Microsoft Word O. Xayyam Rubailzr doc



Yüklə 334,63 Kb.
Pdf görüntüsü
səhifə4/10
tarix24.12.2017
ölçüsü334,63 Kb.
#17901
1   2   3   4   5   6   7   8   9   10

 

15

Şərab iç, ay üzlü gözəl sev, yaşa. 



Qələndərxislət ol, meyxana axtar, 

Sevdiyin yar olsun, mey, kamança, tar. 

Əlinnə qədəh al, çiyninə kuzə, 

Vaxtı boş keçirmə, mey iç, ey nigar! 

 

 

Bir yolun üstündə torpağımızdan 



Kuzə düzəltməmiş kuzəçi, canan! 

Doldur, o zərərsiz kuzədən mey iç, 

Ver bir də mən içim, zövq alaq bir an. 

 

 



Gördüm bir rind minib yer səməndinə, 

İnanmır heç küfrə, islama, dinə. 

Kimdə cürət vardır bu arif kimi 

Şəkk gətipsin haqqa, şərrə, yəqinə. 

 

 

Kuzəni, qədəhi alıb, ay gözəl, 



Bir bulaq başına çəmənzarə gəl! 

Çox  ayüzlüləri bu fələk yüz yol 

Kuzəyə döndərib, məhv edib əcəl. 

 

 



Bahardır mey içir çəməndə lalə,  

Bir  incə dilbərlə qaldır piyalə 

Bu mavi göy yıxıb səni torpağa 

Bir gün həyatını verər zəvalə. 

 

Madam çox yaşamır dünyadə insan, 



Meysiz, sevgilisiz yaşama bir an. 

Axtarma qədimdir, tazədir aləm, 

İstər bizdən sonra uçulsun cahan. 

 

Əl çəkmir, ey könül, qəm – kədər səndən, 



Ruhun ayrılacaq bir gün bədəndən. 

 

16



Hələ torpağından səbzə

1

 bitməmiş 



Xoş yaşa, ayrılma yaşıl çəməndən. 

Gəlmədim arzumla bura gəlirkən

Getmək də yəqindir dünya evindən. 

Ey yüngül ayaqlı saqi, şərab ver! 

Cahanın qəmini meylə yuyum mən. 

 

 



Gördüm ki, tikilir uca bir bina, 

Döyüb ayaqlayır palçığı bənna. 

Palçıq deyir: - Sən də torpaq olarsan, 

Gəl əzab çəkdirmə insan oğluna. 

 

 

Gülərkən baharda çiçəklər, güllər, 



Çəməndə mey versə bir nazlı dilbər 

Başqalara bu söz çirkin olsa da, 

İtəm cənnət adı çəksəm mən əgər. 

 

 



Nifaq bayrağını  ataraq həmən, 

Qoca yaşda şərab içəcəyəm mən. 

İndi kef çəkməyim, bəs nə vaxt çəkim; 

Yaşım ki, keçmişdir mənim yetmişdən. 

 

 

Ömür keçdi istər şirin, istər təlx, 



Peymanə doldumu, nə Bəğdad, nə Bəlx. 

Bizdən sonra bu ay çox batıb – çıxar; 

Şərab iç, bu qəflət yuxusundan qalx. 

 

 



Əsir olma bunca qoxuya, rəngə. 

Düşünmə çirkini, uyma qəşəngə. 

Olsan dirlik suyu – Zəmzəm çeşməsi 

Yer udub döndərər səni səhəngə. 

 

                                                 



1

 

Сябзя – эюй от. 




 

17

Bir zaman məktəbə getdim uşaqkən, 



Bir zaman sevindim dəbirliyimdən. 

İşə bax, dünyaya su kimi gəldim, 

Sonra külək kimi əsib, getdim mən. 

 

Zöhrəni yaradan gündən təbiət 



Yaratmayıb meydən gözəl bir nemət! 

Al şərabdan yaxşı nə ola bilər! 

Mey satan, bax, buna edirəm heyrət. 

 

 



Badə verən saqi olsa bir dilbər, 

Dirlik suyu olsa şərabım əgər, 

Zöhrə mütrüb olsa, İsa da həmdəm 

Əyləyə bilmərəm olsa qəm – kədər. 

 

 

Gül üzlü gözələ vurğundur könül, 



Əlimdə gül rəngli badə var, ey gül! 

Qoymaram ürəkdə bir arzum qalsın 

Dönüb ta cüzilər olmayınca küll. 

 

 



Eşqin kitabilə fala baxırkən 

Bir hal əhli gördüm çəmənlikdə mən. 

Dedi: - xoşbəxt odur ay tək yarı var, 

Sevgi gecəsi də uzundur ildən. 

 

 

Bir kaşı kuzəni sərxoşluğumdan 



Sındırıb, buraxdım dünən çox nöqsan. 

Kuzə dedi: - Mən də sənin kimiydim, 

Mənim tək olarsan sən də bir zaman. 

 

 



Sevgilim, gəl sənə mən verim xəbər. 

Yalnız iki sözlə deyim müxtəsər: 

Torpağa girərəm məhəbbətinlə, 

Eşqinlə qalxaram yerdən, ey dilbər. 

 

18

 



Ömrün məhv olmamış qanlı əcəldən 

Buraxma qədəhi, çiçəyi əldən. 

Doldur ətəyini qızıl güllərlə, 

Zövq al sərv boylu zərif gözəldən. 




 

19

Mey içim  gərək mən gənclik zamanı, 



Şərabla unudum bütün dünyanı. 

Acı olsa belə mey həyatımdır, 

Xoşdur acı ömrün ən çətin anı. 

 

 



Saqisiz, şərabsız bir dövran heçdir

Meysiz və nəğməsiz keçən an heçdir. 

Dünyaya baxdıqca görürəm yalnız 

Bir işrət qalacaq, bu cahan heçdir! 

 

 

Dərd çəkib, dünyadə fəryad eyləmə, 



Keçmiş kədərləri, gəl, yad eyləmə, 

Könül ver nazənin bir pərizada, 

Badə iç, ömrünü bərbad eyləmə. 

 

 



Yardı işığıylə gecəni məhtab, 

Bu an bir də gəlməz, durma, iç şərab! 

Düşər qəbrimizə çox ay işığı, 

Xoş ömür sürməyə fürsət axtar, tap. 

 

 

Aşiq içsin gərək il boyu badə, 



Divanə tək rüsvay olsun dünyadə. 

Ayıqkən çəkirik hər şeyçün kədər

Məst ikən veririk hər şeyi badə. 

 

 



Olmayaq gündəlik ağla biz düşkün…  

İstər  yüz il yaşa, istərsə beş gün 

Birdir, bu dünyadə zövq al, şərab iç, 

Kuzəyə dönmədən hələ sümüyün. 

 

Bir səhər səs gəldi meyxanəmizdən, 



Gəl ayrılma, ey rind divanə, bizdən. 

Həyat peymanəmiz dolmayınca, qalx, 

Zövq alaq bu dolu peymanəmizdən. 

 

20



 

Ey Xəyyam, bircə bax, dad çəkir cahan 

Dünyanın dərdini çəkən insandan. 

Mey iç sürahidən saz nəğməsilə, 

Dəyməmiş qədəhin daşa bir zaman. 

 

 



Düşərək əcəlin çənginə həmən 

Ömrümün ağacı qopsa kökündən 

Onda torpağımdan qədəh düzəldin, 

Bəlkə mey dolanda dirilərəm mən. 

 

 

Bu fələk heç kəsə sirrini açmaz, 



Sitəmlə öldürmüş min Mahmud – Ayaz. 

Ömür bir dəfədir, gül rəngli mey iç, 

Dünyadan gedənlər bir də qayıtmaz. 

 

 



Sənin kimi gözəl görməyib cahan, 

Əzizsən gözümdən, şirin canımdan. 

Bu dünyada candan şirin şey olmaz, 

Yüz cana dəyərsən, ey dilbər canan. 

 

 

Bu gündən sabaha yetişərmi əl? 



Xəyaldır sabahçün bəslənən əməl. 

Könlün oyaq ikən vaxtı itirmə, 

Daim yaşamağa vaxt verməz əcəl. 

 

 



Ağıl bu qədəhə söyləyir əhsən. 

Öpür məhəbbətlə min yol üzündən. 

Onu gör nə zərif yaratmış fələk, 

Sındırıb məhv edir sonra qəfildən. 

 

Bir kuzəçi gördüm ayaqda durmuş, 



İnsan torpağından tayalar vurmuş, 

Dilənçi əlindən, şah kəlləsindən 




Yüklə 334,63 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə