pənahım, 

Həm nicat yerimdir, həm səcdəgahım. 



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə