Microsoft Word O. Xayyam Rubailzr doc



Yüklə 334,63 Kb.
Pdf görüntüsü
səhifə1/10
tarix24.12.2017
ölçüsü334,63 Kb.
#17901
  1   2   3   4   5   6   7   8   9   10


Ömər  Xəyyam 

 

 

 

 

 

Rübailər 

 

 

2



TƏRTİBÇİDƏN 

 

 

İranın XI əsrdə yaşamış görkəmli filosof şairi Ömər Xəyyam 



Azərbaycanın oxucuları arasında geniş  şöhrət tapmış, rübailəri Nizami 

dövründən bu günə  qədər xalqımız tərəfindən sevilə – sevilə oxunmuş  və 

əzbərlənmişdir. 

 

Təkcə XX əsrdə şairin lirik – fəlsəfi rübailəri Mikayıl Müşfiq, Mir 



Mehdi Seyidzadə,  Əkrəm Cəfər kimi nüfuzlu qələm ustaları  tərəfindən 

doğma dilimizə tərcümə edilmişdir. 

 Mikayıl Müşfiq keçən  əsrin 30-cu illərində  Xəyyamın rübailərinin 

bir qismini ana dilimizə çevirmiş, görkəmli alim və əruzşünas Əkrəm Cəfər 

isə  şairin bütün rübailərinin öz vəznini və qafiyə sistemini saxlamaqla 

tərcümə edərək ayrıca kitab haqqında nəşr etdirmişdir. 

 

İndi Ömər Xəyyamın oxuculara təqdim etdiyimiz «Rübailər» kitabı 



görkəmli  şairimiz Mir Mehdi Seyidzadənin yaradıcılıq axtarışlarının 

məhsuludur. 

 

Şair Ömər Xəyyamın rübailərindən etdiyi tərcüməni iki dəfə – 



1955-ci ildə və 1969-cu ildə ayrıca kitab şəklində çap etdirmişdir. Hər iki 

kəşfi müqayisə edərkən aydın olur ki, şair Ömər Xəyyamın rübailərinin 

tərcüməsinə çox ciddi yanaşmış, birinci nəşrdə  nəzərə çarpan nöqsanları 

düzəltmiş və o qədər də poetik olmayan misra və ifadələri yenidən işləyib 

təkmilləşdirmişdir. Məsələn, birinci nəşrdə (33-cü rübai): 

 

   Saqi, 



xoş ətrli qırmızı mey ver, 

 

 



 

Boş danışıqlara qoyma qalsın yer 

 

 

 



Zaman torpağımızı kuzə etməmiş 

   Mey 


içim, 

edim 


mən çəmənzarı seyr! – şəklində 

verilmiş    həmin rübai ikinci nəşrdə  aşağıdakı formada işlənib, 

təkmilləşdirilmiş, gözəlləşdirilmişdir: 

 

 



 

 

Gül rəngli şərab ver bizə, ey saqi! 



 

 

 



Uymayaq söhbətə, sözə, ey saqi. 

 

 



 

Bir kuzə mey gətir, torpağımızdan 

   Dövran 

düzəltməmiş kuzə, ey saqi.  

 Belə misalların sayını artırmaq da olar. 

 Bunu 


da 

oxucularımızın nəzərinə çatdırmağı lazım bilirəm ki, Ömər 

Xəyyam rübailərinin 1-ci nəşrinə görkəmli alimimiz, filologiya elmləri 

namizədi mərhum Məmmədağa Sultanov şairin dövrü həyatı və rübailərinin 

fəlsəfi mahiyyətini geniş şəkildə şərh edən dəyərli bir müqəddimə yazmışdı. 



 

Lakin bizə  məlum olmayan səbəblərdən həmin məqalə  şairin rübailərinin 



ikinci nəşrinə daxil edilməmişdir.  

 Oxucularımızın Xəyyam haqqında, rübailərinin məzmunu və ideya 

istiqaməti barədə düzgün, dolğun təsəvvür əldə etməsi üçün son dərəcə fay-

dalı olacağını nəzərə alaraq onu  şairin latın qrafikası ilə çap olunan bu ki-

tabına əlavə etməyi zəruri saydıq. 

 

İnanırıq ki, gözəl  şairimiz Mir Mehdi Seyidzadənin böyük 



məhəbbətlə  və ustalıqla, sadə  və  rəvan bir dildə doğma dilimizə çevirdiyi 

bu rübailər Xəyyamsevərlər və gənc oxucularımız tərəfindən sevinclə qarşı-

lanacaq və sevilə-sevilə oxunacaqdır. 

 

 



                                                   Əlibala Hacızadə 

 

16.03.2004.

 

Bakı 

 

 

 

 

 

 

 

 

 

 

 

4



ÖMƏR  XƏYYAM 

 

 Dünyanın mədəni xalqları arasında  şöhrət tapan klassik şairlərdən 

biri də XI əsr filosof şairi Ömər Xəyyamdır. 

 Ömər Xəyyamın həyatı haqqında  əlimizdə müfəssəl məlumat 

yoxdur. Ondan bəhs edən  şərq təzkirəçiləri  şairin həyatı haqqında demək 

olar ki, heç şey deməmişdir. Xəyyam yaradıcılığını  tədqiq edən  Şərq və 

Avropa alimlərinin  əsərlərində  də bu məsələ son dərəcə  səthi 

işıqlandırılmışdır. Hələlik, mənbələrdə bu böyük şair haqqında aşağıdakı 

məlumat verilməkdədir: 

 

Xəyyam  ( bəzən də Xəyyami) təxəllüsü ilə bütün dünyada şöhrət 



tapan, hikmətli rübai ustadının adı Ömər, atasının adı İbrahimdir. O, 1040-

cı ildə Xorasan əyalətinin Nişabur adlanan  mahalında  bir çadırçı ailəsində 

anadan olmuşdur. Xəyyam  təxəllüsü də atasının sənətindən alınmışdır. 

Ömər Xəyyam ibtidai təhsilini vətəni olan Nişaburda alaraq, öz dövrünün 

əsas elm sahələrinə yiyələnmişdir. O, xüsusilə hikmət, nicum, riyaziyyat, 

kimya və tibb elmləri üzrə çalışaraq, sonralar bu elmlər sahəsində  kəşflər 

belə etmişdir. Buna görə  də  Xəyyamın məşhur münəccim və riyaziyyatçı 

kimi də adı  çəkilməkdədir. O, poeziyaya meyl etmiş, misli görünməmiş 

dərin mənalı rübailər  yazmışdır. Xəyyamın ara-sıra yazdığı bu rübailər 

sonralar ona böyük şöhrət qazandırmış və onu dünya şairləri cərgəsinə daxil 

etmişdir.  Bu rübailər Xəyyamın yaradıcılığında miqdarca çox cüzi bir yer 

tutsa da, məzmunca olduqca mühüm fəlsəfi fikirlər ifadə etdiyindən daima 

diqqət mərkəzində olmuşdur. 

 Ömər Xəyyam, Məlikşah Səlcuqinin vəziri dərəcəsinə yüksələn, 

məşhur «Siyasətnamə» əsərinin müəllifi Nizamülmülklə, sonralar ismaililər 

firqəsinin başçısı olub, Səlcuq hökmdarlarını  qorxu  altında saxlayan Həsən 

Sabbahla bir məktəb yoldaşı olmuşdur. Lakin Xəyyam heç bir şöhrət və 

mənsəb sahibi olmağa çalışmamış, bütün ömrünü elmə, fəlsəfəyə  və 

poeziyaya sərf etmişdir. Xəyyam Yaxın  Şərqin bir çox məşhur  şəhərlərini 

gəzmiş  və dövrünün adlı-sanlı alimləri ilə tanış olaraq, yeri gəldikcə, 

onlarla elmi, ədəbi mübahisələr etmişdir. Ömər Xəyyam orta əsr feodalizmi 

şəraitində çox dəb olan məddah saray şairləri cərgəsinə daxil olmaq 

istəməmişdir.  Əksinə, o, azadlığı, mərdliyi hər  şeydən üstün tutaraq 

yaşamış, ancaq Məlikşahın rəsmi xahişi ilə özünün məşhur «Cəlali 

təqvimini» (Nicum cədvəlini) yaratmışdır. Bu təqvim bir çox cəhətdən hələ 

bu gün də öz elmi əhəmiyyətini itirməmişdir. 

 

Xəyyam 1123-cü ildə vətəni Nişaburda vəfat etmişdir. 



*   *   * 


Yüklə 334,63 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə