Microsoft Word O. Xayyam Rubailzr doc



Yüklə 334,63 Kb.
Pdf görüntüsü
səhifə7/10
tarix24.12.2017
ölçüsü334,63 Kb.
#17901
1   2   3   4   5   6   7   8   9   10

 

33

Tutaq ki, sənindir bütün bu dünya



Axırın nə olar – fənayə getmək. 

 

 



Maya olmasa da ağıllıya zər 

Yoxsulçün bu dünya zindana bənzər! 

Əliboş bənövşə bükmüş boynunu, 

Qızılgül qızılla belə gülümsər. 

 

Fələk əl çəkməyir mənə cəfadan, 



Edir alçaqlara lütfünü dövran. 

Odur qanla dolmuş sürahi sinəm, 

Piyalə gözümsə daima giryan. 

 

Bilmirəm yaradan nə verib mənə, 



Cənnətə gedərəm, ya cəhənnəmə. 

Burda saz, mey, gözəl, çəmən olsa nəqd. 

O nisyə cənnəti verərəm sənə. 

 

 



Bu ucsuz, bucaqsız dairədə sən 

İki cür insanı xoşbəxt görərsən. 

Bir qismi hər şeyi bilən, o biri 

Xəbərsiz yaşayan dünya işindən. 

 

 

Bü dönən fələkdə pis dövrana bax, 



Dostlar bir-bir çəkdi dünyadan ayaq. 

Şən ol, az ömründə dünənə baxma, 

Sabahı düşünmə, halı gör ancaq! 

 

 



Saz çalıb, kədərdən qoymayaq bir iz

Mey içək, şad olsun bir az qəlbimiz. 

Sataq səccadəni bir qədəh meyə, 

Dinin şüşəsini gəl sındıraq biz. 

 

 

Zəmanə qəmindən məhzun olub sən 



 

34

Nə qədər dərd çəkib yaş tökəcəksən. 



Bu qoca dünyadan çıxıb getməmiş 

Şərab iç, xoş keçin, qalma kefindən. 

 

 

İki gündə insan tapsa bir çörək, 



İçməyə bir az su, nə üçün gərək 

Özü kimi biri ağası olsun, 

Yaxud bir nəfərə işləsin qul tək. 

 

Keçir külək kimi ömrün karvanı, 



Qənimət bilməli zövqü səfanı. 

Saqi, gəl sabahı düşünmə, mey ver, 

Keçir gecə, gedir işrət zamanı. 

 

Çiçəkçün baharın ruzgarı xoşdur, 



Çəməndə gözəlin didarı xoşdur, 

Dünəndən nə qədər desən xoş deyil, 

Bu günün sövdası, dildarı xoşdur. 

 

 



Mey içmək, şad olmaq ayinim mənim

Bilməməkdir küfrü din, dinim mənim, 

Dünya gəlininə dedim: - Kəbinin? 

Dedi: - Şad könlündür kəbinim mənim. 

 

 

Pəhrizkarlar deyir öləndə insan 



Yatdığı kimi də qalxar torpaqdan. 

Mən yardan, şərabdan ayrılmıram ki, 

Onlarla bir olum dirilən zaman. 

 

 



Yetməzmi bu məscid, bu oruc, namaz! 

Yollan meyxanaya, şərab iç bir az. 

Bir gün torpağından kuzə qayrılar, 

Ey Xəyyam, bu ömür əbədi qalmaz. 

 

 



 

35

Bir şüşə mey olsa, bir divan



1

 olsa. 


Bir də məlahətli qəzəlxan olsa. 

Mənə xarabalıq xoşdur saraydan –  

Yanımda mehriban bir canan olsa. 

 

Cam olsun, mey olsun, saqi olsun, bağ, 



Bunlar mənim, nisyə cənnət sənin, bax. 

Cənnət – cəhənnəmin bəhsinə uyma

Cənnət - cəhənnəmə  kim basıb ayaq. 

 

Çalış bir yeməkçün, bir də paltarçün, 



Bunlar kifayətdir, düşünmə varçün. 

Dəyərlə ömrünü fənaya vermə 

Beş günlük dünyada boş arzularçün. 

Gətir yaqut rəngli şərabi sadə, 

Məhrəmdir azadlıq sevənə badə. 

Şərab ver, bilirsən, tez əsib keçən 

Küləyə bənzəyir ömür dünyadə. 

 

 



Gəl keçən günləri yadına salma, 

Sabahın hayına indidən qalma

Burax keçmişləri, gələcəkləri, 

Xoş keçir halını, qüssəyə dalma. 

 

 

Köhnə şərab içib məstəmsə məstəm, 



Kafir, atəşpərəst, ya bütpərəstəm. 

Barəmdə hərə bir fikir söyləyir, 

Aydındır öz işim, mənə hər kəsdən. 

 

 



Biz qəflət toruna düşmüş bir quşuq, 

Dünyanın dərdindən cana doymuşuq. 

Nə gəlmək arzumuz olub, nə getmək. 

Bu damsız, qapısız yerə uymuşuq. 

 

                                                 



1

 

 Диван – китаб. 



 

36

 



Çirkinə, gözələ baxmaz həqiqət

Birdir aşiqlərçün cəhənnəm, cənnət. 

Dərd əhli palaza, ətləzə baxmaz, 

Yastıqla kərpici seçməz məhəbbət. 

 

 

Ey yar, xərabatda eyləyək niyaz, 



Lazım deyil bizə ibadət, namaz 

Sənsən qiyamətim, həm də bu dünyam, 

İstər yandır məni, istər eylə raz. 

 

Sən hər müəmmanı duymazsan, könül, 



Nüktəli sözləri anlamaq müşkül. 

Yağut rəngli meydən burda cənnət qur, 

Cənnətə yetişmək müəyyən deyil. 

 

Ruhun ayrılanda bu şirin candan, 



Ədəm pərdəsində olarsan pünhan. 

Şərab iç, xoş keçin, bəlli deyildir 

Hardan gəlib, hara gedəcək insan. 

 

 



Olsan bu dünyada şəhvət düşkünü, 

Parlamaz ömrünün, bəxtinin günü, 

Düşün neyləyirsən, kimsən, nəçisən, 

Hara gedəcəksən ömrün son günü. 

 

 

İndi ki, meydanda yoxdur həqiqət, 



Vermə şübhələrlə ömrünə zəhmət. 

Bixəbər sərxoşla, bixəbər ayıq 

Birdir, eylə daim eyş ilə işrət. 

 

 



Ey dost, olan işçün çəkmə qəm, kədər, 

Səni incitməsin boş düşüncələr. 

Xoş keçin dünyada, sevinclə ömr et! 

Çünki getməyindən tutmazsan xəbər. 




 

37

 



 

Ey yalan satana aldanan insan

Beş günlük ömürçün çox çarpışırsan. 

Deyirsən ki, ölsəm gedərəm hara, 

Şərabı ver, hara gedirsən yollan. 

 

 



Dünyanı gözündə bəzəsələr də 

Meyl edib ağıllı qalmaz bu yerdə. 

Sənin tək çoxları gəlib getmişdir, 

Götür qismətini, gəlməzsən bir də. 

 

Bu səhralar dolur, boşalır hər an, 



Baxdıqca bu çölə oluram heyran. 

Çünki bilinməyir hardan gəlibdir, 

Haraya yollanır bu uzun karvan. 

 

Mey iç silinməmiş adın cahandan, 



Mey qəmi, qüssəni çıxarır candan. 

Elə bir gözəlin saçını tel – tel, 

Tel – tel etməyincə səni bu dövran. 

 

 



Bu fani dünyada çəkmə çox möhnət, 

Xoş keçin, daima qur eyşü işrət

Əgər bu dünyada vəfa olsaydı 

Sənə başqasından çatmazdı növbət. 

 

 

Bizə qəsd eləyir bu zalım fələk, 



Gəl çıxaq çəmənə, al şərab içək. 

Çox çəkməz, göyərər torpağımızdan 

Yaşıl çəmənlərdə əlvan gül – çiçək. 

 

 



Göydə Pərvin adlı bir öküz yaşar, 

Yer altında da bir başqa öküz var. 

Bu iki öküzün arasındasa 

 

38



Görər eşşəkləri aqil adamlar. 

 

 



Çox gəzdik çölləri, çəmənlikləri, 

Gəzdik bu dünyada bütün hər yeri. 

Hələ eşitmədik bir nəfər insan 

Bu heçlik yolundan qayıtsın geri. 

 

 

Qızıla, gümüşə uyma dünyada, 



Vermə pul yığmaqla ömrünü bada. 

Nəfəsin sönməmiş dostlarınla ye, 

Öldün düşmən yeyər, bunu sal  yada.  

 

Bu qoca dünyadan gedincə sən, mən 



Kərpiclə örtülər qəbrimiz həmən. 

Başqa qəbirlərçün torpağımızdan 

Kərpic düzələcək, bunu düşün sən. 

 

Görürəm çox canlar çəkmişdir torpaq



Çoxu yer altını eyləmiş yataq. 

Heçlik səhrasına baxıb görürəm 

Gedən çox, qayıdıb gələn yox ancaq. 

 

 



Palçığı yoğuran bu kuzəgərlər 

Ağılla, fikirlə etsinlər nəzər. 

İnsan bədənidir bu palçıq, neçün 

Döyüb incidirlər onu bu qədər. 

 

 

Məscidə gəlsək də biz bir niyazçün, 



Lakin gəlməmişdik bura namazçün. 

Canamaz oğurladıq burdan, köhnəldi. 

Gəlmişik biz yeni bir canamazçün. 

 

 



O gün ki əlimə alıram şərab, 

Elə bil, şadlıqdan oluram xərab. 




Yüklə 334,63 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə