Microsoft Word S. Nergiz dissertasiya doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə9/24
tarix08.10.2017
ölçüsü0,6 Mb.
#3836
1   ...   5   6   7   8   9   10   11   12   ...   24

 

26

biliklər  isə  həmişə  dolğun  informasiya  daşıyırlar.  Biliklərin  digər  fərqləndirici 



xüsusiyyəti  münasibətlərin  mövcudluğu,  məsələn,  “tip-alttip”,  “element-çoxluq” 

və  s.  formada  olmasıdır.  Biliklər,  ayrı-ayrı  hadisə  və  faktların  birgə  vəziyyətə 

uyğun əlaqələrin mövcudluğu ilə xarakterizə olunur. 

Bir çox tədqiqatçılar süni intellekt sistemlərində təqdim olan biliklərin tipini 

müəyyən etməyə cəhd göstərmişlər. Beləliklə, bu siyahı özündə birləşdirir: 

• 

Obyektin  quruluşunu,  formasını,  xüsusiyyətlərini,  funksiyalarını  və 



imkanlarının vəziyyətini;  

• 

Obyektlər  arasında  və  bu  obyektlərin  iştirakı  mümkün  olan  əlaqələr  və 



hadisələr;  

• 

Fiziki qanunlar;  



• 

ş

  və  fəaliyyətin  mümkün  effektləri,  hadisə  və  vəziyyətlərin  yaranmasının 



səbəb və şərtləri;  

• 

Məqsəd, plan, razılaşma, mümkün niyyət və s.  



Feygenbaum öz növbəsində aşağıdakı biliklər tipini ayırır: 

• 

Ə



traf-mühitin  obyekt  və  kateqoriyaları  haqqında;  müvəqqəti  ardıcıllıq  və 

səbəb-nəticə əlaqələrini müəyyən edən hadisələr haqqında;  

• 

Fəaliyyəti, yəni hər hansı bir işi yerinə yetirmək qabiliyyəti haqqında;  



• 

Metabiliklər, yəni “bizim biliklərimizin həcmində və ya bizim imkanlarımız 

daxilində biliklər”.  

 Bütün sistemlər üçün ümumi xüsusiyyəti olan BTD-ni ayırmaq olar. Növbəti 

aspektlər bütün BTD-lərə xasdır: 

• 

Bütün BTD-lər iki mühitlə, təqdim edilən və təqdim edənlə bağlıdır.  



• 

Ə

gər  aşağıdakı  məsələlər  həll  edilərsə, birlikdə  BTD-lər  təqdimatın əsasını 



təşkil edərlər:  

- Təqdim edilən mühit nədir? 

- Təqdim edən mühit nədir? 

- Təqdim edilən mühitin hansı aspektləri modelləşdirilib? 

- Təqdim edən mühitin hansı aspektləri modelləşdirilib? 

- Bu mühitlər arasında hansı uyğunluq var? 




 

27

BTD-lər  üçün  ümumi  olan  bir  sıra  problemlər  vardır.  Bu  problemlərə 



aşağıdakıları aid etmək olar: 

• 

Yeni  biliklərin  əldə  olunması  və  onların  əvvəlki  biliklərlə  qarşılıqlı 



münasibəti;  

• 

Assosiativ əlaqələrin təşkili;  



• 

Təqdim olunan elementlərin həcminə görə diapazonun seçilməsi “Obyekt və 

hadisələr  nə  dərəcədə  ətraflı  təsvir  və  daxili  mühitin  hansı  hissəsi  konkret 

sistemində təqdim oluna bilər?” sualı ilə əlaqədardır;  

• 

Semantik primitivlərin birmənalı olmaması və seçimi;  



• 

Modulluq və başa düşülməsi;  

• 

Biliklərin aşkarlığı və əlverişliyi;  



• 

Təqdim  olunanların  deklarativ  və  prosedur  əlaqələrinin  seçilməsi,  sistemin 

iqtisadiliyinə,  tamlığına,  şifrələmənin  asanlığına  və  başa  düşülmə  səviyyəsinə  nə 

təsir edir.  

Biliklərin  təqdim  olunma  modeli  ümumi  formada  şərti  olaraq  konseptual  və 

empirik hissələrə bölünür. 

Konseptual  model  problemin  həlli  üçün  evristik  metod  təqdim  edir.  Metod 

evristikdir,  bir  halda  ki,  konseptual  təsvir  onun  uyğun  praktiki  vəziyyətlərdə 

tətbiqinə  təminat  vermir.  Konseptual  model  problemi  müəyyən  edir,  onun 

qabaqcadan analizi üçün sərf olunan vaxtın azalmasını mümkün edir. 

Konseptual modelin praktiki istifadəsi onun empirik modelə dəyişdirilməsinin 

zəruriliyini  yaradır. Biliklər  bir qayda olaraq təsviredici  xarakter  daşıyan  empirik 

modellər şəklində yığıla bilər. Bu modellər sadə qaydalar toplusundan tutmuş qərar 

qəbul edən şəxsin məsələnin həll etməsinin tam təsvirinə kimi şəklini dəyişə bilər. 

Biliklərin  təqdim  olunmasını  şərti  olaraq  deklarativ  və  prosedur  modellərə 

bölmək olar. 

Biliklərin təqdim olunmasının deklarativ modeli hər hansı tədqiqat sahəsinin 

probleminin  təsviri  bu  biliklərin  necə  istifadə  olunmasından  asılı  olmayaraq 

təxminlərə  əsaslanaraq  həll  olunur.  Buna  görə  də  model  iki  hissədən  ibarətdir: 

biliklərin quruluşunun statik təsvirlərindən və bu quruluşlarla əməliyyat aparan və 




 

28

praktiki  olaraq  onların  məzmunca  dolmasından  asılı  olmayaraq  çıxış 



mexanizmindən.  Bununla  yanaşı  hansısa  səviyyədə  göstərilən  təqdimolunma 

formalarının  universal  olması  ilə  müəyyən  üstünlüyü  olan  biliklərin  sintaktik  və 

semantik aspektləri fərqləndirilir. 

Deklarativ  modellərdə  yerinə  yetirilən  prosedurların  təsviri  açıq  şəkildə 

saxlanılmır.  Bu  modellər  təqdim  edilmələrin  çoxluğunu  ifadə  edir.  Tədqiqat 

sahəsinin  vəziyyəti  (mümkün  qədər  dolğun)  sintaktik  şəkildə  təsvir  olunur. 

Nəticənin çıxarılışı əsasən vəziyyətlər məkanında axtarış prosedurlarına əsaslanır. 

Prosedur  təqdimatda  biliklər  prosedurlarda  –  xüsusi  hərəkətlərin  (xüsusi 

vəziyyətlərdə  necə  davranmalı)  necə  görünməsini  müəyyən  etməli  olan,  elə  də 

böyük  olmayan  proqramlarda  saxlanılır.  Bununla  yanaşı  mühit  və  ya  obyektlərin 

realizəsi  üçün  bütün  mümkün  vəziyyətlərin  çıxışını  təsvir  etməmək  də  olar. 

Vəziyyət və hərəkətlərin vacib təsvirin generasiyası olan bir neçə ilkin vəziyyətlər 

və prosedurları saxlaması kifayətdir. 

Biliklərin  prosedur  təqdimatında  semantika  bilavasitə  təsvir  olunan  BB-nin 

elementlərinə  axtarış  qərarlarının  effektivliyinin  yüksəlişi  hesabına  yerləşdirilib. 

Statik  BB-nin  prosedur  hissəsi  ilə  müqayisədə  semantikada  axtarış  qərarlarının 

effektivliyi aşağıdır. Onlar “dəyişməyən aksiomları” deyil, istənilən vaxt dəyişiklik 

edilə  və  ya  silinə  bilən,  hal-hazırda  istifadə  olunan  “müddəalar”ı  saxlayırlar. 

Çıxışın  ümumi  bilik  və  qaydaları  lazımi  qədər  aktivləşən,  xüsusi  məqsədyönlü 

prosedurlar formasında təqdim olunurlar. 

Prosedurlar  bir-birilərini  aktivləşdirə  bilərlər.  Onların  icraları  kəsilə  və 

sonradan bərpa oluna bilər. Verilənlərin daxil edilməsi, dəyişiklik və ya silinməsi 

ə

məliyyatını  yerinə  yetirən  zaman  aktivləşən  “demon”  prosedurların  istifadəsi 



mümkündür. 

Prosedur  modellərdə  çıxış  generasiyasının  effektivliyinin  yüksəldilməsi 

vasitəsi tətbiq haqqında biliklər sisteminə əlavələrdir, yəni konkret məsələnin həlli 

üçün  biliklərin  cəmlənməsinin  istifadəsidir.  Bu  biliklər  bir  qayda  olaraq  həm  də 

prosedur formada təqdim olunur. 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə