Microsoft Word Nevai Yeddi seyyare doc



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə7/20
tarix20.10.2017
ölçüsü0,56 Mb.
#5933
1   2   3   4   5   6   7   8   9   10   ...   20

 

40 


Yeni güç gəlmişdi əl-ayağına, 

Yetişdi az sonra şahın bağına. 

Cevnə bağ içində içmədəydi mey, 

Yanında həsrətlə inləyirdi ney. 

Məs'ud itdiyini biləndən bəri

Başından aşırdı qəmin selləri. 

Onu yad etdikcə çəkirdi ah-zar, 

Qarışırdı meyə tökdüyü yaşlar. 

Kirincə o bağa taleyi küskün, 

Sataşdı gözünə öz atı «gülkgn», 

Dalırkən şübhəyə o öz-özünə, 

Birdən öz damğası dəydi gözünə. 

Lap yəqin etdi ki, oz atıdır bu, 

Dedi: «Bu kerçəkdir, yoxsa bir yuxu? 

Həmin qonaq bura eyləmiş güzar

Vermiş hökmdara atı yadikar.» 

Bir az getməmişdi Məs'ud o bağda, 

Çatdı qulağına tanış bir səda. 

Gördü öz sazıyla ötür şux gözəl, 

Tanışdı Məs'uda oxunan qəzəl. 

O geçən günlərin xatirəsilə 

Yenə də könlünə düşdü vəlvələ. 

Birdən öz-özünə dedi astadai: 

«Nəğməkar qızı da satıb o mehman!» 

Məclis olan yerə basarkən qədəm, 

Sehrli camı da gördü həmin dəm. 

Lnıb keçmişləri bağrı qan oldu, 

Qəlbi parçalandı, gözləri doldu. 

Lenə varlığını qəm etdi bihal, 

Başının üstünü aldı dərd, məlal. 

Boşalıb qolları düşdü taqətdən, 

 

41



Dedi: «Ğ.y yaradan, nə görürəm mən?» 

Birdən şaha tərəf çe^vrilib haman, 

Baxınca gördü ki, budur o mehman. 

Sarsılıb vücudu düşdü təvandan

Lakin öz adını saxladı pünhan, 

Dedi: «Tanıtdırsam özümü əgər, 

Qəsdən gəldiyimi şah güman eylər. 

Deyər göstərdiyi ehtiramlara 

Mükafat almağa gəlmişdir bura.» 

Aldılar tabağı onun başından, 

Gerdülər boğulur lap göz yaşından. 

Birdən barmağını dişləyərək o, 

Atıldı bayıra qəlbində alov. 

Sür'ətlə yüyürüb xiyabanları, 

Gedirdi bağdakı qapıya sarı. 

Cevnəyə verdiyi dözləti-varı 

Dehliyə çatdıran təraz qulları 

Şahın qapısında düzülmüşdülər, 

Birdən bu qəribə saldılar nəzər. 

Köhnə sahibini tanıdı hər kəs, 

Məs'ud xəcalətdən dayandı dinməz. 

Görüncə bu halı dərdə düşdülər, 

Onun qabağına yüyürüşdülər. 

Tezcə ayağına deşəndi hər kəs, 

Saldı fəryadları asimana səs. 

Qoşuldu onlara bəlalı Məs'ud, 

Gözləri qan oldu, bənizi bulud. 

Eşikdə baş verən bu macəralar 

Oldu bir ləhzədə şaha aşikar. 

Xəbərdar edincə onu xadimi

Çıxdı sarayından ildırım kimi 



 

42 


Görəndə dostunu bu görkəmdə şah, 

Gözündə kainat qaraldı nagah. 

Qucaqlayıb onu tökdü göz yaşı, 

Əyildi Cevnəyə Məs'udun başı. 

Onlara səs verən Çin müğənnisi, 

Məs'udun vəfalı gezəl kənizi 

Yaşlara qərq etdi gül çöhrələri, 

Dolandı başına pərvanələri, 

İztirab atəşi olunca təskin, 

Şah neçə xidmətçi eylədi tə'yin. 

Dedi: «Yuyundurun əziz mehmanı.» 

Qızın yanındaydı Məs'udun canı. 

Odur ki, başına gələnləri bir-bir 

Ötəri olsa da eylədi təsvir. 

Şah bu əhvalatdan olub xəbərdar, 

Seçdi kənizlərdən neçə şux nigar. 

Onlar qərq olaraq ipəyə, şala, 

Tez minib atları, düşdülər yola. 

Neçə xacə ilə bir bölük pəri 

Axtarıb tapdılar həmin dilbəri. 

Onu qərq eləyib ipəyə, şala, 

Qoyub kəcavəyə düşdülər yola. 

Çatarkən saraya həmin gülbəniz, 

Durdu xidmətinə yüzlərcə kəniz. 

Məs'ud da hamama kirib soyundu

Qız gələn ə kimi təmiz yuyundu. 

Çıxanda verdilər gülkgn libaslar, 

Vermişdi Cevnəyə o belə paltar. 

Geyindi-kecindi Məs'ud şah kimi, 

Çağırdı yanına hindin hagimi, 

Yenə oğlu kimi boynunu qucdu, 

 

43



Bütün hadisəni bir-bir soruşdu. 

Məs'ud əhvalatı etdikcə izah, 

Bu qəmli dastana ağlayırdı şah. 

Məs'udla yenidən olaraq həmdərd, 

Gecəli-gündüzlü edirdi sehbət. 

O qızla Məs'uda toy etdi Çevnə, 

Verdi hər birinə neçə xəziiə. 

Məs'udu Təraza eylədi vali

Verdi üstündə də neçə mahalı. 

Gül açdı Məs'udun arzusu-kamı, 

Gülgün meylə doldu gül rzngli çamı. 

Məllövün, Ceysurun boynu vuruldu, 

Ölkə bu fərmandan xəbərdar oldu. 

Boyadı onların qanı torpağı... 

Baxın, nə xoş gəlib yenə yaz çağı. 

Tutmuş gülüstanı bitməz axınlar, 

Güllərlə bəzənmiş dostlar-yaxınlar. 

Nə xoş açılmışdır kainat gülü, 

hər şeydən gözəldir bu həyat gülü. 

Bitirdi sözünü o gövhərsaçan, 

Şah da xəbər tutdu onun halından. 

Bildi tərazlıdır onun da əsli, 

Məs'ud ovladıdır bəlkə də nəsli. 

Bu nəcib insanla dost oldu Bəhram, 

Bağışladı ona ağ gün, xoş məqam. 

Təraz dastanı ki, axıra çatdı, 

Bəhrqm rahatlaiıb şirinçə yatdı. 



 

44 


ÇƏRŞƏNBƏ 

BƏHRAM ŞAH MAVİ SARAYDA 

 

Çərşənbə günündə nilufər açdı, 

Kemənin karvanı baş aldı qaçdı. 

Zərrin libasını geyinən günəş 

Qəlbində ehtiras, gözündə atəş

Mavi boşluqlara çıxdı seyran, 

Nilufər taxtından baxdı hər yana. 

Nilufər rəngində libas geyib şah, 

Nilufər sarayı etdi qərargah. 

Firuzə bir qədəh kötürub ələ, 

Onda yaqut şərab içdi fərəhlə. 

Nilufər libaslı, ay üzlü afət 

Verdi günəş kimi cahana zinət. 

Qğmaşdırmaq uçün gözlzri nurla, 

Günəş göy atlazda doğdu qürurla. 

Libası rəngində bir piyalədən 

Bəhram mey içərək, şad oldu qəlbən. 

Gizlədib günəşi, o mavi günbəd. 

Lacivərd rəngini edəndə zülmət

Gündüzün gəmisi batdı haman dəm, 

Bir qara pərdəyə büründü  aləm. 

Şah bu məçlisə də verib nəhayət, 

Yatıb dincəlməyi bildi məsləhət. 

Ona şirin yuxu diləyib haqdan, 

Bütün xidmətçilər çıxdı otağdan. 

Gün çəkilir kimi nəzərdən axşam 

Pərdə arxasına çəkildi Bəhram. 

Qulamlar yenə də göstərərək cəhd, 

Bir dünyagörmüşü gətirdilər çəld. 

Ona hörmət edib adətlərincə, 

Pərdə qabağında yer göstərincə

Ucaldı bir səda pərdədən yenə 

 

45

Ki, başlasın qonaq hekayətinə. 



 


Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə