Microsoft Word pp invalid test son doc



Yüklə 265,18 Kb.
Pdf görüntüsü
səhifə2/11
tarix14.04.2018
ölçüsü265,18 Kb.
#38116
1   2   3   4   5   6   7   8   9   10   11

 

5

Təssüflə qeyd olunmalıdır ki, bütün milli normalarda və insan 



hüquq və azadlıqlarına dair Beynəlxalq razılaşmalarda əks olunan 

hüquq və azadlıqlar hər hansı fərq qoyulmadan  hər kəsə aid olsa 

da, faktiki həyatda bu hüquq və azadlıqların bir hissəsinə  əlilliyi 

olan insanların faktiki çıxışı yoxdur. İstər milli normalarda, istərsə 

də beynəlxalq razılaşmalarda insan hüquq və azadlıqları ilə bağlı 

kollektiv zəmanət verilsə də, praktikada faktiki bərabərliyin təmin 

olunmasında ciddi problemlər qalmaqdadır. Bu baxımdan 

dövlətlərin üzərinə    ayrı-seçkiliyi istisna edən normalar qəbul 

etmək və mexanizmlər yaratmaqla yanaşı, həmçinin, tam və 

effektiv bərabərliyi təmin etmək üçün ayrı-ayrı sosial qruplara 

yönələn əlavə tədbirlərin həyata keçirilməsi  vəzifəsi də düşür. 

Hər bir dövlət səy göstərməlidir ki, sosial vəziyyətindən asılı 

olmayaraq bütün insanların ölkədəki bütün hüquq və rifaha 

maksimum bərabər çıxış imkanı olsun. 

Hazırda müasir dünyada əlilliyi olan şəxslərin üzləşdikləri 

problemlər içərisində xüsusi aktuallıq kəsb edəni  onların 

ləyaqətli əməyə çıxışının təmin olunmasıdır. Əməyə çıxış hər bir 

şəxsin və onun ailəsinin yaşayışını  və rifahını  təyin edən  əsas 

faktor olmaqla yanaşı, həmçinin  əmək hər bir şəxsin özünü 

cəmiyyətdə, başqaları  və öz personu qarşısında  təsdiqi üçün 

əsas amildir. 

Əlilliyi olan insanların ləyaqətli məşğulluğunun təmin 

olunmasına yönələn çoxsaylı beynəlxalq normalar, 

bəyannamələr, qərarlar vardır. Beynəlxalq  Əmək Təşkilatının 

müxtəlif  əllilik növləri üzrə bir sıra Konvensiyaları vardır. 

Bununla belə BMT Baş  Məclisi 13 dekabr 2006-cı il tarixində 

Əlilliyi olan şəxslərin hüquqlarına dair Konvensiya qəbul etmiş 

və onu ratifikasiya üçün açıq elan etmişdir. 

Konvensiyada əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının 

təmin olunası, onların başqaları ilə birgə  cəmiyyətə inteqrasiya 

olunması, ləyaqətli həyat, ləyaqətli məşğulluqlarının təmin 

olunmasına yönələn müddəalar daxil edilmişdir. Konvensiyanı 

ratifikasiya edən dövlətlər öz üzərlərinə  Əlilliyi olan insanların 

hüquq və azaldıqlarının təmin olunmasına və onlara 




 

münasibətdə mövcud olan açıq və gizli ayrı-seçkilik hallarının 



aradan qaldırılmasına yönələn  tədbirləri həyata keçirməyi 

öhdəlik olaraq götürürlər. 

Bu tədqiqat, Əlilliyi olan insanların  hüquq və azadlıqlarının 

təmin olunması və cəmiyyətin bərabər hüquqlu üzvləri olmaları 

üçün vacib olan bir sahəni  əlilliyi olan insanların  əmək və 

məşğulluğunun təmin olunma vəziyyətinə dairdir. Tədqiqatda 

əlillərin hüquqlarına dair beynəlxalq standartlar, bu standartların 

tətbiqi istiqamətində xarici ölkələrin təcrübəsi və Azərbaycanda 

əlilliyi olan insanların  əmək bazarına çıxışı ilə bağlı olan 

problemlər təhlil olunur. 



 

Əlilliyi olan insanların  əməyi və  məşğulluğunun təmin 

olunmasına dair beynəlxalq yanaşma  

 

Əlilliyi olan şəxslərin hüquqlarına dair BMT 

Konvensiyasının 27-ci maddəsi əmək və məşğulluğa dairdir. 

Maddənin 1-ci bəndində göstərilir ki, “ İştirakçı dövlətlər 

digər şəxslərlə bərabər, Əlilliyi olan insanların əmək hüququnu 

tanıyırlar; bu hüquq əmək bazarının və istehsalat mühitinin 

əlillər üçün açıq, inklüziv və  əlverişli  şəraitdə  əlilin sərbəst 

seçdiyi və ya razılıq verdiyi əməyi ilə özünü təmin etmək 

hüququnu ehtiva edir. İştirakçı dövlətlər həmçinin  əmək 

fəaliyyəti zamanı istehsalat 

zədəsi almış  Əlilliyi olan insanlar də daxil olmaqla, zəruri 

tədbirlərin, o cümlədən qanunvericilikdə 

nəzərdə tutulmuş qaydada, tədbirlərin görülməsi vasitəsilə 

əmək hüququnun həyata keçirilməsini aşağıda göstərilən 

məqsədlər üçün təmin edir və həvəsləndirirlər: 

  işə  qəbul, məşğulluq, işin qorunması, xidməti vəzifədə 

irəliləmə, təhlükəsiz və sağlam əmək şəraiti də daxil olmaqla 

məşğulluq növləri ilə bağlı bütün məsələlərə münasibətdə 

əlillik əlaməti üzrə ayrı-seçkiliyin qadağan olunması; 

  Əlilliyi olan insanların  ədalətli və əlverişli əmək şəraiti, 

o cümlədən bərabər  şərait və eyni dəyərli  əməyə görə 



 

7

bərabər mükafatlandırılma, təhlükəsiz və sağlam  əmək 



şəraiti, o cümlədən sataşma hallarından müdafiə  və 

şikayətlərin təmin edilməsi hüquqlarının digər  şəxslərlə 

bərabər qorunması; 

  Əlilliyi olan insanların  əmək və  həmkarlar təşkilatı ilə 

bağlı hüquqlarını digər  şəxslərlə  bərabər həyata keçirə 

bilməsinin təmin edilməsi; 

  Əlilliyi olan insanlar ümumi texniki və peşə yönümlü 

proqramlara, işədüzəltmə xidmətlərinə  və peşəkar, fasiləsiz 

təhsil prosesinə qoşulmaq imkanının verilməsi; 

  əmək bazarında  Əlilliyi olan insanların işlə  təminatı, 

xidməti vəzifədə irəliləmə imkanlarının genişləndirilməsi

eləcə  də  işin axtarılması, tapılması, saxlanması  və 

bərpasında onlara yardım göstərilməsi; 

  fərdi əmək fəaliyyəti, sahibkarlıq, kooperativlərin inkişaf 

etdirilməsi və  şəxsi işin təşkili üçün imkanların 

genişləndirilməsi; 

  Əlilliyi olan insanların dövlət sektorunda işə  qəbul 

edilməsi; 

  pozitiv fəaliyyət proqramları, stimul və digər 

tədbirlərdən ibarət ola bilən zəruri strategiya və  tədbirlərin 

köməyi ilə  Əlilliyi olan insanların özəl sektorda işə  qəbul 

edilməsinin stimullaşdırılması; 

  Əlilliyi olan insanların iş yerində  səmərəli vasitələrlə 

təmin edilməsi; 

  açıq  əmək bazarı  şəraitində  əlilliyi olan insanlar 

tərəfindən iş təcrübəsinin mənimsənilməsinin  

həvəsləndirilməsi; 

  Əlilliyi olan insanlar üçün peşəkar və ixtisas 

reablitasiyası, iş yerlərinin qorunması və işə qaytarılma üzrə 

proqramların təşviqi. 

 



Yüklə 265,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə