Microsoft Word Qabusname doc



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə44/53
tarix15.07.2018
ölçüsü1,84 Mb.
#55966
1   ...   40   41   42   43   44   45   46   47   ...   53

 
 
müti et, hər  əməlində  ağlınla məsləhətləş, çünki şahlığın  əsil 
vəziri ağıldır, ağlın tərəddüd etdiyi yerdə  tələsmə, hansı  işə 
girişmək istəsən, oradan çıxmaq yolunu əvvəldən düşün. Axırını 
görmədiyin işin  əvvəlinə başlama, həlimliklə yerinə yetirilə 
bilən işi heç vaxt başqa yolla icra etmə. Zülmü sevən olma. 
Zülm sevən  şahın aqibəti fəlakətli olar. Bütün iş  və sözlərə 
ədalət gözü ilə bax ki, hər işdə haqqı, nahaqqı görə biləsən. 
Şahın idrak gözü açıq olmasa, doğru və  əyri yollar onun 
üzünə açılmaz. 
Həmişə doğru de, lakin az danışan və az gülən ol ki, sənə 
tabe olanlar qudurmasınlar. Deyiblər ki, şahın  ən böyük 
bədbəxtliyi odur ki, rəiyyəti sözə baxmayan, xidmətçiləri 
qudurğan olsun. Bəxşişi ehtiyacı olanlara ver ki, onlar da 
müstəhəqlərə versinlər. Alitəbiətli ol, rəiyyət və ordunun gözünə 
alçaqtəbiət görünmə, amandır, özünü yazıq göstərmə. Haqq-
taalanın yaratdıqlarına qarşı  rəhmli ol, lakin rəhmsizlərə  rəhm 
etmə, onları bağışlamağı adət etmə, amansız ol, xüsusilə öz 
vəzirinə qarşı. 
Əlbəttə özünü vəzirə güzəştə gedən tanıtma və  həmişə 
onun məsləhəti ilə oturub-durma. Bir adam və ya bir iş haqqında 
vəzir hər nə desə, qulaq as, lakin dərhal  əməl etmə. De ki: 
"Baxarıq, nə lazımsa  əmr edərik". Sonra işi yoxlamağı  əmr et, 
gör o işdə  sənin xeyrini, yoxsa öz məiafeyini güdur. 
Aydınlaşdırandan sonra necə  məsləhətdirsə, elə  də cavab ver, 
qoy səni öz rə'yinin qulu hesab etməsin. 
Vəzirliyi kimə versən, ona tam ixtiyar da ver ki, sənin 
məmləkətinin işləri axsamasın. Qoca da olsan, cavan da
vəzirliyi həmişə qocaya tapşır, vəzarəti cavana vermə, bu barədə 
belə bir şe'r də deyiblər: 
Ş e ' r 
Qocadan başqasın eyləmə vəzir,  
Uşaqlar şah taxtın tez bada verir 
 
Sən qoca olsan, yaxşı düşməz ki, cavan sənə tədbir töksün. 
Sən də cavan olsan, vəzirin də, cavanlıq odu birləşib iki olar, 
məmləkətə iki tərəfdən od vurular. 
Vəzir xeyirxah, ağsaqqal, qoca, lakin canı sulu, qarnı 
böyük, özü yekəpər və boyu uca olmalıdır. Arıq, gödək, 
qarasaqqal vəzirin heç əzəməti olmaz. Vəzirin  əsil mə'nada 
həqiqətən saqqalı uzun olmalıdır. 
H e k a y ə t. Soltan Toğrul bəy
273
  vəzirliyi Xorasan 
vəzirlərindən birinə tapşırmaq istədi. Bir alimi seçdilər. Çox 
176 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
uzun və enli saqqalı var idi, göbəyinə çatırdı. Onu çağırdılar, 
vəzirliyə namizəd seçildiyi haqqında soltanın fikrini bildirdilər, 
dedilər: "Gərək məmləkətin kətxudalığını boynunuza 
götürəsiniz, çünki vəzirliyə sizdən layiq heç kəsi tapa bilmirik". 
Alim dedi: "Dünya Allahına deyiniz ki, şahın ömrü min il uzun 
olsun, vəzirlik elə bir peşədir ki, adam bir çox xüsusiyyətə malik 
olmalıdır, məndə isə saqqaldan başqa bu xüsusiyyətlərdən heç 
biri yoxdur. Soltan öz bəndəsinin uzun saqqalına qürrələnməsin, 
bu vəzifəni başqasına tapşırsın". 
Vəzirə, onun yaxın adamlarına yaxşılıq et, maaş verməkdə, 
hədiyyə bağışlamaqda xəsislik göstərmə. Lakin vəzirin qohum-
qardaşlarına vəzifə tapşırma, çünki piyi bir dəfəliyə pişiyə 
tapşırmaq olmaz. Vəzir heç vaxt öz qohum-qardaşlarının işinə 
düz baxmaz sənin malın xatirinə qohumlarının xatirinə 
toxunmaz. Bundan əlavə  vəzirin adamları ona arxayın olub 
camaata yüz qat artıq elə zülm edərlər ki, başqaları onun yüzdən 
birinə  də  cəsarət etməz. Vəzir öz qohumlarının  əvəzində imza 
edə bilər, başqalarının əvəzinə yox. 
Oğruya rəhm etmə, qatili bağışlama, bağışlasan, qiyamətdə 
cəzasını  çəkərsən, lakin nökərlərinə qarşı  rəhmli ol, onları 
bəladan qoru, çünki hökmdarı çobana, ona tabe olanları isə 
sürüyə  bənzətmişlər, çoban sürünü yırtıcılardan qorumasa, tez 
məhv olarlar. 
Hər kəsin öz gəlirini öyrən, öyrəndiyinlə kifayətlənmə, 
hərəyə bir iş tapşır və vəzifəni onlardan əsirkəmə. Qoy bu işdən 
aldıqları xeyir öz gəlirlərinə  əlavə olunsun və daha yaxşı 
yaşasınlar. Sən də onlar haqqında daha az narahat ol, çünki 
nökərləri iş tapşırmaq üçün saxlarlar. 
Lakin sən birinə  iş verib vəzifə tapşırarkən, diqqətli ol, 
hərəyə özünə layiq iş ver, ləyaqəti olmayana vəzifə tapşırma. 
Məsələn, saqiliyə yarayanı  fərraşlığa göndərmə, xəzinədarlığa 
layiq olana haciblik vermə, hər işi hər adama tapşırmaq olmaz. 
Deyiblər ki: "hər işin öz adamı var"! Belə et ki, ağzıgöyçəklər 
sənin dalınca qeybət qırmasınlar, işlərə  də ziyan dəyməsin
çünki xidmətçiyə  vəzifə tapşırsan və o bunun öhdəsindən gələ 
bilməsə, öz xeyrini nəzərə alıb bacarmadığını deməyəcəkdir, 
vəzifəyə başlayacaq, lakin iş axsayacaq. Demək, istəyirsən baş 
ağrısı olmasın, işi bacarana tapşır. 
B e y t 
Gecə-gündüz duam budur, bil, sənə, 
İş verəsən onu başa düşənə! 
 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


 
 
Birinə kömək edib ona hörmət qazandırmaq istəyirsənsə, 
bunu vəzifəsiz də dövlət və ad verməklə etmək olar, ona layiq 
olmadığı  işi verib öz nadanlığını büruzə verməkdənsə, belə 
etmək daha yaxşıdır. 
Şahlığın dövründə heç kəsə imkan vermə ki, əmrini 
saymasın, əmrini saymayan səni də saymaz. Şahlığın hüsnü elə 
əmr verməkdədir, yoxsa şahla rəiyyətin fərqi nədir?  Şah  əmr 
verəndir, rəiyyət icra edən. 
H e k a y ə  t.  Ey  oğul, nağıl edirlər, sənin babanın 
dövründə Soltan Mahmudun bir amili
274
 var imiş, adına 
Əbülfəth Büsti deyərmişlər. Nəsa və Bavərdin
275
 idarəsini ona 
tapşırırlar. O, Nəsadan bir nəfəri tutub malına yiyələnir, 
mülkünü zəbt edir, özünü də dustaqxanaya salır. Bir azdan sonra 
bu kişi hiylə işlədərək həbsxanadan qaçır, gedib Qəznəyə çıxır, 
Soltana yol tapır və bağışlanmasını xahiş edir. Soltan əmr edir, 
ona rəsmi sənəd versinlər. Nəsaya gəlib sənədi amilə göstərirlər. 
Amil deyir: "Bu kişi ikinci dəfə  Qəznəyə gedib şahı görə 
bilməz". Onun mülkünü geri qaytarmır, sənədə  də  əhəmiyyət 
vermir. Kişi ikinci dəfə qaçıb Qəznəyə getməyə müvəffəq olur. 
Qəznəyə çatdıqdan sonra hər gün Soltan Mahmudun sarayının 
qapısına gedir, nəhayət, bir gün Qələbə bağında
276
 Soltan 
Mahmuda rast gəlir, ah-fəryad qoparıb Nəsa amilindən  şikayət 
edir.  Şah ikinci dəfə ona məktub verir. Kişi deyir: "Bir dəfə 
gəlib məktub aparmışdım, xeyri olmadı". Soltan Mahmudun 
qanı qara, özü fikirli olduğundan əsəbiləşib deyir: "Mənim işim 
məktub verməkdir, tabe olmursa, mən nə edim, get haranın 
istəyirsənsə, gülünü başına tök". Kişi deyir: "Şahım, sənin 
amilin sənin  əmrinə  əməl etmir, gülü isə  mən başıma töküm?" 
Soltan Mahmud deyir: "Yox səhv etdim, gülü mən başıma 
tökməliyəm". 
O saat saray qulamlarından ikisini Nəsaya göndərir, hamin 
nahiyənin  şəhnəsini
1
 hazır etdirir, sonra o naməni  Əbülfəthin 
                       
 
 
 
 
 
 
 
1
 Шящня – полис ряиси 
178 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
boynuna bağlayıb kəndin girəcəyində dardan asdırır və car 
çəkdirir ki, "Öz hökmdarının  əmrini saymayanın mükafatı bu 
olacaqdır". 
Ondan sonra heç kəsdə ürək qalmadı ki, şahın əmrinə əməl 
etməsin, fərmanlar yerinə yetirilir, camaat asudə yaşayırdı. 
H e k a y ə t. Bil, ey oğul, Məs'ud
277
  şahlıq taxtına 
oturduqdan sonra şücaət və  mərdanəlik xülyasına düşdü. Ölkə 
dolandırmaq qaydalarını bilmədiyindən,  şahlıq  əvəzinə 
kənizlərlə  əyyaşlığa başladı. Ordu və xidmətçilər onun nə ilə 
məşğul olduğunu gördükdə qudurmağa başladılar, camaatın işi 
get-gedə xarab olmağa üz qoydu. Ordu və  rəiyyət mütilikdən 
çıxdılar. Bir gün Fəravə
278
 karvansarasından zülm edilmiş bir 
qadın gəlib o vilayətin amilindən  şikayət etdi. Soltan Məs'ud 
kağız verdi, amil ona əməl etmədi və dedi: "Bu qadın bir də 
Qəznəyə getməyəcəkdir ki"!... Qarı ikinci dəfə  Qəznəyə gedib 
şikayət verdi, ədalət tələb etdi. Soltan Məs'ud  əmr verdi kağız 
yazsınlar. Qarı dedi: "Bir dəfə kağız aparmışam, işə keçmədi". 
Məs'ud dedi; "Bəs mən nə edim?" Qarı dedi ki, ölkəni elə 
dolandır ki, kağızına  əməl etsinlər, bacarmırsan, tapşır,  əmri 
keçən bir adam idarə etsin, həm sən öz kefində ol, həm Allah 
bəndələri sənin amillərinin zülmündən xilas olsunlar. 
Məs'ud çox xəcalət çəkdi,  əmr etdi qarının haqqını özünə 
qaytarsınlar, amili isə dardan assınlar. Ondan sonra qəflət 
yuxusundan ayıldı, heç kəsdə cür'ət olmadı ki, onun fərmanına 
əməl etməkdə səhlənkarlıq etsin. 
Şahın  əmrinə baxmırlarsa, demək o, şah deyil. Şahla 
adamlar arasında fərq olduğu kimi, onun əmri ilə başqalarının 
əmri arasında da fərq olmalıdır. Ölkədəki qayda-qanun 
fərmanların icrası ilə nizama salınır, fərmanların icrası  cəza 
tədbiri ilə  həyata keçirilir. Demək, cəzada səhlənkarlığa yol 
vermək olmaz. Belə etdikdə, hökmlər rəvan, işlər isə sahman 
olar. 
Bir də diqqət et, qoyma ordu rəiyyətə zülm etsin. Ordunun 
mənafeyini qoruduğun kimi, rəiyyətin də  mənafeyini qoru. 
Padşah günəş kimidir,olmaz ki,birinə işıq versin, birinə yox. 
Bir də ki, rəiyyəti  ədalətlə dolandırmaq olar, ədalət olan 
yerdə, rəiyyət dövlətli olar, hökumətin də gəliri rəiyyətdən gəlir. 
Demək, ölkədə  ədalətsizliyə yol vermə,  şahların məmləkətləri 
yalnız  ədalət sayəsində uzun müddət yaşayıb qədimləşə bilər, 
ədalətsizlərin evləri isə tez dağılıb xarab olar, çünki ədalət 
abadlıqdır,  ədalətsizlik isə xarabazarlıq. Abadlıq  ədalət olan 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə