Microsoft Word S. Nergiz dissertasiya doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə18/24
tarix08.10.2017
ölçüsü0,6 Mb.
#3836
1   ...   14   15   16   17   18   19   20   21   ...   24

 

54

 



son istifadəçiyə 

məsələlərin növünə 

 

 

        uyğunlaşma 



uyğunlaşma 

 

     predmet oblastına 



 

uyğunlaşma 

 

 

kinci kompleks son istifadəçilərin geniş spektra malik maraqlarına 



adaptasiya imkanını təmin edən çevik strukturlu intellektual interfeys vasitələrinin 

məcmusudur. Əvvəlki iki kompleksin qarşılıqlı əlaqəsini təmin edən üçüncü 

vasitələr kompleksi problem mühiti haqqında biliklər sisteminin kompüterin 

hesablayıcı vasitələri tərəfindən istifadə olunmasına imkan yaradan biliklər 

bazasıdır.  

cra sistemi –  yaradılmış proqramların yerinə yetirilməsini təmin edən bütün 

vasitələrin məcmusunu özündə əks etdirir.  

ntellektual interfeys – son istifadəçi tərəfindən onun professional fəaliyyət 

mühitində meydana çıxan məsələlərin vasitəçilərin köməyi olmadan və ya cüzi 

köməyilə kompüterdən istifadə etməklə həllini təmin edən proqram və aparat 

vasitələri sistemidir. 

Həll edən –  ona qoşulmuş ümumi həll strategiyası ( məsələn məntiqi 

nəticələrin çıxarılması yolu ilə ) sayəsində məsələnin həllini tapmaq qabiliyyətinə 

malik olan bir sistemdir. 

Biliklər bazası – bütövlükdə, hesablayıcı sistemin digər komponentlərinə 

nisbətən mərkəzi mövqe tutur. Onun vasitəsilə məsələnin həllində iştirak edən 

hesablayıcı sistem vasitələri arasında inteqrasiya həyata keçirilir.  

Bilik  anlayışına  müəyyən  predmet  sahəsinə  aid  olan  məsələlərin  həlli 

baxımından  yanaşdıqda,  iki  koteqoriyanı  –  faktları  və  evristikaları  fərqləndirilər. 

Faktlar  verilmiş  predmet  sahəsi  haqqında  dəqiq  bilikləri  əks  etdirir  və  onun 

vəziyyətinin  kifayət  qədər  yaxşı  öyrənildiyini  göstərir.  Evristika  isə,  həmin 

predmet sahəsində mütəxəssisin – ekspertin özünün şəxsi təcrübəsinə və bacarığına 

ə

saslanır. 




 

55

ş



lərin  ardıcıllıq  sxemi  bizim  nöqteyi-nəzərimizdən  süni  intellektin 

layihələşdirilməsi  prosesini  kifayət  qədər  dolu  və  ətraflı  izah  edir,  lakin  bir  çox 

süni  intellekt  sisteminin  bir  sıra  funksional  modullarının  yaradılması  ilə  əlaqəli 

olan vacib mərhələlərə baxılmır.  ntellektual sistemlərin layihələşdirilməsi zamanı 

işlərin daha ətraflı siyahısı: 

• 

Biliklərin ekspertdən sistemə ötürülməsi;  



• 

Sistemə biliklərin təqdim olunması üsulunun seçilməsi;  

• 

Çıxış (idarəetmə) strategiyasının seçilməsi;  



• 

zahetmə altsisteminin seçilməsi;  

• 

stifadəçi ilə qarşılıqlı əlaqə altsisteminin seçilməsi;  



• 

Sistemin  realizəsi  üçün  adekvat  alətlərin  seçilməsi.  Lakin  burada  yuxarıda 

qeyd edilən bir neçə vacib mərhələ yoxdur.  

 Qeyd edildiyi kimi işlərin quruluşu, intellektual sistemlərin layihələşdirilməsi 

mərhələlərinin  sayı,  onların  icrasının  ardıcıllığı  bir  çox  obyektiv  və  subyektiv 

faktorlardan  asılıdır.  Lakin  işlərin  bir  çox  mərhələ  və  quruluşu  demək  olar  ki, 

bütün tip intellektual sistemlər üçün ümumi və zəruridir. Aşağıda belə mərhələlərin 

və onların quruluşunun siyahısı sadalanır: 

1.

 

Tədqiqat  sahəsinin  təsviri:  bütün  təşkil  etmə  prosesi  üçün  problemin 



vacibliyini  göstərən  tədqiqat  sahəsinin  təyini;  BB-yə  ekspertizaları  (bilikləri) 

ötürməyi arzulayan problemli ekspertlərin təyini; inkişaf planının hazırlanması və 

elan edilməsi.  

2.

 



Personal:  layihələşdirmə  qruplarının  və  uyğun  tapşırıqların  təyini; 

proektə  təcrübəli  rəhbərinin  təyini;  idarəetmənin  düzgün  yolunun  müəyyən 

edilməsi və həyata keçirilməsi.  

3.

 



Layihənin  qəbulu:  təşkilati  iclasın  keçirilməsi;  problemə  yanaşmanın 

müzakirəsi; xüsusi inkişaf planının hazırlanması; lazımi texniki alət və vasitələrin 

quraşdırılmasına hazırlıq.  

4.

 



Sistemin  prototipi:  sistem  prototipinin  inkişafı  və  yoxlanılması  (test 

olunması);  yoxlanışın  nəticəsi  olaraq  tədqiqat  sahəsi  haqqında  əlavə 

informasiyanın toplanması.  



 

56

5.



 

Dolğun  (tam)  sistemin  inkişafı:  prototipin  BB-sinin  genişlənməsi; 

istifadəçi interfeysinin quruluşunun qiymətləndirilməsi; istifadəçilərin öyrədilməsi 

və sənədləşmə vasitələrinin birləşdirilməsi.  

6.

 

Sistemin verifikasiyası (yoxlanışı): ekspert və potensial istifadəçilərin 



yoxlanış prosesinə cəlb edilməsi; layihə ilə uyğun sistemin işləməsinin təminatı.  

7.

 



Sistemin  inteqrasiyası:  planlaşdırıldığı  kimi  tam  sistemin  yerinə 

yetirilməsi; fəaliyyətdə olan sistemlə uyğunluq və qarşılıqlı əlaqənin təminatı.  

8.

 

Sistemin  dayağı:  sistemə  dayağın  fasiləsizliyinin  təminatı;  yeni 



informasiyanın  qəbulu  zamanı  BB-nin  modernləşdirilməsi;  sistemə  görə 

cavabdehliyin saxlanılması.  

9.

 

Sənədləşdirmə:  sistemin  tam  sənədləşdirilməsinə  hazırlıq;  istifadəçi 



üçün idarə etmənin hazırlanması; istifadəçilərin konsultasiyalarının hazırlanması.  

ntellektual  sistemlərin  yaradılması  mərhələləri  dəqiq  və  nizamlanmış  deyil. 

Bu  mərhələlərin  bir  neçəsi  arasından  müvəqqəti  və  məzmunlu  hüdudlarını  tətbiq 

etmək çətindir. Onlar hansısa səviyyədə intellektual sistemlərin layihələşdirilməsi 

prosesini təxmini təsvir edirlər. 

ntellektual sistemlərin (və ya sistemin həyati dövrü) mövcudluq mərhələləri 

instrumentariylə (bir ixtisasda işlənən alətlər komplekti) reallaşan sistemin hazırlıq 

səviyyəsinə,  onun  funksional  bacarıqlarının  tamamlanmasına  uyğundur. 

ntellektual sistemlərin mövcudluğunu müəyyən edən növbəti mərhələlər: nümayiş 

etdirilən  prototip;  tədqiqat  prototipi;  fəaliyyət  göstərən  prototip;  sənaye  sistemi; 

kommersiya sistemi. 

Nümayiş  etdirilən  prototip  –  bu,  sistemin  problemli  tapşırıqlarının  bir 

hissəsini  həll  edən  zaman  hazırlanmış  vəziyyətidir.  Nümayiş  etdirilən  prototipin 

hazırlanması  zamanı  ziddiyətli  məqsədlərə  çatmağa  səy  göstərirlər:  bir  tərəfdən 

nümayiş  etdirilən  prototip  mərhələsində  sistem  onun  qabiliyyətlərini  dolğun 

xarakterizə edən tapşırıqları yerinə yetirməyə məcburdur, digər tərəfdən isə sistem 

bu mərhələni mümkün qədər tez keçməyə çalışır. Nümayiş etdirilən prototipin işi 

ə

gər  bir  neçə  tapşırığın  həlli  üçün  kifayət  olan  minimal  qaydalar  toplusu  ilə 




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə