Microsoft Word S. Nergiz dissertasiya doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə12/24
tarix08.10.2017
ölçüsü0,6 Mb.
#3836
1   ...   8   9   10   11   12   13   14   15   ...   24

 

35

(6)QQŞ  vasitəsi  ilə  məsələni  həll  edən  zaman  faydalı  olan  müxtəlif    həll 



metodlarını və stillərini dəstəkləyir; 

(7) çevik şəkildədir və müəssisənin və onun ətrafındakı bütün dəyişikliklərə 

uyğunlaşır; 

(8) istifadədə və dəyişdirilmədə sadədir; 

(9) qərar qəbuletmə prosesinin səmərəliliyini yaxılaşdırır; 

(10)  insana  kompüterin  köməyi  ilə  qərar  qəbuletmə  prosesini  idarəetməyə 

imkan verir, əksinə yox; 

(11) dəyişən tələblərə asanlıqla uyğunlaşır və təkamül formasında  istifadəni 

dəstəkləyir; 

(12)  QQDS  –  nin  məntiqi  quruluşu  mövcuddursa,  o  asan  formada  qurula 

bilir; 

(13) modelləşdirilə bilir; 



(14) biliklərdən istifadəyə imkan verir. 

 

  QQDS-lərin  hamı  tərəfindən  qəbul  edilən  vahid  tərifinin  olmaması  ilə 



yanaşı,  onun  həm  də  əsaslı  təsnifatı  da    yoxdur.  Müxtəlif  müəllifər  müxtəlif 

təsnifatlar təklif edirlər. 

  Haettenschwiler (1999)  istifadəçi mərhələsində QQDS-ni aktiv, passiv və  

kooperativ  QQDS-ə  bölür.  Passiv    QQDS  elə  sistemdir  ki,    qərar  qəbuletmə 

prosessinə köməklik edir, ancaq hər hansı qərarı qəbuletmək təklifini verə bilmir. 

Aktiv QQDS hər hansi qərarı qəbul etmək təklifini də verə bilir. Kooperativ QQDS 

QQŞ-ə  sistem  tərəfindən  təklif  edilən  qərarları  dəyişməyə,  tamamlamağa,  yaxşı-

laşdırmağa  imkan verir və  sonra həmin qərarları  sistemə  yoxlanış  üçün geri gön-

dərir.  Sistem  qərarları  dəyişir,  təkmilləşdirir,  yaxşılaşdırır  və istifadəçiyə  yenidən 

göndərir.  Bu proses razılaşdırılmış qərar qəbuletməyə qədər davam edir. 

  Konseptual  səviyyədə    (Power,  2003-cü  il)  məlumatlarla  idarə  olunan 

QQDS-i (Communication-Driven DSS),  verilənlərlə idarə olunan QQDS-i (Data-

Driven DSS) sənədlərlə idarə olunan QQDS-i (Document-Driven DSS), biliklərlə 

idarə  olunan  QQDS-i  (Knowledge-Driven  DSS)  və  modellərlə  idarə  olunan 

QQDS-i  (Model-Driven  DSS)  fərqləndirilir.  Modellərlə  idarə  olunan  QQDS  –  i 



 

36

ə



sasən  riyazi  modellərin  (statistik,  maliyyə,  optimallaşdırma,  imitasiya) 

manipulyasiyası  ilə  xarakterizə  olunur.  Qeyq  edək  ki,  verilənlərin  mürəkkəb 

analizinə imkan verən bəzi OLAP sistemlər verilənlərin modelləşməsini, axtarışını 

və işlənməsini təmin edən hibrid QQDS – i qrupuna aid edilə bilər. 

Məlumatların  idarə  olunması  QQDS  (Communication-Driven  DSS) 

(əvvəllər  qrup  QQDS  -  GDSS)  ümumi  məsələnin  həlli  üzərində  işləyən 

istifadəçılər qrupunu dəstəkləyir. 

Verilənləri idarə edən QQDS və ya verilənlərlə işə yönəlmiş QQDS (Data-

Driven DSS)   əsasən verilənlərlə manipulyasiyaya (Data-oriented DSS)  əsaslanır. 

Sənədlərlə  idarə  olunan  QQDS  (Document-Driven  DSS),  müxtəlif  formatda 

verilmiş  strukturlaşmamış  informasiyaları  idarə  edir,  axtarışlar  aparır  və 

manipulyasiya  edir.  Nəhayət,  biliklərlə  idarə  olunan  QQDS  məsələnin    həllini 

faktlar, qaydalar, prosedurlar şəklinə salmaqla təmin edir. 

QQDS  sistemlərinin  işlətdiyi  verilənlərdən  asılı  olaraq  onları  şərti  olaraq 

operativ  və  strateji  sistemlərə  bölmək  olar.  Operativ  QQDS  kompaniyaların 

maliyyə  təsərrüfat  proseslərinin idarə olunmasındakı  cari vəziyyətin  dəyişikliyinə 

dərhal  reaksiya  vermək  üçündür.  Strateji    QQDS    müxtəlif  mənbələrdən  yığılan 

böyük həcmdə bircins informasiyaların analizinə yönəlmişdir. Bu QQDS-in vacib 

məqsədi  kompaniyaların  məqsədli  maliyyə    və  kapital  bazarlarının  dəyişməsi, 

qanunvericiliyin  dəyişməsi,  kompaniyanın  bazarının  məqsədli  konyukturası  və  s. 

kimi  kompaniyanın  biznesinin  müxtəlif  faktorların  təsirini  nəzərə  almaqla  ən 

ə

lverişli  inkişaf  variantının  axtarışından  ibarətdir.  Birinci  tip    QQDS-ni  rəhbərin 



informasiya sistemi (R S)  (Executive Information Systems) kimi də adlandırmaq 

olar.  Mahiyyətcə, bu sistemlər müəssisənin tranzaksion informasiya sistemlərinin 

verilənləri  əsasında  qurulan  hesabatlar  yığımından  ibarət  olur,  ideal  formada  bu 

sistemlər  müəssisənin  istehsalat  və  maliyyə  fəaliyyətinin  əsas  aspektlərini  real 

zaman  rejimində  adekvat  şəkildə  əks  etdirir.  R S-nin  aşağıdakı  kimi  xarakterik 

cəhətləri vardır: 

•  Hesabatlar bir qayda olaraq müəssisə üçün  standart, sayı da çox olmayan 

sorğular əsasında yaradılır; 




 

37

•  R S  üçün  hesabatlar  tərkibinə  cədvəllər,  işçi  qrafiklər,  multimediya 



imkanları və s. maksimal əlverişli şəkildə daxil olunur; 

•  Bir  qayda  olaraq,  R S  konkret  vertikal  bazarlara,  məsələn,  maliyyə, 

marketinq, ehtiyyatların idarə olunması və s. istiqamətlərə yönəlmişdir. 

   kinci tip-strateji  QQDS  verilənlərin  qərar  qəbuletmə  prosessində  əlverişli 

istifadə  etmək  üçün  xüsusi  formada  dəyişdirilmiş  verilənlərin    daha  dərindən 

emalını tələb edir. Müəssisənin menecerlərinə öz qərarlarını əsaslandırmaq imkanı 

verən, biznesin mütləq inkişaf  faktorundan istifadə edən və riskləri azaldan qərar 

qəbuletmə  qaydaları    bu  səviyyəli  QQDS-nin  ayrılmaz  komponentidir.  Bu  tip  

QQDS-nin  istifadəsi  son  zamanlar  daha  da  genişlənir.  Belə  texnologiyalar  çox 

ölçülü təqdim etmə və verilənlərin analizi (OLAP) əsasında qurulur. 

Son  illərdə  QQDS  yaradılmasında  Web-  texnologiyalarından  istifadə 

edilməyə  başlanmışdır.    ndiki  zamanda  Web-texnologiya  əsasında  QQDS  ilə 

həmin kompaniya üçün kompaniyanın QQDS-i demək olar ki, sinonim təşkil edir. 

 Müəssisələrdə  çox  zaman  qəbul  olunan  qərarlarda  bir  qrup  işçi  iştirak  edir, 

bu  da  tək  bir  şəxsin  rasional  qərar  qəbuletməsi  prosesindən  çox  fərqlənir.  

       Birincisi,  hər  bir  şəxsin  hesab  etdiyi  “rasional  qərar”  anlayışına,  həmin 

şə

xslərin qrup vəziyyətində baxıldıqda qeyri-myəyyən olur.  Hətta qrupun hər bir 



üzvü üçün əlverişli olan qərar həmin qrup üçün əlverişli olmaya da bilər.  kincisi, 

ola  bilsin  ki,  qrup  daxilində  ən  səriştəli  bir  üzvün  tutduğu  vəzifəsindəki 

səlahiyyətlərinə      görə  hər  hansı  strategiyanın  seçilməsində    “sözü  kecməsin”.  

Bəzən də qrup o qədər mürəkkəb olur ki, onun tərkib hissələrinin özündə də çoxlu 

ziddiyyətlər  mövcud  olur.  Bütün  bunlara  görə,  qrup  qərarlarından  çox,  bir  fərdin 

qərar qəbuletmə prosesi daha geniş şəkildə öyrənilir və modellər qurulur. 

 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə