Microsoft Word O. Xayyam Rubailzr doc



Yüklə 334,63 Kb.
Pdf görüntüsü
səhifə2/10
tarix24.12.2017
ölçüsü334,63 Kb.
#17901
1   2   3   4   5   6   7   8   9   10

 

 Belə bir sual meydana çıxır: konkret elmlər sahəsində bir neçə 



kəşflər edən Ömər Xəyyam necə olmuş ki, ancaq kiçik rübailəri ilə dünya 

şöhrəti qazanmışdır? Bu suala cavab vermək istəyən  Şərq və  Qərb 

tədqiqatçıları çox haqlı olaraq qeyd etmişlər ki, Xəyyamı klassik dünya 

şairləri zirvəsinə qaldıran rübailəri misilsiz dərəcədə  sənətkaranə yazılmış 

və dörd sətir içərisində, cildlərlə kitaba yerləşən dərin, fəlsəfi fikirlər ifadə 

etmişdir.  Xəyyam  rübailərinin  bizdə  təkrar – təkrar çap edilməsinin bir 

səbəbi də onun materialist, atesit dünya görüşünün bu rübailərdə inikası 

olmuşdur. 

 

Xəyyamın bütün rübailəri dərin fəlsəfi fikirlərlə doludur. O hər 



şeyin  əsl mahiyyətini bilməyə çalışan, həqiqət axtaran, onu tapmadıqda 

məyus olan bir filosof – şairdir. Xəyyamın hər rübaisi insanı fikrə daldırır, 

onu ayıldır, onu bu dünyaya bağlayaraq, o biri dünyanın boş  vədlərindən 

uzaqlaşdırır. Buna görə  də müftilər, din xadimləri Xəyyamı kafir 

adlandıraraq, onu lənətləndirirdilər. Lakin Xəyyam ona etiraz edən belə 

müftilərə cavab olaraq, qorxmadan onları qaniçən adlandırır və  yüksək 

səslə deyirdi: 

 

 



 

Ey şəhər müftisi, səndən pərgarıq! 

  Bunca 

sərxoşluqla səndən huşyarıq. 

 

 

Biz şərab içirik sən xalq qanını, 



 

 

İnsaf et, hansımız daha qəddarıq? 



 

 Ömər Xəyyam Bağdada xəlifələrinin hələ fitva verdiyi tarixi 

şəraitdə yaşayıb yaradırdı. Bu zaman hər adam materialist ideyalar irəli 

sürmək, ateist fikirlər söyləmək qüdrətinə malik ola bilməzdi. Bu zaman hər 

kəs islamiyyəti bir cür şərh etməyə çalışaraq, onu hakim feodal dövlətinin, 

daha yararlı surətdə xidmətinə vermək istədiyi halda, ancaq Xəyyam  kimi 

cəsur bir filosofa yaraşardı ki, onlara gülərək desin: 

 

 



 

Məzhəb, din düşünür bir yığın insan, 

 

 

Bir yığın da «şəklə» «yəqində» heyran. 



  «Qafillər, yol nə o, nə budur!» - deyə 

  Pusqudan 

 

qışqırır biri nagahan. 



 

 

O, din xadimlərinin səsini batıraraq, deyirdi: 



 

 

 



Cənnət – cəhənnəmə girən yox, könül, 

  Gedib 


dünyanı görən yox, könül. 

 

 

Ümid və qorxumuz o şeydəndir ki, 



 

6

  Onlardan 



heç 

nişan verən yox, könül. 

 Buna 

görə də Xəyyam hər kəs üçün nəsib olan bu az ömrün mənalı 



və  şadlıqla keçməsini təbliğ edirdi. O hər  şeyin ancaq bu dünyada 

olduğunu, öləndən sonra hər şeyin bitdiyini dərk edirdi. Xəyyam o dünyaya 

köçüb gedənlərin çox olduğunu və  hər kəsin də qayıtmadığını göstərərək, 

oxucularını öyrədirdi ki; 

 

 

 



Şad ol, ömrü çarpma kədərlə daşa

  Bu 


zalım dünyada sən adil yaşa. 

 

 



İndi ki, dünyanın sonu yoxluqdur, 

 

 



Zənn et, yoxsan, ömrü azad vur başa. 

 

 



Xəyyam  cənnətin  də,  cəhənnəmin də bu dünyada olduğunu belə 

izah edirdi: 

 

  Dünya 


– 

ömrümüzdən keçən bir andır, 

  Ceyhun 

– 

gözümüzdən axan neysandır; 



 

 

Cəhənnəm – boş əməl qığılcımıdır, 



 

 

Cənnətsə xoş keçən rahat zamandır. 



 

 O, 


başqa bir rübaisində naəhl və yaramaz admlarla söhbəti 

cəhənnəm  adlandırmışdır. Beləliklə, aydın olur ki, Xəyyam çox kəskin bir 

surətdə dinin əleyhinə olmuş və bu dünyada hər səadəti insanın zəhmət və 

iradəsində görmüşdür. O, fəlakətlərin insandan gücsüz olduğunu öyrədərək 

(rübai 222), allahın varlığını inkar etmək dərəcəsinə  qədər yüksəlirdi. 

Xəyyam deyirdi: «Hər şey allah əlindədirsə bəs nə üçün o, yer üzündə bu 

qədər  ədalətsizliklər yaratmışdır, nə üçün o öz yaratdığını belə nöqsanlı 

etmişdir? Yaxud nə üçün o (allah) bütün əməllərini  əvvəlcədən alnına 

yazdığı  bəndəsinə nöqsan tutaraq, onu bu dünyada etdiyi işlərinə görə 

cəhənnəmdə yandırır?» (rübai 226, 228, 331)   

 

Nəhayət, Xəyyam dini  ehkamlara böyük bir zərbə vuraraq, bu 



dünyanın çox eybəcər yarandığını elan edirdi. Zülm, sitəmlə göylərə 

yüksələn həşəmətli sarayların uçulub gedəcəyini, onun xarabaları üzərində 

bayquşların ötəcəyini deyən Xəyyam öz dövrünün bütün qanunsuzluq və 

ədalətsizliklərinə bir ittihamçı kimi səsini yüksəldərək deyir: 

 

 

 



Əlimdə olsaydı əgər iqtidar 

  Bu 


köhnə fələki kökündən yıxar, 

 

 



Təzədən elə bir fələk qurardım 


 

 



 

Ki, hər kəs yaşardı azad, bəxtiyar. 

 

 

Şübhəsiz ki, belə ateist fikirlər Xəyyamın materialist görüşlərindən 



doğurdu. O, varlığın (maddənin) əbədiyyətini təsdiq edir, onun nə ibtidası, 

nə  də sonu olmadığını anlayırdı. O, insan şüurundan asılı olmayaraq, 

mövcud olan obyektiv varlığı  qəbul edirdisə  də, bu varlığın nədən ibarət 

olduğunu hələ kamil surətdə  dərk edə bilmirdi. Bir çox rübailərində 

Xəyyam özü verdiyi suallar qarşısında aciz qaldığını bildirir, bu «əvvəli və 

sonu bəlli olmayan, dairəvi dövr edən dünyada heç kəsin bizim haradan 

gəlib, haraya getdiyimizi» bilmədiyini irəli sürərək (rübai 21), bir aqnostik 

kimi varlığın  əsl mahiyyətini bilməyin hətta mümkün olmadığı  qənaətinə 

gəlirdi (rübai 13). Xəyyamın materializmi, mahiyyət etibarilə, nöqsanlı  və 

sensualist bir materializm idi. 

 Belə olduğu təqdirdə, şair bu dünyada vaxtını nəşədə keçirməyi və 

ömrünü dərd, ələm içində keçirməməyi məqsədə müvafiq bilirdi. Xəyyamın 

əsərlərində tez – tez təsadüf edilən nəşə, şərab, gözəl meyxana, çəng, saqi, 

çəmən, saz, nəğmə  və s. bu kimi sözlər onun məhz bu fikri ilə bağlıdır. 

Təəssüf ki, bəzi tədqiqatçılar Xəyyamın çox şərab içməkdən və gözəllərlə 

vaxt keçirməkdən bəhs etməsinə  əsaslanaraq, haqsızcasına onu əyyaş  və 

sərsəri adlandırmışlar. Bu fikir kökündən səhvdir. Xəyyam özü bir 

rübaisində  şərab içməkdən nə məqsədi olduğunu belə izah etmişdir: 

 

 

 



Mey iç sən, möhkəm ol, ağıldan qaçma, 

  Cahillik 

eyləyib söyləmə, saçma. 

 

 



İstəyirsən sənə mey halal olsun, 

 

 



Kimsəni incitmə, vurma, əl açma. 

 

 Yaxud: 



 

 

 



Mey içmək, şad olmaq ayinim mənim, 

 

 



Bilməməkdir küfrü din, dinim mənim. 

 

 



Dünya gəlininə dedim: « - Kəbinin?» 

  Dedi: 


« 

Şad könlündür kəbinim mənim». 



 

 Buradan 

aydın olur ki, Xəyyam, bütün həyatı zövqləri unudaraq, 

şərab içib özündən gedən sərxoş və pozğun bir əyyaş deyil, bəlkə, həkimanə 

və gözüaçıq bir surətdə ayıq yaşamağı, başqalarına  əziyyət verməməyi, 

xeyirxah olmağı  təliğ etmişdir. Ona görə  də    xalq  arasında «Xəyyamanə 

mey içməyi hər adam bacarmaz» - deyə bir məsəl də vardır. Xəyyam  

 

8



əvvəlcədən duyurdu ki, onu bir çoxları düzgün anlamayacaqlar, buna görə 

də bir rübaisində    hər tayfanın onu öz qabiliyyəti daxilində  dərk edib 

qiymətləndirəcəyini xəbər verirdi. 

*   *   * 

 

Xəyyamın rübailərinin miqdarı haqqında müxtəlif fikirlər vardır. 



Bəziləri bu irsi ancaq 121 rübaidən ibarət hesab etdikləri halda, bəziləri 

onun sayını minə  qədər artırmışlar. Tarixində ilk dəfə olaraq məşhur rus 

şərqşünası V.Jukovski Xəyyam  rübailərini tədqiq edərək, onun çox 

qarışdırıldığını aydın faktlarla sübut etmiş və  hətta Xəyyam adına çıxan 82 

rübainin Xaqani, Ənvəri, Sədi, Hafiz kimi məşhur şairlərə aid olduğunu da 

göstərmişdir. Buna görə  də  Xəyyamın görüşlərindən bəhs edən zaman 

başqa  şairə  məxsus olan rübailəri  əsas götürmək olmaz. bəzi Avropa 

şərqşünasları  məhz Xəyyamın qələminin məhsulu olmayan rübailərdən 

çıxış edərək, səhvən onu sufi şair adlandırmışlar. Halbuki Xəyyam bütün 

dinləri inkar etdiyi üçün, islam dini daxilində yaranmış bütün təriqətlərə də 

yabançı idi. 

 

Xəyyamın rübailəri ilk dəfə XIX əsrdə Fizcerald tərəfindən ingilis 



dilinə tərcümə edildikdən sonra, böyük sürətlə Avropada şöhrət qazandı və 

bir – birinin ardınca müxtəlif dillərə (fransız, alman, italyan, rus, türk və s. 

dillərə) gah nəsrlə, gah nəzmlə  tərgümə edildi. xəyyamı dünyanın məşhur 

filosofları olan – Höte, Heyne, Volterlə müqayisə etmişlər. Təsadüfi 

deyildir ki, Xəyyam şərq mənbələrində «həkim» adlandırılmışdır. Bu ləqəbi 

almaq tarixdə  hər  şairə  nəsib olmamışdır. Ömər Xəyyam  öz dövründə 

naəhl adamların onu əhatə etdiyindən  şikayətlənərək, hələ bir çox mənaları 

deməyib, qəlbində basdırdığı acı – acı qeyd etmişdir. 

 Lakin 

Xəyyamın demiş olduğu fikirləri də onu böyük bir şair kimi 



qiymətləndirməyə haqq verir. 

 

Xəyyam rübailəri hələ bu gün də başqa – başqa dillərə  tərcümə 



edilməkdədir. Onun rübailər kitabçası gözəl bir bayram hədiyyəsi kimi 

əldən – ələ  gəzir, məclislərdə  şən səslənən bir təmtəraqla oxunur, onun 

həyatı sevməyi, azad sevgini və  mənalı yaşamağı  təbliğ edən bu rübailəri 

ölməz bir qüvvəyə malikdir. 

 

Xəyyamın rübailəri ilə Azərbaycan xalqı  hələ XII əsrdən tanışdır. 



Dahi Nizami, Xaqani, Füzuli və başqa Azərbaycan klassikləri Xəyyamı 

sevə – sevə oxumuşlar. Onun rübailəri Azərbaycan xalqının dilində  əzbər 

olmuşdur. Xəyyamın rübailəri bir neçə dəfə Azərbaycan dilinə tərcümə və 

nəşr edilmişdir. 

 

                                                                                         M.S.Sultanov, 



Yüklə 334,63 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə