Microsoft Word O. Xayyam Rubailzr doc



Yüklə 334,63 Kb.
Pdf görüntüsü
səhifə5/10
tarix24.12.2017
ölçüsü334,63 Kb.
#17901
1   2   3   4   5   6   7   8   9   10

 

21

Kuzeyçin boğazlar, qulplar yoğurmuş. 



 

Yolum kərxanəyə düşmüşdü dünən, 

Orada minlərcə kuzə gördüm mən. 

Hərə öz diliylə mənə deyirdi: 

Hanı kuzə alan, satan, düzəldən? 

 

 



Gəlişimdən fayda görmədi həyat, 

Getsəm də dəyişməz qoca kainat 

Bu gəliş – gedişin səbəbi nədir? 

Eşidə bilmədim kimsədən, heyhat. 

 

 

Cənnət – cəhənnəmə girən yox, könül, 



Gedib o dünyanı görən yox, könül, 

Ümid və qorxumuz o şeydəndir ki, 

Onlardan heç nişan verən yox, könül. 

 

 



Sərxoşa rast gəlsə dolu piyala, 

Onu sındırmağı almaz xəyala. 

Nazənin başları, zərif əlləri 

Kim qurdu, kim qırdı saldı bu hala. 

 

 

Tanrı, yaratmısan bir incə dilbər, 



Bir dodağı şəkər, saçları ənbər, 

Sonra da deyirsən ona baxma, bu 

Əy, ancaq dağıtma deməyə bənzər. 

 

 



Ağlı olan suya düzərmi kərpic, 

Kilsəyə, məscidə uyan gicdir – gic! 

Kim deyir ki, Xəyyam cəhənnəmlikdir 

Cəhənnəmi görüb, gələn varmı heç?  

 

Mey ver, saqi, həyat bircə nəfəsdir, 



Bir an şadlıq etsən dünyada bəsdir. 

 

22



Nə tapsan qane ol, cahanda arzun 

Baş tutmaz, çırpınmaq, məncə, əbəsdir! 

 

Nə  görsən insanda xeyirdən, şərdən, 



Hər kədər, hər sevinc gəlsə qədərdən 

Fələkdən bilmə ki, ağıl yolunda 

Min dəfə acizdir fələk bəşərdən. 

 

 



Bizi pəncəsində sıxmamış zaman 

Mey içək, ömrümüz xoş keçsin bir an. 

Dünyadan gedəndə bu zalım fələk 

Bir su içməyə də verməyir aman. 

 

 

Tutaq, Ərəstu tək vardır hikmətin, 



Qeysər, Fəğrur kimi vardır qüdrətin, 

Cəmşidin camından şərab iç, çünki 

Torpağın altında sönər şöhrətin! 

 

 



Ey şəhər müftisi, səndən pərgarıq, 

Bunca sərxoşluqla səndən huşyarıq. 

Biz şərab içirik, sən xalq qanını, 

İnsaf et, hansımız daha qəddarıq. 

 

 

Bu fələk bənzəyir çevrilmiş tasa



Zirəng insanları batırır yasa. 

Qədəhlə şüşənin dostluğu qandır, 

Dodaq – dodağa da öpüşmüş olsa. 

 

 



Tusun barısında gördüm ki, bir quş 

Caynağında Keyin başını tutmuş. 

Kəlləyə söyləyir, əfsuslar olsun, 

Zənglərin səsini aləm unutmuş. 

 

Bu torpaq ki, onu tapdayır heyvan, 




 

23

Olmuş bir zamanlar gül üzlü canan. 



Eyvanda gördüyün kərpic yaranmış 

Vəzir barmağından, sultan başından. 

 

Bu fələk çox insan əkib biçmişdir, 



Dərd çəkmək, qəm yemək faydasız işdir. 

Ey saqi, durma, tez mənə badə ver! 

Mey içim, olanlar olub keçmişdir. 

 

 



İnsan kəlləsindən kasalar quran, 

Qədəhlər yaradıb naxışlar vuran 

Mənim vücudumdan kasa yaratdı 

Onu məhəbbətlə doldurdu hər an. 

 

 

Çöldən külək kimi, çaydan sel kimi 



Gördüm bu gün yenə keçən ömrümü, 

Qayıtmayan günün, gəlməmiş günün 

Dərdilə inləməz qəlbimin simi. 

 

 



Əcəlin ovçusu tor quran zaman 

Tutduğu ovuna ad qoydu: insan. 

Dünyada nə yaxşı – yaman iş görsə, 

İnsanın boynuna yükləyir haman. 

 

 

Basqın eləməmiş sənə qəm – kədər 



Əmr elə, gül rəngli şərab versinlər. 

Qızıl deyilsən ki, ey qafil, səni 

Basdırsın, yenə də çıxarsın bəşər. 

 

 



Xəbərin varmıdır, ağarınca dan, 

Nə üçün xoruzlar qaldırır fəğan? 

Deyirlər: ömründən keçən gecəni, 

Dur, seyr et səhərin saf aynasından. 

 

 

24



Fələyin altında daim möhkəm ol, 

Şərab iç bu odlu dünyada bol – bol. 

Zənn et ki, torpağın qucağındasan, 

Budur əvvəl – axır gedəcəyin yol. 

 

Ey fələk, zalımlıq ədavətindir, 



Aləmi dağıtmaq bir adətindir. 

Ey torpaq, bağrını söksək, dağıtsaq, 

Daş – qaşlar çıxar ki, ləyaqətindir. 

 

 



Yaşasan üç yüz il, beş yüz il, min il 

Bu köhnə dünyadan gedəcəksən, bil. 

İstər dilənçi ol, istərsə şah ol

Sonda qiymət birdir, iki cür deyil. 

 

 

Sən könül qırmağı eyləsən adət,  



İnsan  incitməyi bilsən səadət, 

Ağlın matəmində otur, ey nadan! 

Bil ki, əksik deyil səndən rəzalət. 

 

 



Qoyma qucaqlasın qəm – kədər səni, 

Burax bir tərəfə dərdi, qüssəni. 

Üstünə çəkməmiş ac torpaq hasar 

Seyr et axar suyu, gülü, süsəni. 

 

 

O qəsr ki, göyə çiyin vururdu, 



Şahlar dərgahında boyun bururdu, 

Gördüm eyvanına qonmuş bir qumru, 

Daima oxuyur: ku –ku – ku – ku – ku

1



 

Ey gül, bənzəyirsən zərif yanağa

Ey mey, bənzəyirsən incə dodağa, 

Ey tale, özünü dost göstərərək, 

                                                 

1

 



 Ку – щаны, щаны? 


 

25

Çalışıb salırsan məni ayağa. 



 

Fələk ürəyimə söylədi pünhan: 

Nə görsə qədərdən – qəzadan insan 

Məndən bilir, ancaq mənim qüdrətim 

Olsaydı gəzməzdim belə sərgərdan. 

Bir ağıllı insan gördüm röyada, 

Söylədi: - Yuxudan gəlməz bir fayda. 

Yoldaşdır ölümlə yuxu çox zaman, 

Qəbirdə yatarsan qoca dünyada. 

 

 



Məzhəb – din düşünür bir yığın insan, 

Bir yığın də «şəklə» «yəqində» heyran. 

«Qafillər, yol nə o, nə budur» - deyə 

Pusqudan qışqırır biri  nagahan.  

 

 

Könül, rast gəlməsən tikənə, xara, 



Yetişə bilməzsən gül üzlü yara. 

Yüz parça olmasa darağın bağrı 

Heç əli çatarmı ipək saçlara!.. 

 

 



Gördüm ki, bazarda bir çömləkçi var, 

Bir parça palçığı döyüb ayaqlar. 

Palçıq deyir: - Mən də sənin kimiydim, 

Gəl məni incidib etmə bunca xar.  

 

 

Bir tayfa aldanıb uydu qürurə, 



Bir tayfa vuruldu cənnətə, hurə. 

Pərdələr qalxınca sənin kuyundan, 

Uzaq düşdükləri çıxar zühurə. 

 

 



Əzəlin sirrini bilmərik sən, mən. 

Bir şey dərk etmərik bu gizli sirrdən, 

Pərdə arxasında gedir söhbətlər

 

26



Sən, mən sağ qalmarıq pərdə qalxırkən. 

 

Nə kilsə əhliyəm, nə müsəlmanam, 



Haqq yaxşı bilir ki, nə torpaqdanam. 

Bir kafir dərvişəm, çirkin fahişə, 

Cənnətsiz, dünyasız, dinsiz insanam. 

 

Qurursan yolumun üstə min tələ, 



Deyirsən, tərpənsən, keçərsən ələ. 

Hər şey hökmündəsə, neçün günahkar 

Edirsən, salırsan məni əngələ?! 

 

 



Ey çömləkçi, əgər ağlın, huşun var, 

İnsan palçığını bunca etmə xar; 

Keyxosrov şahındır, Fridunundur 

Qəlibə qoyduğun əllər, barmaqlar. 

 

 

Deyirlər var cənnət, var huri, Kövsər. 



Axacaq çay kimi şərab, süd, şəkər. 

Bunun sağlığına qədəh ver, saqi! 

Yüz min nisyə şeyə bircə nağd deyər. 

 

 



Nə qədər canında vardır qüvvətin, 

Azadlıq yolunda mətin ol, mətin! 

Rüstəm düşmən olsa, Hatəm dost sənə 

Olmasın onlardan qorxun, minnətin. 

 

 

Ömrün artsın deyə, görüncə bardaq



Dərhal dodağına dayadım dodaq. 

Bardaq pıçıldadı mənə: - şərab iç! 

Dünyaya bir dəfə gəlirsən ancaq. 

 

 



Ey Xəyyam, sərxoşsan əgər şərabdan, 

Yanında oturub gül üzlü canan, 




Yüklə 334,63 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə