Microsoft Word O. Xayyam Rubailzr doc



Yüklə 334,63 Kb.
Pdf görüntüsü
səhifə10/10
tarix24.12.2017
ölçüsü334,63 Kb.
#17901
1   2   3   4   5   6   7   8   9   10

 

51

Sənin istədiyin  namaz  təsbehdir



Mənim sevdiyimdir canan, bir də cam. 

 

 



Könlüm dedi: məndə elmə var həvəs, 

Əlindən gəlirsə təlim eylə dərs. 

Ona dedim: əlif. Söylədi: yetər! 

Evdə adam varsa bir söz edər bəs. 

 

 

Şərab piyalədə lətif bir candır, 



Şüşənin cismində ruhi – rəvandır. 

Ağır adamlara mey layiq deyil 

Qədəhlə dostluğu xeyli zamandır. 

 

 



O kimdir dünyada etməsin günah; 

Günahsız bir insan yaşamaz əsla. 

Mənim pisliyimə pislik edirsən. 

Bəs bizim fərqimiz nədir, ay allah! 

 

 

Çiçək mövsimidir, yetər şəriət, 



İncə bir gözələ bağla məhəbbət. 

Gül üzlü cananla yaşıl çəməndə 

Mey iç, bir neçə gün etginən işrət. 

 

Yazıq o qəlbə ki, odu yox əsla, 



Bir gözəl eşqinə deyil mübtəla. 

Sevgisiz, sövdasız keçirdiyin gün, 

İnan ki, ən yaman gündür dünyada. 

 

Üç günlük ömründə iç yaqut şərab, 



Ömür dönməz geri, çəkmə iztirab. 

Görürsən ki, dünya hey xarablaşır. 

Sən də gecə – gündüz mey iç, ol xərab. 

 

 



Verir qızıl gülə bulut yaraşıq, 

 

52



Könlüm bu gül rəngli şəraba aşıq. 

Sevgilim, badə ver, yuxuya dalma! 

Hələ çəkilməyib göylərdən işıq. 

 

 



Bu aləm möhnətdir, zəmanə qəmdir, 

Fələk bir afətdir, cahan sitəmdir. 

Baxınca dünyaya görürəm: dərdsiz 

Az adam tapılar, dünya ələmdir. 

 

 

Gül dedi: - Yusifəm, Misrimdir çəmən. 



Ağzı qızıl dolu bir yaqutam mən. 

Dedim: - Yusifliyə nə nişanən var? 

Dedi: - Tanı məni al köynəyimdən. 

 

 



O gün ki, vuruldum o gül camala

Eşqim gündən – günə çatdı kamala. 

Lal kimi oluram səni görəndə, 

Mən susuz gəzirəm, axır şəlalə. 

 

 

Xilqətin başlıca mehvəriyik biz, 



Dərk etsən, bəsirət cövhəriyik biz, 

Cahan dairəsi qızıl bir üzük, 

Onun ən dəyərli gövhəriyik biz. 

 

Ağıllı adamla dost ol, söhbət aç, 



Namərddən uzaq ol  gündə min ağac 

Ağıllı zəhər də versə sənə, iç! 

Namərdin balından, şərbətindən qaç! 

 

Gördüm ki, bir qoca yatmışdır sərxoş, 



Şüuru olmuşdur şək – şübhədən boş. 

Mey içmiş, məst olmuş, yatmış sərsəm tək 

Bu hal gəlmiş ona ibadətdən xoş. 

 

 




 

53

Əcəlin əlindən qaçırtdığın an 



Quru yarpaq kimi düşür budaqdan. 

Torpağım xəlbirdən keçmədən əvvəl 

Həyatım sevinclə keçsin bir zaman. 

 

 



Gözəl bir səhərdir, qalx, oyan, saqi! 

Gül rəngli şərab ver, mehriban saqi! 

Vücudum eyvançün kərpic olmamış 

Fürsətkən şərab ver, mənə, can saqi! 

 

 

Saqisiz, şərabsız bu dövran heçdir, 



Neysiz, təranəsiz keçən an heçdir. 

Baxdıqca dünyaya deyirəm sənə 

Bir işrət qalacaq, bu cahan heçdir. 

 

 



O yaqut dodaqlı gözəl can hanı? 

Ruhu rahət edən o reyhan hanı? 

Mey haram olsa da müsəlmanlıqda 

Sən mey iç, qəm yemə, müsəlman hanı. 

 

 

Həqiqət ağacı bitməmiş yerdə, 



Doğruluq tapılmır sanki bəşərdə. 

Hər kəs yapışmışdır çürük budaqdan

Zərrəcə fərq yoxdur bütün günlərdə. 

 

A dostlar, yığışıb eylərkən ülfət, 



Məni salarsız siz yada, əlbət. 

Çevirin qədəhi şərab içərkən, 

Mənim sağlığıma çatınca növbət. 

 

Düşsən hər məclisə, düşsən hər elə, 



İki batman şərab keçirsən ələ, 

İç ki, bu dünyanı yaradan tanrı 

Düşünmür nə saqqal, nə də bığ belə. 

 

 



54

 

Şərab iç, şərabdır əbədi həyat, 



Gəncliyə zövq verir, nəşəyə qanad. 

Od kimi yaxsa da dirlik suyu tək 

Yüyüb kədərləri, qurur min busat. 

 

 



Dəhrin bu torpağı, dünyanın tozu 

Olub gözəllərin bir zaman üzü. 

Yavaş sil tozunu nazəninlərin, 

Bir gözəl olmuşdur bu tozun özü. 

 

 

Məni sevgisilə inlədən nigar 



Olub başqa yerdə qəmə giriftar. 

Dərdimə mən necə əlac eylərəm, 

Bir halda ki, olub təbibim bimar. 

 

 



Şadlıq köynəyimi daim yırtaraq, 

Mənə qəm verirsən, ey fələk, ancaq. 

Sərin küləyimi döndərib oda, 

İçdiyim saf suyu edirsən torpaq. 

 

 

Əhl – hal adama can qurbandır, can. 



Əhlin ayağına baş qoyar insan. 

Düzü, cəhənnəmi bilmək istəsən, 

Naəhl söhbətidir cəhənnəm, inan. 

 

Ey Xəyyam, bədənin çadıra bənzər, 



Ruh isə sultandır, bəqadə gəzər. 

Sultan duran kimi əcəl fərraşı 

Başqa bir  mənzildə çadırı bəzər. 

 

Meyxanəyə sərxoş getmişdim dünən. 



Çiynində kuzə bir qoca gördüm mən. 

Soruşdur ki, haqdan heç utanmırsan? 

Dedi: - Sus, şərab iç, əfv etmək həqdən. 



 

55

 



 

Meyə, kababadır meylim daima

Saza, rübabadır meylim daima, 

Mənim torpağımdan qədəh düzəlsə 

Deyər: şərabadır meylim daima. 

 

 



Ayıq ol, fitnədir işi zamanın, 

Qılıncı itidir azğın dövranın. 

Ağzına zəmanə paxlava qoysa 

Yemə, zəhərlidir, məhv olar canın. 

 

 

Könül, mübtəlayə olma mübtəla! 



Sevmə seviləni, çəkərsən bəla. 

Dərvişlərlə dostluq eylə, bəlkə də 

Ağıllı bir dostun, aşinan ola. 

 

 



Şərab deyil, ruhun səfasıdır o, 

Kədərli qəlbimin dəvasıdır o. 

Dolu ver xeyrabdır, şərab deyildir, 

Çünki dərdli könlün şəfasıdır o. 

 

 

A dostlar, görüşüb siz olunca şad, 



Qəlbiniz qüssədən olunca azad, 

Əlinə odlu mey alınca saqi, 

Məni də xeyr ilə edərsiniz yad. 

 

Çalış inciməsin səndən heç bir kəs, 



Qəzəblə kimsəni yandırmaq əbəs! 

Rahatlıq istəsən özünü incit, 

Adam incidənlər rahat gün görməz. 

 

Mey haramdır, ancaq kimə haramdır, 



Qədəh yoldaşların necə adamdır? 

Nə qədər içirsən, bu üç şərtlə, iç, 

 

56

Şərabı içməyən bil ki, avamdır. 



 

 

A dostum, şadlıqla ömrü vur başa. 



Bu başsız fələkdən qorxusuz yaşa. 

Otur qənaətin bir bucağında, 

Çarxın oyununa eylə tamaşa. 

 

 



Bir bulaq başında mey içib, zövq al. 

Olmasın qəlbində küdurət, məlal. 

Dəyərli ömrümüz on gündür bizim, 

Üzün gülər olsun, dodaqların al. 

 

 

Deyirlər mey içmə, gəlibdir şəban. 



Gərək rəcəbdə də içməsin insan. 

Bu aylar tanrının olsun, indi mən 

İçirəm, mənimdir çünki rəməzan. 

 

 



Aləm keçicidir, daim keyfə bax

Ruhun bədəninçin çox bağıracaq. 

Bu baş çanaqları kuzəgərlərin 

Təpiyi altında olacaq torpaq. 

 

 

Xoş keçin, qüssədən qurtarmaz insan, 



Göydə ulduzlarda baş verər qərran. 

Sənin bədənindən olan kərpicdən 

Tikilir sarayçün, evlərçün eyvan. 

 

Bir şüşə mey olsa, bir çay qırağı, 



Bir də sevgilimin zərif dodağı. 

Cənnət, cəhənnəmə uymaram əsla 

Deyərəm: - Şərab ver, durma, ey saqi! 

 

Könül ayırmayır tələdən dəni, 



Gah sevir məscidi, gah da badəni. 


 

57

Məsciddə xam deyil, yarla, şərabla 



Meyxanada puxtə axtarın məni. 

 

 



Bilməsəm də əsla nədir ibadət, 

Günahkar olmağı etsəm də adət, 

Ümid kəsməmişəm kəramətindən; 

Çünki doğruluğu etmişəm sənət. 

 

 

Hər varlıq, hər yoxluq bəllidir mənə. 



Bilirəm zil nədir, bilirəm bəm nə. 

Əgər sərxoşluqdan yüksək şey bilsəm 

Qoy cəhl deyilsin Xəyyam, elminə! 

 

 



Pərgara bənzərik səninlə, ey yar! 

Başımız ikidir, bir canımız var. 

Əvvəl dairə tək nöqtələr keçib, 

Sonra birləşirik, ey gözəl nigar. 

 

 

Bir zaman bu kasa yaranıb gözəl, 



Sınıb, indi örtüb üstünü xəzəl. 

Yolçu, həqarətlə tapdayıb keçmə, 

İnsan kəlləsiymiş çünki bu əvvəl. 

 

 



Bir gün üzüm suyu içməsəm əgər, 

Dəhrin padzəhrini sanaram zəhər. 

Qəm – qüssə zəhərdir, meydir dərmanı, 

Qorxmaram zəhərdən içincə padzəhr. 

 

Həyatından ötən hər dəqiqəni 



Xoş keçir, buraxma zövqü, nəşəni 

Bu vücud mayası ömrü hər necə 

Keçirsən, elə də saxlayar səni. 

 

Tikan çatar mənə yetməsə də gül, 



 

58

Nur olmasa, odla dolanar könül. 



Çatmasa əmmamə, xirqə, şeyxlik, mən 

Xaçla, kilsə ilə ötüşərəm, bil. 

 

 

Hər kəs meyxanada dolansa əgər 



O salmaz yaxşıya, yamana nəzər. 

Dünya və axirət yansa, dağılsa, 

Sərxoşa arpaca eyləməz əsər. 

 

 



Tordan qaçdı ömür balığım həmən, 

Ömrü sərsəm kimi boş keçirdim mən. 

Hər anı dünyaya dəyən həyatım 

Nə yazıq ki, müftə getdi əlimdən. 

 

 

Ey fələk, halımı eyləmədin saz, 



Bir gün eşitmədim səndən xoş avaz. 

Nə deyim sənin tək kəcrəftara mən, 

Verdiyin bir sevinc yüz dərdsiz olmaz. 

 

 



Ey Xəyyam, günahçün nədir bu matəm? 

Dərdin azalarmı yesən qüssə – qəm. 

Günah eyləməsən əfv olunmazsan 

Əfv günahçün gəlib, çəkmə dərd, ələm. 

 

 

Günəş kəməndini atıbdır dama, 



Gündüz şərabını doldurub cama. 

Səhər əzançısı deyir şərab iç! 

Şərab iç sədası düşüb hər yana. 

 

Ağılsız adamla mey içmə, zinhar. 



Çirkin işlərilə qəlbini qırar. 

Gecə sərxoşluqda salar gurultu, 

Səhər üzrü səni incidib yorar. 

 



 

59

Qalx, qalx yatağından, qalx, oyan, saqi, 



Şərab ver, şərab ver, mehriban saqi! 

Başımın kasası kuzə olmamış 

Mey tök kasalara bardaqdan, saqi! 

 

 



Özündən dərs alar işdən xəbərdar. 

Bilər nə gətirmiş, nə də aparar. 

Deyirsən ölmək var şərab içmirəm, 

İçsən, içməsən də, şəksiz, ölüm var. 

 

 

Necə ki, rəngindən dönməz yasəmən



Qədəh də öyləcə ayrılmaz meydən. 

Xeyr, səhv elədim, badə bir sudur, 

Xislətdə fərqi yox yanar atəşdən. 

 

 



Orucluq yetişdi, iş oldu əngəl, 

Şəraba, gözələ vurmaq olmaz əl. 

İçilməmiş qaldı aldığım şərab, 

Dəyilməmiş qaldı sevdiyim gözəl. 

 

 

Qədəh, dodağını incitmə yarın, 



O çox çətinliklə olmuş dildarın. 

Badə ürəyinin qızıl qanilə 

Öpdü dodağını incə nigarın. 

 

 



Mənsəb  sahibləri – bu sərvətlilər, 

Gecələr yatmayır, çəkir qəm, kədər, 

Lakin şöhrətpərəst olmayanlara 

Onlar həqarətlə salırlar nəzər. 

 

Bayram gəldi, artıq şadlıq, nəşə var. 



Gül üzlü saqilər al şərab paylar. 

Bir yığın eşşəkdən bayram, namazla 

Oruc noxtasını dartıb çıxarar. 

 

60



 

Eybi yox, bilməsən din ya ibadət, 

Ancaq xəbis olub, eyləmə qiybət. 

Heç kəsi incitmə, mənə şərab ver! 

Günahın boynuma, olsa qiyamət. 

 

 



Fələkin başına sovur toz – torpaq. 

Mey iç, bu dünyada gözəl sev ancaq. 

İndi ki, gedənlər dönməyir geri, 

Məzhəbə uyanlar deyilmi axmaq. 

 

 

Mənimlə döyüşsə nadan cahillər, 



Eşqimdən çəksəm də min bəla əgər. 

Deyərəm: - Mərdindir sevgi şərbəti! 

Namərd bu qədəhdən qalar bixəbər. 

 

 



Az dost tap, dostlara az gəz, az dolan, 

Uzaq ol bu dövrün insanlarından. 

Ağıl nəzərilə baxsan dostuna 

Görərsən olmuşdur o sənə düşmən. 

 

 

Qurban xərabata, əhli əhldir, 



Onun pis işləri belə səhldir. 

Hələ mədrəsədən çıxmayıb arif, 

Çünki bu xaraba darül – cəhldir. 

 

 



Mən oldum oruca, namaza mail. 

Dedim ki, muradım olacaq hasil. 

Əfsus, dəstamazı sındırdı bir yel, 

Bir yudum mey etdi orucu batil. 

 

Bu dövranda ağıl keçməyir işə 



Bilməz ağılsızlar kədər, əndişə. 

Ağlımı aparan, meyi gətir ki, 




 

61

Fələk gülümsəsin mənə həmişə. 



 

Ey fələk, çarxına yoxdur hörmətim, 

Burax, bağlanmağa yox ləyaqətim. 

Sənin meylin düşüb ağılsızlara, 

Mənimsə ağıldan yoxdur qismətim. 

 

 



Ah, yazıq, kədərli virana könlüm, 

Daim məftun oldun canana könlüm, 

Oldun eşq şərabı paylayan gündən 

Sən ciyər qanına peymana könlüm. 

 

 

Çəməndə bu gecə ağlar gəzirkən, 



Ətrini alırdım güldən, çiçəkdən. 

Quşlar da dinlədi böyük maraqla 

Vəsfini güllərə söyləyincə mən. 

 

 



Ey dördlə yeddinin məhsulu, insan, 

Bu dördlə yeddidə nə qovrulursan. 

Mey iç ki, min dəfə demişəm sənə 

Bir kərə getdinmi, dönməzsən, inan. 

 

 

Gül rəngli badə iç gül mövsimində, 



Neyin naləsində, sazın səsində 

Mey içib qəlbimi şad edirəm mən, 

İçmirsən, özün bil, get daş ye sən də. 

 

 



Vurub piyaləmi devirdin, allah, 

Eyşimi matəmə çevirdin, allah. 

Bu al şərabımı tökdün torpağa; 

Yoxsa sərxoşluqmu sevirdin, allah. 

 

O gün ki, fələkçün at yəhərləndi, 



İşıqlı ulduzlar göydə hərləndi. 

 

62



Günahımız nədir bilmirəm, o gün  

Qəzadən bizimçün bu qismət endi. 

 

Bu əlim ki, tutur cam ilə sağər, 



Heyf olmazmı tutsun kitab, ya mənbər. 

Sən quru zahidsən, mən yaş günahkar, 

Yaş yanmaş, qurunu yaxar atəşlər. 

 

 



Cahanı bəzəyib gül üzlü bahar, 

Bulutun gözündən axır bulaqlar. 

İsanəfəslilər çıxır torpaqdan, 

Musa tək parlayır şaxlar, budaqlar.  

 

 

Bəxtiyar odur ki, məşhur olmadı, 



Cübbə geyinərək məğrur olmadı, 

Uçdu simurğ kimi ərşi – əladə, 

Bayquş kimi yerdə mənfur olmadı. 

 

 



Bu cəfakarlığa alışan fələk, 

Etməmiş dünyada heç kəsə kömək. 

Görsə bir yanıqlı, yaralı ürək 

Yaranın üstündən bir dağ çəkəcək. 

 

 

Dostun xahişini dost yerə salmaz, 



Hər zaman əlində iqtidar olmaz, 

Vəfasız dünyaya bel bağlama çox, 

Gedər bu gözəllik, sənə də qalmaz! 

 

 



Ariflər yaratmış sözdən dürr, gövhər. 

Göylərin işindən qalmış bixəbər. 

Cahanın sirrini aça bilmədən 

Bir neçə söz deyib çıxıb getmişlər. 

 

Olsa şərab, mütrüb, bir gözəl canan, 




 

63

Bir axar su olsa, bir də gülüstan. 



Bu əsil cənnətdir, cəhənnəm sözü 

Boş sözdür, inanma, ona heç zaman. 

 

Pərişan saçına uzatdımsa əl, 



Ona məhəbbətdən bağladım əməl. 

Saçlarında gördüm dəli könlümü, 

Odur, əl uzatdım ona, ey gözəl. 

 

 



Kövsərdir gördüyüm hər axar bulaq, 

Gözəl bir cənnətdir hər çiçəkli bağ 

Cəhənnəm sözünü burax, cənnətdə 

Bir gözəl dilbərlə otur keyfə bax. 

 

 

Aşiqə qanaddır mey, şirin baldır, 



Gözəlin üzündə zərif bir xaldır, 

Rəməzan ayında badə içmədik 

İçək, bayram gəlib, indi şavvaldır. 

 

 



    

   


 

 

 



 

Yüklə 334,63 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə