Microsoft Word S. Nergiz dissertasiya doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə19/24
tarix08.10.2017
ölçüsü0,6 Mb.
#3836
1   ...   16   17   18   19   20   21   22   23   24
    Bu səhifədəki naviqasiya:
  • Bilikl

 

57

ə



məliyyat  aparırsa,  onda  prototip  qənaətbəxş  hesab  edilə  bilər.  Hazırlanma  vaxtı 

iki aydan bir ilə qədər ola bilər. 

Tədqiqat  prototipi  1,5-2  il  ərzində  layihələşdirilir.  Sistemin  inkişafının  bu 

mərhələsində,  sistemin  BB-si  tədqiqat  sahəsini  kifayət  qədər  adekvat  təsvir  edən 

yüzlərlə qaydanı özündə saxlayır. Fəaliyyətdə olan intellektual sistemlərin prototipi 

genişlənmiş  qaydalar  (təxminən  1000-ə  yaxın)  mühitində  nəticələrin  keyfiyyətli 

çıxarılışını yerinə yetirir. Buna görə də çətin tapşırıqların çıxarılışı daha çox vaxt 

və yaddaş resursu tələb edir.  

Sənaye  sistemləri  həll  vaxtı  və  tələb  olunan  yaddaşın  əhəmiyyətli  dərəcədə 

azalması  tədqiqat  sahəsinin  probleminin  həllinin  yüksək  səviyyəsini  təmin  edir. 

Qaydaların miqdarı fəaliyyətdə olan prototiplərlə müqayisədə elə də nəzərəçarpan 

dərəcədə  artmır.  Bu  mərhələdə  fəaliyyətdə  olan  prototipin  qaydaların  sayının 

genişləndirilməsi  və  intellektual  sistemlərin  daha  effektiv  alət  vasitələri  ilə 

təkmilləşdirilməsi hesabına şəklinin dəyişməsi baş verir. Bu təxminən 3-4 il tələb 

edir. 

Kommersiya  sistemi  əsasən  satış  üçün  nəzərdə  tutulub.  O  ya  problemə 



yönəldilmiş, ya da müstəqil problemli olur. 

Tədqiqat  sahəsinə  təsvir  və  ayrılaraq  müəyyən  olunan  meyarlarla  təyin 

edilmiş insan fəaliyyətinin sferası kimi baxmaq olar. Təsvir olunan anlamlara onun 

fəaliyyətinin müxtəlif aspektlərini əks etdirən elementlər, hadisələr, münasibət və 

proseslər daxildir. Tədqiqat sahəsinin təsvirində onun element və hadisələrinə ətraf 

mühitin  mümkün  təsiri,  həmçinin  də  bu  element  və  hadisələrin  ətraf  mühitə  əks 

təsiri  də  olmalıdır.  Tədqiqat  sahəsinin  analiz  və  tədqiqi  üzrə  işi:  intellektual 

sistemlərin layihələşdirilməsi onun işinin effektivliyinə həlledici təsir göstərir. 

Tədqiqat  sahəsinin  spesifikası  layihələşdirilən  intellektual  sistemlərin 

fəaliyyət  xarakterinə,  biliklərin  təqdim  olunma  metodunun  seçilməsinə,  biliklər 

haqqında  müzakirə  üsullarına  və  s.  mühüm  dərəcədə  təsir  göstərə  bilər.  Eyni 

zamanda  belə  bir  misal  gətirmək  olar  ki,  müəyyən  tədqiqat  sahəsində  istifadə 

olunmağa  orientasiya  olunmuş  süni  intellekt  sisteminin  tamamilə  başqa  sahənin 

problematikasına uyğun gəlmişdir. 




 

58

Problem sahəsi haqqında danışarkən predmet sahəsi, həll olunacaq tapşırıqlar, 



məqsədlər,  mümkün  strategiya  və  evristikalar  nəzərdə  tutulur.  Tədqiqat  sahəsini 

onun  fəaliyyətinin  bütün  bilik  və  anlam  kompleksləri  ilə  obyekt  və  ya  istehsalat 

sistemi kimi müəyyən etmək olar. Tədqiat sahəsinin araşdırılması zamanı istehsalat 

sistemində həll olunan və onun qarşısında məqsəd kimi duran tapşırıqlar haqqında 

biliklər  lazımdır.  Həmçinin  istehsalat  sisteminin  istismarı  prosesində  istifadə 

olunan idarəetmənin mümkün strategiyası və evristik bilikləri müəyyən edilir. 

qtisadi və istehalat sistemlərinin tədqiqi zamanı intellektual sistemlərin BB-

də biliklərin formalaşması və onlarla iş görmək məqsədilə istehsalat obyektləri və 

onlar tərəfindən həll edilən məsələlərin xüsusiyyətlərini də nəzərə almaq lazımdır. 

qtisadi və istehsalat sistemləri üçün obyektin vəziyyətini xarakterizə edən ölçülə 

bilən və digər verilənlərin fəaliyyətinin dinamikliyi, hadisələrin tez-tez dəyişməsi, 

böyük  massivlərinin  yenilənməsi  xasdır.  Onlar  tez-tez  təsadüfi  faktorlar 

səbəbindən tam olmayan  müəyyən şərtlərdə fəaliyyət göstərirlər. Bununla yanaşı, 

istehsalların bir çoxu zərərli və ya insanlar üçün təhlükəli olan mühitə düşür ki, bu 

da  onların  idarəetmə  sisteminin  etibarlılığına  olan  tələbatın  yüksəlməsini  irəli 

sürür. 


Beləliklə,  BB-nin  layihələşdirilməsində  böyük  həcmli  bilik  və  verilənlərin 

tez-tez  dəyişdiyi  və  yenilənə  bildiyi  halda  onun  real  zamanda  işləməsi  üçün 

müəyyən  formada  onu  təşkil  etmək  lazımdır.  stifadəçilərə  (işin  tələbləri  real 

zamandadır)  təqdim  olunan  ekspertiza  və  məsləhətlərin  dəqiq  və  vaxtında  təmin 

etmək, həmçinin intellektual sistemlərin işinin etibarlılığını təmin etmək lazımdır. 

Bundan  əlavə  iqtisadi  və  istehsalat  sistemlərində  həll  olunan  tapşırığın  xarakteri 

müəyyən  dərəcədə  intellektual  sistemlərin  təşkili  və  layihələşdirilməsi  prosesinə 

təsir edir. 

Biliklərin xarakteri, onların quruluş mümkünlüyü, həcmi, onlarla iş rejimləri 

intellektual  sistemlərin  istifadəsi  sahəsinə  və  yuxarıda  adıçıkilən  intellektual 

sistemlər tərəfindən həll edilən tapşırıqların realizəsinə əhəmiyyətli dərəcədə təsir 

edir. 



 

59

qtisadi  və  istehsalat  proseslərinin  idarəetmə  sistemlərində  biliklər  toplusu 



kimi  konkret  prosesin  təsviri,  maliyyə  və  analitik  informasiya  komponentlərinin 

xarakteristikaları,  faktoqrafik  bilik  və  ya  verilənlər  çıxış  edə  bilər.  Bu  biliklərlə 

yanaşı  idarəetmə  məsələlərinin  həli  üçün  verilənlərə  əsaslanan  evristika  və  ya 

qaydalar var. Adətən bu qayda və ya evristikalar keçmiş təcrübəyə əsaslanır. 

stehsalın planlaşdırılması və layihələşdirilməsi zamanı tapşırıqlarda biliklərin 

keyfiyyəti rolunda verilənlərin məcmusu və hərəkət qaydaları çıxış edə bilər.  

Biliklərin  əldə  olunması  iki  funksiyanın  köməyi  ilə  realizə  olunur: 

informasiyanın  kənardan  alınması  və  onun  sistemləşdirilməsi.  Bununla  yanaşı 

məntiqi  çıxışlara  sistemin  öyrənmə  qabiliyyətindən  asılı  olaraq  biliklərin  əldə 

olunmasının, həmçinin alınan informasiyanın müxtəlif formaları vardır.  

Biliklərin  təqdim  olunma  forması  onların  istifadəsi  üçün  sistemin  daxilində 

müəyyən  olunur.  Buna  görə  də  onun  qəbul  edə  bildiyi  informasiyanın  forması 

biliklər  səviyyəsinə  qədər  informasiyanın  formalaşması  üçün  onun  qabiliyyət  və 

bacarığından asılıdır. Nə qədər kompüterin məntiqi çıxışlara qabiliyyəti yüksəkdir, 

bir o qədər insana az yük düşür. 

Beləliklə,  öyrənmə  funksiyalarından  o  tələb  olunur  ki,  kənardan  alınan 

informasiyanın biliklər və onlardan ibarət olan BB-yə dəyişdirilsin. 

Biliklərin mənbəyinin aşkarlanması

 və onlarla iş biliklər mühəndisinin əsas 

vəzifəsidir.  BB-nin  yaradılmasında  biliklər  mühəndisi  çox  mühüm  funksiyaları 

yerinə  yetirir.  O,  tədqiqat  sahəsində  yaxşı  orientasiya  olunmalı  və  biliklərin  əldə 

olunması  prosesində  ekspertlə  ünsiyyət  qurmaq  üçün  hansısa  mənada  psixoloq 

olmalıdır. Bununla yanaşı o həmçinin kompüterlərin proqram təminatı imkanlarını 

yaxşı bilməlidir.  

Tədqiqat  sahəsi  haqqında  əsas  bilik  mənbəyi  insan-ekspertdir.  Biliklər 

mühəndisi onunla dialoq və ya müsahibə (intervyu) rejimində işləyir və obyektlə iş 

üçün lazımi həcmdə bilik və məlumat formalaşdırır. Sonradan uyğun şəkildə emal 

edilən  sorğuların  istifadəsi  mümkündür.  Bir  neçə  taqşırıq  üçün  kitablar,  texniki 

təsvirlər,  təlimatlar  və  sənədlər  əlavə  informasiya  mənbəyi  rolunu  oynayır. 

Obyektin  biliklər  haqqında  intellektual  sistemlərinin  tətbiqinin  bir  neçə  sahəsini 




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə