Microsoft Word Nevai Yeddi seyyare doc



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə16/20
tarix20.10.2017
ölçüsü0,56 Mb.
#5933
1   ...   12   13   14   15   16   17   18   19   20

 

94 


Səndəl-həyat şövqü, can nəş'əsidir, 

Səndəl-məhəbbətin rayihəsidir. 

Səndəl ətri ilə nəfəs alan kəs 

Səndirləyib gəzər, dik gəzə bilməz!» 

Sona çatdırınca səyyah sözünü, 

Xumarlatdı yuxu şahın gözünü. 

Səndəli sarayda yatdı hökmdar, 

Səndəl ətri yaydı ətrafa bahar. 

 

95

CÜMƏ 



 

BƏHRAM ŞAH KAFURİ SARAYDA 

 

Cümə göy tağına lap səhər erkən 

Ağımtıl rəng çəkdi dan sökülürkən. 

Ataraq ağzına hey qovurğatək 

Uddu ulduzları hoqqabaz fələk. 

Getdikcə səmanın rəngi açıldı, 

Sübhün nəfəsindən alov saçıldı. 

Göyün paltaryuyan qızı sə'y ilə 

Yudu sübh donunu gün sabunilə. 

Ağ libas geyinib şah, günəş kimi 

Nuruna qərq etdi bütün aləmi. 

Keçdiyi yollara nur saça-saça, 

Kafuri qəsrinə getdi birbaşa. 

Gülər üz göstərib çin füsünkarı 

Dərhal qarşıladı o şəhriyarı. 

Fil sümüyündəndi əyləşdiyi taxt

Əyləşdi yanında o qız da xoşbaxt. 

Yenə kef məçlisi başlandı bu gün, 

Ağ paltar geymişdi qonaqlar bütün. 

Yenə gül yanaqlı bir gözəl pəri 

Şərabla doldurdu ağ qədəhləri. 

Qədəhlər fəğfuri, qədəhlər kaşı, 

Onları bəzəmiş bir çin nəqqaşı. 

Qürub vaxtınadək şah içdi badə, 

İçdi hər günkündən xeyli ziyadə. 

Elə ki, yox oldu günəşin nuru, 

Elə ki, ay göydən səpdi kafuru, 

Yenə Bəhram Gurun yuxusu gəldi, 




 

96 


Ona ağ qəsrdə yataq düzəldi. 

Qonaqlar içində vardı bir nəfər, 

Qəribdi, hər sözü bir dürrü gövhər. 

Sözdən dəmət hördü, çələnk toxudu, 

Önçə Bəhram Gura dua oxudu: 

«Qoca çərx qorusun bu barigahı! 

Qəsrin yer üzünün olsun pənahı!» 

Qurtarıb duanı o gövhər kanı, 

Danışdı bildiyi bir macəranı. 

 

YEDDİNCİ SƏYYAHIN HEKAYƏTİ 

 

Dünyanı çox gəzib, çox görmüşəm mən

Birini danışım gördüklərimdən. 

Xarəzm elidir məskənim mənim, 

Doğma yurdum mənim, vətənim mənim. 

Soruşsan işimi, sənətimi sən, 

Deyərəm saz çalmaq gəlir əlimdən. 

Musiqi elmində dairələrdən 

Elə xəbərdaram-deyərsən əhsən. 

Bu uça sənətdə, inan ki, heç kəs 

Mənimlə bəhs edib, yarışa bilməz. 

Məndən tə'lim alır elim, elatım, 

Ustadlar ustadı çağrılır adım. 

Bir gün xoş bir xəbər tutdu hər yerni: 

Bizim yurda gəlir bir çin taciri. 

Yanında gözəl bir kənizi vardı, 

Hamı o kənizin qulu olardı. 

Saya gələn  deyil xacənin varı, 

Saymaqla qurtaran deyil onları. 

Xacə varlısa da, kəmin pərizad 

 

97

Hüsnüylə varlıdır ondan neçə qat. 



Hüsnündən əlavə o gözəl afət 

Çəng ilə, səs ilə qazanıb şöhrət, 

Guya onun çəngi, onun xoş səsi 

Dərhal ovsunlayır eşidən kəsi. 

Bu xəbər ağızdan-ağıza düşdü, 

Nəhayət xacə də gəlib yetişdi. 

Yoxlamaq qəsdilə bu deyiləni 

Şəhər qarşıladı çindən gələni. 

Gördülər düz deyib arif adamlar: 

Xacə dindar imiş, olduqça dindar- 

Gördülər çox-çoxdur onda səxavət, 

Edir gecə-gündüz haqqa ibadət. 

İbadət edəndə ilahisinə, 

Gördülər, bənzəyir nur haləsinə

Pərdə dalındakı o mahtaban da, 

Xacədən qalmazdı şərəfdə, şanda. 

Xacə bir dənizin olsa gövhəri, 

Huri nəslindəndi o gözəl pəri. 

Xacənin ümmantək genişdi əli, 

İnçitək tutmuşdu həmin gözəli. 

Bulud arxasında gəzən günəştək 

Rübəndi üzündən çəkmirdi mələk. 

Kafurtək ağ idi rübəndi, özü. 

Pünhandı ağ bulud içrə gün üzü. 

Əyninə geydiyi nə varsa ağdı, 

Yerdə qalan rəngdən o qız uzaqdı. 

Hər gün iki kərə-səhər və axşam 

Nəğmə oxuyardı həmin güləndam. 

Kökləyib pərdədə o öz çəngini

Həmavaz edərdi xoş ahəngini. 




 

98 


Elə kök üstündə oxuyur o şux, 

Dinləyən adamı tərk eləyir ruh. 

Onun yaşadığı evin yanından 

Adamlar çəkilib getmir heç zaman, 

İçəri buraxmır amma kimsəni, 

Hələ açan yoxdur o ağ pərdəni. 

Elə gün olmur ki, orda bir insan 

Həyəcan içində tapşırmasın can. 

Çoxunu taqətdən salıb o mahnı, 

Çoxunun canını alıb o mahnı. 

Onda səs də gözəl, ahəng də xoşdur, 

O səsi dinləyib ölmək də xoşdur. 

O huri çənkini kökləyən zaman

Salırdı Xarəzmi tabü tavandan. 

O müğənni qızda olan məharət 

Elin şahına da çatdı nəhayət. 

Qəsrə çağırmağı qət elədikcə, 

Kəsdi qabağını hörmətli xacə. 

Şah verdi geydiyi libasa təğyir, 

Dedi: «Məhəbbətdə nə şah, nə fəqir!» 

Başqa adamlara qarışdı dərhal, 

Nəğməkar onu da elədi bihal. 

Artdı müğənnini görmək həvəsi, 

Şahdan güçlü çıxdı bir qız nəfəsi. 

Şahın göndərdiyi neçə şux sənəm 

Gedib müğənniylə oldular həmdəm. 

İşlədi bə'zisi bir kəniz kimi, 

Yanaşdı bə'zisi bir ənis kimi. 

Qızlar gəlib şaha ərz etdi bir-bir: 

«Özü nəğməsindən daha gözəldir!» 

Şah sevda oduna alışdı, yandı, 

 

99



Onun vüsalını həsrətlə andı. 

İstədi yaxından görsün hüsnünü

Görsün o aləmə nur saçan günü. 

Məhəbbət əqlini əlindən aldı, 

Axırda araya elçi də saldı. 

İstədi alaraq o pərizadı 

Möhtərəm xacənin olsun övladı. 

Amma ki, vermədi bu bir nətiçə. 

Şaha belə cavab göndərdi xacə: 

«Sənin bu təklifin, ey əlahəzrət, 

Mənimtək bir qula verir şərafət. 

Sən qara torpağı göyə ucaltdan, 

Zərrəylə günəşi bərabər tutdun. 

Elə bir nəsildən deyiləm ki mən, 

Uçala mövqeyim yerdən göyəcən. 

Madam ki, sən fikir vermirsən buna, 

Nə fayda, bəxt mənə etmir etina. 

Mə'lumun olsun ki, ey şöhrətli şah, 

Bu sənəm nigahdan eləyir ikrah. 

Ona hüsn-camal bəxş eləyən haqq 

Ailə qurmaqdan salıbdır uzaq, 

Qəti qərar verib bu işdə o şah... 

Neçə hökm verir, versin indi şah...» 

Bu cavab sanma ki, faidə verdi, 

Gah hədə gəldi şah, gah və'də verdi. 

Hay-haray salaraq, qopartdı şivən, 

Xacəsə dönmədi öz dediyindən. 

Şah gördü məhəbbət güçlüdür ondan, 

Qalib çıxa bilməz bu imtahandan. 

Gördü yaman qara geçəcək günü 

Tez işə salmasa şahlıq hökmünü. 



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə