Microsoft Word S. Nergiz dissertasiya doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə16/24
tarix08.10.2017
ölçüsü0,6 Mb.
#3836
1   ...   12   13   14   15   16   17   18   19   ...   24

 

48

-



 

Qərar qəbuledilən şərait ( daxili və xarici mühit); 

-

 

Qəbul  olunmuş  qərarların  aid  olduğu  qrupun,  kollektivin 



xarakteristikası; 

-

 



Qərar qəbuledən şəxsin fərdi xüsusiyyətləri.  

Qərar qəbuletmə  məsələlərinin bir çox xüsusiyyətləri vardır ki, onlar başqa 

elmlərdə həll olunan məsələlərdən fərqlənir. Belə xüsusiyyətlərə aşağıdakıları aid 

etmək olar: 

-

 

Praqmatiklik  –  Qərar  qəbuletmə  idarəetmə  məsələlərində  sərbəst 



olmur,  ümumi,  qarşılıqlı  əlaqəli, qarşılıqlı  təsirli,  ardıcıl  və  ya  eyni  zamanda həll 

olunan  məsələlər  sisteminə  daxil  olur,  konkret  problemlərin  mövcud  dəyərlər 

ə

sasında həll variantının seçilməsini tələb edir; 



-

 

Terminallıq  -    Qəbul  edilmiş  qərarlar  onların  həyata  keçirilməsi  ilə 



sona çatır; 

-

 



Qeyri  –  müəyyənlik  –  nformasiya  nöqteyi  nəzərindən  qərar 

qəbuletmə məsələlərinin həll edilməsi, bir qayda olaraq müxtəlif növ hərəkətlərdən 

( stoxastik, dumanlı, davranış və s.) asılı olur; 

-

 



Risk  və  məsuliyyət  –  Bir  çox  idarəetmə  məsələləri  qərar  qəbul  edən 

şə

xsin məsuliyyət daşıdığı müəyyən risk şəraitində həll olunur; 



-

 

Bir  –  birinə  bağlılıq  və  irsi  –  bu  onu  izah  edir  ki,  real  idarəetmə 



məsələləri  birdən-birə  yaranmır,  ya  başqa  bir  məsələ  ilə  əlaqəli,  ya  da  əvvəl  həll 

olunmuş bir məsələnin davamı kimi həll olunur. 

    Ümumiyyətlə,  idarəetmə  fəaliyyətində  əsasən  aşağıdakı  problemlər  həll 

olunur: 


1.

 

Standart  problemlər.  Bu  cür  problemlər  rəhbərin  öz  qərarını  vermək 



üçün  təlimatları  tətbiq  etməsi  ilə  həyata  keçirilir.  Məsələn,  işçinin  işə  qəbul 

olunması və işdən çıxarılması belə məsələlərdəndir. 

2.

 

Yaxşı  stukturlaşmış  problemlər.  Bu  problemlərdə  ancaq  kəmiyyət 



xarakteristikaları  və  göstəriciləri  mövcuddur.  Onların  həllinə  əsasən  iqtisadi  – 

riyazi metodlar tətbiq olunurlar. Məsələn, işçilərinin sayı az olan müəssisələrdə hər 




 

49

hansı  konkret  işçinin  gördüyü  işlərin  iqtisadi  səmərəliliyinin  hesablanması  bu 



qəbildən olan məsələlərdəndir. 

3.

 



Zəif  stukturlaşmış  problemlər.  Bu  problemlər  kəmiyyət  göstəriciləri 

ilə yanaşı, həm də keyfiyyət göstəriciləri ilə də xarakterizə olunurlar. Bunların həlli 

üçün  bir  qayda  olaraq,  sistemli  yanaşma  tətbiq  olunur.  Məsələn,  əmək  bazarının 

proqnozlaşdırılması  və  ya  regionda  əhalinin  miqrasiyası  məsələsi  belə 

problemlərdəndir. 

4.

 



Sturukturlaşmayan  problemlər.    Bu  problemlər  əsasən  az  öyrənilmiş 

prosesləri əhatə etdiyi üçün  həlli peşəkar mütəxəssilərin mühakimələrinin, ekspert 

qiymətləndirmələrinin tətbiq edilməsi əsasında mümkündür. Məsələn, qeyri stabil 

və ya qeyri müəyyən iqtisadi vəziyyət mövcud olan regionda investisiya fəaliyyəti 

belə məsələlərdəndir. 

Tərkibinə  görə  idarəetmədə  qərar  qəbuletmə  məsələlərini  aşağıdakı  kimi 

təsnifləşdirmək olar: 

-

 



Obrazların tanınması; 

-

 



Qiymətləndirmə; 

-

 



Müxtəlif variantların sintezi; 

-

 



Problemlərin analizi; 

-

 



Ə

nənələrin analizi; 

-

 

Proqnozlaşdırma; 



-

 

Planlaşdırma; 



-

 

Proqramlaşdırma; 



-

 

Operativ idarəetmənin təşkili; 



-

 

Qərar qəbuletmənin həyata keçirilməsi və nəzarəti. 



QQDS-ləri demək olar ki, istənilən sahədə, o cümlədən iqtisadiyyatın bütün 

sahələrində tətbiq olunur. Aşağıda, bəzi müəssisələrdə QQDS-nin istifadə olunma 

istiqamətlərinə baxaq. 

-    Telekommunikasiya  müəssisələri.      Telekomminikasiya  müəssisələri  öz 

müştərilərini  saxlamaq,  başqa  müəssisələrə  axınını  azaltmaq  üçün  QQDS-lərdən  

kompleks  qərarların  hazırlanması  və  qəbul  edilməsi  üçün  istifadə  edirlər.  QQDS 




 

50

belə  kompaniyalara,  göstərdikləri  xidmətləri  daha  cəlbedici  formada 



tarifləşdirməyə və öz marketinq proqramlarını daha məhsuldar etməyə imkan verir.  

-        Bank  işi.  QQDS-i  bank  fəaliyyətinin  bir  çox  aspektlərinin  keyfiyyətli 

monitorinqini  aparmaq  üçün  istifadə  olunur.  Banklarda  kredit  kartlarına  xidmət, 

investisiyaların  istiqamətlərinin  araşdırılması  və  bu  kimi  sahələrdə  QQDS-dən  

istifadə etməklə işin effektivliyi artırılır. 

-        Sığorta  işi.  QQDS-lərinin  sığorta  sahəsində  tətbiqini  klassik  də 

adlandırmaq olar. Burada QQDS əsasən risklərin azalmasına, potensial yalançılığın 

aşkara  çıxarılmasına  kömək  edir.  Sığorta  öhdəlikləri  üzrə  ödəmələrin  xarakterik 

cəhətlərini analiz etməklə, sığorta kompaniyaları öz itkilərini azaltmaq imkanı əldə 

edirlər.  QQDS  müştərilərin  təsnifatını  araşdırmaqla  onların  elə  sərfəli 

kateqoriyalarını    tapmağa  imkan  verir  ki,  onlara  mövcud  xidmətləri  daha  dəqiq 

yönəltmək və ya  yeni xidmət növləri təklif etmək mümkün olur. 

-        Pərakəndə  satış.  Bu  sahədə  QQDS-dən  malların  alınması  və  anbar 

qalıqlarının çeşidlər üzrə miqdarını planlaşdırmaq, satışın analizini aparmaq və s. 

mümkün  olur.  Müştəri  bir  malı  alanda  həmişə  onunla  digər  malları  da  alır.  Belə 

malların tapılması imkan verir ki, həmin mallar yerləşən piştaxtanın yanına o biri 

alınan  mallar  yerləşdirirlir  ki,  onların  da  satılma  ehtimalı  artmış  olur.  Müştərinin 

alış davranışını da analiz etməklə, onun müəyyən müddətdə nələri alacağını bilmək 

mümkün olur. Məsələn, fotoaparat almış müştəri, yəqin ki, yaxın vaxtlarda həmin 

fotoaparat üçün lent də ala bilər. 

 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə