Microsoft Word Nevai Yeddi seyyare doc



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə12/20
tarix20.10.2017
ölçüsü0,56 Mb.
#5933
1   ...   8   9   10   11   12   13   14   15   ...   20

 

70 


CÜMƏ AXŞAMI 

 

BAHRAM ŞAH SƏNDƏLİ SARAYDA 

 

Çümə axşamıydı. Qocaman fələk 



Sürtmüşdü göylərə səndəli bir rəng. 

Dönüb əsən külək sərin bir mehə, 

Yaymışdı hər yana xoş bir rayihə. 

Bu səndəl ətri ki, ərzə saçıldı, 

Geçənin tünd qara rəngi açıldı. 

Əyninə geyərək səndəli paltar, 

Səndəli qəsrinə getdi hökmdar, 

Səndəl ağacından hazırlanan taxt 

Üstündə əyləşdi şad, xürrəm, xoşbaxt. 

Səndəl ətri saçan sərvi-xuraman 

Qarşıladı şahı xeyli mehriban. 

O bir parça səndəl atdı oçağa, 

Yayıldı səndəlin ətri otağa. 

Səndəli rəngində olan o qəsri 

Tamam məst elədi o səndəl ətri. 

Dolandı əllərdə gülkgn qədəhlər, 

Gecə xumarından qalmadı əsər. 

Mey paylayan saqi işlədib hiylə, 

Qarışdırmış idi səndəli meylə. 

Tamam yox olunca günün şüası, 

Açdı qanadını geçə qarğası. 

O öz qanadını açdı mükəmməl, 

Göydə ulduz-ulduz parladı səndzl. 

Vaxtı yetişinçə, şahın sənəmi 

Ayrıldı səndəli bir günəş kimİ. 

Yuxuya getməkçün şahi-zamanə, 

 

71

İstədi dinləsin xoş bir əfsanə. 



Tez hazır etdilər başqa səyyahı, 

O idi söhbətin, sözün allahı. 

Dedilər: «Gəl otur, bir əfsanə de, 

Dünya sirrlərindən bir nişanə de.» 

Xeyir-dua verdi nağılçı əvvəl, 

Sanki nəfəsindən saçıldı səndəl. 

Dedi: «Nə qədər ki, yanır kəhkəşan, 

Dolanır ulduzlar, dövr edir zaMan, 

Göydən uça olsun məqamın sənin, 

Ulduzlardan iti getsin köhlənin!» 

Elə ki, qurtardı bu dürfəşanlıq, 

Səyyah hekayətə başladı artıq. 

 

 

ALTINÇI SƏYYAHIN HEKAYƏTİ 



 

Belə nəql edirlər, ikicə nəfər 

Məğribdən Məşriqə edirdi səfər. 

Yol üstündə rastlaşıb o iki nəfər, 

Biri digərinə oldu həmsəfər. 

Müqbil adlanırdı onlardan biri, 

Çox keçib getmişdi tozlu çölləri. 

Müdbir adlanırdı o biri çavan, 

Keçdiyi dənizdi, gördüyü tufan. 

Doğruluq yolunu seçmişdi Müqbil, 

Xeyirxahlıq edib gəzirdi el-el. 

Müdbirdə yox idi düzlükdən nişan

Xalqa Ancaq ziyan dəyirdi ondan. 

Kəlkb bir səhraya yetişdi onlar, 

Ordan gen qaçırdı vaqif olanlar. 



 

72 


O çöldə gül-çiçək, hətta axar su, 

Verirdi qətranla kükürd qoxusu. 

Üfunat saçırdı daşı-torpağı, 

Boğurdu insanı buxarı-buğu. 

Atəş deyirdilər bu yerdə yelə, 

Kimə toxunurdu-Dönürdü külə. 

Sonra həmin külü alovlu ruzgar 

Toztək gəzdirirdi diyarbədiyar. 

Orda yaşamağa yox idi imkan

Kim qədəm bassaydı verməliydi can. 

Yanıb kül olmuşdu o çöl bürküdən. 

Əbəs ad verməyib ora ad verən: 

«Şeytan vadisi»ydi o yerin adı, 

Vardı hər addımda bir cüt isbatı. 

Çölün dəhşətindən tutmayıb xəbər, 

Bir xeyli yol getdi o iki nəfər. 

Çöldə görünmürdü bir həyat izi, 

Doğrudan qorxuncdu «Şeytan vadisi!» 

Gördülər nə ucu, nə bucağı var, 

Ancaq qət etməyə verdilər qərar, 

Dedilər: «hər dərdə edib təhəmmül, 

Yollanaq, allaha edib təvəkkül!» 

Günəş artırınça hərarətini, 

Müdbir zahir etdi xasiyyətini. 

Gah deyinirdi ki: «havadırmı bu? 

Allahın adına rəvadırmı bu?» 

Gah da deyirdi ki: «Qüdrətli allah 

Yarada bilməyib burda seyrangah.» 

Ağzını açınça o xəbis, axmaq 

Allaha e'tiraz edirdi ancaq. 

Elə ki, əl çəkdi pərvərdigardan, 

 

73



Öz yol yoldaşına oxudu meydan

Dedi: «Mənim kimi bir ağıllı kaş 

Əsla olmayaydı səninlə yoldaş! 

Sənə rast gəldiyim o günə lə'nət! 

Ucbatından işim bəd gətirir, bəd!» 

Müqbil kömək umub tanrıdan bu an 

Dua eləyirdi ona durmadan. 

Nəsihət etsə də yol yoldaşına, 

Nəsihət kirmirdi onun başına. 

Onlar çəkdisə də bir xeyli zillət, 

Axır o səhranı eylədilər qət. 

Gözdən itdisə də dəhşət səhrası, 

Göründü qarşıda dərd-qəm dəryası. 

Müqbil dost əlindən gəlmişdi cana, 

İstədi «əlvida» söyləsin ona. 

Başından etməkçün həmin həmdəmi, 

Dedi: «Gəlib çatdı ayrılıq dəmi.» 

Yalvarıb-yaxardı Müdbir dostuna, 

Peşman olduğunu bildirdi ona. 

Axıtdı gözünün seltək yaşını, 

Uzanıb torpağa döydü başını. 

Elə üzrxahlıq etdi ki Müdbir, 

Onun günahını əfv etdi Müqbil. 

O nə etmişdisə çıxartdı yaddan, 

Bilmədi sözləri yalandır, yalan, 

Gəlib yanaşdılar onlar limana

Gördülər gəmilər durub yan-yana. 

Gedən adamlardan alıb xəbəri, 

Tapdılar Məşriqə gedən kəsləri. 

Gəmi sahibinə yanaşıb bir-bir, 

Verdi yol haqqını Müqbillə Müdbir. 



 

74 


Gəmiçi onlara verdi bir qayıq, 

Qayıq kiçik idi-iki adamlıq. 

Həmin o qayığı bu iki nəfər 

Dayanmış gəmiyə bənd elədilər. 

Onlara bir xeyli adam qoşuldu, 

Gəmi su üzündə uçan quş oldu. 

Müdbir yağdıraraq yenə də lə'nət, 

Fələkdən, allahdan etdi şikayət. 

Müqbilin qisməti səadət idi, 

İşi təsbeh ilə ibadət idi. 

Qurtarmış olsa da onu xatadan, 

Müdbir gileyliydi yenə xudadan. 

Mindi söz atına, çapdıqça çapdı... 

Birdən tufan qalxdı, fırtına qopdu. 

Çalxaladı suyu şiddətli ruzgar, 

Düşdü vahiməyə bütün yolçular. 

Müdbir hey deyirdi: «Böyük yaradan! 

Görmürəm mən səndə məntiqdən nişan. 

Çöldə susuzluqdan üzmüşdün bizi, 

Qətlgah eylədin indi dənizi. 

O bundan yamandı, bu ondan yaman

Buna çaşbaş qalır düşünən, qanan!» 

Müdbirin ağzından çıxınça bu söz, 

Daha bərk çalxanıb kükrədi dəniz. 

Qovdu dağ dalğalar biri-birini, 

Yel qırdı qayığın boz kəndirini. 

Bu məl'un tufanın iti ruzgarı 

Qovdu hər qayığı bir səmtə sarı. 

Tufan nə'rə çəkdi, haray qopardı, 

Yellər gəmini də alıb apardı. 

Niçat tapanların sayı azdı, az, 

 

75



Müqbil də, Müdbir də oldular xilas. 

Onların davamsız, tək qayığı da 

Zədələnmiş halda üzürdü suda. 

Zədələnmiş görüb qayığı, dindi, 

Müdbir özbaşına yenə deyindi. 

Müqbil namazını yetirib sona, 

Əl açıb yalvardı öz tanrısına. 

Bir yandan üzürdü onu bu tufan, 

Bir yandan dostunun etdiyi tüğyan. 

Axır duasını eşidib tanrı, 

Yatırtdı hay-haray salan ruzgarı, 

Sular sakitləşib dincəldi artıq, 

Üzdü aram-aram o kiçik qayıq. 

Müqbil göz gəzdirib mavi sulara, 

Çox şükür eylədi pərvərdigara. 

Elə bu məqamda, elə bu anda 

Qaralan bir nöqtə gördü ümmanda. 

O qədər çökmədi, həmin qaraltı 

Mavi asimanın rəngini aldı. 

Sərin bir meh əsdi o qaraltıdan, 

O meh dirilikdən verirdi nişan. 

Demə ləpələrin nəfəsiymiş o, 

İsa peyğəmbərin nəfəsiymiş o. 

Səndəl qoxuyurdu o mehin ətri

Bu əvəzsiz idi Müqbildən ötrü. 

Minnətlə yad edib pərvərdigarı, 

Sürdü qayığını o səmtə sarı. 

Onun qayığını bəxt özü sürdü, 

Müqbil qaraltını yaxında gördü. 

Səndəl ağaçıymış o görünən şey, 

Boyu ərşə qədər, yarpağı gömköy. 



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə