Microsoft Word S. Nergiz dissertasiya doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə11/24
tarix08.10.2017
ölçüsü0,6 Mb.
#3836
1   ...   7   8   9   10   11   12   13   14   ...   24

 

32

-



 

Qərar qəbuletməyə dəstək sistemləri (QQDS). 



        Qərar  qəbuletmə  nəzəriyyəsinin  metodları  QQŞ-ə  yüksək  dərəcəli 

qeyri-müəyyənliklər  və  risklərin  olduğu  bir  vəziyyətdə  optimal  seçim  etməyə 

kömək edir. Bu nəzəriyyə bir tərəfdən praktikada  problemli vəziyyətlərin necə həll 

olunmasını,  digər  tərəfdən  gələcəkdə  ən  yaxşı  qərarların  qəbul  edilməsini  təmin 

edən strategiyanın işlənməsi ilə məşğul olur.    

Birinci  dəfə  qərar  qəbuletmə  metodları  dövlət  idarəçiliyi    araşdırmalarında 

Herbert  Saymonun  1947-ci  ildə  çap  etdirdiyi  “ darəetmə  söhbətləri”  adlı 

məqaləsində  istifadə  edilmişdir.  Saymon  göstərmişdir  ki,  qərar  qəbuletmə 

idarəetmənin əsas mahiyyətidir, ona görə də mecetment sahəsində ideal idarəetmə 

strukturları yaratmağa cəhd göstərmək əvəzinə, rəhbərlərə rasional qərar qəbuletmə 

metodlarını öyrətmək daha məqsədəuyğundur.   

Ancaq qərar qəbuletmə haqqında elmi araşdırmalar əsasən keçən əsrin 70-ci 

illərindən  çoxalmağa  başlamışdır.  Buna  baxmayaraq,  indiyə  qədər,  onun  dəqiq 

tərifi  verilməmişdir.  Belə  bir  fikir  də  mövcududr  ki,  informasiya  idarəetmə 

sistemləri  ( S)  ilə  qərar  qəbuletməyə  dəstək  sistemləri  (QQDS)  arasındakı  fərq 

ondan  ibarətdir  ki, 

S  ümumi  qəbul  olunan  xarakter  daşıyan,  təkrarlanan, 

qərarların qəbul edilməsinin avtomatlşdırılmasına xidmət edir,  müvafiq olaraq bu 

halda  da  müəyyən  mənada  qərar  qəbuletmə  qaydaları  da  mövcud  olmuş  olur. 

QQDS-nə  gəldikdə  isə,  onlar  qərarları  yaratmır,  avtomatik  qərar  qəbuletmə 

sisteminin  nəticəsi  hər  hansı  bir  qərar  olmur,  müəssisənin  rəhbərinə  və  ya 

menecerinə  müəyyən  qərarları  qəbul  etmək  üçün  kömək  edir.  Bu  sistemlər  qərar 

qəbul  edən  şəxsə  müəyyən  vəziyyətdən  çıxış  zamanı  kömək  edir,  çıxış  yolunu 

tamamilə  göstərmir.  Bu  xüsusiyyətləri  aydınlaşdırmaq  üçün  qərar  qəbuletmə 

sistemləri ilə ənənəvi müxtəlif parametrli verilənlərin elektron işlənməsi sisteminin 

fərqinə aşağıdakı cədvəldə baxaq: 

Cədvəl  2.  Qərar  qəbuletmə  sistemləri  ilə  verilənlərin  elektron  işlənməsi 

sistemlərinin müqayisəsi 

Parametrlər 

Verilənlərin 

elektron işlənməsi sistemi 

Qərar 


qəbuletmə 

sistemi 


Məqsəd 

Ayrı-ayrı 

alt 

Müəssisədə 



tam 


 

33

sistemlərin səmərəliliyi 



şə

kildə səmərəlilik 

stifadəçilər 

ş

çilər 



Rəhbərlik 

stifadə 


Passiv 

Aktiv 


Zaman 

Keçmişdə 

ndi və gələcəkdə 

Fəaliyyəti 

Qeyd olunmuş 

Çevik 


    

Bir  çox  tədqiqatcılar  gündəlik  həyatda  qərar  qəbul  etməni  öyrənməklə, 

rasional qərar qəbuletmə modellərindəki nöqsanları aradan qaldırmağa çalışmışlar. 

Bu  tədqiqatçılar  arasında  Herbert  Saymon,  Çarlz  Lindblom,  Amitai  Etsioni  və 

Çeyms Març tərəfindən təklif olunan konsepsiyalar daha məşhurdurlar.     

 Herbert  Saymon  iddia  etmişdir  ki,  tam  rasional  olan  qərarların  qəbul 

edilməsi  aşağıdakı  səbəblərdən  mümkün  deyildir:  bütün    zəruri  məlumatları 

yığmağa və ehtimal olunan bütün nəticələri söyləməyə müəssisələrin həm vaxtının, 

həm də vəsaitinin olması heç zaman mümkün deyildir, həmçinin  problemin bütün 

tərəflərinə eyni zamanda baxmağa insan beyninin imkanları da çatmır. H.Saymon 

bu  şərti  məhdud  rasionallıq  şərti  adlandırır.  O  iddia  edir  ki,  qərar  qəbuletmədə, 

hətta  ən  optimal  olmasa  da,  birinci  əlverişli  variantın  secilməsini  ən  səmərəli 

strategiya hesab etmək olar. 

Çarlz Lindblom   müəyyən etmişdir ki, bütün müəssisələr, əsasən də dövlət 

müəssisələri    sadə  və  ehtiyyatlı  qərarların  qəbul  edilməsinə  meyllidirlər.    Hətta 

formal şəkildə mütləq rasional olan qərarların qəbul olunduqdan sonra daxili qeyri 

stabillik  yaratmaq  tendesiyası  vardır.    Qəbul  olunan  qərarların  həyata  kecməsi 

birdən-birə olmur, addım-addım baş verir və hər bir addımda nəticələrin bilinməsi 

sonrakı  mərhələlərdə  nəzərə  alındığına  görə  vəziyyətin  dəyişməsində    ciddi 

səhvlərin olması riski çox aşağı olur. (Lindblom  bu strategiyanı  “inkrementalist” 

adlandırmşdır ( increment – “tədricən artan addımla”)). 

Amitai  Etsioni  “inkrementalist”  və  rasional  seçim  modellərinin  aralıq 

variantı kimi “qarışıq skanirə olunmuş “ adlanan model təklif etmişdir.   Bu model 

ona  əsaslanır  kı,  müəssisə  ücün bütün problemlər  eyni dərəcədən vacib  olmur  və 

qəbul edilən qərarlar da həmişə iqtisadi cəhətdən qiymətləndirilmir.    

Ceyms  Març  müəssisələrdə  “zibil  qabı”  adlanan  prinsipə  əsaslanan  qərar 

qəbul etmək versiyasını təklif etmişdir.   Bu konsepsiyaya görə hər şey insanların, 



 

34

şə



raitin, vəsaitlərin təsadüfi birləşməsi (zibil qabında müxtəlif növ zibillərin olması 

kimi)    ilə  təyin  olunur.  Bu  halda  hansı  strategiyanın  secilməsi,  göründüyü  kimi, 

müəssisənin xarakteristikasından asılı deyildir və ancaq bu parametrlərdən asılıdır. 

Bu konsepsiyada sistemli yanaşma olmadığı üçün  onun  səmərəli olması ancaq bir 

uğurlu anın olmasından asılıdır.  

Qərar  qəbuletmə  məsələləri  özünün  çox  böyük  müxtəlifliyi  ilə  fərqlənir. 

Ümumi  halda  qərar  qəbuletmə  məsələsini  aşağıdakı  informasiyalar  yığımı  ilə 

xarakterizə etmək mümkündür: 



burada  T- məsələnin qoyuluşu (məsələn, ən yaxşı alternativin seçilməsi və 

ya  bütün  alternativlər  çoxluğunun  nizamlanması,  A-mümkün  alternativ  variantlar 

çoxluğu,  K-  seçim  kriteriyalar  çoxluğu,  X-üstünlük  ölçü  metodları  çoxluğu,  F-

mümkün  alternativlər  çoxluğunun  kriterial  qiymətləndirmə  çoxluğunda  təsvir 

olunması  (nəticə),  G-ekspertin  üstünlük  sistemi,  D-üstünlük  sistemini  ifadə  edən 

həlledici qayda. 

 Turbanın fikirlərinə görə, QQDS aşağıdakı kimi dörd əsas xarakteristikaya 

malikdir: 

1) QQDS həm verilənlərdən, həm də modellərdən istifadə edir; 

2) QQDS menecerlərə zəif strukturlu və struktursuz məsələlərlə bağlı qərar 

qəbuletməyə kömək edir; 

3) QQDS menecerlərin qərarlarını əvəz etmir, onlara yardım edir; 

4) QQDS-nin məqsədi qərarların səmərəliliyinin yaxşılaşdırılmasıdır. 

Turban  ideal formada QQDS-nə olan tələbatı təklif etmişdir: 

deal formada QQDS aşağıdakı kimi xarakteristikalara malik olmalıdır: 

(1) zəif strukturlu qərarları istifadə edir ; 

(2) müxtəlif səviyyədə və rütbədə QQŞ-lərə aiddir; 

(3) qrup halında və ya fərdi halda istifadəyə uyğunlaşdırıla bilər; 

(4) əlaqəli və ardıcıl qərarları dəstəkləyir; 

(5) qərar qəbuletmə prosesinin - intellektual hissə, layihələndirmə və seçmə 

kimi üç fazasını dəstəkləyir; 




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə