Microsoft Word O. Xayyam Rubailzr doc



Yüklə 334,63 Kb.
Pdf görüntüsü
səhifə3/10
tarix24.12.2017
ölçüsü334,63 Kb.
#17901
1   2   3   4   5   6   7   8   9   10

 



                                                                                  filoloji 



elmləri 

namizədi 

Lalələr bitirən hər laləzarın 

Laləsi qanıdır bir şəhriyarın. 

Torpaqdan göyərən incə bənövşə 

Xalıdır bir gözəl dilbər nigarın. 

 

 

Bu ot ki göyərib çay qırağından 

Bitib bir dilbərin al dodağından. 

Asta gəz, çəməndə hər qızıl lalə 

Çıxıb gözəllərin boz torpağından. 

 

 

Bilinməz nə vaxtdan hərlənir bu tas; 



Nə zaman pozular bu gözəl əsas. 

Belə nazik fikri dərindən duyub, 

Ağıl ölçüsüylə dərk etmək olmaz. 

 

 



Bizdən əvvəl varmış bu axşam – səhər, 

Yəqin bir məqsədlə dönərmiş göylər. 

Amandır, asta gəz, göz bəbəyidir 

Nazənin gözəlin, bu gəzdiyin yer. 

 

 

Səhərin mehindən açılıb güllər, 



Gül – çiçək eşqilə ötür bülbüllər. 

Zövq al bu bağçadan, çox belə güllər 

Yaradıb, sovurub torpağa illər. 

 

 



Dünən meyxanada mən bir qocadan 

Soruşdum ki, gedib bu qədər insan, 

Onlardan xəbər ver. Dedi: - Şərab iç! 

Gedənlər qayıtmaz bir də heç zaman. 

 

 

Səhər zamanıdır, ey nazlı dilbər! 



 

10

Mey gətir, çal sazı, oxu nəğmələr. 



Yüz min cəmşidləri, keykavusları 

Yer udub, unudub daş qərinələr. 

Gəldik, getdik, dünya nə fayda gördü? 

Ömrümüzün kökü harda göyərdi, 

Fələkin odunda yanan canlardan 

Yüksələn tüstüdən kim xəbər verdi. 

 

 

Həyatın sirrini bilsəydi ürək, 



Bilərdi ölümün sirri nə demək. 

Bu gün sağlığında bir şey bilməyən 

Ölüb getdi, sabah nə dərk edəcək? 

 

 



Əfsus, gəncliyimin dövranı getdi, 

Ömrümün xoş bahar zamanı getdi, 

Gənclik dedikləri o quş, bilmirəm, 

Nə zaman tərk edib bu canı getdi. 

 

 

Düşmə arxasınca sən biliklərin, 



Oxşa tellərini incə dilbərin. 

Zəmanə qanını tökməzdən əvvəl 

Mey iç, meyxanalar olsun qoy yerin. 

 

 



Əkmə qəm acağı qəlbində bir an, 

Şadlıq kitabını oxu hər zamanı. 

Şərab iç, xoş keçin, bəlli bir şeydir 

 Dünyada nə qədər yaşayır insan. 

 

 

Sabahı bilən yox, olma pərişan, 



Çalış, qəlbin dərddən olmasın şan – şan; 

Şərab iç, ay üzlüm, ay işığında; 

Çox gəzər ay, bizdən tapmaz bir nişan. 

 

 




 

11

Bahardır, seyrə çıx bir çəmənzara



Yoldaş ol iki – üç gözəl dildara. 

Qədəhi al ələ, badə içənlər 

Uymaz məscidlərə, kəlisalara. 

 

Nə yazıq, saraldıq bir yarpaq kimi, 



Biçdi ömrümüzü göy

1

 oraq kimi. 



Göz yumub açınca yaşamadıq, ah! 

Söndü həyatımız bir çıraq kimi. 

 

 

Madam gönlümüzcə olmayacaq iş, 



Nə fayda verəcək çalışmaq, təşviş! 

Dünyaya gec gəldik, tez getməliyik 

Deyə, bu həsrətlə günümüz keçmiş. 

 

 



Səadət axtarma, həyat bir andır. 

Hər toz Cəmşid şahdan, Keydən nişandır. 

Ömrün mahiyyəti, dünyanın halı  

Röyadır, xəyaldır, ahdır, yalandır. 

 

 

Yazdır, bulut gülə səpir jaləni, 



Qalx, şərab içməyə al piyaləni. 

Bu gün seyrangahın olan çəmənlər. 

Qəbrindən bitirər sabah laləni. 

 

 



Hər çiçək yaratsa bu qoca dövran, 

Yenə də torpaqla eyləyər yeksan. 

Bulut su yerinə torpaq çəksəydi 

Yağardı göylərdən dost qanı hər an. 

 

 

Xəyyam ki, tikərdi hikmət xeyməsi, 



Yandırdı ömrünü qəmin kürəsi. 

                                                 

1

 Эюй – фяляк. 



 

12

Ömrünün ipini əcəl qayçısı 



Qırıb məhv elədi,  çıxmadı səsi. 

 

 



 

Sadəlövh könlümdən mən cana gəldim, 

Cəfakeş canımdan fəğana gəldim, 

Mənsiz də dünyanın işi keçərmiş, 

Əcəba, nə üçün cahana gəldim?! 

 

 



Könül, zəmanədən ehsan gözləmə, 

Dövran gərdişindən səhman gözləmə, 

Sən dərman axtarsan, artacaq dərdin 

Döz acı dərdinə, dərman gözləmə. 

 

 

Mey içsən ağıllı bir insanla iç



Ya incə gülüşlü bir cananla iç 

Çox içmə, gizlin iç, meyə alışma, 

İçsən xumar gözlü bir ceyranla iç. 

 

 



Göyləri  bəzəyən parlaq ulduzlar 

Dünyaya gəlirlər, gedirlər təkrar, 

Göyün ətəyində, yerin qoynunda 

Tanrı ölməyəncə doğulan xalq var. 

 

 

Toz oldu bu qara qəbrə gedənlər



Çürüdü, töküldü zərif bədənlər, 

Ah, bu nə şərabdır, getmiş özündən 

Ondan azca dadıb, az nuş edənlər. 

 

 



Biz bir oyuncağıq, fələk oyunbaz, 

Bu bir həqiqətdir, deyildir məcaz. 

Vücud səhnəsində oynadıq, bir – bir 

Ədəm sandığına görməsək olmaz. 




 

13

 



 

Çətin sövdalara düşmə heç zaman, 

Doldur piyaləni, nuş et durmadan. 

Üzümün qızıyla oturub keyf çək 

Haram qız yaxşıdır, halal anadan. 

 

14



İnsana daima qəm verir fələk

Bir qursa, birini dağıtsın gərək. 

Dünyaya gəlməyən bilsə gələnlər 

Nə çəkir, gəlməkçün bəsləməz dilək. 

 

 

Biz getsək yenə də duracaq cahan, 



Bizdən qalmayacaq bir iz, bir nişan. 

Biz yoxkən çəkmirdi o heç bir zərər, 

Getsək də görünməz onda bir nöqsan. 

 

 



Ey fələk, xəsisə izzət verirsən, 

Ev, hamam, dəyirman, sərvət verirsən, 

Sənin tək fələkə tüpürmək gərək

Azad adamlara zillət verirsən. 

 

 

Ey dost, tamah üçün gəzib dörd yanı, 



Nə qədər ölçəsən bütün dünyanı 

Gediblər, gedərik, gəlib – gedərlər, 

Bir an muradınca yaşayan hanı! 

 

 



Ulduzla doludur bu böyük eyvan, 

Onlara çox ağıl qalmışdır heyran. 

Ağıl kələfini itirmə əsla! 

Kainat özü də qalıb sərgardan. 

 

 

Saqi, xoş ətrili qırmızı mey ver, 



Boş danışıqlara qoyma qalsın yer! 

Zaman torpağımı kuzə etməmiş 

Mey içim, edim mən çəmənzari seyr. 

 

 



Xoş həyat kədərlə vurulmaz başa, 

Şad könül şüşəsi çırpılmaz daşa. 

Kim bilir dünyada nələr olacaq! 



Yüklə 334,63 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə