Microsoft Word O. Xayyam Rubailzr doc



Yüklə 334,63 Kb.
Pdf görüntüsü
səhifə6/10
tarix24.12.2017
ölçüsü334,63 Kb.
#17901
1   2   3   4   5   6   7   8   9   10

 

27

İndi ki, dünyanın sonu yoxluqdur 



Xoş keçin var ikən, elə bil yoxsan. 

 

Bənövşə geyincə bir mavi paltar, 



Gülün yaxasını açınca rüzgar 

Ağıllı, bir gümüş bədənli qızla, 

Mey içər, qədəhi bir daşa çarpar. 

 

Mey xoşdur Kavusun səltənətindən, 



Tusdan, Qubad şahın məmləkətindən, 

Səhər bir aşiqin çəkdiyi nalə 

Xoşdur min zahidin ibadətindən. 

 

 



Ey saqi, onlar ki köçdülər qabaq

Yatıblar, onları örtübdür torpaq. 

Şərab iç, düz sözü gəl eşit məndən –  

Hər nə söyləmişlər küləkdir ancaq. 

 

 

Nə olar rahatlıq üzünü görsək, 



Ya bu uzun yolun sonuna irsək. 

Yüz min il keçincə torpaqdan, ey kaş! 

Bir yaşıl ot kimi yenə göyərsək. 

 

 



Səni səadətə aparan ağıl, 

Gündə xitab edir, söyləyir: ayıl! 

Ot kimi biçildin, bitməyəcəksən 

Ömrün hər anından istifadə qıl. 

 

 

Qoy olsun əlimdə üzüm badəsi, 



Başımda sevimli dilbər həvəsi. 

Deyirlər ki, tanrı tövbə vəd etmiş, 

Qoy özünə qalsın onun tövbəsi. 

 

 



Saqi, lalə rəngli mey gətir, aman, 

 

28



Axıt sürahinin boğazından qan. 

Mənim dostlarımın içində bu gün 

Badədən təmiz bir məhrəm yox, inan. 

 

Yaşardı gözləri sıx bulutların, 



Mey iç, seyrinə çıx gülün, gülzarın. 

Torpağından bitən bu otlar, sabah 

Seyrəngahı olar çox insanların. 

 

O saraylarda ki, mey içmiş Bəhram, 



Orda ceyranlara şirlər olmuş ram. 

Kəməndlə gur tutan Bəhram gör indi 

Gorda yatıb necə olmuşdur aram. 

 

 



Nə soyuqdur, nə də isti bir andır 

Bulut gül üzünü yuyan zamandır. 

Bülbül qızıl gülə pıçıldayır ki, 

Fürsəti qaçırma, mey iç, amandır. 

 

 

Bu köhnə saray ki, adıdır aləm, 



Gecəyə, gündüzə çapardır hər dəm. 

Burda şahlıq edib məzara girmiş 

Yüz minlərlə Bəhram yüz minlərlə Cəm. 

 

 



Ey gözəl, dur bizim xətrimizçün gəl

Olsun müşkülümüz cəmalınla həll! 

Qədəh qayrılmamış torpağımızdan 

Dolandır qədəhi məclisdə əl – əl. 

 

 

Bir nəfəs yol vardır küfrdən dinə, 



Bir nəfəs yol vardır şəkdən yəqinə, 

Ömrünün hasili bu bir nəfəsdir, 

Bu əziz nəfəsi xoş keçir yenə. 

 

 




 

29

Əlimdə olsaydı əgər iqtidar, 



Bu köhnə fələki kökündən yıxar. 

Təzədən elə bir fələk qurardım 

Ki, hamı yaşardı azad, bəxtiyar. 

 

Dünya – ömrümüzdən keçən bir andır, 



Ceyhun – gözümüzdən axan neysandır. 

Cəhənnəm – boş əmək qığılcımıdır, 

Cənnətsə xoş keçən rahat zamandır. 

 

Onlar ki, oldular ağıl dəryası, 



Saçdılar ellərə ürfan ziyası, 

Qaranlıq gecədən baş çıxarmadan 

Bir əfsanə dedi, çatdı röyası. 

 

 



Ətrim var, sərv tək ucadır başım, 

Bir güləm, lalələr olub yoldaşım. 

Bilinməz torpağın şadlıq evində 

Neçin bəzəmişdir məni nəqqaşım. 

 

 

Bu kuzə mənim tək aşiqi – zarmış, 



Yarın tellərini öpüb oxşarmış, 

Boynunda gördüyün qulpu bir əlmiş 

Cananın boynunu qucaqlayarmış. 

 

 



Gül dedi: - Bu qədər gözəlliklə mən 

Nə dərdlər çəkirəm gülab çəkəndən. 

Bülbül dilə gəlib söylədi gülə: 

İllərcə ağlayır bir dəfə gülən. 

 

 

Yaradan dünyanı neçin yaratdı! 



Sonra dəyişməyə neçin əl atdı. 

Əgər gözəldisə məhvi nə layiq? 

Çirkinsə nə üçün qüsura batdı. 

 

 



30

 

Gözəl bir dilbərlə oturub dünən 



Bir bulaq başında mey içirdim mən

Elə bir çıxırdı səhər günəşi 

Qarşıma qoyduğum billur qədəhdən. 

 

Nə yazıq, ömrümüz getdi tufana, 



Döndü çox ciyərlər əcəldən qana. 

O dünyadan dönüb gələn olmadı; 

Bilək neyləyirlər orda insana. 

 

Yerləri, göyləri yaradan ancaq 



Vurdu bizim qəmli sinəmizə dağ. 

Yaqut dodaqları, ipək saçları 

Çəkdi yer altına, eyləydi torpaq. 

 

 



Əcəlin çənginə düşüncə həmən 

Ömrümün ağacı qopar kökündən, 

Onda torpağımdan qədəh düzəlsə 

Şərabla dolunca dirilərəm mən. 

 

 

Mənəvi aləmin baş səsidir eşq, 



Gəncliyin ən gözəl nəğməsidir eşq

Ey eşq aləmindən xəbərsiz olan, 

Anla ki, həyatın nəşəsidir eşq. 

 

 



Könlüm heç bilikdən olmadı məhrum, 

Bir çox sirrlər mənə oldular məfhum. 

Yaşadım dünyada yetmiş iki il 

Yenə heç nə mənə olmadı məlum. 

 

 

Bu gecə batmanlıq qədəhə keçdim, 



Doymaqçün ən böyük qədəhlə içdim. 

Ağlımı, dinimi boşayaraq mən 

Meynənin qızını nişanlı seçdim. 



 

31

 



 

Səhərdir, gəl içək gül rəngli badə, 

Bu adi şöhrəti gəl verək badə. 

Yarın tellərini öpüb saz çalaq, 

Uzaq əməllərdən qaçaq dünyadə. 

 

Tövbə rəvamıdır mey olan yerdə, 



Onu izləyirlər tərk edənlər də. 

Tövbənin yerimi çiçəklər açıb 

Bülbül şirin nəğmə oxuyan yerdə? 

 

Kimin bir çörəklik buğdası vardır, 



Başını çəkməyə yuvası vardır, 

Nə ağadır, nə də kimsəyə nökər

Şad olsun, zənn etsin dünyası vardır. 

 

 



İndi ki, hər şadlıq getmişdir badə, 

Bir yaxşı dost qalıb o da ki, badə. 

Buraxma sevinclə qədəhi əldən, 

Köməyin bir odur sənin dünyadə. 

 

 

Açılmaz heç kəsə əsrar pərdəsi, 



Çatmaz boş göylərə kimsənin səsi. 

Torpağın altından başqa mənzil yox, 

Uzundur dünyanın bu əfsanəsi. 

 

 



Bu fələk ki, bizi hərlədir hər an, 

Seçilməz sehrbaz fanuslarından. 

Günəş çırağıdır, dünya fənəri

Bizsə şəkil kimi içində heyran. 

 

 

Ağıllı insançün dolanmaz fələk, 



Birdir, göyü yeddi, ya səkkiz bilək. 

Ya çöldə qurd yesin, ya da qarışqa, 

 

32

Madamki ölüm var, boşdur hər dilək. 



 

 

Başımda olsa da məstlik havası 



Şərab ver, şərabdır ruhun qidası. 

Dünya əfsanədir, ovcuma mey qoy! 

Ömür bir küləkdir, yoxdur vəfası. 

 

Bir balıq ördəklə qovrulan zaman 



Dedi: - Ümid varmı bir də bu arxdan 

Çəkilmiş su gəlsin, ördək söylədi: 

 - Biz yanandan sonra qoy qopsun tufan. 

 

Yaz bulutlarından yuyunur çiçək



Yenidən olmuşdur dünya sevincək! 

Gül üzlü dilbərlə mey iç çəməndə, 

Ölən insanların yadilə kef çək. 

 

 



Ömrümdə heç ayıq olmamışam mən, 

Qədir gecəsi də sərxoşam meydən. 

Dodağımda qədəh, küplə döş – döşə 

Yatıb qalacağam yerdə sübhəcən. 

 

 

Mənə həyat verən sənsən, neyləyim, 



İpimi əyirən sənsən, neyləyim, 

Yaxşılıq, yamanlıq nə gəlsə məndən 

Yazıb rəva görən sənsən, neyləyim. 

 

 



Qorxma bu cahanın hadisatından, 

Çəkir hadisələr dünyada bir an. 

Ömrü qənimət bil, keçmişdən qorxma! 

Çəkinmə gələcək günçün heç zaman. 

 

 

Bəs deyilmi bunca xalqı incitmək, 



Yazıq insanların ətini didmək, 


Yüklə 334,63 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə