Microsoft Word pp invalid test son doc



Yüklə 265,18 Kb.
Pdf görüntüsü
səhifə3/11
tarix14.04.2018
ölçüsü265,18 Kb.
#38116
1   2   3   4   5   6   7   8   9   10   11

 

2.  İştirakçı dövlətlər  Əlilliyi olan insanların qul kimi və ya 



asılı  vəziyyətdə saxlanılmamasını  və digər  şəxslərlə  bərabər, 

icbari və məcburi əməkdən müdafiə olunmasını təmin edir. 

 

Beynəlxalq  Əmək Təşkilatının 168 saylı tövsiyəsində 



göstərilir ki, “Əlilliyi olanlar onun şəxsi seçiminə  və  fərdi 

imkanlarına, həmçinin onun xidməti yüksəlişinə  uyğun olan iş 

əldə etmək və iş yerini saxlamaq, baxımından bərabər imkanlara 

malik olmalıdırlar. Buraya, onların fərdi imkanları  nəzərə 

alınmaqla  əlilliyi olmayanlarla birgə azad əmək bazarında  işə 

düzələ bilmələri də daxildir.  Əlilliyi olan insanın  şəxsi seçimi 

və ya onun məhdud yararlı olması halında ixtisaslaşmış 

müəssisələrdə  və ya əlavə yardım edilməklə onlar üçün şərait 

yaradılmışdır. Bir sıra ölkələrdə belə  məşğulluq üçün ənənə  və 

mədəniyyət, sosial-iqtisadi şərait,  əmək bazarının vəziyyəti, 

sosial təminat üzrə müavinət sistemi, hazırlığı olan personalın 

olması  və maraqlı  tərəflərin təsiri, həmçinin  əlilliyi olanların 

təşkilatlarının mövcudluğu amilləri nəzərə alınmaqla alternativ 

məşğulluq formaları üçün  çoxsaylı variantlar vardır.

3

 

Məhdud imkanları olan şəxslər üçün  dörd formada geniş 



məşğulluq variantı vardır: Bunlar: 

 

Açıq (rəqabətli) əmək bazarında məşğulluq, o cümlədən 



özünüməşğulluq  

 

Beynəlxalq  Əmək Təşkilatının məlumatına görə açıq  əmək 

bazarında, yəni əlilliyi olmayan şəxslərlə bərabər və rəqabətlilik 

şəraitində işləyən əlilliyi olan şəxslərin sayı çox deyildir. 

Bunun müxtəlif səbəbləri vardır.  

Ölkələrdən asılı olaraq aşağı iqtisadi fəallığın olmasının 

müxtəlif amilləri ola bilər.  Əsas amillər sırasında işləmək 

                                                 

3

 

Məhdud imkanlı insanlar üçün layiqli əmək. Beynəlxalq Əmək Bürosu. 



Müəllif Artur O`Reyli. Cenevrə 2008 

 



 

9

arzusunda olanların  “pensiya tələsi” və  işləyəcəyi halda 



pensiyanı  və digər müavinətləri itirəcəyi ilə bağlıdır. Digər 

mümkün amil isə əlilliyi olan şəxsləri işə götürməklə iş yerinin 

uyğunlaşdırılmasına çəkəcəyi xərclərə  və onların işdən azad 

edilməsinin mürəkkəbliyi ilə bağlı  işəgötürənlərin bu kateqoriya 

şəxsləri arzulamamağıdır

4



Bu baxımdan  əksəriyyət ölkələrdə  işsizlik göstəriciləri 

əlilliyi olan şəxslər arasında, əlilliyi olmayanlara nisbətdə  daha 

yüksəkdir. 

Azərbaycan Respublikasında da analoji vəziyyətdir. 

Beynəlxalq  Əmək  Təşkilatının təhlillərinə görə  əlilliyi olan 

şəxslər arasında iqtisadi fəallığın aşağı olmasının əsas səbəbləri 

aşağıdakılardır: 

  Təhsili və peşə hazırlığının aşağı olması; 

  İxtisassız işlərə tələbin aşağı olması; 

  İri müəssisələrdə  və xidmət sferasında işçilərin 

sayının azalması; 

  Mümkün bədbəxt hadisələrə və sığorta xərclərinə 

görə narahatlıq; 

  İnsanların  əlilliyi olan şəxs kimi qeydiyyatdan 

keçmək istəməməyi; 

  İşə düzəlmə və iş yerlərinə dair məlumatsızlıq: 

  İşəgötürənlərin  əlilliyi olan şəxslərin tələbləri və 

qabiliyyətləri barədə məlumatsız olmaları; 

  “Pensiya tələsi” 

  Pensiya və müavinəti itirmək qorxusu; 

  İş axtarmaq cəhdlərinin uğursuzluğundan yaranan 

ümidsizlik və ya kök salmış mənfi obrazlar

  Texniki və  fərdi dəstəyin kifayət səviyyədə 

olmamağı 

                                                 

4

 



Məhdud imkanlı insanlar üçün layiqli əmək. Beynəlxalq Əmək Bürosu. 

Müəllif Artur O`Reyli. Cenevrə 2008 

 

 



 

10 


 

Göründüyü kimi əlilliyi olan şəxslərin əmək bazarında aşağı 

fəallıq göstərməsinin xeyli səbəbləri mövcuddur. Bu baxımdan 

göstərilən səbəblərin aradan qaldırılması dövlətlərin prioritet 

fəaliyyət istiqamətlərindən olmalıdır. Hazırda bir çox ölkələrdə  

passiv tədbirlər üçün çəkilən xərclər aktiv fəaliyyətlər üçün 

çəkilən xərcləri üstələyir və dövlətin sosial istiqamətdəki 

xərclərini artırır. . 

Bir sıra dövlətlər  məhdud imkanları olan şəxslər arasında 

işsizlik səviyyəsinin artmasından və onlar arasında aşağı iqtisadi 

fəallığın olmasından və bunun nəticəsində sosial xərclərin 

artmasından narahatçılıq ifadə edirlər. 

Məhz  buna görə də aşağıdakı tədbirlərin həyata keçirilməsi 

məqsədəuyğun hesab olunur: 

 

  Sosial müavinətlərdən asılılığı azaldan və 



müstəqilliyi təşviq edən tədbirlərin həyata keçirilməsi; 

  Əlilliyi olan şəxslərin  əlilliyi olmayan insanlara 

yönələn işə düzəltmə xidmətlərinə, peşə hazırlığına 

yönəldilməsi; 

  Peşə hazırlığı, işə düzəlmə  və  təhsillə bağlı 

müxtəlif təşəbbüslərin stimullaşdırılması; 

  İşəgötürənlərin iştirakının genişləndirilməsi; 

  İşə düzəltmə xidmətlərinin işinin 

təkmilləşdirilməsi; 

  Ayrı-seçkilik  əleyhinə Qanunun daha effektiv 

tətbiqi; 

  Mövcud kvota sisteminin daha ciddi tətbiqi.

5

 

 



 

 

 

                                                 

5

 

Məhdud imkanlı insanlar üçün layiqli əmək. Beynəlxalq Əmək Bürosu. 



Müəllif Artur O`Reyli. Cenevrə 2008 


Yüklə 265,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə