Microsoft Word S. Nergiz dissertasiya doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə23/24
tarix08.10.2017
ölçüsü0,6 Mb.
#3836
1   ...   16   17   18   19   20   21   22   23   24

 

69

Ə



ksər  hallarda  firmalar  VB S  qismində  Oracle,  nterbase,  Microsoft  SQL 

Server kimi məşhur istehsalçıların məhsullarından istifadə edirlər.  

OLAP – istifadəçiyə verilənləri asanlıqla seçərək kompüter işlənməsinə cəlb 

etməyə  və  müxtəlif  tərəfdən  nəzərdən  keçirməyə  imkan  verən  işgüzar  proqram 

təminatı funksiyasıdır. Müştəri və VB S arasında yerləşən server OLAP – ın əsas 

tərkib elementidir. Bu server verilənlərin VB – də necə təşkil olunduğunu anlayır 

və  xüsusi  funksiyalarından  istifadə  etməklə  onları  təhlil  edir.  OLAP  alətləri 

istifadəçiyə  çoxölçülü  verilənlərdəki  dəyişiklikləri  təhlil  etməyə  imkan  verir.  Bu 

texnologiyadan həm verilənlərin axtarışında, həm də verilənlərin bəndləri arasında 

ilk baxışda görünməyən münasibətlərin açılmasında istifadə oluna bilər. 

Müasir  dövrdə  CRM  sistemlərinin  çox  məşhur  istiqamətlərindən  biri 

elektron  kommersiya  üçün  nəzərdə  tutulmuş  eCRM  sistemləridir.  Lakin  müasir 

CRM sistemləri biznesin hansı sahəsində tətbiq olunmasından asılı olmayaraq bu 

və ya digər formada  nternet texnologiyalarından ostifadə edir ( məsələn, müştəri 

haqqında  vacib  informasiyanın  əldə  olunması  üçün  ).  Buna  görə  də,  CRM 

sisteminin  yaradıcıları  öz  məhsullarının  adına  “e”  hərfini  əlavə  edirlər.  Lakin  bu 

eCRM  sistemlərinin  elektron  biznesə  heç  bir  aidiyyatı  yoxdur.  Həqiqi  eCRM 

sistemləri adi CRM sistemlərinin malik olduğu bütün funksiyalarla yanaşı firmanın 

web  –  saytı  ilə  təmamilə  inteqrasiya  olunur(  saytdakı  bütün  informasiya  eCRM 

sistemində  əks  olunur  ).  Bununla  yanaşı  sistemin  özü  saytın  qurulmasını 

müəyyənləşdirə  və  hər  bir  müştəriyə  internetlə  alqı  –  satqı  prosesində  effektiv 

xidmət edə bilər.  

 

CRM sisteminin əsas funksional blokları aşağıdakılardır: 



•                SFA  (  Sales  Force  Automation  )  –  ticarət  nümayəndəliklərinin 

fəaliyyətinin avtomatlaşdırılması; 

•   MA ( Marketing Automation ) – bazarın tədqiqinin avtomatlaşdırılması; 

•            CSS  (  Customer  Servis  &  Support  )  –  müştərilərə  xidmətin 

avtomatlaşdırılması; 



 

70

SFA  firma  üçün  daha  gəlirli  müqavilələr  bağlamağa,  proqnozlaşdırmanın 



dəqiqliyini  və  pul  axınlarının  effektivliyini  artırmağa,  satış  prosesini 

avtomatlaşdırmaqla, əlavə xərcləri aşağı salmağa və s. imkan verir. 

MA  istiqamətində  göstərilən  fəaliyyətin  effektivliyini  artırmaqla  yanaşı, 

nternetdən  istifadə  etməklə,  bazarın  öyrənilməsi  üçün    yeni  informasiya 

kanallarını yaradır. 

CSS  isə,  xidmətin  yaxşılaşdırılmasına,  buna  sərf  olunan  əlavə  xərclərin 

azaldılmasına,  müştərilərin  məmnunluğunun  yüksəldilməsinə,  satışdan  sonrakı 

xidmətin yaxşılaşdırılmasına imkan verir.  

nformasiya  texnologiyalarının  inkişafı  yeni  istiqamətin  –  Database 

Marketing  –  in  yatanmasına  gətirib  çıxarmışdır.  Bu  CRM  sistemin  tətbiqi  ilə  sıx 

ə

laqədardır.  Database  Marketing  (  VB  –  nın  təhlilinə  əsaslanan  marketinq 



fəaliyyəti ) – firmanın mövcud VB – nın işlənməsi və bu informasiyanın marketinq 

strategiyasının  hazırlanmasında  istifadəsi  texnologiyasıdır.  Bu  konsepsiya  ötən 

ə

srin 80 – ci illərindən təklif olunsa da, yalnız indi – verilənlərin sadə yığımından 



və  ekspert  analizindən  intellektual  maşın  analizinə  keçilməsi  ilə    öz  səmərəsini 

verməkdədir.  Bu  texnologiyadan  tələbin  öyrənilməsində  geniş  istifadə  olunur. 

Database Marketing bütöv bir texnoloji tsikli əhatə edən addımlar ardıcıllığı kimi 

nəzərdən  keçirilə  bilər.  Proses  artıq  mövcud  olan  müştərilər  haqqındakı 

məlumatların təhlilindən başlayır. Bu prosesinəsas mərhələri aşağıdakılardır:  

1.

  Müştərinin identifikasiyası; 



2.

  Müştəri  haqqında  hansı  informasiyanınvacib  və  əldə  edilə  bilən  olması 

qərarı; 

3.

  Belə informasiya mənbələrinin axtarılması; 



4.

  Bütün vacib informasiyaların VB – da saxlanılması; 

5.

  Cavabının tapılması vacib olan sualın formalaşması; 



6.

  Saxlanmış verilənlərin təhlili: modelin qurulması; 

7.

  Bu modelə əsaslanan marketinq strategiyasının seçilməsi; 



8.

  Seçilmiş müştərilərlə birbaşa qarşılıqlı əlaqə ( strategiyanın reallaşdırılması); 

9.

  Nəticələrin təhlili.  




 

71

Ə



ldə  olunmuş  nəticələrin  optimallaşdırılması  üçün  bu  mərhələlər  təkrar 

oluna bilər. Əslində, verilənlərin ən sadə təhlili belə, bazarın (tələb və təklifin) real 

vəziyyəti haqqındakı təsəvvürləri kifayət qədər mükəmməlləşdirməyə  imkan verə 

bilər.   Database Marketing – in tətbiqinin real nəticələrini yalnız bu çətin suallara 

cavab tapılması mümkün olduğu zaman gözləmək olar:  

          müştərinin  alıcılıq  qabiliyyəti  onun  məlum  xüsusiyyətləri  ilə  necə 

ə

laqələnir; 



 

müştərilərin hansının əlavə reklama ehtiyacı vardır; 

 

potensial müştərilərdən hansı real alıcı olacaq; 



              müştərilərin  hansı  xüsusiyyətlərinə  gələcəkdə  diqqət  yetirmək  lazım  

deyil;  


 

növbəti ayda satışın həcmi necə olacaq. 

Bu  vəçox  başqa  suallara  doğru  cavabların  tapılması  böyük  məbləğdə  pula 

qənaət  olunmasına  və  əlavə  gəlirin  əldə  edilməsinə  şərait  yarada  bilər.  Lakin  bu 

sualların  cavablandırılması  üçün  verilənlərin  ən  təcrübəli  ekspertin  həyata  keçirə 

biləcəyindən  təhlili  tələb  olunur.  Buna  görə  də,  verilənlərin  intellektual  təhlili  – 

Data  Mining  texnologiyalarından  istifadə  olunur.  Data  Mining  –  in    Database 

Marketing – də tətbiqinin son məqsədi firmada tələb və təklifin ekspertin minimal 

iştirakı ilə tədqiq olunmasıdır. Database Marketing – də Data Mining – in  tətbiqi 

aşağıdakı mərhələlərdən ibarətdir: 

1.

  Cavabı axtarılan sualın formalaşdırılması;  



2.

     Məqsəd    dəyişəninin  sərbəst  dəyişənlərdən  necə  asılı  olduğunu 

müəyyənləşdirən modelin qurulması; 

3.

  Məlum verilənlər üzərində bu modelin statistik testləşdirilməsi; 



4.

  2  –  3  –  cü  addımların  təkrarı  (  proqnozlaşdırmanın  arzuolunan 

dəqiqliyinə nail olana qədər );  

5.

  Əldə olunmuş modelə əsaslanan marketinq strategiyasının qurulması; 



Tələb  və  təklifin  tədqiqi  və  əldə  olunmuş  nəticələrdən  istifadə  etməklə 

səmərəli  qərarların  verilməsi  üçün  Marketinq  nformasiya  Sistemindən  istifadə 

olunur. Bu sistemin əsas elementləri aşağıdakılardır: 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə