Microsoft Word S. Nergiz dissertasiya doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə20/24
tarix08.10.2017
ölçüsü0,6 Mb.
#3836
1   ...   16   17   18   19   20   21   22   23   24

 

60

informasiyanın  emalının  statik  və  informasiyanın  imitasiya  olunmuş  nəticələr 



haqqında  istifadəsi  yolu  ilə  formalaşdırmaq  olar.  Son  zamanlar  daha  çox  BB-nin 

avtomatlaşdırılmış doldurulması istifadə olunmağa başlayır. 

Biliklərin  digər  vacib  mənbəsi  nternetdir.  Lazımi  informasiya  və  biliklərin 

nternetdə  ənənəvi  axtarışından  əlavə  hal-hazırda  biliklərin  axtarılması  prosesinə 

intellektual  agentlər  cəlb  olunur.  ntellektual  agentlər  (proqram  robotları) 

biliklərin  tapılması  üçün  sənədlərin  daxilində  işləyə  və  ya  Web-də  axtara  bilər, 

sonra isə biliklərlə lazımi formatda geri qayıda bilərlər. 

ntellektual  sistemlər  proses  və  obyektlər  haqqında  öz  biliklərini  sistemə 

ötürən  mütəxəssislərlə  birgə  hazırlanır.  Ekspert  və  ya  mütəxəssislə  iş  prosesi 

biliklərin  çıxarılması  və  ya  biliklərin  daha  düzgün  və  korrekt  əldə  olunmasından 

ibarətdir.  Bu  texniki,  psixoloji,  istehsal  və  sosial  xarakter  faktorları  özündə 

saxlayan  çətin  və  zəhmət  tələb  edən  bir  prosesdir.  Sözügedən  prosesdə  biliklər 

mühəndisi əsas rol oynayır. Uzun zaman kəsiyində biliklər mühəndisi tapşırıqları 

müəyyənləşdirmək,  mühüm  anlayışları  aydınlaşdırmaq  və  bu  anlayışlar  arasında 

qaydaların  müəyyənləşdirilməsi və  formalaşdırılması üçün  ekspertlə  birgə işləyir. 

Biliklər  mühəndisi  tədqiqat  sahəsini  yaxşı  bilməli,  biliklərin  formalaşması  və 

təqdim olunması metodlarına malik olmalı və müxtəlif vəziyyətlərə tez oreintasiya 

olunan psixoloq olmalıdır.  

Ekspert  intellektual  sistemə  tədqiqat  sahəsinin  öyrənilməsinə  kömək  edə 

biləcək vəziyyətdə və arzuda olmalıdır. O dərk etməlidir ki, intellektual sistemlər iş 

yerində gələcəkdə onu “əvəz” etmək üçün deyil, əksinə ona kömək üçün nəzərdə 

tutulub. 

Biliklər  mühəndisi  adətən  determinləşdirilmiş  daxili  quruluşu  olmayan  pis 

müəyyən olunmuş tapşırıqlarla işləməli olur. Ekspertlər öz təcrübi fəaliyyətində bu 

tapşırıqları  məsələnin  bütün  parametrlərinin  analizini  qeyri-mümkün  edən 

məsələnin həll operativliyi şərtləri və ya problemin mənasının başa düşülməsində 

olan  çatışmazlıqları  empirik  qaydalar  olan  evristikalardan  istifadə  etməklə  həll 

edirlər.  Buna  görə  də  tapşırıqların  həllində  intellektual  sistemlər  evristik 

prosedurların yerləşdirilməsinə çalışırlar. 



 

61

Biliklər mühəndisinin işində çətin məqam ekspertə predmet konsepsiyalarını 



müəyyənləşdirən və formalaşdıran tədqiqat biliklərinin strukturlaşdırılmasına cəhd 

zamanı kömək edilməsidir. 

Konkret  şəxsə  aid  olan  biliklərin  əldə  olunması  ilə  əlaqəli  iş,  yəni  biliklərin 

çıxarılması biliklərin mühəndisliyində elə də aşağı səviyyəli rol oynamır. 



Bilikləri  haradan  çıxarmalı?

  Yuxarıda  qeyd  edildiyi  kimi  intellektual  və 

ekspert  sistemlər  üçün  biliklər  mənbəyi  rolunda  dərsliklər,  sorğu  kitabçaları, 

konkret  tədqiqat  sahəsinə  aid  araşdırılmış  materiallar,  iqtisadi  informasiya  və  s. 

çıxış edə bilər. 

Buna  baxmayaraq  biliklərin  klassik  mənbəyi  həmin  sahənin  ekspertidir, 

hansıki onun  biliklərini  sistem  hazırlayıcısı  rolunda  çıxış  edən  biliklər  mühəndisi 

mənimsəyir. 

Bu, ya adi icraçıdan fərqlənən yüksək ixtisaslı mütəxəssisdir, ya da xam və ya 

təzə işçidən fərqli olan təcrübəli insandır. Aydındır ki, tədqiqat sahəsində ekspertin 

bacarığı nə qədər  yüksəkdirsə, onun  tapşırığın  həlli üçün istifadə  etdiyi  biliklərin 

təsviri  bacarığı  bir  o  qədər  aşağıdır.Votermen  bunu  bilik  mühəndisliyinin 

paradoksu adlandırmışdır. Əgər biz ekspertdən soruşsaq ki, hər hansı bir tapşırığı 

yerinə  yetirərkən  konkret  nə  iş  görür,  o  buna  cavab  olaraq  özünün  ağlı  kəsdiyi 

formada,  lakin  mühakimələrin  real  prosesindən  tamam  ayrı  olan  bir  prosesi  izah 

edəcək ki, burada da ehtiyatlı olmaq lazımdır. 

Belə  bir  fikir  də  var  ki,  ekspertin  bilikləri  məsələlərin  daxili  modelləri  ilə 

sistemli  hala  düşür  və  eyni  zamanda  ekspertin  konkret  vəziyyətdə  ilk  dəfə 

qarşılaşdığı  problemin  həlli  onun  yaddaşından  seçilir  və  seçim  ümumi 

qanunauyğunluqlar şəklində süurlu olaraq müəyyən olunur. 



Hansı  bilikləri  seçmək  (nəyi  çıxarmaq?).

  Əgər  sistemin  funksiyaları 

müəyyənləşibsə,  onda  təbii  olarq  ən  vacib  olanı  bu  funsiyaların  realizəsi  üçün 

lazım olan çıxış qaydalarını əldə etməkdir. 

Hər  şeydən  əvvəl  bu  baza  quruluşudur.  Problem  sahəsinin  baza  quruluşunu 

formalaşdıran  obyekt,  anlayış  və  atributları  saymaq  və  sahənin  xüsusiyyətlərini 




 

62

bilmək  vacibdir.  Obyekt,  bilik  və  anlayışlar  arasında  əlaqə  qaydalar  çıxışı 



vasitəsilə təşkil edilir. 

Daha sonra şüurluluq meyarları (kriteriya)ortaya çıxır, yəni nəyə görə ekspert 

problemi  məhz  bu  üsulla  həll  edir?  Ola  bilər  bu  üsul  yüksək  evristik  qiymətə 

malikdir və  ya  uğursuzluq hallarına hazırlıqlıdır?  Bu üsula hansı formada kömək 

etmək olar? 

Ekspert  tərəfindən  istifadə  olunan  vasitələrə,

  məsələn,  həllin  qəbulunda 

istifadə edilən modellər aiddir. 

Biliklərin  seçmə  texnikasını

  altı  əsas  sinfə  bölmək  olar:  köməkçi  suallarla 

sorğu,  quruluş  verilmiş  sorğu,  özünü  müşahidə,  öz  işi  haqqında  hesabat,  dialoq, 

tənqidi icmal.  Öz növbəsində  hər bir sinif  bir neçə texniki  metodlardan  ibarətdir. 

Ə

hatəli  informasiyanı  biz  nəzərdən  keçirməyəcəyik,  bircə  bu  biliklərin  analiz 



olunmasından  asılı  olan  biliklərin  seçilməsi  məqsədinin  müxtəlif  üsullarla  əldə 

olunmasını nəzərdən keçirəcəyik. 

Hesablama  texnikası  ilə  işləmək  bacarığı  olan  ekspert  bilavasitə  redaktə 

olunan  proqram  vasitəsi  ilə  intellektual  sistemlə  qarşılıqlı  əlaqə  yarada  bilər.  Bu 

proqram BB haqqında inkişaf etmiş dialoq interfeysi və biliklərə malik olmalıdır. 

Lakin, ekspertin proqramla əlaqəsinin effektivliyi problemi ortaya çıxır. 

Biliklərin  əldə  olunmasının  daha  bir  üsulu  biliklərin  avtomatlaşdırılmış 

çıxarılışı  və  onların  BB-də  yazılmasıdır.  Mütəxəssislərin  biliklərinin 

avtomatlaşdırılmamış  yığımı  çox  zəhmət  tələb  edən  prosesdir.  Bununla  əlaqədar 

olaraq inkişaf etmiş intellektual sistemlərdə biliklərin əldə olunması üçün köməkçi 

alətlər qabaqcadan nəzərə alınır. 

Cədvəl 4. Predmet ekspertindən biliklərin çıxarılması metodları 

Metod 

Təsvir 

ş

 yerində müşahidə 



Öz  iş  yerində  real  məsələləri  həll  edən  ekspertə  nəzarət 

etmək 


Məsələlərin 

müzakirəsi 

Konkret  məsələlərin  həlli  üçün  verilənlər,  biliklər  və 

prosedur formalarının üzə çıxarılması 

Məsələlərin təsviri 

Hər  bir  mümkün  cavab  kateqoriyası  üçün  ekspertə 




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə